Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə14/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   10   11   12   13   14   15   16   17   ...   89

 55 
nüfuzlu tədqiqatçılarından bir olan Əmin Abid eposa həsr 
olunmuş bir neçə əsər çap etdirdikdən sonra əbədi susdu-
ruldu. Bəzi mənbələr eposun otuz boydan ibarət olduğunu 
təxmin edirlər. Azərbaycanın görkəmli dilçi alimi Bəkir 
Çobanzadə aşkar etdiyi yeni boy haqqında məlumat versə 
də, sonralar alim repressiyaya məruz qaldığına görə bu 
məlumatın dürüstlüyünü təsdiqləmək mümkün olmadı» 
(126, 12-13). 
1941-1945-ci illər SSRİ-Almaniya müharibəsi döv-
ründə bu təqiblərə  məcburən ara verilir. Görkəmli dövlət 
xadimi H.Əliyevin bəyan etdiyi kimi, «faşizmə qarşı mü-
barizəyə qalxan xalqda qəhrəmanlıq ruhunu canlandırmaq 
məqsədilə sovet ideoloji maşını «Kitabi-Dədə Qorqud» və 
«Koroğlu» kimi dastanlardan istifadə etməyə  cəhd göstə-
rirdi. Müharibə qurtardıqdan və dinc həyat bərqərar ol-
duqdan sonra gənc nəslin «Kitabi-Dədə Qorqud» ruhunda 
tərbiyə edilməsi ideoloqlar tərəfindən yasaq olundu. Ədə-
biyyata və incəsənətə qarşı yönəldilmiş  məşhur «Jdanov 
qərarları» ab-havasına uyğun olaraq «Kitabi-Dədə Qor-
qud»a qarşı hücumlar başlandı» (126, 13). 
Eposa qarşı aparılan kampaniyanı milli-etnik yaddaşın 
repressiyası kimi səciyyə edən prof. C.Qasımov çoxsaylı 
qiymətli sənədli (və bir çoxunu elmi ictimaiyyətə ilk dəfə 
təqdim etdiyi) faktlar əsasında yazdığı məqalədə göstərir ki, 
1920-ci illərdə M.Mirbağırov, A.Musaxanlı, R.Əfəndizadə, 
Ə.Abid,  İ.Hikmət və S.Mümtaz tərəfindən tədqiqata cəlb 
olunan «Dədə Qorqud» 1937-ci il oktyabrın 9-da S.Müm-
tazla birlikdə «həbs edildi» və bu nüsxə  «əməliyyat  əhə-
miyyəti kəsb etmədiyinə görə» (bax: 246) aktlaşdırılaraq 
yandırıldı. Qeyd etməliyik ki, bu hələ «Kitabi-Dədə Qor-
qud»un repressiyası deyildi. Sadəcə, «xalq düşməni» yarlığı 
vurulmuş Salman Mümtazın və ondan götürülmüş əlyazma, 
cüng və kitabların məhvi idi (217, 14). 
 56
Stalinizm repressiyalarının tarixini ilkin mənbələr - 
MTN-nin arxivindəki sənədlər  əsasında bərpa edən prof. 
C.Qasımov «Kitabi-Dədə Qorqud» eposunun repressiya 
tarixi baxımından çox mühüm əhəmiyyət kəsb edən bir 
məsələyə  də aydınlıq gətirmişdir. O, eposun repressiya-
sının bəzi tədqiqatlarda göstərildiyi kimi 1937-ci ildən 
başlanması ilə razılaşmayaraq göstərir ki, sovet ideoloqları 
1930-40-cı illərdə «Dədə Qorqud» eposunun Azərbaycan-
da gecikmiş tədqiqinə münbit şərait yaratdılar. Epos kitab 
halında çap olunub geniş oxucu kütlələrinin ixtiyarına ve-
rildi (ədəbi dövriyyəyə buraxıldı) və  əsər az bir müddət 
içərisində  şöhrət qazandı. «Hətta elə bir vəziyyət yarandı 
ki, «Dədə Qorqud»u ortaq türk mədəniyyətinin nümunəsi 
kimi sovet Rusiyasının işğalına məruz qalmış  bəzi türk 
dilli xalqlar da öz dastanları kimi tədqiq və təbliğ etməyə 
başladı». Eposun həmin dövrdə orta və ali məktəblərin 
dərsliklərinə salınması, geniş  şəkildə  tədqiq olunmasına 
dair faktlara diqqəti cəlb edən müəllif göstərir ki, bu dövr-
də «Dədə Qorqud kitabı» yalnız elmi təhlildən keçərək 
ədəbi düşüncənin təmiz havasına çıxarılmadı, eyni zaman-
da yazılı  ədəbiyyata da yeni mövzular verdi, eposun mo-
tivləri  əsasında yeni-yeni bədii  əsərlər yazıldı. Müharibə 
illərində «Dədə Qorqud»dakı obrazlar qəhrəmanlıq simvo-
lu kimi təqdir edildi» (217, 14). 
1930-40-cı illəri əhatə edən bu dövrdə «Kitabi-Dədə 
Qorqud» eposuna bəslənən bu müsbət münasibət təsadüfi 
deyildi. Bolşeviklərin  ədəbiyyata, bütövlükdə mədəniyyət 
və incəsənətə münasibəti həmin çağda «proletkult» kon-
sepsiyasına  əsaslanırdı. «Proletkult» sözü - rus dilində 
«proletarskaya kultura» sözlərinin birləşməsindən  əmələ 
gəlib, proletar ədəbiyyatını, yəni əzilən, zəhmətkeş kütlə-
nin, fəhlə  və  kəndlilərin  ədəbiyyatını  nəzərdə tuturdu. 
Özünəqədərki yazılı ədəbiyyatın böyük əksəriyyətini bur-
jua görüşlərinin daşıyıcısı kimi rədd edən sovet ideolo-


 57 
giyası folklora geniş xalq kütlələrinin ədəbiyyatı kimi ba-
xırdı. «Kitabi-Dədə Qorqud», «Koroğlu» və digər dastan-
larımız da xalq ədəbiyyatı kimi qəbul olunurdu. Lakin 
«Dədə Qorqud» eposunun birbaşa milli ideologiya ilə 
bağlı olması, Azərbaycan xalqında kimlik ideyalarını coş-
durması, etnik-siyasi tarixlə birbaşa bağlılığı    və bununla 
da sovet xalqının yaradılması ideyasına zidd olması ona 
münasibəti dəyişdi. Heç təsadüfi deyildir ki, iki böyük 
dastandan - «Kitabi-Dədə Qorqud» və «Koroğlu»dan daha 
çox birincisi təqibə məruz qaldı. «Koroğlu» dastanı «Dədə 
Qorqud» qədər təqib olunmadı: onun üzərində başqa xa-
rakterli əməlliyyatlar aparıldı. Dastanda Koroğlunun sosial 
ədalət uğrunda apardığı mübarizə Azərbaycan xalqının 
Türkiyəyə, «türk işğalçılarına» qarşı mübarizəsi kimi re-
daktə edildi. Lakin «Kitabi-Dədə Qorqud»un kristal poetik 
quruluşu belə bir əməliyyatı aparmağa imkan vermədi. 
Çünki burada oğuz babalarımız onların torpağına soxul-
muş «sası» (murdar - Y.İ.) dinli yağılara» qarşı mübarizə 
aparırlar. 
Prof. C.Qasımov göstərir ki, 1951-ci ildə gözlənil-
mədən bu xalq eposuna qarşı  rəsmi dövlət səviyyəsində 
hücumlar başlandı. Dastanı bolşevik rəhbərləri antisovet 
millətçi bir əsər kimi tənqid atəşinə tutdu. Azərbaycan 
Kommunist (bolşeviklər) Partiyasının XVIII qurultayında 
(1951) Az.K(b)P MK-nın katibi M.C.Bağırov özünün he-
sabat məruzəsində «Dədə Qorqud kitabı» haqqında demiş-
dir: «Bəzi ədəbiyyatşünaslar və yazıçılar siyasi sayıqlığını 
və  məsuliyyət hisslərini itirərək uzun müddət  ərzində bu 
təhlükəli, xalqa zidd olan kitabı Azərbaycan dastanı adı 
altında təbliğ etmişlər. «Dədə Qorqud» xalq dastanı deyil. 
O,  əvvəldən axıra kimi Azərbaycan torpaqlarına qatil və 
soyğunçu kimi gəlmiş  oğuz köçəri tayfalarını idarə edən 
yuxarı  təbəqələrin tərifinə  həsr olunub. Kitab büsbütün 
millətçilik zəhərinə hopdurulmuş, o müsəlmanlara qarşı 
 58
deyil, başqa dinə mənsub olan, əsasən də qardaş gürcü və 
erməni xalqına qarşı yönəldilmişdir. Bu kitabın nəşr olun-
ması Azərbaycan SSR Elmlər Akademiyası  rəhbərlərinin 
və  Ədəbiyyat  İnstitutunun kobud bir siyasi səhvi hesab 
edilməlidir» (bax: 59). Buraxılmış «kobud səhvi» düzəlt-
mək üçün dərhal partiya yığıncaqları  təşkil edildi və Ya-
zıçılar  İttifaqında, eləcə  də dilçilər arasında müşavirələr 
keçirildi. Bu yığıncaq və müşavirələrdə «Dədə Qorqud»un 
ünvanına səslənən ittihamlardan sonra ayrı-ayrı alimlərin 
mövqeləri kəskin tənqid atəşinə tutuldu (217, 14). 
Görkəmli siyasi xadim H.Əliyev yazır: «Eposun ün-
vanına səslənən ittihamlardan sonra ayrı-ayrı alimlərin 
mövqeləri kəskin tənqid atəşinə tutuldu. Artıq epos sözü-
nün özü belə dırnaq içərisində işlədilirdi. O dövrdə elə bir 
iclas, elə bir qurultay, elə bir konfrans olmurdu ki, orada 
«Dədə Qorqud» tənqid olunmasın. 1951-ci ilin may ayında 
Azərbaycan Yazıçılar  İttifaqının iclasında Həmid Araslı-
nın qeyri-səmimi olduğu xüsusi vurğulandı, Mirzə  İbra-
himov, Səməd Vurğun, Mikayıl Rəfili, Mikayıl Rzaqu-
luzadə və başqaları öz «səhvlərini» boyunlarına alsalar da, 
onlara qarşı keçirilmiş kampaniya hələ bir müddət davam 
etdi» (126, 14). 
Mətbuatda eposla bağlı çoxlu «ifşa» xarakterli yazı-
lar dərc olundu. Bunlardan bəzilərinin müəllifləri bolşevik 
təbliğatına uyub, «sovet xalqı» nağılına inanan ziyalılar, 
bəziləri milli-etnik səbəblərdən eposa nifrət edənlər, bəzi-
ləri isə eposun həqiqi mahiyyətini çox gözəl bilsələr də, 
tutulmaq, güllələnmək, müxtəlif repressiyalara məruz qal-
maq qorxusu altında qalan insanlar idi. Prof. E.Rəhimova 
bu yazıların müəlliflərinə münasibətdə haqlı mövqe 
tutaraq yazır ki, «proletar ideoloqlarının himayədarları 
üçün milli mədəniyyətin fəxrini («Kitabi-Dədə Qorqud»u - 
Y.İ.) ləkələmək azlıq edirdi, onlar üçün xüsusilə vacib idi 
ki, onlar bunu məhz bu mədəniyyətin öz nümayəndələrinin 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə