Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə10/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   6   7   8   9   10   11   12   13   ...   89

 39 
coşqun inkişaf yoluna qədəm qoymuşdur. Eposun bu kör-
pü rolunu prof. M.H.Təhmasib sələf-xələf münasibətləri 
kimi səciyyə edib göstərir ki, «Dədə Qorqud» boylarının 
bu gün əksər rayonlarımızda tam coşqun bir həyatla yaşa-
yan və yeni məzmunlu, yeni ideyalı müasir əsərlər hesa-
bına getdikcə daha da zənginləşən xalq dastanlarımızın 
qədim nümunələri olduğu  şəksizdir. Doğrudur, «Dədə 
Qorqud» boyları ilə bugünkü dastanlarımız arasında fərqli 
cəhətlər də vardır. Lakin bu fərq sələflə  xələf arasındakı 
fərqdən artıq deyildir. Bu fərq, əgər belə demək mümkün-
sə, bütün ömrünü dağlarda keçirmiş, əsasən, köçəri həyat 
sürmüş ağ saqqallı baba ilə az-çox mədrəsə təhsili görmüş, 
şəhərlərdə yaşamış, hətta sufilik, hürufilik kimi dini təri-
qətlərin, zahiri də olsa, təsirinə məruz qalmış bir nəvə ara-
sındakı fərqdən qüvvətli deyildir» (329, 4). 
Prof.  Ş.Cəmşidov «Kitabi-Dədə Qorqud»un şifahi 
ədəbiyyatın inkişafındakı rolunu izləyərək «Təpəgöz», 
«Övlad həsrəti», «Qəhrəmanın öz sevgilisinin sorağı ilə 
uzaq ellərə getməsi», «Aşiqin sınaqdan keçirilməsi», 
«Qəhrəmanın yolda rast gəldiyi  şeylərə müraciəti və evə 
dönərkən qarşılanması», «Qəhrəmanın səfər zamanı yatıb 
yuxuya qalması» motivlərinin sonrakı  məhəbbət dastan-
larında qüvvətli şəkildə işləndiyini göstərmişdir (93, 145-
150). Alim «Dədə Qorqud» eposunun «Koroğlu»ya 
təsirini son dərəcə qüvvətli olduğunu xüsusi vurğulayaraq 
göstərir ki, «Koroğlu» eposu Azərbaycan xalq dastanları 
içərisində yeganə nümunədir ki, özünün bütün bədii şəkli, 
ədəbi forması - kompozisiyası, ümumi məzmun və ideyası 
ilə «Kitabi-Dədə Qorqud»a tam uyğun gəlir. Uzun əsrlərin 
fasiləsi ilə ayrılan bu iki dastanın biri-birinə belə yaxın 
olması, bəzi cəhətdən hətta eyniyyət təşkil etməsi son 
dərəcə maraqlıdır. Bu, hər  şeydən  əvvəl yeni dastan 
yaradıcılarının qədim dastan ənənələrindən istifadəsi ilə 
izah edilə bilər. Adətən, yazılı ədəbiyyatda bu ənənə bizə 
 40
çoxdan məlumdur. Əvvəllər yaranmış hər hansı böyük bir 
abidə özündən çox-çox sonra özünə bənzər onlarla əsərin 
yaranıb meydana gəlməsində böyük rol oynayır. Aşıq 
yaradıcılığında da yeni yaranan dastanlar əvvəlki dastan-
lardan istifadə edilərək meydana çıxır. «Koroğlu» dastanı 
da özündən əvvəl yaranmış və bütün boyları ilə, heç şüb-
həsiz ki, xalq içərisində dildə-dilə  gəzən «Dədə Qorqud» 
dastanlarından bilavasitə qüvvət almışdır (93, 151).     
Qeyd edək ki, bu iki epos arasındakı epik ənənə bağ-
lılığı vaxtilə görkəmli alimlər H.Araslı və M.H.Təhmasib 
tərəfindən də göstərilmişdir. Ak. H.Araslı bu bağlılığı da-
ha çox qəhrəman xarakterlərinin oxşarlığı, prof. M.H.Təh-
masib isə süjet, motiv, epizod aspektlərində vurğulamışlar 
(50, 15; 328, 248). 
Ümumiyyətlə, «Kitabi-Dədə Qorqud» dastanlarının 
qədim və orta əsrlər  şifahi xalq yaradıcılığına təsiri son 
dərəcə qüvvətli olub, çox geniş və zəngin ədəbi nümunə-
lərlə təmsil olunur. Əslində, istər «Qorqud» eposu, istərsə 
də ümumən  şifahi xalq yaradıcılığı vahid poetik ənənəni 
təşkil edir. «Kitabi-Dədə Qorqud»un bu ənənə daxilindəki 
rolu unikaldır. Belə ki, o, özünəqədərki folklor ənənələrini 
əxz etmiş, uzun əsrlər boyu özündə yaşadaraq inkişaf 
etdirmiş, daha sonra cilalanmış, sabitləşmiş  ənənə kimi 
özündən sonrakı folklor yaradıcılığının tarixi dövriyyəsinə 
daxil etmişdir. Qeyd edək ki, ayrı-ayrı  tərəfləri müxtəlif 
tədqiqatçılar tərəfindən qeyd olunmuş, eləcə  də burada 
müxtəlif tərəflərinə toxunulmuş bu proses çox böyük elmi 
problemdir. Bu baxımdan, «Kitabi-Dədə Qorqud»un şifahi 
ədəbi düşüncə tarixinə  təsiri bizim üçün onun müasir 
Azərbaycan ədəbiyyatındakı təsirinin epik ənənə əsaslarını 
öyrənmək baxımından diqqətçəkici idi. Əvvəldə vurğulan-
dığı kimi, eposun müasir Azərbaycan  ədəbiyyatına təsiri 
heç də XX əsrin birinci yarısından - dastanın Azərbaycan-
da çap olunub yayılmasından başlanmır.  Əslində, «Dədə 


 41 
Qorqud» dastanı epik ənənə, milli epik ruh kimi əsrlər bo-
yu ədəbiyyat tariximizdə olmuş, qədim və orta əsrlər ədəbi 
düşüncəmizdən keçərək müasir ədəbiyyatımızın ruhuna 
daxil olmuşdur. Bu istiqamətdə nəzərdən keçirilməsi vacib 
xətlərdən biri «Kitabi-Dədə Qorqud» eposunun qədim və 
orta əsrlər yazılı ədəbiyyatına təsiri məsələsidir. 
«Kitabi-Dədə Qorqud»un milli yazılı ədəbiyyatın in-
kişafına təsiri barəsində ayrı-ayrı tədqiqatçıların əsərlərin-
də qiymətli fakt və mülahizələr vardır. Lakin ümumilikdə, 
H.Həşimlinin yazdığı kimi, «yazılı ədəbiyyatımızda «Kita-
bi-Dədə Qorqud» motivləri indiyədək ayrıca tədqiqat 
mövzusuna çevrilməmişdir» (164, 56). Eposun yazılı ədə-
biyyata təsirinin çağdaş  ədəbi prosesə  qədər davam etdi-
yini qeyd edən müəllif  həmin təsirin iki əsas formada ger-
çəkləşdiyini göstərir: 
1. Bir çox əsərlərdə «Kitabi-Dədə Qorqud»un ruhu, 
təsvir üsulu, obrazlarının simvolik məna yükü və s. qaba-
rıq nəzərə çarpmaqdadır. 
2. Müxtəlif janrlarda yazılmış bir sıra əsərlər isə bila-
vasitə dastanın mövzusu, onun ayrı qolları ilə bağlıdır; 
başqa sözlə desək, bu qrupa daxil olan bədii materiallar 
«Kitabi-Dədə Qorqud» əsasında yazılmışdır» (164, 56). 
H.Həşimli daha sonra orta əsrlər ədəbiyyatına üz tu-
taraq yazır ki, birinci bölməyə aid yazılı  ədəbiyyat ma-
terialları  sırasında ilk yerlərdən biri XVII əsr  şairimiz 
Heyraninin «Dəlinamə» məsnəvisinə  məxsusdur... Həmin 
əsərin  əsas qəhrəmanı  Dəli bir çox xüsusiyyətlərinə görə 
«Kitabi-Dədə Qorqud»dakı  Dəli Domrulu yada saldığı 
kimi, məsnəvinin ümumi süjeti də müvafiq boyla həm-
ahəng səslənir. «Dəli Domrul boyu» kifayət qədər mifoloji 
semantikaya malikdir... «Dəlinamə»dəki mifoloji qat da 
dastanın məlum boyu ilə paraleldir. Xüsusilə Dəlinin Əz-
rayılla mükalimələri və s. bu baxımdan maraq doğurur. 
Lakin dastandan fərqli olaraq, Dəli Allahla birbaşa müha-
 42
kiməyə girir, yer üzündəki haqsızlıqları  nəzərə çarpdırır. 
Süjetin inkişafı dastan boyuna çox yaxın olsa da, məsnəvi-
də hadisələr Dəlinin canını Əzrayılın alması ilə nəticələnir. 
Ümumiyyətlə, Heyraninin «Dəlinamə»  əsərində «Kitabi-
Dədə Qorqud» ruhu aşkar duyulmaqdadır (164, 56-57). 
«Folklor və klassik ədəbiyyat» problemini ayrıca 
məqalədə araşdırmış K.Hüseynoğlu bu əlaqələrin daimi və 
qarşılıqlı baş verdiyini səciyyəvi keyfiyyət kimi vurğula-
yaraq göstərir ki, yazılı ədəbiyyatın təşəkkülü folklorla sıx 
əlaqədə baş vermiş  və sonrakı inkişaf dövründə  də bu 
əlaqələr daim davam etmişdir. Folklorla yazılı ədəbiyyatın 
qarşılıqlı  əlaqəsi  şifahi xalq yaradıcılığı ilə    yanaşı yazılı 
poeziyanın da yüksək klassik nümunələrini yaratmış bütün 
mədəni xalqlar üçün adi bir haldır. Həm də bu zaman təsir 
və  əlaqələr hər iki istiqamətdə baş verir: klassik yazılı 
ədəbiyyat özünün ən yüksək zirvəsinə çatdıqda belə xalq 
yaradıcılığından üz döndərmir. Folklor da öz növbəsində 
özünün müəyyən inkişaf mərhələsində klassik ədəbiyyatın 
nailiyyətlərindən bəhrələnməyə başlayır. (168, 40). Müəl-
lif bu əlaqələr aspektində «Qorqud» eposu obrazlarının 
sonrakı  ədəbi  ənənəyə  təsiri zamanı onların dəyişdiyini, 
yəni, transformativ inkişaf keçirdiyini aşkarlamışdır. O ya-
zır: «Dədə Qorqud kitabı»ndakı «boy» obrazı,  əsasən, 
«uzun» epiteti ilə  işləndiyi halda («Boyu uzun Burla Xa-
tun»), yazılı poeziyanın təsiri ilə sonrakı folklor yaradı-
cılığında, xüsusilə  də  aşıq  şeirində «sərvi boylu» ifadəsi 
ilə, həmçinin (Eposdakı - Y.İ.) «ağ üzlü» və ya «ağca 
üzlü», «dadlı dilli», «dar ağızlı», «hörmə saçlı» və «çatma 
qaşlı» epitetləri müvafiq surətlə «ay üzlü», «şirin dilli», 
«qönçə-dəhan», «zəncir zülflü», «qaşı kaman» kimi ifadə-
lərlə əvəzlənmişdir. «Dədə Qorqud kitabı»nda rast gəlinən 
«al yanaqlı», «incə belli» kimi bədii ifadələr isə şifahi xalq 
yaradıcılığında saxlanılmaqla yanaşı, yazılı poeziyaya da 
nüfuz etmişdir» (169, 38). 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə