Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə20/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   16   17   18   19   20   21   22   23   ...   89

 79 
arzusuna çata biləcəkdi, həm də qəlbindəki həsəd və qəzəb 
qurdunu doyuracaqdı» (292, 60). 
Üçüncü hekayə «Qoşa çadır» adlanır. Yazıçı burada 
artıq eposdan gələn süjeti öz təxəyyülünün vasitəsi ilə 
tamamilə orijinal və maraqlı sənət hadisəsinə çevirmişdir. 
«Qoşa çadır» obrazı əsərdə ümid, inam, sədaqət, vəfa kimi 
ali mənəvi keyfiyyətlərin təcəssümüdür: «Bu iki çadır beş 
qışı, beş baharı burada üz-üzə qarşılamışdı. Əsən küləklər, 
yağan qarlar, yağışlar, yaxıb-yandıran yay günəşi bu çadır-
ların ipək nəqşəli bəzəklərini soldurmuşdusa da, vüqar və 
qüruruna toxuna bilməmişdi. Beyrək yox olandan sonra 
Banıçiçək onun çadırı ilə üzbəüz çadır qurdurmuş  və 
qardaşı Qoçərlə birlikdə orada yaşayırdı (292, 60). Bey-
rəkdən bir iz tapılmadığından hamı ümidini kəsmiş, yavaş-
yavaş ara soyumuş və bu hadisə də yaddan çıxmağa başla-
mışdı. Yalnız iki nəfər - Banıçiçək ilə Qoçər gün keçdikcə 
daha böyük bir inad və inamla Beyrəyin yolunu gözləyir, 
onun hər an gələcəyinə ümid edirdilər. Banıçiçəkdə çox 
adamın gözü olsa da, onların inam və ümidlərindən xəbər 
tutub kimsə elçi göndərməyə cürət etmirdi. Banıçiçəkdə 
gözü olanlardan biri də eposdan bizə  bəlli olan Yalıncıq 
ləqəbi ilə məhşur olan, ortada yeyib qıraqda gəzən ac bir 
bəy oğlu idi.  
Yazıçı bu hekayəyə dastanda təsadüf olunmayan 
hadisələri də əlavə etmişdi. Dastanda biz yalnız Beyrəyin 
Şöklü Məliyin adamları  tərəfindən qaçırılmasının  şahidi 
oluruq. «Qoşa Çadır» hekayəsində isə Qoçər də  Şöklü 
Məliyin adamları  tərəfindən qaçırılır. Qoçərin yox olma-
sından sonra el-oba Banıçiçəyə kömək məqsədilə köçüb 
onun yanına gəlir. Çox axtarışdan sonra bir nəticə  əldə 
olunmadığını görən camaat dağılışıb getməyə başlayır. 
Ancaq Banıçiçəyi bu tənha çöldə  tək qoymaq istəməyən 
xeyirxah adamlardan bir çoxu burda qaldı və bu iki  çadı-
rın  ətrafında  kiçik  bir oba  əmələ  gəldi. Burada çadır 
 80
qurub qalanlardan biri də Yalıncıq idi. Yalıncıq özünü elə 
göstərirdi ki, guya Beyrəyin tapılmasını istəyir. O, bir dəfə 
Qazan xandan Beyrəkdən qəti bir xəbər öyrənmək üçün 
səfərə  çıxmağa icazə alır və yalandan Beyrəyin ölüm xə-
bərini gətirir. Banıçiçək nişanlısının qanlı köynəyi alsa da, 
Burlaxatuna heç kəsə  ərə getməyəcəyini söyləyir. Ancaq 
buna baxmayaraq, obada söz gəzir ki, guya Banıçiçək 
Yalıncığa ərə gedir. 
«Dəli Ozan» poevstindəki dördüncü hekayə «Gəmi-
də» adlanır. Yazıçı dastandan faydalansa da, bu hekayəni 
orijinal bir şəkildə işləmişdir. Bunu hekayənin adından da 
görmək olar. Ümumiyyətlə, eposda Beyrəklə bağlı  gəmi 
süjeti yerli-dibli yoxdur. Dastanda Beyrək  Şöklü Məliyin 
zindanında on altı il əsir qalır və kafir bəyinin bakirə qızı 
tərəfindən  əsirlikdən xilas olur. Hekayədə isə hadisələr 
başqa cür cərəyan edir. Beyrək qul kimi satılır və beş il 
yoldaşları ilə bir gəmidə kürəkçi kimi işləyir. Onlar burada 
çox ağır işgəncələrə məruz qalırlar. Dünyanın ən müxtəlif 
xalqlarından olan bu kürəkçilər uzun illər boyu müştərək 
əzaba məhkum olduqlarından, hamı bir-birinin dilini az-
çox öyrənmiş, bir-birini doğma qardaş kimi tanıyır və 
sevirdilər. Onları qoşa-qoşa oturtmuş, ayaqlarından möh-
kəm zəncirlərlə gəmiyə bənd etmişdilər. Yemək-içməkləri, 
yatmaqları, hər şeyləri burada - bu rütubətli qətran qoxulu 
bir parça taxta üzərində idi. Arada gəzən əli qırmaclı nəza-
rətçilər «tənbəllik» edənləri döyər, bu əzaba dözməyib 
ölənləri isə özlərini dənizə atardılar. Onları yaşadan yega-
nə qüvvə ümid idi. Ümumiyyətlə, ümid istər «Dəli Ozan» 
povestində, istərsə də «Gəmidə» hekayəsində başlıca mə-
nəvi leytmotivlərdən biridir. Yazıçı bu mənəvi ideyanı bə-
dii dillə belə təsvir edir: «Ümid! Bu böyük xilaskar qüvvət 
olmasa, insan dözülməz məşəqqətlərə dözə bilərdimi?! 
İnsan ki, dünyada yaranmışların  ən mükəmməlidir, ümid 
və inamı, ağıl və iradəsi sayəsində  ən çətin,  ən çıxılmaz 


 81 
vəziyyətlərdən çıxmağa qadirdir. Üstünü qalın buz dağları 
basmış yerin altındakı o sönməz əbədi atəş necə hər dəqi-
qə bir yol tapıb vulkan halında fışqırar və buzları  əridib 
suya - buxara döndərə bilərsə, elə  də insan qəlbindəki 
azadlıq ümidi bir gün fürsət tapınca, əsarət zəncirini azad-
lıq qılıncına çevirib zülm və təzyiqi məhv edər. Məhkum 
insanları yaşadan da bu böyük ümiddir!..» (292, 65).  
Beyrək gəmidə atasının onu axtarmaq üçün yolladığı 
tacirlərlə söhbət zamanı Banıçiçəyin Yalıncıqla evlənəcəyi 
xəbərini eşidir. Əzab çəkən, lakin xilas olmaq ümidini itir-
məyən Beyrək yeyə ilə zənciri qırıb, özünü dənizə atır və 
bununla da əsarətdən xilas olur. 
«Dəli Ozan» povestinin adı silsilənin beşinci heka-
yəsi «Dəli Ozan» hekayəsinin adından götürülmüşdür. Bu 
hekayədə hadisələr müəyyən fərqlərlə eposa uyğun cərə-
yan edir. Əsas fərqə gəlincə, dastanda Banıçiçək könülsüz 
də olsa, Yalıncığa ərə getdiyini, məclisin də onunla Yalın-
cığın toy məclisi olduğunu bilir. Hekayədə isə Banıçiçək 
Yalıncığa  ərə getməyə razılıq vermir. O, qurulan məclisin 
onun toyu olduğunu bilmir. Onun başını belə aldadırlar ki, 
guya Qazan xan onun könlünü açmaq, qəlbini sevindirmək 
üçün bir qonaqlıq verir. Gizli niyyət isə belə idi ki, dünya 
görmüş arvadlar Banıçiçəyi dilə tutacaq, «əmri-vaqe» (çı-
xılmaz fakt) qarşısında qoyub ərə getməyə razı salacaqdılar. 
Eposda olduğu kimi, hekayədə  də  məclisdəki Dəli 
Ozanın Beyrək olduğu bilinir. Hamı bu işə çox sevinir. 
Qazan Beyrəklə Banıçiçəyə toy etmək istəyir. Ancaq Bey-
rək etiraz edir: «Xan baba, mənim əhdim, ilqarım var», yol-
daşlarımı qurtarmayınca, üzüm gülməyəcək!» (292, 72). 
Silsiləni davam etdirən hekayələrdən biri (6-cı) «Can 
səsləri» adlanır. Yazıçının bu əsəri öz orijinallığı, maraqlı  
sujet  xətti  ilə  digər  hekayələrindən fərqlənir. Bu hekayə-
də Beyrək Şöklü Məliyin cinayətlərinin üstünü açır və illər 
 82
boyu  Şöklü Məlik tərəfindən işgəncələrə  məruz qalan 
zavallı insanları, o cümlədən Qoçəri də xilas edir. 
«Kitabi-Dədə Qorqud» dastanında Beyrək əsirlikdən 
xilas olduqdan və el-obasına qayıdıb Banıçiçəklə və bütün 
Oğuz igidləri ilə görüşdükdən sonra Qazan xan ona Banı-
çiçəklə evlənməyi söyləyir. Ancaq Beyrək yoldaşlarını 
əsirlikdən qurtarmayınca və Bayburd qalasını almayınca 
evlənməyəcəyini söyləyir. Bundan sonra bütün Oğuz 
igidləri Bayburd qalasına hücüm edirlər: «Kafirin kilsəsini 
yıxdılar, yerində  məscid tikdilər. Keşişi öldürdülər.  Əziz 
Tanrı adına xütbə oxutdurub, azan verdilər. Ov ovlayan 
quşların  ən yaxşısını, qumaşın gözəlini, qızın göyçəyini, 
doqquzlama qızıl naxışlı çuxanı xanlar xanı Bayandır üçün 
hədiyyə ayırdılar.» (202, 165). 
«Can səsləri» hekayəsində isə Beyrək ata-anasının, 
bacılarının, Banıçiçəyin və bütün dostlarının onu nə qədər 
sevdiklərini, nə böyük sevinclə qarşıladıqlarını öz gözü ilə 
görəndə beş illik dözülməz əzab və iztirablarını unudursa 
da, Qoçərin  əsrarəngiz bir surətdə yox olmasını  eşidəndə 
özünün və yoldaşlarının o işgəncəli macərası yenidən 
yaddaşında canlanır. Lakin Beyrək bu ana qədər beş il 
əvvəl onun necə  və kimlər tərəfindən aparıldığını daim 
xatırlamağa çalışsa da, heç nəyi yadına sala bilmirdi: «Bu 
qaranlıq pərdələr arasından bəzən üz-gözü seçilməz, 
yarasaya bənzər iri qara kölgələr, bəzən günəş  şöləsinə 
bənzər bir işıltı, uzaq karvan zınqırovlarını xatırladan can 
səsləri, bəzən sərin bir hava, sonra yenə üfunət... əl ayaq-
ları, göz qapaqları qurquşun kimi ağır... Yalnız bircə  şey 
onun xatirində aydın qalmışdı: can səsləri!...» (292, 72). 
Hekayənin adı da qəhrəmanın yadında qalan «can 
səsləri» obrazını bildirir. Qeyd edək ki, M.Rzaquluzadənin 
Azərbaycan ədəbiyyatına gətirdiyi bu orijinal obraz - «can 
səsləri» bu gün müasir ədəbiyyatımız üçün bir obraz kimi 
orijinallığını və təravətini qoruyur.  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə