Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə12/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   8   9   10   11   12   13   14   15   ...   89

 47 
obrazı əsasında nəzərdən keçirən tədqiqatçı M.Məmmədov 
aşkarladığı parallelləri Nizaminin «öz doğma mühitinin» 
əxlaqi-mənəvi görüşlərini inikas edən «Dədə Qorqud kita-
bı»nın prinsiplərini öz yaradıcılığında  əks etdirməsi kimi 
qiymətləndirmişdir (240, 33). 
 «Kitabi-Dədə Qorqud»un özündənsonrakı milli ədə-
biyyatın inkişafındakı rolu böyük olmaqla bərabər məz-
munca da zəngindir. Bu cəhətdən tədqiqatçılar onun Azər-
baycan bədii nəsrinin, ümumiyyətlə, nəsr dilinin inkişafına 
təsirinə  də diqqət yetirmişlər. «Dədə Qorqud» eposunu 
«bütün sonrakı dövrlərdə canlı danışıq dili əsasında yaran-
mış Azərbaycan nəsr əsərlərinin dilinin, leksik, morfoloji, 
sintaktik, hətta üslubi bazası, əsası, söykənəcəyi» adlandı-
ran tədqiqatçı  Ə.Sadıqov yazır ki, «sonrakı dövrlərdə ya-
ranmış Azərbaycan nəsr  əsərləri dil materialı baxımından 
məhz bu bünövrəyə  əsaslanmışdır. Azərbaycan xalqının 
folklor yaradıcılığının yazıya alınmasının «Kitabi-Dədə 
Qorqud» təcrübəsi bütün sonrakı dövrlərdə dastanların ya-
zıya köçürülməsi prosesində də əsas kimi götürülmüşdür. 
Zaman keçdikcə müəyyən üslub fərqləri az və ya çox də-
rəcədə özünü göstərsə də, əsas dil materialının, qrammatik 
quruluşun sabit qalması diqqəti çəkir. Bu baxımdan «Ki-
tabi-Dədə Qorqud» dastanlarının dili ilə XVI əsrdə qələmə 
alınmış  məşhur «Şühədanamə», «Şeyx Səfi» təzkirəsinin, 
Məhəmməd Füzulinin nəsr  əsərlərinin, habelə XVII əsrin 
sonlarında qələmə alınmış  «Şəhriyar» dastanının dil fakt-
larının müqayisəsi də bu abidələrdəki dil varisliyini təsdiq 
edir və aydın  şəkildə göstərir» (298, 208). “Məhəmməd 
Füzulinin nəsri bədii təsvir vasitələri, qafiyə və simmetrik 
sistemi, ritm və ahəngi, ornamental sintaksisi, ümumiyyət-
lə sənətkarlıq baxımından klassik üslubun zirvəsində dursa 
da,  əsas dil materialı, morfoloji və sintaktik xüsusiyyət-
lərinin əsasları baxımından Azərbaycan ümumxalq danışıq 
dilinə söykənir” (298, 209). Ə.Sadıqov göstərir ki, “qeyd 
 48
etdiyimiz nəsr abidələri (o cümlədən Məhəmməd Füzu-
linin nəsri – Y.İ.) əsasən canlı danışıq dili əsasında  qələ-
mə alındığından «Kitabi-Dədə Qorqud» dastanının dili ilə 
həmin nəsr  əsərlərinin dili arasında bir varislik özünü 
göstərir” (298, 209). 
Qeyd edək ki, «Kitabi-Dədə Qorqud»un orta əsrlər 
poeziya dilinin inkişafına təsirini Nəsimi şeirlərində işlən-
miş çoxsaylı «Dədə Qorqud» ifadələri səviyyəsində prof. 
Ş.Cəmşidov, M.P.Vaqif yaradıcılığında işlənmiş «Dədə 
Qorqud» sözləri səviyyəsində  Ə.Fərzəliyev kifayət qədər 
sanballı faktlar əsasında araşdırmışlar (bax: 92; 146).   
Əlbəttə, burada müxtəlif tərəflərinə diqqət verdiyi-
miz «Kitabi-Dədə Qorqud» və qədim və orta əsrlər Azər-
baycan  ədəbiyyatı» məsələsi ona bir neçə  səhifə  həsr 
etməklə tükənən mövzu deyildir. Müxtəlif nəsilləri təmsil 
edən alimlər bu mövzuda zamanla söz demiş  və demək-
dədirlər. Burada söhbət problemə monoqrafik yanaşmadan 
gedə bilər.  İndiki yanaşma mövzumuzla bağlı belə bir 
mühüm elmi gerçəyi üzə  çıxarmaqla onu təsdiq edir: 
«Kitabi-Dədə Qorqud» eposunun müasir Azərbaycan ədə-
biyyatına təsiri dastanın Azərbaycanda ilk dəfə nəşr olun-
duğu XX əsrin birinci yarısı ilə başlanmır. Burada iki təsir 
səviyyəsindən söhbət gedə bilər: 
Birincisi  dastanın nəşri ilə başlanan zahiri təsirdir. 
Dastan nəşr olunduqdan sonra cəmiyyətdə yayıldı və ədib-
lər eposun süjet və obrazlarından, mənəvi gözəlliyindən 
ilham alıb yeni əsərlər yaratmağa başladılar. 
İkincisi müasir Azərbaycan  ədəbi düşüncəsinin ru-
hunda yaşayan «Qorqud» bədii potensialıdır. Bu, yuxarıda 
dəfələrlə vurğulanmış «Dədə Qorqud» poetik energetic-
kasıdır. Epos Azərbaycan etnik-mədəni düşüncəsinin bü-
tün mənalı dəyərlərini özünə konsentrə edərək xalqın dü-
şüncəsinin enerci qaynağına çevrilmişdir. Əslində, XX əs-
rin birinci yarısında çap olunaraq cəmiyyətdə yayılan «Ki-


 49 
tabi-Dədə Qorqud» eposu yazıçı  və  şairlərimizin düşün-
cəsinin dərin qatlarında genetik irs kimi mövcud olan, on-
ların  şüuruna düşüncə simvolu kimi genetik yolla (ana-
dangəlmə üsulla) ötürülmüş «Dədə Qorqud» ruhunu oyat-
dı. Müasir Azərbaycan  ədəbi düşüncəsinin dastana olan 
coşqun marağının  əsasında bu amil durur. Yəni dastan 
ədiblərimizi, sadəcə olaraq, özünün maraqlı süjet və ob-
razları ilə  cəlb etmədi. Onların düşüncəsinin dərin qatla-
rında yaşayan etnopoetik arxetipləri oyatdı. Arxetiplər – 
düşüncənin energetik qaynaqları  hərəkətə  gəlmək üçün 
həmişə hazır vəziyyətdə olur. Arxetiplərin hərəkətə gəlmə-
si onları oyadacaq gücə malik təsirin mövcudluğu zamanı 
baş verir. «Kitabi-Dədə Qorqud» məhz belə bir təsir gücü-
nə malik eposdur. O, öz təsiri ilə müasir Azərbaycan ədə-
biyyatına tamamilə yeni mövzular və  ədəbi-bədii ovqat 
gətirdi. Bu amillər «Kitabi-Dədə Qorqud»un müasir Azər-
baycan ədəbiyyatına təsiri məsələsini kompleks halda öy-
rənməyi - zahiri və batini (daxili, gizli, alt qatda qalan) cə-
hətləri nəzərə almağı tələb edir. Əks halda problemin həlli 
üzdən görünən səthi məsələləri əhatə edə bilər. 
 50
II FƏSİL 
 
MÜASİR AZƏRBAYCAN NƏSRİNDƏ  
«DƏDƏ QORQUD» İDEYA VƏ MOTİVLƏRİNİN  
İNKİŞAF İSTİQAMƏTLƏRİ  
 
«Kitabi-Dədə Qorqud» dastanlarının müasir Azər-
baycan  ədəbiyyatının inkişafındakı rolunun tədqiqi biri-
biri ilə əlaqəli olan iki mühüm amilə diqqət yetirməyi tə-
ləb edir: 
Birincisi, əlyazması XIX əsrin ikinci onilliyindən ta-
pılaraq elm aləminə məlum olan eposun XX əsrin birinci 
yarısında Azərbaycan cəmiyyətinə «gəlişi» tarixi; 
İkincisi, XX əsrin 20-ci illərindən Azərbaycan cə-
miyyətində başlayan milli-ideoloji repressiyalar və onların 
fonunda eposun və eposa hər hansı münasibətlə diqqət 
yetirmiş ədiblərin (ümumən ziyalıların) qanlı təqiblərə mə-
ruz qalması. 
Bu amillər biri-biri ilə ayrılmaz dərəcədə bağlıdır. 
İlk baxışda onlara diqqət yetirilməsi, bəlkə  də, lüzumsuz 
görünür. Ancaq «Kitabi-Dədə Qorqud» eposunun müasir 
Azərbaycan  ədəbiyyatının inkişafındakı rolunun araşdırıl-
ması problemi həmin amillərin biri-biri ilə bağlı olduğu 
dərəcədə onlara bağlıdır. Bütün bunları biri-birinə bağla-
yan «milli tale» anlayışıdır. Bu tale bir qapalı üçbucaqdır: 
«Kitabi-Dədə Qorqud», milli ədəbiyyat və milliliyin rep-
ressiyası. 
Azərbaycan etnik-ədəbi, milli-estetik düşüncəsinin 
mayası, bünövrəsi, milli ədəbiyyatının qaynağı və mərhə-
ləsi olan «Dədə Qorqud» eposu ədəbi-bədii enerji qaynağı 
kimi həmişə Azərbaycanın milli varlığının ruhunda var 
olmuşdur. Orta əsrlərdən eposun canlı ifaçılıq dövriyyə-
sindən çıxması onu aktual milli yaddaşdan tədricən tarixi 
milli yaddaşa keçirdi. Əsrlərin, qərinələrin dialektikası öz 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə