Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə5/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   2   3   4   5   6   7   8   9   ...   89

 19 
nasibəti, ondan istifadə etməsi yolları və üsulları barədə ay-
rıca tədqiqat işləri aparmaq zəruridir» (107, 3).  
Təcrübəli folklorşünas bir neçə ildən sonra S.Vur-
ğunun folklora münasibətini tədqiq edən kitabında «folklor 
və yazılı  ədəbiyyat» məsələsinin elmi problematik aspekti 
olduğunu göstərmişdir: «Yazıçı və şifahi ədəbiyyat, onların 
qarşılıqlı  əlaqəsi  ədəbiyyatşünaslıq və folklorşünaslığımız-
da çoxdan həllini gözləyən problemlərdən biridir... Müxtəlif 
dövrlərdə Azərbaycan sənətkarlarının xalq ədəbiyyatına 
münasibəti, ondan istifadə yolları və üsulları barədə tədqi-
qat əsərləri yazılsa da, bunlar azdır» (108, 3-4).    
Tədqiqatçı R.Əhmədov da «Səməd Vurğun və folk-
lor» problemini araşdırarkən məsələnin nəzəri  əsaslarına 
toxunaraq yazır ki, folklor və yazıçı problemi bir sıra nə-
zəri aspektlərdən diqqəti çəkir. Onun yazılı  ədəbiyyatda 
təzahürü daha çox iki məqamda özünü büruzə verir. İlk 
öncə yazıçının yeri gəldikcə xalq yaradıcılığının çeşidli 
janrlarından, rəngarəng süjetlərindən,  əfsanə  və  rəvayət-
lərdən, atalar sözləri və  zərbi-məsəllərdən... iqtibas yolu 
ilə istifadəsində, nümunələrin seçilməsində müşahidə olu-
nur. İkinci halda isə bu təsir yazıçının bədii təfəkküründə 
və fərdi üslubunda, estetik ideyanın təzahüründə (mövzu-
nun seçimindən tutmuş dilinə qədər olan komponentlərdə) 
duyulur. Bunlardan birincisi aydın nəzərə çarpdığı halda, 
ikincisi daha dərin qatlarda olur. Folklor və yazılı ədəbiy-
yat bağlılığının bir cəhətini də yazıçının xalq yaradıcılığını 
zənginləşdirməsində görmək lazımdır. Bu prosesdə sanki 
dialektik çevrilmələr, transformasiyalar baş verir. Xalq 
yaradıcılığı ilə zənginləşən və formalaşan yazılı ədəbiyyat 
yenidən bu və ya digər  şəkildə oxucunun (xalqın) dilinə 
ağzına düşən bədii nümunələrə, poetik deyimlərə çevrilir 
(114, 60). 
Fikirlərdən bəlli olduğu kimi, «folklor və yazılı ədə-
biyyat»  ədəbiyyatşünaslıq üçün bütün hallarda aktual və 
 20
zururi yanaşma aspektidir. Bu aspektin aktuallığı  və  zə-
rurəti «Qorqud» eposunun müasir ədəbi düşüncəyə  təsiri 
probleminin araşdırılması üçün də  dəyişməz olaraq qalır. 
Baxmayaraq ki, folklor və yazılı  ədəbiyyat bədii yaradı-
cılıq hadisələri kimi bir axarda birləşə bilir. Ancaq bunları 
eyniləşdirmək olmaz. Bunlar bədii yaradıcılığın müxtəlif 
üslubları, tədqiqatlarda göstərildiyi kimi, kodları, yəni təs-
vir dilləri, ifadə üsullarıdır. 
Prof. M.Həkimov və S.Rzasoy yazırlar: «Yazılı 
ədəbiyyat və folklor problemi ilk baxışdan sadə mövzu ki-
mi görünsə də, əslində, yaradıcılığın çox mürəkkəb müna-
sibətlər kompleksini, bədii özünüifadənin müxtəlif təsvir 
dillərini, ifadə kodlarını  nəzərdə tutur. Folklor və yazılı 
ədəbiyyat etnik-bədii özünüifadə kontekstində düşüncənin 
həm diaxron (tarixən biri-birinin ardı ilə gələn – Y.İ.), həm 
də sinxron (yanaşı, eyni zamanda mövcud olan – Y.İ.) 
kodlarıdır. Burada diaxronluq bu kodların bir-birini şərt-
ləndirməsi, folklor kodunun yazılı  ədəbiyyat kodu üçün 
«arxekodu» təşkil etməsi deməkdir. Ancaq bu kodların 
münasibətlər sturukturu təkcə biristiqamətli, yəni diaxron 
deyildir. Yazılı ədəbiyyatın meydana çıxması, yazılı düşün-
cə və özünüifadə tərzinin meydana çıxması folklor kodunu 
heç də «arxeləşdirməmiş»,  əksinə, bu kodların sinxron 
funksionallaşma mexanizmləri qurulmuşdur» (161, 64). 
Yazılı ədəbiyyat şifahi ədəbiyyatdan təkcə zaman-
ca ondan sonra meydana çıxması ilə fərqlənmir. Müəlliflər 
göstərirlər ki, «yazılı  ədəbiyyat - yazılı düşüncə  tərzi de-
məkdir. Bu, folklor özünüifadəsinin sadəcə yazı koduna 
keçməsi demək deyildir. Yazı kodu düşüncənin folklordan 
çox planda fərqli olan struktur mexanizmlərini nəzərdə tu-
tur. Bu halda etnik özünüifadənin bədii-estetik tərzi kol-
lektiv qəliblərdən çıxır. Düşüncənin ümumiləşmiş, sxem-
ləşmiş formulları fərdiləşməyə, konkretləşməyə meyllənir. 
Minillərin qəlibləri öz sturukturunda fərdin nəfəsinin ifadə 


 21 
mexanizmlərinin aktual üzvlənməsinə doğru inkişaf edir. 
Bu baxımdan, yazılı kod ümumbədii təfəkkür kodunun 
tamamilə yeni bir mərhələyə  və uyğun olaraq sturuktura 
keçməsi deməkdir (161, 64-65). 
Yazılı ədəbiyyatla folklor düşüncəsinin biri-biri ilə 
bağlılığını vurğulayan müəlliflər onların biri-biri ilə mü-
nasibətlərini aşağıdakı kimi səciyyləndirirlər: «Yazılı ko-
dun meydana çıxması dialektik planda folklor kodunu 
inkar etmir. Kod paralelliyi, ümumbədii təfəkkürün ifadə 
tərzlərinin yandaşlığı yaranır. Bu halda hər iki kod bir-
birinin, təbii ki, mexaniki paraleli olmur. Bütün ortaqlıq, 
korrelyativ (eyni əsaslı – Y.İ.) həmahəngliyə baxmayaraq, 
kodlar özünəməxsusluğunu saxlayır.  Ən başlıcası, yazılı 
düşüncə kodu folklor düşüncə kodunun əsasında meydana 
gəlsə  də, burada təsir birtərəfli yox, ikitərəfli olur: Yazılı 
kodu  şərtləndirən folklor kodu yazılı kodun inkişafı, sü-
rəkli «startı», sıçrayışlı dinamikası ilə get-gedə onun təsi-
rinə düşməyə, başqa sözlə, əks təsirə məruz qalır. Bu ba-
xımdan, yazılı  ədəbiyyat və folklor munasibətlərinin  ən 
ümumi poetik konteksti: 
- Folklorun yazılı ədəbiyyata təsirini; 
- Yazılı ədəbiyyatm folklora təsirini; 
- Folklor və yazılı  ədəbiyyatın eyni zamanda qar-
şılıqlı təsirlərini nəzərdə tutur» (161,65). 
  «Dədə Qorqud» eposunun müasir milli ədəbiyyatla 
əlaqələrinə «folklor və yazılı ədəbiyyat» münasibətlər mo-
delində baxıldıqda məsələnin tarixən çox mürəkkəb oldu-
ğu meydana çıxır. Prof. K.Abdulla bu modeli daha dərin 
tarixi aspektdə «mif və yazı» münasibətlər modeli kimi 
müəyyənləşdirib «Kitabi-Dədə Qorqud»a bu kontekstdə 
yanaşmışdır. Alimin fikrincə, bu münasibətlər modeli son 
dərəcə dərindədir və ilk növbədə mif ilə yazı mədəniyyət-
lərinin (kodlarının) sistem kimi hüdudları  və biri-birinə 
keçidi nəzərdə tutan sistemlərarası diffuz məqamları ilə 
 22
bağlıdır. O yazır: «Vacib olan odur ki, biz belə bir aydın 
sualın  əhəmiyyətini dərk edək: mifoloji təsəvvür harda 
qurtarır və Yazı  mədəniyyəti hardan başlayır? Və vacib 
deyil ki, biz bu sualın dəqiq cavabını bilmirik, bəlkə, heç 
bunu bilməyimiz mümkün də deyil. Əsas məsələ odur ki, 
bu iki nəhəng mədəniyyət tiplərinin bu sualdan çıxış edib 
özünəməxsus xüsusiyyətlərini müəyyənləşdirmək müm-
kündür. Özü də bu, ona görə mümkündür ki, xoşbəxtlik-
dən Dastan («Kitabi-Dədə Qorqud» - Y.İ.) özündə mifolo-
ji dünyagörüşünün və Yazı  mədəniyyətinin  ən  əlamətdar 
cizgilərini saxlayır. Bir az da dəqiqləşdirsək, bu mədəniy-
yətlərin birindən digərinə körpü salan böyük və  zəngin 
keçid mərhələsini özündə əks etdirir. Təkrar edək ki, açıq-
aydın şəkildə yox, gizli şəkildə əks etdirir» (16, 23-24). 
Prof. K.Abdullanın bu fikrində mövzumuzla bağlı 
çox maraqlı iki məqam var. Birinci məqam ondan ibarətdir 
ki, «Kitabi-Dədə Qorqud» mifdən yazıya (həm də eyni 
zamanda: «folklordan ədəbiyyata») keçidi özündə yaşadan 
«körpüdür». Bu məqam «Dədə Qorqud» eposunun müasir 
Azərbaycan  ədəbiyyatına coşğun və  məhsuldar təsirinin, 
ədəbi düşüncədə meydana gələn «Dədə Qorqud» cazibə-
sinin səbəblərini izah edir. Yəni bu eposun bədii maya-
sında, poetik strukturunda folklordan yazılı ədəbiyyata ke-
çidin hazır mexanizmləri var. Həmin mexanizmlər XX əs-
rin birinci yarısında Azərbaycan ədəbiyyatının üfüqlərində 
«Dədə Qorqud» eposunun göründüyü «an»dan işə düşür 
və milli ədəbiyyatımızda «Qorqud» epoxasının başlanğı-
cını qoyur. İkinci məqam isə mifdən yazıya («folklordan 
ədəbiyyata») keçidin mexanizmlərinin eposun strukturun-
da gizli şəkildə mövcud olmasının prof. K.Abdulla tərə-
findən xüsusi vurğulanmasıdır. Bu, bizim yuxarıda artıq 
hallandırdığımız «Dədə Qorqud» ədəbi ruhudur. Həmin 
ruh milli ədəbiyyatımızın bütün tarixi boyunca ona xas 
olub, «Kitabi-Dədə Qorqud» vasitəsi ilə müasir Azərbay-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə