Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə16/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   12   13   14   15   16   17   18   19   ...   89

 63 
obyekti olmasa da, məsələyə problemin müxtəlif səviyyə-
lərində yanaşılmışdır. Aparılmış araşdırmaları ümumi şə-
kildə aşağıdakı kimi səciyyələndirmək mümkündür: 
Birincisi, problemə ümumazərbaycan  ədəbiyyatı as-
pektində baxış.  
Bu istiqamətdəki yazılarda eposun müasir Azərbay-
can ədəbiyyatına təsirinin ümumi mənzərəsi yaradılır. 
İkincisi, problemə konkret ədəbi növlər, janrlar və 
müəlliflər aspektində baxış. 
Bu istiqamət daha çox poeziya məsələlərinə  həsr 
olunmuş məqalələrdən təşkil olunur. 
Birinci istiqamətlə bağlı göstərmək olar ki, prof. 
T.Hacıyev müasir Azərbaycan  ədəbiyyatında «Dədə Qor-
qud» mözusu ilə bağlı  bədii  əsərləri «Həmişəyaşar Dədə 
Qorqud  ədəbiyyatı» adı altında ümumiləşdirərək onların 
elmi səciyyəsini vermiş (bax: 154), başqa bir yazısında 
ümumən çağdaş  ədəbi düşüncədə  Dədə Qorqud motiv-
lərinin taleyini izləmişdir (bax: 157).  
Bu istiqamətdə  ədəbiyyatşünas alim N.Ələkbərlinin 
tədqiqatları diqqəti cəlb edir. O, əvvəlcə Azərbaycan ədə-
biyyatında «Kitabi-Dədə Qorqud» mövzusuna ayrıca yazı 
həsr etmiş (bax: 118), daha sonra eyni mövzunu  Azərbay-
can  ədəbiyyatşünaslıq materialları üzərində  tədqiq etmiş-
dir (119). 
Göstərilən istiqamətdə Ş.Məmmədovun «Müasir ya-
zılı ədəbiyyatımızda «Dədə Qorqud» motivləri» və «Dədə 
Qorqud» və çağdaş Azərbaycan  ədəbiyyatı» adlı  məqalə-
ləri (bax: 241; 242), o cümlədən H.Həşimlinin «Azərbay-
can yazılı  ədəbiyyatında «Kitabi-Dədə Qorqud» motiv-
ləri» adlı məqalələri xüsusi maraq doğurur (bax: 164). 
Tədqiqatlarda «Kitabi-Dədə Qorqud»un Azərbaycan 
ədəbiyyatına təsirinin forma və yollarından (üsullarından) 
bəhs edilmişdir. Bu proses ədəbiyyatşünas alim N.Ələk-
bərliyə görə üç yolla (üsulla) baş vermişdir: 
 64
1.Folklor vasitəsi ilə... Yəni KDQ motivlərinin çox 
və ya az dərəcədə folklor şüurunda olması sonradan özü-
nəqayıdışın ilkin şərtlərindən biri kimi götürülə bilər; 
2.Yazılı ədəbiyyat vasitəsi ilə; 
3.Mövcud ədəbi-tənqidi fikrin müdaxiləsindən sonra. 
Bu müdaxilə ilk növbədə qədim ədəbi abidələrə, o sıradan 
oğuznamələrə ciddi elmi maraqla bağlı idi (118, 13). 
Ədəbiyyatşünas alim H.Həşimli eyni prosesin iki 
formada baş verdiyini göstərir: 
1. Bir çox əsərlərdə «Kitabi-Dədə Qorqud»un ruhu, 
təsvir üsulu, obrazlarının simvolik məna yükü və s. qaba-
rıq nəzərə çarpmaqdadır. 
2. Müxtəlif janrlarda yazılmış bir sıra  əsərlər isə 
bilavasitə dastanın mövzusu, onun ayrı qolları ilə bağlıdır; 
başqa sözlə desək, bu qrupa daxil olan bədii materiallar 
«Kitabi-Dədə Qorqud» əsasında yazılmışdır» (164, 56). 
Eyni prosesə poeziya materiallarında məzmun gös-
təricisi səviyyəsində diqqət yetirən tədqiqatçı  Ş.Məmmə-
dov göstərir ki, burada poeziya aşağıdakı məzmun tərəfləri 
kəsb edib: 
1. Şairlər poetik məqamlarda Qorqud qəhrəmanlarını 
xatırlayır, lirik və ya poetik obrazları abidənin personaj-
larına bənzədirlər; 
2. «Dədə Qorqud» boylarının ideyaları poetik-tarixi 
fon kimi götürülür, zamanın problemləri o fonda şərh 
olunur; 
3. Eposun hər hansı motivi tarixi-bədii  kontekstdə 
qələmə alınır, boyların başlıca estetik-fəlsəfi qayəsi, məz-
mun poema, pyes üçün mövzu olur (241, 52).  
«Dədə Qorqud kitabı» milli mədəniyyətimizin tari-
xində bir Dədə Qorqud ədəbiyyatı yaratmışdır» - deyən 
prof. T.Hacıyev  göstərir ki, «bu ədəbiyyatın gücünü gü-
nümüzdə  əyani  şəkildə görürük. Müasir ədəbiyyatımızda 


 65 
Dədə Qorqud motivlərində yazılmış bədii əsərlərin xüsusi 
çəkisi və yeri var» (154, 4). 
Müasir Azərbaycan ədəbiyyatı tarixində prof. T.Ha-
cıyevin çox uğurlu ad verdiyi «Dədə Qorqud ədəbiyyatı» 
içərisində ilk qələm məhsulları Ə.Dəmirçizadə və M.Rza-
quluzadəyə  məxsusdur. N.Ələkbərlinin göstərdiyi kimi, 
«unutmaq olmaz ki, KDQ mövzusunda ilk bədii  əsər 
Ə.Dəmirçizadənin  Ş.Şeyxovla müştərək 1943-cü ildə 
qələmə aldığı librettodur»; «Ə.Dəmirçizadədən sonra 
KDQ eposu mövzusuna ilk girişənlərdən biri yazıçı 
M.Rzaquluzadədir» (118, 14, 15). Ş.Məmmədovun da 
müşahidəsi eynidir: «Dədə Qorqud» abidələrindən bəhrə-
lənməklə yaradılmış ilk qələm məhsulları... M.Rzaqu-
luzadə  və  Ə.Dəmirçizadəyə  məxsusdur. M.Rzaquluza-
dənin «Ana ürəyi, dağ çiçəyi», «El gücü», «Dəli Ozan» 
miniatür povestləri uşaqların ən çox sevdiyi əsərlərdəndir» 
(241, 52). 
Müasir Azərbaycan nəsrində «Dədə Qorqud» mo-
tivləri M.Rzaquluzadənin yazdığı iki povestlə başlayır. 
Yazıçının 1947-ci ildə «İnqilab və mədəniyyət» jurnalının 
4-cü nömrəsində çap olunmuş «Dəli Ozan» povesti «Dəli 
ozan», «Ceyran ovu», «Qoca canavar». «Qoşa çadır», 
«Gəmidə», «Can səsləri»; «Dənizdə toy» kimi 7 heka-
yədən ibarətdir (292, 53-76).  
Sənətkarın 1948-ci ildə «El gücü» adlanan kitabda 
(bax: 293) çap olunmuş eyniadlı povesti də 7 hekayədən 
ibarətdir: «İgidin adı». «Çuğul», «Ov», «Ana ürəyi - dağ 
çiçəyi», «Çapar», «Ata sevgisi», «Cana - can, qana - qan» 
(294, 15-32). 
Prof. Q.Namazov yazır ki, M.Rzaquluzadə  gənc 
nəslin təlim-tərbiyəsində «Dədə Qorqud» dastanının bö-
yük təsirini nəzərə alaraq ölməz abidənin boyları  əsa-
sında... hekayələr yazmışdır. Yazıçı bu hekayələrdə «Dədə 
Qorqud» boylarına zəmanəmizin tələbləri baxımından 
 66
yanaşmışdır (254, 231) Uşaqlar üçün nəzərdə tutulsa da, 
böyüklər tərəfindən də çox böyük maraqla qarşılanan bu 
əsərlər içərisində «El gücü» povestindəki «Ana ürəyi - dağ 
çiçəyi» hekayəsinin taleyi xüsusilə  uğurlu oldu.  N.Ələk-
bərlinin yazdığı kimi, bu hekayə güclü təbiət təsvirləri və 
bədii siqləti ilə seçilir. Əsər aşağı siniflər üçün «Ədə-
biyyat» dərsliyində uzun müddətdir ki, özünəməxsus yer 
(bax: 295, 38-48; 296, 28-37) tutur (118, 15). Başqa sözlə, 
bu hekayə Azərbaycan uşaq ədəbiyyatının şedevrləri sıra-
sına daxil olmuşdur. Bu da öz növbəsində M.Rzaqu-
luzadənin yazıçı istedadının bariz göstəricisidir. 
Qeyd edək ki, M.Rzaquluzadənin bu iki povestinin 
janrı diqqətçəkici məsələdir. Belə ki, tədqiqatlarda bu 
əsərlərdən daha çox hekayə kimi bəhs olunur. Ancaq ya-
zıçının hər iki əsərinin özü quruluşca 7 hekayədən ibarət-
dir. Bu hekayələr məzmunca biri-biri ilə bağlı olub vahid 
süjet xətti boyunca birləşir. Bu cəhətdən «Dəli Ozan», 
yaxud «El gücü» əsərini hekayə adlandırmaqla yanaşı (ey-
ni zamanda), onların hər birinin tərkibindəki 7  hekayəni 
də hekayə hesab etmək qarışıqlıq yaradır. Yəni bu, bir janr 
dolaşıqlığı doğurur.  Əslində, hər bir əsərdəki 7 hekayə 
vahid süjet-kompozisiya vəhdəti yaratmaqla povest janrı-
nın normativlərinə daha uyğun görünür. Bu cəhətdən, 
«Dəli Ozan» və «El gücü» əsərlərindən «miniatür povest» 
adı altında bəhs edən tədqiqatçı-alim  Ş.Məmmədovun 
yanaşması (241, 52) bizə daha uyğun görünür. 
Hər iki povest birbaşa «Kitabi-Dədə Qorqud» eposu 
ilə bağlıdır. «Dəli ozan» əsərinin məzmunu eposun «Bam-
sı Beyrək»  boyu, «El gücü» povesti «Dirsə xan oğlu Bu-
ğac» boyu ilə sıx şəkildə bağlıdır. Yazıçı boyların məzmu-
nunu öz povestlərində hekayələşdirmişdir: hər boyun süje-
tini müxtəlif motivlərə ayıraraq, hər bir motivi bir heka-
yənin mövzusuna çevirmişdir.  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə