Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə9/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   5   6   7   8   9   10   11   12   ...   89

 35 
sini - Y.İ.) təqdim edir. Bu hekayətlər, yaxud Bartoldun 
adlandırdığı kimi «bılinalar» («Oğuznamə») müxtəlif 
vaxtlarda və müxtəlif söyləyicilər tərəfindən qismən Orta 
Asiya  ərazisində, Sırdəryanın aşağı  ətraflarında (IX-X 
əsrlər), qismən oğuzların yeni vətənində, Zaqafqaziyada 
(Azərbaycan) və Kiçik Asiyanın qonşu rayonlarında (XI-
XV əsrlər) yaranmışdır (381, 629).  
Yeri gəlmişkən, eposun tarixin dərinliklərinə uzanan 
kökləri, müxtəlif tarixi epoxaları öz yaddaşında  əks et-
dirməsi tarixçilərə onu şifahi tarixi mənbə kimi götürməyə 
əsas vermişdir. Bu barədə ciddi əsərlər (bax: 228; 229; 
230; 231) müəllifi olan prof. Y.Mahmudlunun qənaətincə, 
bu dastan «oğuzların, xüsusilə Azərbaycan türklərinin qə-
dim və orta əsrlər tarixini araşdırmaq baxımından bir tarixi 
mənbə kimi əvəzsizdir» (23012). Prof. İ.Vəliyev «Kitabi-
Dədə Qorqud»la şumer tarixinin epik izləri, o cümlədən 
şumer eposu «Bilqamıs» arasında süjet, ideya, fikir, poetik 
üslub, obraz paralelləri aşkarlamışdır (344 32). 
«Kitabi-Dədə Qorqud»un nəhəng tutuma və qlobal 
ölçülərə malik poetik yaddaşı onu bir abidə kimi məhdud 
zamanla, məhəlli poetik ənənə ilə məhdudlaşdırmağa imkan 
vermir. Bu yaddaş o qədər genişdir ki, onun qədim yunan 
eposu ilə  bağlılığı  tədqiqatçılara ayrıca monoqrafik ax-
tarışlar aparmağa imkan vermişdir. F.e.d. F.Əlimirzəyeva 
göstərir ki, tanınmış  şərqşünas və  tərcüməçi  Ə.Şmidenin, 
haqlı olaraq, «qorqüdşünaslığın atası» saydığı H.F.Dits 
(122, 29) «on bənddə Təpəgözlə Polifemi müqayisə edir və 
bu müqayisələrdə çox uyğun oxşarlıqlar tapır. Nəticədə Dits 
«Kitabi-Dədə Qorqud»dakı  Təpəgözün Homerin «Odisse-
ya»sındakı Polifemdən daha qədim olması qənaətinə gəlir» 
(122, 18). Ditsə görə, «Homer Asiyaya səyahəti zamanı 
Təpəgöz hekayəsini eşitmiş, onun natamam cizgilərini, adə-
tən tərcüməçinin dediyinə əsasən, öz Polifeminə vermişdir. 
Bəlkə  də, o, rəvayəti Yunanıstanda özü eşitmişdir. Bəlkə 
 36
də, oğuz nəslindən olan bir nəfər hansı ad altında isə Yu-
nanıstana gəlmiş  və onun dilindən yayılan Təpəgöz heka-
yəti Homerə  qədər yaddaşlarda qalmışdır. Homer isə bu 
surəti öz dövründə danışanlardan eşitmiş  və yazıya almış-
dır» (122, 19). Prof. Ə.Sultanlı «Dədə Qorqud»u qədim yu-
nan eposları  «İliada» və «Oddisseya» ilə paralellərinin 7 
ümumbəşəri motivə («Ata ilə oğulun vuruşu», «Qardaş ilə 
qardaşın üz-üzə  gəlməsi», «Ər öz nişanlısının toyunda», 
«Qəhrəmanın təpəgözlə vuruşu», «Oğula ana haqqında şər 
atmaq», «Ölməli olan ərin ata-anaya müraciəti, rədd cavab 
alması, arvadı ər üçün ölümə geldir», «Qəhrəmana fövqəla-
də güc aşılamaq») əsaslandığını xüsusi vurğulamışdır (313 
41). Prof. K.Abdulla eposun poetikasının dərin qatlarına 
dair ardıcıl  şəkildə apardığı  tədqiqatlarında, xüsusilə «Sirr 
içində dastan və yaxud gizli Dədə Qorqud - 2» monoqrafi-
yasında qədim yunan eposunun obrazlar qalereyası ilə 
«Qorqud» eposunun obrazları arasında bəzən heyrət doğu-
racaq qədər oxşar olan çoxlu paralellər aşkarlamışdır (18). 
Prof. Q.Kazımov yunan-oğuz epos paralellərini qədim oğuz 
tayfalarının axeylər və başqa hindavropalılar ilə qonşuluğu 
kontekstində  nəzərdən keçirərək tipoloji oxşarlıqların ge-
netik köklərə malik olması  qənaətinə  gəlmişdir (190, 75). 
Prof. Y.Axundlu oğuz eposu ilə yunan mifologiyası arasın-
da maraqlı paralellər aparmışdır (36, 45). Tədqiqatçılar hət-
ta oğuz-yunan əlaqələrini dastanın özündə axtarmışlar (233, 
126-130). 
Prof. A.Nəbiyev eposun Azərbaycan dastançılıq  ən-
ənəsinə  təsirindən danışarkən göstərir ki, «Kitabi-Dədə 
Qorqud»un formalaşdırdığı dastançılıq  ənənələri özündən 
sonrakı dastan yaradıcılığına təsir etmiş, Azərbaycan das-
tançılığı həmin ənənə əsasında inkişaf edib çiçəklənmiş və 
orta  əsrlərin dastançılığı yaranmışdır. Bu ənənə orta əsr 
dastanlarına forma və məzmun gözəlliyi bəxş etdiyi kimi, 
türk düşüncəsi üçün yeni improvizatorçu tipini - aşığı  və 


 37 
aşıq sənətini yaratmışdır. Həmin dastançılıq  ənənəsi  Şərq 
və dünya eposunun bir çox füsunkar süjet, motiv və ob-
razını orta əsrlər Azərbaycan dastançılığına ötürmüşdür. 
«Kitabi-Dədə Qorqud»un təsiri kimi təqdir olunan bütün 
bu rəngarəngliklər isə sadəcə təsirlə məhdudlaşa bilməzdi, 
bu, vahid bir yaradıcılıq  ənənəsi idi ki, oğuz eposundan 
bütün sonrakı orta əsr dastanlarına - «Aşıq Qərib»ə, «Nov-
ruz və Qəndab»a, «Səlim şah»a, «Alı xan və Pəri xanım»a 
və s. car olmuşdur. «Koroğlu» improvizəsində yenidən 
əzəli kökünə qayıtma meylini əks etdirmiş, qaçaqçılıq 
dastanlarında öz ətri və rayihəsini qoruyub saxlamışdır. 
«Kitabi-Dədə Qorqud» ənənələri bu gün orta əsr məhəbbət 
dastanlarında, eləcə  də sonrakı  mərhələlərdə yaranmış 
qəhrəmanlıq süjetlərində yeni yaradıcılıq prosesi keçirir. 
Bu isə oğuz eposunun erkən qaynaqlar və yaradıcılıq nəhr-
ləri ilə daha dərin köklərlə bağlılığını bir daha təsdiqləyir» 
(257, 12). 
Prof. A.Nəbiyevin «Kitabi-Dədə Qorqud»un Azər-
baycan dastançılıq ənənəsinə təsirini «vahid bir yaradıcılıq 
ənənəsi», yəni ümumoğuz eposunun - «Oğuznamə»nin tə-
siri kimi izah etməsi  məsələnin məntiqi cəhətdən düzgün 
qoyuluşudur. «Kitabi-Dədə Qorqud»da yaşayan və onun 
vasitəsi ilə ötürülən poetik ənənələr ümumən «oğuznamə» 
epik ənənəsidir. Tədqiqatlarda indi bu aspekt daha dolğun 
və əhatəli hesab olunur. «Koroğlu» dastanını arxaik oğuz 
eposunun transformativ törəməsi hesab edən koroğluşünas 
E.Abbasov Koroğlu obrazının dastanın müxtəlif «versiya 
və variantlarında yer alan keyfiyyətlərinin onun Oğuz 
obrazının sonrakı tarixi mərhələlərdəki epik transformasi-
yası olması» qənaətinə gəlmişdir (3, 57). Digər koroğluşü-
nas alim X.Bəşirova «Kitabi-Dədə Qorqud» və «Koroğlu» 
eposlarını ov və toy səhnələri baxımından müqayisə edə-
rək bunların eyni epik ənənə ilə bağlı olduğunu aşkarla-
mışdır (71, 68-69). Ümumiyyətlə, öz yaradıcılığında «Ki-
 38
tabi-Dədə Qorqud» ənənələrinin xalqımızın bədii yaradıcı-
lığına təsirini daim diqqətdə saxlamış prof. Ş.Cəmşidovun 
fikrinə görə isə, «Dədə Qorqud» boylarının bədii ideya-
sını, məzmununu və  ədəbi quruluşunu məhz bu cəhətdən 
mənimsəyib, özündə saxlayan ən böyük abidə «Koroğlu» 
dastanıdır» (91, 85).  
«Kitabi-Dədə Qorqud», ümumən, bütün göstəriciləri 
üzrə türk epik ənənəsini inikas edir. Türk eposunun ge-
netik baxımdan üç tipini (Altay-Mərkəzi Asiya eposu
Qıpçaq eposu və  Oğuz eposu) müəyyənləşdirən prof. 
N.Cəfərov (84, 16-17) göstərir ki, Dədə Qorqud dastanı ilk 
orta əsrlərin oğuz eposudur - bu isə o deməkdir ki, birin-
cisi, Dədə Qorqud dastanında qədim türk epos təfəkkü-
rünün müəyyən əlamətləri mühafizə edilir; ikincisi, həmin 
dastanda son orta əsrlər Azərbaycan türk eposunun ideya-
estetik əsasları müəyyənləşir (85, 84). 
Bu cəhəti eposu, əslində, çox qədim dövrlərdən 
Azərbaycan folklor sisteminin qaynağına çevirmişdir. 
Ü.Nəbiyevanın qənaətincə, «Kitabi-Dədə Qorqud» milli 
folklorun çox müxtəlif dövrlərini bəzən bütöv mərasimlər 
sistemi halında («Bamsı Beyrək» boyunda toy modeli 
şəklində), bəzən baş vermiş faciələrdən mütəəssir olan, 
sınaqlardan çıxmış  həyat həqiqətlərini təsdiqləmiş  bədii 
hökmlər  şəklində (müqəddimədəki paremik vahidlər top-
lusu halında), ayrı-ayrı boylarda hiss və  həyəcanı daha 
təsirli etmək məqsədi ilə işlədilən alqış-qarğış, inanc və b. 
janrlardan istifadə yolu ilə, nəhayət, qədim folklor süjet-
lərindən - övladsızlıq, Təpəgöz, can əvəzinə can istəmə və 
s. şəklində əks etdirə bilmişdir (263, 79). 
«Kitabi-Dədə Qorqud» dastanları özünəqədərki folk-
lor yaradıcılığı ilə özündən sonrakı folklor yaradıcılığının 
arasında durmaqla bir körpü rolunu oynayır. «Dədə Qor-
qud» körpüsündən keçən Azərbaycan  şifahi xalq ədəbiy-
yatı - milli folkloru eposun tükənməz enercisi ilə qidalanıb 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə