Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə7/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   2   3   4   5   6   7   8   9   10   ...   89

 27 
tutulan terminlər kimi işlənmişdir. Bəzən «epos» qəhrə-
manlıq dastanı mənasında işlənmişdir. Lakin dünya elmin-
də «epos» və «dastan» terminləri heç də bütün hallarda 
bir-birini  əvəz edən, mənaları bir-birinə  bərabər olan 
anlayışlar kimi işlənmir» (80, 6). 
«Kitabi-Dədə Qorqud»u janr kimi qəhrəmanlıq das-
tanı hesab edən E.Rəhimova, ak. H.Araslı, prof. M.Təh-
masib, prof. R.Rüstəmzadə, prof. S.Paşayev, Q.Əliyeva, 
R.Bədəlov kimi alimlərin fikirləri (51, 20; 330, 108-112; 
392, 16;  390, 30-31; 366, 16; 372, 7) əsasında «dastan», 
«qəhrəmanlıq dastanı», «qəhrəmanlıq nağılları», «epos» 
kimi terminlərin sərhədlərinin geniş, yayğın, bəzən də biri-
birinə qarışmış olmasına diqqət cəlb etmişdir (285, 33). Bu 
və digər tədqiqatlar «epos» anlayışının xalqın milli taleyi 
ilə sıx bağlı olduğunu göstərir. 
«Dədə Qorqud» dastanının epos səciyyəsini onun 
sintez keyfiyyəti ilə izah edən prof. K.V.Nərimanoğlu öz 
tədqiqatlarında «epos»u təfəkkür fazası  və  mədəniyyəti, 
tipologiya və öz poetik sistemi, struktur və semantik 
özümlülüyünə malik anlayış kimi səciyyələndirmiş və «bu 
baxımdan «Kitabi-Dədə Qorqud» dastanlarını türk-oğuz 
xalqlarının misilsiz örnəyi» hesab etmişdir (264, 110-111; 
265, 77; 267, 139-140).  
Bu cəhətdən dastan, prof. H.İsmayılovun qənatinə 
görə, «türk kodu ilə  işarələnmiş  işarələr sistemi» kimi 
«əski epik ənənənin davamı» olub, mif, folklor və tarixin 
qarşılıqlı münasibətlərində yaranır, «ötgü», «boy» kim 
mərhələlərdən keçməklə milli tarixi özünə konsentrasiya 
edir (185, 4-6). Müəllifə görə, «dastanın eposla identik 
vahid olmadığı aydındır. Eyni zamanda dastan epik sis-
temdə avtonom hüquqlara malikdir. Əslində, dastanm 
mətn avtonomiyası vardır. Xalq yaradıcılığı örnəklərinin 
digər elementləri onun strukturunda yalnız kanonik qəlib-
lərə dola və ya hansısa vahidi əvəzləyə bilir. Amma das-
 28
tanın strukturu dəyişmir; çünki o, sabit informasiya daşı-
yıcısı kimi bir işarə bütövüdür və  mətn strukturunun sa-
bitliyi həm də bununla bağlıdır» (184, 295-296). 
Göründüyü kimi «epos» bütöv epik sistemi, etnosun 
epik-milli dəyərlərini öz içinə alan nəhəng anlayışdır. 
Dastanın bu sistemdə xüsusi yeri, yaxud prof. İ.Abbaslının 
dediyi kimi, «xüsusi siqləti» vardır: «Epos-dastan hər bir 
xalqın müxtəlif tarixi kəsimlərdəki  ədəbi-bədii, estetik-
fəlsəfi düşüncəsinin çoxyönlü cəhətlərini əks etdirən yara-
dıcılıq sahəsidir. Bu poetik irs, şifahi söz sənəti aləmində 
türk xalqlarının, o sıradan Azərbaycan türklərinin dastan 
yaradıcılığının xüsusi siqləti vardır» (2, 17). 
Rus alimi B.N.Putilov göstərir ki, «epos» çağdaş 
folklorşünaslıqda estetikanın ümumi nəzəri ruhuna uyğun 
olaraq daha çox növ anlayışı kimi şərh olunan termindir. 
Bu mənada, söz sənətinin növlərindən biri kimi «eposa» 
nağılları, rəvayətləri və nəql edilən nəsrin başqa  növlərini, 
həmçinin təhkiyənin şeir və nəğmə formalarını aid edirlər. 
Daha dar və ciddi mənada «epos» termini ilə dünya 
folklorunda tarixən təşəkkül tapmış və tarixi-tipoloji vərə-
səliklə  əlaqələnən janrların sistemini əhatə edirlər. Bu 
janrlar sisteminə daxil olan ayrı-ayrı qruplar, bütövlükdə, 
daxili oxşarlığın müxtəlif səviyyələri (qəhrəmanların tip-
ləri, süjetliliyin səciyyəsi, ideya dominantlığı  və s.) ilə 
əlaqələnir. Lakin əlaqə  hər  şeydən  əvvəl janrların tarixən 
meydana çıxmasının ardıcıllığında, birilərin digərləri ilə 
əvəzlənməsində, varisliyin və genetik asılılığın  şəksiz 
mövcudluğunda ifadə olunur (391, 162). 
Prof. N.Cəfərov və prof. K.V.Nərimanoğlunun gös-
tərdikləri kimi, «Epos» sözü ədəbiyyatşünaslıqda həm dar 
- «dastan» mənasında, həm də geniş  mənada işlənir ki, 
sonuncusu (geniş  mənası) bu və ya digər xalqın, yaxud 
xalqların qədim ədəbiyyatından danışanda özünü daha çox 
doğruldur - hər şeydən əvvəl ona görə ki, qədim dövrlər-


 29 
dən qalmış, müxtəlif yazılı  mənbələrdə mühafizə edilmiş 
«əsərlər» nə  qədər müstəqil olsalar da, vahid bir əsərin - 
eposun hissələri təsəvvürünü yaradır» (88, 136). 
  Türk alimi prof. Ə.İnan «epos» anlayışında milli ta-
rixlə bağlılığın əsas olduğunu vurğulayaraq yazır ki, «hər 
millətin tarixi milli dastan və  əfsanələrlə başlar. Böyük 
dövlətlər quran xaqanların və onlara yardım edən milli 
tanrıların mənşələrinə dair söylənən  əfsanələr, ayinlərdə 
oxunan dua və ilahilər, qəhrəmanların sərgüzəştlərini 
tərənnüm edən epopeyalar, nağıllar, xalq fəlsəfəsindən 
ibarət olan atalar sözü, bu gün bizim üçün mənasız kimi 
görünən xurafat yalnız bir millətin deyil, bütün bəşəriy-
yətin təfəkkür tarixini və onun müxtəlif təkamül səhifə-
lərini öyrənmək üçün çox qiymətli materialları təşkil edir» 
(361, 191).  
Prof. A.Nəbiyev bu anlayışın etnik-mədəni sistemin 
ümumi poetik modeli olduğunu göstərir: «Epos yaradı-
cılığı  əski dünyanın inkişaf etmiş sivil yüksəlişinin yad-
daşda  əks olunmuş  bədii modeli idi. Bu modeldə bir çox 
estetik, mənəvi-əxlaqi, etik və hüquqi dəyərlər cəmləşmiş-
dir» (258, 482).    
«Epos»un etnik-mədəni sistemlə bağlılığını  əsasən 
onun «fəlsəfi sabitliyi, əxlaqi etibarı  təlqin edən janr» 
olmasında görən prof. Y.Qarayev yazır ki, eposla etnosun 
ən təbii qaynağı, sintezi baş verib. «Dədəm Qorqud» - 
türklüyün məhz belə kitabıdır...» (215, 301). 
«Epos»un janr təbiəti onun başqa epik janrlardan, bir 
növ, bir pillə üstün dayanmasında, başqa janrları öz məna 
çevrəsinə daxil etməsində (qatmasında) ifadə olunur. Bu 
anlayışın üç məna səviyyəsinin («dünya modeli», «sözlü 
mətn» və janr) olduğunu göstərən S.Rzasoy onu bir janr 
olaraq «bütün epik janrları birləşdirən sistem» hesab 
etmişdir (297, 74) 
 30
Göründüyü kimi, «epos» milli kitab səviyyəsinə qal-
xan dastandır. Başqa sözlə, «Azərbaycan eposu bütün poe-
tik tutumu, epik estetikası ilə ümumtürk eposunun tərkib 
hissəsidir. Bu cəhətdən ümumtürk eposunun minillər boyu 
özünü gerçəkləşdirmiş qanunauyğunluqları milli eposu-
muzda, o cümlədən “Koroğlu” eposunda özünü göstər-
məkdədir. Belə ki, şifahi ənənəyə söykənən cəmiyyətlərdə  
epos həm də elin «yaddaşı», yəni tarix kitabı rolunda olur. 
Türk etnosu da at üstündə doğulub at üstündə ölən
dünyanın ənginliklərinə can atan, atdan düşüb, daş üstündə 
tarixini yazıb, yenə  də atlanan etnos olaraq öz eposuna 
müqəddəs baxmış, onu gerçək tarix saymışdır. Heç də tə-
sadüfi deyildir ki, oğuzlar «Dədə Qorqud»u məhz «Qura-
ni-Kərim» kimi müqəddəs sayaraq, ona «Kitab» adı ver-
mişlər. Buradan göründüyü kimi, türklərdə epos birbaşa  
gerçəkliyin özü sayılmışdır. Halbuki onların eposu da 
gerçək tarixin obrazlaşdırılmasıdır. Ancaq burada əsas 
olan həmin bu obrazlaşmaya münasibətdir. Öz eposunu 
birbaşa öz tarixi kimi qəbul edən xalq tarixinin əhəmiy-
yətli hadisələrini eposda «yaddaşlaşdırmağa», «tarixləşdir-
məyə» səy göstərir» (186, 22).  
Fikrimizcə, xalq yazıçısı Anarın bir fikri «eposun 
ana kitab səviyyyəsinə qalxan dastan» olmasının  əsas 
mahiyyətini dəqiq ifadə edir. O yazır: «Hər hansı xalq - 
ədəbi irsi nə  qədər zəngin olsa da bir, ya iki əsas kitaba, 
təməl kitaba, Ana kitaba malikdir. Belə baş kitab xalqın 
varlığını ən dolğun və bitkin şəkildə əks etdirir.  Belə kitab 
xalqın mənliyini, mənşəyini və məskənini təsdiq edir, keç-
mişini və gələcəyini müəyyənləşdirir, özlüyünü bənzərsiz-
liyini, fəlsəfi və əxlaqi baxışlarını, dünyagörüşünü və dün-
yaduyumunu, etik və estetik dəyərlərini göstərir, xasiyyə-
tinin, məcazının, davranışının ən incə psixoloji çalarlarını 
açır, torpağın  ətrini və  rənglərini, dağlarının  əzəmətini, 
meşələrinin, çaylarının, bulaqlarının sərinliyini, çöllərinin, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə