Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə17/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   13   14   15   16   17   18   19   20   ...   89

 67 
M.Rzaquluzadənin povestləri «Kitabi-Dədə Qorqud» 
eposu ilə o dərəcədə  səsləşir ki, ilk baxışda bu əsərlər 
dastanın müvafiq boylarının hekayələşdirilməsi təsirini 
bağışlayır. Eposla tanış olan hər kəs povestləri oxuduqca 
onların hansı boylarla, boyların hansı qəhrəmanları, hansı 
süjet və motivləri ilə bağlı olduğunu dərhal təsəvvür edə 
bilir. Lakin bu, M.Rzaqaluzadənin  əsərlərinin eposla səs-
ləşməsinin zahiri tərəfidir. Burada çox dərin qatlara işlə-
yən yaradıcılıq prosesləri var və o, ilk baxışdan zəif mü-
şahidə olunur.  
Qeyd edək ki, M.Rzaquluzadə boyları  bədiiləşdirər-
kən süjet xətlərində, obrazların xarakterində müəyyən də-
yişikliklər etmiş, başqa sözlə, dastandan götürdüyü ele-
mentləri öz bədii konsepsiyasına uyğun həm də dəyişmiş-
dir. Bu da eposla onun əsərləri arasında müəyyən fərqlər 
yaratmışdır. Tədqiqatlarda məsələnin bu tərəfi diqqət ob-
yektinə çevrilmişdir.  
N.Ələkbərli «El gücü» əsəri ilə bağlı yazır ki, 
«Kitabi-Dədə Qorqud» boyu ilə müqayisədə yazıçı bir sıra 
yeni cizgilərdən istifadə etmişdir. Əvvəlcə onu qeyd edək 
ki, dastanda sonsuzluq motivi (Dirsə xanın uşaqsızlığı) 
əsərdə yoxdur. Əgər Dirsə xanı dastanda öz oğlunu öldür-
məyə xanın qırx nökəri təhrik edirsə, M.Rzaquluzadədə 
həmin işi yasovulbaşı görür. Dastanda yaralı Buğacı qar-
ğa-quzğundan iki ov iti, yazıçının hekayəsində isə oğlanın 
atı mühafizə edir. Bu qəbilli fərqlər çoxdur. Amma əsas 
leytmotivi (ana südü və dağ çiçəyinin məlhəm olmasını) 
yazıçı diqqət mərkəzində saxlamışdır, ki bunu anaxaqan-
lığın və  təbiət kultunun dastanda birgə izi kimi də 
qiymətləndirmək olar» (118, 15). 
Tədqiqatçı digər əsərlə bağlı göstərir ki, M.Rzaqulu-
zadənin «Dəli ozan» hekayəsində,  əsasən, «Baybörənin 
oğlu Bamsı Beyrək boyu»nun motivləri üstünlük təşkil 
edir.  Əsas hadisələr Bamsı Beyrəyin  ətrafında gedir. 
 68
Bilirik ki, istər «Buğac» boyunda, istərsə də Bamsı Beyrək 
boyunda qəhrəmanların doğulması arzu-diləyin hesabına 
baş verir, halbuki bu, «Dəli Ozan»da yoxdur. Yazıçının 
əsərində «kafirlər» deyil, Şöklü Məlik və rahiblər nifrət 
obyektidir. «Dəli Ozan»dakı  Dəli Qacar (eposda Dəli 
Qarcar) daha müsbət və tragik obrazdır. O, həyatdan 
küskünlüyü, ozanlığa meyli, qeyri-adi comərdliyi və s. xü-
susiyyətlər ilə fərqlənir ki, yazıçının ədəbi-tarixi materiala 
müstəqil baxışının cizgiləri kimi diqqəti cəlb edir. Əgər 
dastanda Beyrək on altı il əsirlikdə qalırsa, hekayədə cəmi 
beş il qalır.  Əsərin  əsas ideya yükü eposda olduğu kimi 
məhəbbət və  qəhrəmanlığın bədii təsdiqindən ibarətdir. 
«Dəli Ozan»ın ən maraqlı xüsusiyyətlərindən biri bu heka-
yədə dəniz motivinin olmasıdır (hətta Bamsı Beyrəyin to-
yu da dənizdə keçirilir, Beyrək avar çəkməyə  məhkum 
edilmiş dostlarını əsarətdən azad edir (118, 15). 
Göründüyü kimi, M.Rzaquluzadə eposdan müəyyən 
boyları  bədiiləşdirərkən onlara həm də  sərbəst yanaşmış, 
süjetləri öz yazıçı ideyasına uyğun dəyişdirmişdir. Bu ele-
menitlər süjetin üst qatında açıq-aydın bilinən səviyyəni 
təşkil edir. Alt qatda isə «Kitabi-Dədə Qorqud» dastanları 
və müasir Azərbaycan  ədəbiyyatı» probleminin ana sütu-
nunu təşkil edən «yazıçı və epos» münasibətlərinin mürək-
kəb sistemi durur. 
Yazıçı-epos münasibətləri son dərəcə mürəkkəb mə-
sələ olub, müxtəlif aspektlərə malikdir. Bu münasibətləri 
yazıçının eposdan ilhamlanması, onun süjet və motivləri-
nə, obrazlar aləminə, bədii təsvir və ifadələr sisteminə mü-
raciəti şəklində qoymaq məsələnin yalnız bir tərəfidir. Bu-
rada münasibətlərin semantikası daha geniş  və daha mü-
rəkkəbdir. M.Rzaquluzadənin povestləri ilə epos arasın-
dakı oxşarlıqların, yaxud fərqlərin axtarılması problemin 
tədqiqində  nə  qədər zəruri yanaşma olsa da, «yazıçı  və 
epos» münasibətlərinə yalnız bir baxış nöqtəsindən 


 69 
reallaşan yanaşmanı əks etdirir. Yazıçının əsərlərinə baxış 
bucağını bir qədər dəyişən kimi, münasibətlər modelinin 
digər tərəfləri də baxış altına düşmüş olur. Bu halda 
M.Rzaquluzadənin povestləri ilə epos arasındakı «fərqlə-
rin», sadəcə olaraq, yazıçı «sərbəstliyi», yaxud onun süjetə 
«yaradıcı yanaşmasından» daha böyük və  mənalı hadisə 
olduğu üzə çıxır. Yeri gəlmişkən, N.Ələkbərlinin yuxarıda 
artıq müraciət etdiyimiz fikrində bu məsələyə fraqmentar 
şəkildə toxunulub. Tədqiqatçı belə hesab etmişdir ki, 
M.Rzaquluzadə öz əsərlərində eposun əsas  leytmotivini - 
«ana südü və dağ çiçəyinin məlhəm olması»nı diqqət mər-
kəzində saxlamaqla yanaşı, «ana südü» və «dağ çiçəyinin» 
simasında müvafiq olaraq ana xaqanlığının və  təbiət 
kultunun izlərini təcəssüm etdirmişdir (118, 15). 
Bizcə, N.Ələkbərlinin bu spontan (fikir axarında 
gələn) müşahidəsi M.Rzaquluzadənin nümunəsində «ya-
zıçı və epos» münasibətlərinə baxış bucağının istiqamətini 
doğru nişan verir. «Ana südü», «dağ çiçəyi» Azərbaycan 
arxaik düşüncəsində ilkin etnik-mental arxetiplərə aiddir. 
«Ana südü» mifoloji semantikası etibarilə  təkcə ana 
xaqanlığın yox, eyni zamanda onunla bağlı ana kultunun, 
«dağ çiçəyi» isə ümumən təbiət kultunun, konkret olaraq, 
dağ və bitki kultlarının dastandakı arxetipik simvollarıdır. 
M.Rzaquluzadənin «El gücü» povestindəki «Ana ürəyi - 
dağ çiçəyi» hekayəsində bu simvolların eposdan gələn ana 
xətt kimi əsas leytmotivə çevrilməsinin üst qatında yazıçı 
təxəyyülü, nasir istedadının itiliyi, yaxud ədəbi məharət və 
bacarığı durusa, alt qatda bu, yazıçı düşüncəsi ilə epos 
düşüncəsinin qovuşması, vahid düşüncə axarında (kanalın-
da) birləşməsidir. Bu qovuşma - birləşmə məsələyə anali-
tik-psixoloji cəhətdən yanaşdıqda «yazıçının etnik düşün-
cənin arxetiplər sisteminə» köklənməsi, «milli düşüncənin 
energetik potensiyası olan epos kanalına» qoşulması 
deməkdir.  Əslində, M.Rzaquluzadənin  əsərlərini bu gün 
 70
ölməyə qoymayan, onları daim oxucu diqqətində saxlayan
«Ana ürəyi - dağ çiçəyi»ni isə milli uşaq ədəbiyyatımızın 
şedevrinə çevirən də elə bu - Azərbaycan xalqının milli-
mənəvi energetikasının qaynağı olan «Kitabi-Dədə Qor-
qud» eposunun arxetipik simvollarının onun əsərlərində 
müasir bədii obraz və fiqurlar şəklində təcəssümüdür. Bu-
rada məsələnin mahiyyəti heç də M.Rzaquluzadənin milli 
düşüncənin arxetiplər sisteminə  şüurlu (dərk olunmuş), 
yaxud qeyri-şüuri (dərk olunmamış - intuitiv) münasibə-
tində deyil. Onun bu simvolları öz yaradıcılığına gətirməsi 
üçün K.Q.Yunqun analitik-psixologiyaya - arxetiplərə dair 
əsərlərini oxumağa heç bir etiyac olmamışdır. Burada milli 
mədəniyyətin daşıyıcısı olan yaradıcı subyektin öz mədə-
niyyətinə sevgi və vurğunluğu kifayət etmişdir. Öz milli 
varlığını, milli mədəniyyətini, milli dəyərlərini sevən, 
onun təəssübünü çəkən insanın düşüncəsinin alt qatlarında 
özünün bunu dərk edib-etməməsindən asılı olmayaraq 
coşqun milli-epik potensiya yatır və həmin insan milli dü-
şüncənin arxetipləri ilə qırılmaz bağlılıq içində olur. Güclü 
emosional dinamikaya malik düşüncə impulsu düşüncənin 
alt qatlarındakı milli simvolikanı oyadıb üzə  çıxarır. 
M.Rzaquluzadənin əsərləri bir həqiqəti - onun öz xalqına, 
milli-mənəvi dəyərlərə  qırılmaz bağlılığını parlaq şəkildə 
nümayiş etdirir. «Kitabi-Dədə Qorqud» eposu sənətkarı 
vəcdə gətirmiş, M.Rzaquluzadə eposda milli xarakterlərin 
daşıyıcısı olan obrazlardan ilham almışdır. İlham - təxəy-
yülə köklənmədir. Təxəyyül - düşüncənin sonsuz surətə və 
sonsuz imkanlara malik dinamizmi - hərəkətidir.  İlham - 
təxəyyül M.Rzaquluzadəni milli düşüncənin dərinliklərinə 
çatdırmış, onun düşüncəsini milli-mənəvi dəyərlərin 
xəzinə-potensiyasına qoşmuşdur. Sənətkarı heyrətə gətirən 
ilk növbədə Azərbaycan milli varlığının mənəvi böyük-
lüyü və əzəməti olmuşdur.  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə