Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə4/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   2   3   4   5   6   7   8   9   ...   89

 15 
2. «Kitabi-Dədə Qorqud» Azərbaycan  ədəbi düşün-
cəsinin mərhələsi kimi: 
Müasir Azərbaycan cəmiyyəti «Dədə Qorqud» eposu 
ilə XX əsrin birinci yarısında tanış olmasına baxmayaraq, 
o, ilk növbədə milli ədəbi düşüncənin konkret mərhələ-
sidir. Onun təşəkkül, formalaşma, canlı ifa dövrü var. Bu 
cəhətdən, «Kitabi-Dədə Qorqud» eposu həm də Azərbay-
can ədəbiyyatının - ümumədəbi düşüncə tarixinin konkret 
bir dövrüdür. Bu cəhətinə görə «Kitabi-Dədə Qorqud» 
dastanlarının müasir Azərbaycan ədəbiyyatına təsiri məsə-
ləsinin öyrənilməsi Azərbaycan  ədəbi düşüncəsinin kon-
kret tarixi dövrü ilə müasir dövrünün tarixi-müqayisəli 
aspektdə tədqiqi deməkdir.  
3. «Kitabi-Dədə Qorqud» Azərbaycan  ədəbi düşün-
cəsinin qaynağı kimi: 
Bu istiqamət məsələnin «epos» aspektidir. «Kitabi-
Dədə Qorqud» janrı etibarilə  qəhrəmanlıq dastanıdır. La-
kin bu dastan eyni zamanda xalqın bütün etnik-mənəvi 
dəyərlərini özündə cəmləşdirən, onu yaddaş xəzinəsi kimi 
qoruyan eposdur. Bir epos kimi Azərbaycan ədəbi düşün-
cəsinin ilkin estetik normaları, müasir ədəbi növ və janr-
ların «arxetipləri» - «rüşeymləri» bu dastanda qorunmaq-
dadır. O, bir dastan kimi uzun əsrlər boyu canlı ifada ol-
muş, daha sonra öz canlı mövcudluq tarixini başa vurub, 
yeni dastanların yaranmasına səbəb olmuş və orta əsrlərdə 
əlyazması halında qeydə alınmışdır. Bu gün «Kitabi-Dədə 
Qorqud» eposu artıq bizim üçün milli ədəbi-estetik düşün-
cənin tarixi arxetiplərini özündə qoruyan epos xəzinəsi - 
epik yaddaşdır. Bu səbəbdən dolayı «Kitabi-Dədə Qor-
qud» dastanlarının müasir Azərbaycan  ədəbiyyatı ilə  əla-
qəsini öyrənmək eyni zamanda müasir ədəbiyyatın öz ədə-
bi-estetik qaynağı ilə bağlılığını araşdırmaq deməkdir. 
4. «Kitabi-Dədə Qorqud»un Azərbaycan şifahi ədəbi 
düşüncə tarixinə təsiri: 
 16
Müasir Azərbaycan  ədəbiyyatı bütün növ və janrlar 
sistemi, mövzu, məzmun və ideya qaynaqları etibarilə 
qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının davamıdır. 
«Kitabi-Dədə Qorqud» özündən sonrakı ədəbi düşüncəyə, 
xüsusilə Azərbaycan qəhrəmanlıq və  məhəbbət dastanla-
rına çox güclü təsir etmişdir. Bu səbəbdən müasir Azər-
baycan  ədəbiyyatının «Kitabi-Dədə Qorqud»la əlaqəsinin 
bir xətti də orta əsrlər Azərbaycan  şifahi  ədəbiyyatıdır. 
Yəni «Qorqud» eposunun təsiri orta əsr Azərbaycan das-
tanlarından keçməklə də gəlib müasir ədəbiyyatımıza çat-
mışdır. Bu, haqqında yuxarıda bəhs etdiyimiz «Qorqud 
milli-ədəbi ruhu», yəni XX əsr Azərbaycan ədəbiyyatının 
əsrlər boyu varlığında, tarixi yaddaşında, düşüncəsinin 
köklərində  həmişə mövcud olan, yaşamını günümüzə  qə-
dər sürdürən «Dədə Qorqud ruhu» məsələsidir. «Dədə 
Qorqud» eposu ədəbi ruh kimi Azərbaycan  ədəbi düşün-
cəsini  ən qədim çağlarından tutmuş müasir dövrümüzə, 
günümüzə qədər daim müşayiət etmişdir. 
5. «Kitabi-Dədə Qorqud»un yazılı ədəbi düşüncə ta-
rixinə təsiri: 
Azərbaycan alimlərinin ədəbiyyatımızda «Dədə Qor-
qud ənənələrinə dair apardığı araşdımalar göstərir ki, epos 
qədim və orta əsrlər ədəbiyyatımıza da güclü təsir göstər-
mişdir. Məsələnin bu tərəfi məlum edir ki, müasir Azər-
baycan  ədəbiyyatının «Kitabi-Dədə Qorqud» eposu ilə 
əlaqəsinin bir qaynağı da bu istiqamətdə axtarılmalıdır. 
Çünki müasir ədəbiyyat  ənənə konktekstində  qədim və 
orta əsrlər ədəbiyyatının varisidir.  
6. «Kitabi-Dədə Qorqud» və müasir Azərbaycan 
ədəbiyyatı.   
Tədqiqatın başlıca məqsədini təşkil edən bu istiqa-
mət həm xronoloji, həm də məntiqi-elmi baxımdan sonun-
cu olub yuxarıdakı aspektlərlə sıx şəkildə bağlıdır. Əslin-
də, «Kitabi-Dədə Qorqud» və müasir Azərbaycan ədəbiy-


 17 
yatı» mövzusu «Kitabi-Dədə Qorqud» və Azərbaycan ədə-
biyyatı» kimi qlobal elmi problemin sözü gedən aspektlə-
rindən biridir. Bu üzdən mövzuya hansı istiqamətdə baxı-
lırsa-baxılsın, bu aspektləri birgə götürmək, bir aspekti öy-
rənərkən digərlərini də öz dərəcəsində  nəzərə almaq la-
zımdır. 
«Kitabi-Dədə Qorqud» dastanlarının müasir Azər-
baycan  ədəbiyyatına təsiri mövzusunun tədqiqi problemə 
ilk növbədə «folklor və yazılı  ədəbiyyat» aspektində ya-
naşma tələb edir. Bu, çox mühüm yanaşmadır və onun 
nəzərə alınması son dərəcə vacibdir. «Kitabi-Dədə Qor-
qud» bütün hallarda folklor abidəsidir. Folklor abidəsinin 
bütün quruluş elementləri (mövzu, məzmun, forma, obraz, 
süjet, motiv, epizod, bədii dil, onun təsvir və ifadələr sis-
temi və s.) istisnasız  şəkildə folklor poetikasının qanuna-
uyğunluqlarına tabedir və heç bir halda ondan qırağa çıx-
mır. Folklor mətninin poetikası ilə yazılı ədəbiyyatın poe-
tikası biri-biri ilə  qırılmaz  şəkildə bağlı olduğu kimi, on-
ların arasında kəskin fərqlər də vardır. Bu bağlılıq (vəhdət) 
və  fərqlər «folklor və yazılı  ədəbiyyat» modeli çərçivə-
sində reallaşır. Ə.Ələkbərli folklorun və yazılı ədəbiyyatın 
özünəməxsusluğunu səciyyələndirən (həm də müəyyənləş-
dirən) bədii şərtilik amili haqqında yazır ki, «bu, ilk növ-
bədə, ümumiyyətlə, folklor təfəkkürü, folklorun digər bə-
dii yaradıcılıq sahələrindən, o cümlədən yazılı ədəbiyyat-
dan fərqli spesifik poetikası ilə bağlı  əlamətdir və dün-
yanın bütün digər xalqlarının şifahi söz sənəti tarixində bu 
və ya digər forma və səviyyədə müşahidə olunur. Xüsusilə 
qədim dövrlərdə folklorda gerçəkliyin bizim bugünkü 
(bədii - Y.İ.) təfəkkür tərzimizə müvafiq yox, məhz ilkin-
ibtidai təfəkkür prizmasından keçirilərək  əks olunduğunu 
və bu təfəkkür tərzi üçün bir sıra keyfiyyətlərin (məsələn: 
hadisələr arasında səbəb-nəticə əlaqəsinin səciyyəvi olma-
ması; bir sıra anlayış və təsəvvürlər, o cümlədən canlı və 
 18
cansızlar, insanlar və heyvanlar arasında diferensiasiyanın, 
yaxud lazımi səviyyədə diferensiasiyanın yoxluğu və s.) 
səciyyəviliyini də nəzərə alsaq, onda folklorun bədii şərti-
lik elementlərindən istifadə özünəməxsusluğundan hətta 
onun poetikasının  əsas komponenti kimi danışa bilərik» 
(116, 162). 
Azərbaycan folklorşünaslığında folklor mətnlərinin 
folklorun öz poetikasına uyğun yox, yazılı  ədəbiyyat 
prinsipləri ilə təhlil olunması rast gəlinən haldır. Həmçinin 
ədəbiyyatşünaslıqda  ədəbi  əsərlərdəki folklor «layının» 
(folklor motiv və obrazlarının) təhlili zamanı «folklor və 
yazılı  ədəbiyyat» münasibətlər modelinə bir çox hallarda 
etina edilmir. Nəzərə alınmır ki, hər hansı folklor obrazı 
yazılı  ədəbiyyata gələrkən yazıçı  təxəyyülünə uyğun də-
yişsə  də,  ədib onun üzərində müxtəlif yaradıcılıq  əməliy-
yatları aparıb həmin folklor obrazını öz ideyasının daşı-
yıcısı kimi yenidən yaratsa da, bu folklor obrazının «bət-
nində», «mayasında» (obrazın semantik strukturunda, for-
mal-poetik quruluşunda və s.) folklor poetikasının qanuna-
uyğunluqları yaşamaqda davam edir. Bu amildən irəli gəl-
məklə  hər hansı yazılı  ədəbiyyat  əsərində folklor qatının 
araşdırılması, o cümlədən bizim tədqiqatımızda olduğu 
kimi müasir Azərbaycan ədəbiyyatında «Kitabi-Dədə Qor-
qud» dastanlarının təsirinin qlobal aspektdə öyrənilməsi 
zamanı «folklor və yazılı ədəbiyyat» münasibətlər modeli 
hökmən tətbiq olunmalıdır. 
Prof. P.Əfəndiyev görkəmli dramaturq C.Cabbarlı 
yaradıcılığında xalq ədəbiyyatından istifadə  məsələsindən 
bəhs edən kitabında yazır: «Yazılı  ədəbiyyat və folklor
bunların qarşılıqlı əlaqə və təsiri ədəbiyyatşünaslıq və folk-
lorşünaslığı  həmişə düşündürmüşdür. Bu problem həm də 
Azərbaycan ədəbiyyatı tarixində xəlqilik, realizm, sənətkar-
lıq kimi mühüm məsələlərlə bağlıdır. Ona görə də müxtəlif 
dövrlərdə Azərbaycan söz ustalarının xalq ədəbiyyatına mü-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə