Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə11/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   7   8   9   10   11   12   13   14   ...   89

 43 
Qorqudşünas H.Məmmədli «Kitabi-Dədə Qorqud» 
ənənələrinin Azərbaycan  ədəbiyyatına təsiri tarixindən 
bəhs edərkən eposdakı «övladsızlıq» motivinin Nizaminin 
«Leyli və Məcnun», «Xosrov və Şirin», Əssar Təbrizinin 
«Mehr və Müştəri», Məsihinin «Vərqa və Gülşa» poema-
larına təsirinin izlərini aşkarlamışdır (236, 191),  
«Kitabi-Dədə Qorqud»un Azərbaycan ədəbiyyatı ta-
rixinə  təsiri davamlı olmuş,  ədəbi düşüncə bütün tarixi 
boyunca prof. N.Araslının «el zəkasını  və xalqın mənəvi 
gücünü təmsil edən ümumiləşmiş obraz kimi xalq yara-
dıcılığında abidələşmiş,  şifahi və yazılı  ədəbiyyatımızda 
canlanan müdrik bilici, aqil yolgöstərən, el ağsaqqalı obra-
zının ən əski prototipi» hesab etdiyi Dədə Qorqud obrazın-
dan (53, 75) ədəbi-estetik güc - ruhani-poetik enerji almışdır. 
N.Araslının klassik ədəbiyyatda «Dədə Qorqud» mo-
tivlərinə dair apardığı araşdırmalara görə, bu motivlər o 
qədər güclü olmuşdur ki, yazılı  ədəbiyyatda poema-məs-
nəvilərin yaranmasına qədər gedib çıxmışdır. Müəllif ya-
zır: «Kitabi-Dədə Qorqud» xalq yaradıcılığını olduğu kimi 
yazılı  ədəbiyyatımızı da fikri-mənəvi baxımdan qidalan-
dırmış, Nizami, Nəvai kimi ölməz söz ustaları xalq ədə-
biyyatının bu misilsiz yadigarından bol-bol faydalanmış-
dır. Dastanların məzmun və poetik təsiri orta əsrlər türk 
məsnəvi  ədəbiyyatında da aydın duyulmaqdadır. Bu ba-
xımdan XV əsrdə yaşamış  Ətayi təxəllüslü  şairin (Bəzi 
ədəbiyyatlarda Qul Ata adı ilə də tanınır - Y.İ.) «Leyli və 
Məcnun» poeması xüsusilə  səciyyəvdir» (53, 75). «Diq-
qətli tədqiqat  ədəbiyyat tariximizdə öz yerini tapmayan 
Ətayinin «Leyli və Məcnun» əsərinin «Dədə Qorqud» das-
tanlarının təsirilə yazılan və Qorqud Atanın müqəddəs 
övliya, bir el bilicisi kimi türk dünyasındakı geniş nüfu-
zunu əks etdirən səciyyəvi bir əsər olduğunu aydınlaşdırır 
(53, 75). 
 44
Ətayinin poemasında «Dədə Qorqud» motivləri məs-
nəvinin bədii məzmununun ən müxtəlif səviyyələrini əhatə 
edir.  Əsərdə birbaşa Dədə Qorqudun adı  çəkilib ona isti-
nad edilir: 
                    
Ondan ötrü Qorqud ata söyləmiş, 
Qəmilər gəşti-məzar etsin demiş (53, 77). 
 
Dədə Qorqud der ki, ol aqildurur, 
Söyləyən der ki, ol bədtərdurur, - deyir (53, 78). 
 
Xoş demiş Qorqud təhəmmül xoşdurur, 
Neyşəkərtək qəhri udmaq nuşdurur (53, 78). 
 
Dədə Qorqud söylədi ki, düşmənin 
Ölüsü ölsə sevinmək kimsənin 
Nişə kim, bu cümlə başlardan keçər, 
Cümlə aləm həm bu şərbətdən içər (53, 78). 
 
Bu parçalarda həyat hikmətlərinin, mənəvi dəyər-
lərin, müqəddəs dəyərlərin Dədə Qorquda aid edilməsi çox 
dərin mətləbdən soraq verir. Bu, o deməkdir ki, etnosun 
bütün müqəddəs-mənəvi dəyərləri onun obrazında daşınır 
və  Dədə Qorqud bu cəhəti ilə etnosun müqəddəsliyinin 
simvolu kimi çıxış edir. Verilmiş  şeir parçalarında Dədə 
Qorqudun dilindən söylənilənlər xalqın yaşam qanunları, 
həyat, davranış normalarıdır. Bu qanun və normalar Dədə 
Qorqud obrazının xalqın  şüurunda mənəviyyatın və mü-
qəddəsliyin etalonu kimi qəbul edilmiş olduğunu göstərir. 
Bu da öz növbəsində sübut edir ki, «Dədə Qorqud» bir 
müqəddəs-mənəvi simvol kimi oğuz xalqlarının etnik 
ruhunda daşınır. Onun qədim və orta əsrlər yazılı ədəbiy-
yatında zaman-zaman peyda olması, özünü gah obraz, gah 
motiv, gah deyim tərzi, gah bədii-üslubi lay və s. kimi 


 45 
göstərməsi «Dədə Qorqud» simvolunun etnosun mövcud-
luğunun energetik qaynağı kimi zaman-zaman xalqın et-
nik-mədəni düşüncəsini, o cümlədən  ədəbi-estetik düşün-
cəsini öz ruhani ernerjisi ilə qidalandırması deməkdir. 
Maraqlıdır ki, Ətayinin «Dədə Qorqud» motivlərini 
özündə yaşadan «Leyli və Məcnun» poeması poetik ənənə 
baxımından Nizami ənənələrini davam etdirən əsər sayılır. 
Ətayi özü bunu belə bildirir: 
 
Şeyx Nizami «Xəmsə»sindən bu kitab 
Oldu müstəxric bab-bab (53, 76). 
  
Burada maraqlı  cəhət ondan ibarətdir ki, tədqiqat-
çılar «Dədə Qorqud» motivlərinin  ən çox Nizami Gən-
cəvinin yaradıcılığında təzahüründən bəhs etmişlər. Ak. 
H.Araslı eposun motivlərinin Nizaminin, demək olar ki, 
bütün  əsərlərində olduğunu qeydə almış (bax: 371), bu 
dastanın ayrı-ayrı hissələrinin Nizami dühasına güclü təsir 
etdiyini, onu düşündürdüyünü və şairin yaradıcılığında öz 
konkret izlərini qoyduğunu xüsusi vurğulamışdır (51, 27). 
Tədqiqatçılar hətta belə hesab edirlər ki, Nizaminin 
poemalarını ümumiyyətlə «Kitabi-Dədə Qorqud» dastan-
larından ayrı təsəvvür etmək olmaz. Epos şairin yaradıcı-
lığının bütün ruhuna hopmuşdur. Prof. Ə.Qarabağlının 
düşüncəsincə, Nizaminin bütün «Xəmsə»si əvvəldən-axıra 
qədər folklorla əriş-arqacdır (213, 15). 
Prof. T.Xalisbəyli «Dədə Qorqud» dastanlarındakı 
övladsızlıq, nəzir-niyazla övlad olmaq motivinin Nizami 
yaradıcılığında təzahürünü qeyd etmişdir (171, 116). 
H.Məmmədli də övladsızlıq motivinin Nizaminin «Leyli 
və  Məcnun» və «Xosrov və  Şirin» poemalarındakı  təza-
hürünün «Qorqud» eposu ilə bağlandığını göstərmiş (236, 
191) və Dədə Qorqudun ölümdən qaçması motivinin Niza-
minin «İsgəndərnamə» poemasında («Şərəfnamə»də) «ölüm-
 46
süzlük, əbədi yaşamaq problemi» kimi «daha yüksək poe-
tik zirvədə öz əksini tapdığını» bildirmişdir (236, 187).  
Eposun təsiri, doğrudan da, Nizaimi yaradıcılığının 
çox dərin qatlarında, əslində isə, şairin etnik-poetik ənənə-
lərə bağlılığında, bir azərbaycanlı kimi ruhunda, düşüncə-
sində daşınan oğuz-türk etnopoetikasındadır. Ona görə də 
tədqiqatçılar dastanın motivlərini Nizami yaradıcılığının 
çox dərin qatlarında axtarıb tapırlar. Bu baxımdan, Niza-
minin  əsərləri, konkret olaraq «Yeddi gözəl» poeması ilə 
«folklor arasında sadəcə süjet yaxınlığı axtarmaq məsələyə 
birtərəfli yanaşmaq demək olardı. Folklor Nizami poema-
sının (ümumən Nizami yaradıcığının - Y.İ.) ruhuna hop-
muş, ona təbii bir təkrarsızlıq gətirmişdir» - deyən tədqi-
qatçı E.Gözəlova öz fikrində tamamilə haqlıdır (149, 147). 
Prof. A.Rüstəmova, prof. V.Vəliyev və prof. S.Paşa-
yev Nizami “Yeddi gözəl”ində əsərin qəhrəmanı Bəhramla 
onun kənizi Fitnə arasında baş verən  əhvalatların motiv 
kimi «Kitabi-Dədə Qorqud»da Bəkillə Qazan xan arasın-
dakı «dialoqa»a bağlandığını qeyd etmişlər (289, 171-172; 
349, 66; 274, 90-91). 
Nizami yaradıcılığının folklorla, əsasən, xalq əfsanə-
ləri ilə bağlılığı haqqında çoxsaylı  tədqiqatlar aparmış 
prof. S.Paşayev (S.P.Pirsultanlı) şairin poemalarının «Qor-
qud» eposu ilə bağlılığına dair maraqlı paralellər aşkarla-
mışdır. O həmin bağlılığın vahid poetik ənənə daxilindəki 
mərhələvi xarakterinə nəzər salaraq qeyd edir ki, «yazıya 
alınmış «Dədə Qorqud», şifahi yolla yaşayan «Koroğlu» 
eposu kimi, Nizami qələminin altında dəyişmiş «Fərhad və 
Şirin» dastanının da Azərbaycan folklorunda təkamülü və 
inkişafı son əsrlərə  qədər davam etmiş, ozan yaradıcılığı 
mərhələsindən aşıq yaradıcılığı  mərhələsinə daxil olmuş-
dur (280, 24). 
Nizami yaradıcılığında «Kitabi-Dədə Qorqud» mo-
tivlərini türk etnik-poetik ənənəsinin konkret qatı - qadın 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə