127
yaradıcılığı onun eyni motivlərlə bağlı elmi axtarışlarının
davamı, yaxud tərkib hissəsidir.
Müəllifin elmi və bədii
yaradıcılığında müşahidə olunan bu vəhdət K.Abdulla ya-
radıcılığını bütövlükdə səciyyələndirən keyfiyyətdir. Onun
elmi əsərləri intellektual axtarışlarının məhsulu olduğu
kimi, bədii əsərləri də, əslində, bu elmi axtarışların poetik
müstəvidə davamıdır. «Yarımçıq Əlyazma» romanının
cildinin arxa qabığında müəllif özü bunu aydın şəkildə
belə ifadə edib: «Yarımçıq Əlyazma»ya gətirən yollar,
izlər, cığırlar, lağımlar: «Əvvəl-axır yazılanlar...», «Yolun
əvvəli və axırı», «Unutmağa kimsə yox...», «Ruh», «Gizli
Dədə Qorqud», «Sirriçində dastan və yaxud Gizli Dədə
Qorqud - 2», «Bir-iki, bizimki...», «Kim dedi ki, Simurq
quşu var imiş?!», «Sirriçində nəğmələr», «Gümüş dövrün
sirləri», «Qərar», «İlişin qayıtmağı», «Elə bil qorxa-
qorxa...», «Hərdən mənə mələk də deyirlər...», «Beyrəyin
taleyi», «Casus», «Hamı səni sevənlər burdadı...», «Dəvə
yağışı», «Kədərli seçmələr» və hətta: «Azərbaycan dili
sintaksisinin nəzəri əsasları» (bax: 20).
Müəllifin sıraladığı bu kifayət qədər iri siyahı onun
irili-xırdalı bir sıra elmi və bədii kitablarından ibarətdir.
Bunlar müəllifin janrca və formaca (şeir, hekayə, esse,
pyes, monoqrafiya və s.) bir çox hallarda biri-biri ilə qətiy-
yən yanaşı durmayan əsərlərini özündə ehtiva edir. Amma
onların hamısı bir ad altında,
vahid tematik motiv boyunca
birləşə bilir: «K.Abdullanın «Dədə Qorqud» yaradıcılığı».
K.Abdullanın «Dədə Qorqud» motivləri əsasında
elmi yaradıcılığı bədii yaradıcılığından erkəndir. Əslində,
bu yazılarda müəllifin «Yarımçıq Əlyazma» romanının ne-
cə yaranmasının izahı və «texnoloji mexanizmləri» gizlən-
mişdir. K.Abdulla «Kitabi-Dədə Qorqud» dastanlarını ha-
mıdan fərqli oxumağı bacarır və başqalarının fikir vermə-
diyi «gizli» məqamları tutub, onların ardınca mətnin daxili
aləminə, dərin qatlarına, mətnaltı deyilən məkana enir.
128
«Yarımçıq Əlyazma» romanını bu cəhətdən «Dədə Qor-
qud» eposunun ilk baxışdan görünməyən aləmi – aysber-
qin sualtındakı hissəsi saymaq olar. O, sualtına – görün-
məyən aləmə məhz aysberqin görünən hissəsindəki işarə-
ləri yönlənmə - orientasiya nöqtələri kimi qəbul etməklə
enə bilir. Bu xüsusi qabiliyyət və bacarıq tələb edir. K.Ab-
dulla buna özünü illərlə hazırlayıb. Onun elmi yaradıcılığı,
bir növ, bu hazırlığa xidmət etmişdir. Bu cəhətdən onun
1979-cu ildə çap olunmuş «Kitabi-Dədə Qorqud»
dastan-
larının dili və mifoloji təfəkkürü» adlanan məqaləsi ilə
2004-cü ildə çap olunmuş «Yarımçıq Əlyazma» romanı
arasında 25 illik zaman məsafəsi var. Ancaq romanın ədə-
bi mühiti çaş-baş qoyan məzmununun «texnologiyası»
məhz bu məqalədə var. Müəllif məqalədə dastanın oxu-
cunu heyran qoyan dil gözəlliyinin mifoloji görüşlərlə
bağlı olduğunu, daha doğrusu, dilin funksional formul-
larının mifin funksional məntiqinə tabe olduğunu, yaxud
onunla müəyyənləşdiyini göstərmişdir (bax: 8).
Müəllif bu məqalə ilə «Yarımçıq Əlyazma» arasın-
dakı əsrin dörddə birini əhatə edən zamanın «bir anını» da
olsun boş qoymamışdır. K.Abdulla, onun əsərlərinin nəşr
xronologiyasına əsaslansaq, 1980-ci ildə eposun şeirləri-
nin, 1981-ci ildə isə nəsr təhkiyəsinin
özünəməxsus xüsu-
siyyətlərinə dair məqalə çap etdirmişdir (bax: 9; 10).
Müəllifin 1983-cü ildə çap olunmuş məqaləsində isə «Ki-
tabi-Dədə Qorqud» dastanlarının Azərbaycan mifologiya-
sının sistemli tədqiqi üçün mənbə olaraq rolu əsaslandırıl-
mışdır (bax: 11). K.Abdulla üçün eposun mətnaltı «sirlər»
dünyasına gedən yol dastanın dilindən başlanır. Bu baxım-
dan, onun növbəti ildə çap olunmuş məqaləsi tədqiqatçı və
epik dil probleminin nəzəri-metodoloji əsaslarına həsr
olunmuşdur. Bu elmi məqaləni indi oxuyarkən onun müəl-
lifi alim K.Abdullanın obrazı altında yazıçı K.Abdullanın
da konturlarını aydın şəkildə sezmək olur (bax: 12). Eyni
129
məsələ alimin 1985-ci ildə çap olunmuş «Müəllif - əsər -
oxucu» kitabında geniş şəkildə şərh olunmuşdur (bax: 13).
1986-cı ildə K.Abdullanın ədəbiyyatşünaslığımızda tama-
milə yeni və orijinal olan «Beyrəyin taleyi» adlı əsəri çap
olunur. Bu, həm elmi, həm bədii əsər idi. Belə hesab edirik
ki, müəllifin «Dədə Qorqud» motivləri üstündə elmi yara-
dıcılıqdan bədii yaradıcılığa keçidinin əsasları bu məqalə-
dən başlanır (bax: 14). Bu üslub onun 1989-cu ildə çap
olunmuş «Dönük peyğəmbər» əsərində də davam
etdirilir
(bax: 15). 1991-ci ildə bu tipli yazıları özündə birləşdirən
«Gizli Dədə Qorqud» adlı kitabı nəşr olunur. K.Abdulla
burada özünün elmi tədqiqat metodunun əsaslarını da şərh
etmişdir. Həmin metodu o, əslində, öz bədii yaradıcılığın-
da da davm etdirəcəkdi. Bu cəhətdən, müəllifin əsas tezisi
ondan ibarətdir ki, «bir tərəfdən Dastanın üzdə olan ifadə
planı var ki, burada çox məsələ qaranlıq görünə bilər... Di-
gər tərəfdən, üzdəki ifadə planından başqa dastanın dərin,
gözəgörünməyən mahiyyət planı vardır. Məhz mahiyyət
planında ifadə planında özünü
göstərən qəribəliklər və
mənqtiqsizliklər duman kimi dağılır, hər şey öz dəqiq və
təbii halını alır, bir növ, məntiqsizliklərin məntiqi əsas
görünməyə başlayır» (16, 11). Doqquz il sonra bu kitabın
ardı nəşr olunur. K.Abdulla «Sirr içində dastan və yaxud
gizli Dədə Qorqud - 2» adlı yeni kitabında dastanın üzdə
olan ifadə planındakı qaranlıq və məntiqsiz təsir bağışla-
yan məqamların məntiqini aydınlaşdırmaq üçün mətnin
dərinliklərinə - altda, K.Abdullanın obrazlı ifadə etdiyi ki-
mi: gizlində olan mahiyyət planına enir (bax: 18,). Daha
sonra müəllif «Dədə Qorqud» motivləri üzərində elmi-bədii
axtarışlarını «kifayət» hesab edir: «Casus» pyesi və «Ya-
rımçıq Əlyazma» romanları meydana gəlir (bax: 19; 20).
Pyes və romanın süjet və mövzusu əsasən eynidir.
Bunlar biri-birinin dram və roman variantlarıdır. Ancaq bu
əsərlər arasındakı fərq, sadəcə, eyni süjetin dramatik və
130
epik üslublarda bədiiləşdirilməsində deyil. Müəllifin yazı-
çı ustalığı ondadır ki, «Dədə Qorqud»
motivləri üstündə
məhz eyni mövzu, məzmun və süjetə malik olan bu əsərlər
fərqli bədii təəssürat yaratmaqla, sözün həqiqi mənasında,
müxtəlif bədii aləmlərdir. («Casus» pyesi komediya jan-
rındadır və «Dədə Qorqud» motivlərinin dram yozumun-
dan danışılarkən bu əsərə toxunulacaq).
«Yarımçıq Əlyazma» romanı, bir növ, başdan-ayağa
təzadlar və müəyyən mənada qəribəliklər üzərində qurul-
muşdur. Məsələn bu roman kifayət
qədər iri həcmə malik-
dir: 288 səhifə. Lakin bu qədər iri həcmli romanın cəmi bir
neçə cümləyə sığan məzmunu var: Oğuz elinin başçısı Ba-
yındır xan xəbər alır ki, oğuzda cəsus var imiş. Salur Qa-
zan onu tutdurub, sonra da oğuz bəylərinin hamısının razı-
lığı və iştirakı ilə zindandan buraxıb, Oğuzdan getməyinə
şərait yaradıb. Bayındır xan Qorqudun katibliyi ilə bir
neçə günlüyə istintaq qurdurur və romanın bütöv məzmu-
nu biri-birini təkrarlayan istintaq süjetlərindən ibarətdir.
Məlum olur ki, casusun anası Boğazca Fatma bir-bir Oğuz
bəylərinə yaxınlaşıb, hər bir bəyə ayrılıqda gəncliyini,
onunla sevişdiyi anları xatırladaraq
deyib ki, bu uşaq sən-
dəndir. Beləliklə, Oğuz bəylərinin hər biri elə güman edib
ki, casus onun oğludur. Ona görə də bəylər biri-birindən
gizlin casusun zindandan buraxılmasında həmrəy olublar.
Bu çox sadə və qısa məzmun məna etibarilə çox mü-
rəkkəb və nəhəng münasibətlər sistemini əhatə edir. K.Ab-
dullanın ustalığı ondadır ki, burada təzadlı məqamları biri-
birinə üzvi şəkildə qovuşdurub. Süjetin sadəliyi məzmu-
nun məna qloballığı ilə qovuşaraq kompozisiya mürəkkəb-
liyi yaradıb. Daha bir iri təzad
romanda komikliklə ciddili-
yin son dərəcə orijinal şəkildə birləşdirilməsidir. Süjet
zahirən komikdir. Boğazca Fatma Oğuz bəylərini barma-
ğına dolayır. Lakin bu komizmin altında ciddi bir faciə
görünür: Oğuz elinin birliyi, İç Oğuzla Dış Oğuzun