Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə31/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   27   28   29   30   31   32   33   34   ...   89

 123 
el-obanı dirçəltmək lazımdır. Lakin Anar mətnaltına çox 
dərin məna yükü yerləşdirib. Bunun üçün dialoqun məna 
aləminə, onu təşkil edən obraz-ünsürlərin məna yükünə və 
poetik məkanın mənasına diqqət yetirmək lazımdır. 
Əvvəla, dialoqda söhbət  əkib-biçməkdən gedir. 
Mətnüstündə bu, elin yaşaması, çörək əldə etmək üçün ta-
xıl  əkilməsi deməkdir. Bu halda Dədə Qorqudun Qaraca 
Çobanın bu məqsədinə xeyir-dua verməsi onun Oğuz cə-
miyyətindəki ağsaqqallıq funksiyası baxımından tamamilə 
normaldır. 
Lakin taxıl  əkmək istəyənin kim olduğuna diqqət 
verdikdə müəllif ideyası əsas konturları ilə boy verir. Anar 
povestdə Qaraca Çobanı bir çoban və döyüşçü kimi təsvir 
etmişdir. Çoban əkinçi deyil və onun işi mal-qaradır. Bu 
halda Qaraca Çobanın əkin əkməsi onun funksiyası baxı-
mından özünü doğrultmur. İkincisi, o, həm də döyüşçüdür. 
Döyüşçülər isə əkin əkmirlər. Üçüncüsü və başlıcası, Qa-
raca Çobanın əkin əkmək istədiyi yer bu məqsədin reallaş-
dırılmasından ötrü məqsədəuyğun yer deyil. Bu yer qardaş 
qırğınının acı xatirəsini özündə saxlayan daş  məzarlıqdır. 
Yada salaq ki, Anar bu məzarlığı  əsərin  əvvəlində  oğuz-
ların daş kitabəsi, xalqın daşla yazılmış tarixi kimi təsvir 
etmişdir. Bu halda Qaraca Çobanın məhz bu məzarlıqda 
əkin  əkmək istəməsi onun Oğuz xalqının tarixinə, mü-
qəddəs abidəsinə - qardaşlıq məzarına qəsd etməsi demək-
dir. O isə heç bir halda Oğuzun müqəddəs dəyərlərinə qar-
şı çıxmazdı. Əksinə, bu dəyərlərdən ötrü hər an özünü ölü-
mə atan igid idi. Bəs onda Qaraca Çobanın bu «anormal» 
hərəkətinin mənası nədir? 
Bu sualın cavabı Anarın «Dədə Qorqud» povestinin 
bütün həqiqi mənasını, gizlində qalan, yazıçının mətnaltı-
na yerləşdirdiyi gizli ideyanı izah edir. Məsələ burasında-
dır ki, Qaraca Çobanın əkin əkdiyi yer döyüş meydanıdır. 
Döyüş meydanını  əkmirlər, orada vuruşurlar. Döyüş 
 124
meydanında yalnız məcazi mənada  əkin  əkmək olar. 
Qaraca Çobanın da əkin əkməsinin məcazi mənası var. Bir 
çoban və döyüşçü olan Qaraca Çobanın döyüş meydanın-
da  əkin  əkməsi onun Oğuz xalqının döyüş, vuruş  ənənə-
lərini qoruması, davam etdirməsi mənasındadır. Yerə to-
xum  əkirlər, toxum isə  ənənə deməkdir: hər hansı bir 
bitkinin toxumu həmin bitkinin tarix boyunca dəyişməyən 
bütün ənənəvi əlamətlərini özündə yaşadır. Burada yazıçı 
fəlsəfi ideyanı inkar və  təsdiq üzərində qurub. Belə ki, 
Qaraca Çobanın döyüş meydanını  təmizləməsi xalq tərə-
findən qardaş  qırğınının inkar olunması deməkdir. Çoba-
nın döyüş meydanında  əkin  əkməsi isə sonrakı  nəsillərin 
oğuzların yağılara, elin, yurdun düşmənlərinə qarşı birləş-
mə, döyüşmə ənənəsini qəbul edərək yaşatması, milli ide-
ya kimi təsdiq etməsi deməkdir.  Əsərdə  Dədə Qorqudun 
da buna xeyir-dua verməsi rəmzi xarakter daşıyır. Unut-
maq olmaz ki, son döyüşdə oğuzlar məğlubiyyətə uğrayıb, 
məhv olublar. İndi yeni nəsil oğuz dövlətçiliyini bərpa 
etməlidir. Yazıçı  Dədə Qorqudun xeyir-duası ilə demək 
demək istəyir ki, Azərabaycan xalqının öz mili varlığını 
qoruması, dövlətçiliyini yenidən bərpa etməsi xalqın əl-ələ 
verib birləşməsindən, elin dar günündə yağılara qarşı, şad 
günündə isə biri-birlərinə qarşı bir olmasından keçir. 
Beləliklə, bu milli ideyalar «Kitabi-Dədə Qorqud» 
dastanlarının canında, ruhunda yaşamaqla müasir ədəbiy-
yatımıza dastanın özündən gəlir. Həmin ideyalar öncə 
M.Rzaquluzadə, daha sonra Ə.Muğanlı  nəsrində «mənəvi 
istiqamət», Anar nəsrində isə «milli özünütəsdiq istiqa-
məti» kimi təzahür edir. Daha sonra isə Azərbayan nəsrin-
də K.Abdullanın yaradıcılığının simasında «Dədə Qor-
qud» motivlərinin tamamilə yeni və orijnal (postmoder-
nist)  yozum istiqaməti yaranır. 
Azərbaycan nəsrində «Kitabi-Dədə Qorqud» dastan-
larının postmodernist roman «yozumu» yazıçı,  şair, prof. 


 125 
K.Abdullanın yaradıcılığı ilə bağlıdır. Ümumiyyətlə,  ədi-
bin «Dədə Qorqud» yaradıcılığı uzun illərin məhsulu olub,  
həm bədii, həm də elmi əsərləri əhatə edir. Müəllifin möv-
zu (tematik motivlər) baxımından biri-biri ilə  sıx bağlı, 
yaxıd biri-birinin davamı olan bu yaradıcılığı fenomenal 
dərəcədə mürəkkəbdir. Belə ki, ədib-alimin bədii və elmi 
əsərləri Azərbaycan ədəbi-elmi mühitində heç kəsin yara-
dıcılığına bənzəməyən orijinal hadisədir. O, belə demək 
mümkünsə, özünəqədərki  ənənə  əsasında işləmir, lakin 
yaradıcılığında güclü bir ənənə də müşahidə olunur. Elmi 
mühitin qiymətləndirməkdə (səciyyələndirməkdə) çətinlik 
çəkdiyi bu ənənənin müəllifi elə K.Abdullanın özüdür. O, 
xüsusilə bədii yaradıcılığında inkişaf etdirdiyi «Dədə Qor-
qud» yozumu ənənələri ilə müasir Azərbaycan tənqidində, 
əslində, çaşbaşlıq yaratmış müəllifdir. Hələ ki, Azərbay-
can ədəbiyyatında üçüncü minilliyin başlanğıcında elə bir 
bədii əsər olmadı ki, onun haqqında K.Abdullanın 2004-cü 
ildə çap olunmuş «Yarımçıq  Əlyazma» romanı  qədər 
yazsınlar və mübahisə etsinlər. Bu roman ədəbi və elmi 
mühiti sözün həqiqi anlamında silkələdi. Haqqında çox-
saylı yazılar dərc olundu. Bu yazıların  əksəriyyətini bir 
xətt birləşdirir: emosionallıq.  
Yazılarda roman ya böyük coşqu və vəcdlə təriflən-
di, ya da eyni ovqatla tənqid və inkar olundu. Azərbaycan 
ədəbi tənqidi uzun müddət «Yarımçıq Əlyazma» ilə məş-
ğul oldu. Bir həqiqət də ortaya çıxdı: milli ədəbi tənqid 
(ümumən  ədəbiyyatşünaslıq) bu əsəri qiymətləndirərkən 
çətinliyə düşdü.  Əslində, «Yarımçıq  Əlyazma» Azərbay-
can ədəbi tənqidinin nəzəri arsenalı və metodoloji ehtiyat-
larındakı «yarımçıqlıqları» da üzə çıxardı. Məlum oldu ki, 
köhnə  nəzəri-metodoloji baza (sosializm realizmi təhlil 
metodu) əsasında formalaşmış müasir Azərbaycan tənqidi 
əsas etibarilə elə bu baza üzərində də qalıb. Bunun bir əsas 
səbəbinin elə ədəbi yaradıcılığın özü olması da üzə çıxdı. 
 126
Azərbaycan nəsri (ümumən ədəbi düşüncəsi) əsas etibarilə 
XX əsr ədəbi düşüncəsinin davamı idi və bu ədəbi mate-
rialı  dəyərləndirmək müasir ədəbi tənqid üçün uzun onil-
liklər boyu «adət etdiyi» iş üslubu baxımından son dərəcə 
asan idi. Birdən-birə ortaya «Yarımçıq  əlyazma» çıxdı: 
motiv köhnə - «Kitabi-Dədə Qorqud», bədii yozum – anla-
şılmaz dərəcədə yeni. 
İlk reaksiyalar çox sərt oldu (bax: 173; 174; 175). 
Daha sonra yazılar ədəbi tənqid sferasından çıxdı. Roma-
nın, belə demək mümkünsə, «müzakirəsinə» ümumən zi-
yalılar qoşuldu.  Ən maraqlısı bu müzakirədə  ədəbi sub-
yektlərin özünün (yazıçı və şairlərin) iştirakı idi. Müzakirə 
tez bir zamanda ədəbi təhlil müstəvisindən çıxıb, ədəbi nə-
sillər arasında zövq, mövqe, ədəbi metod savaşına çevrildi. 
Nəhayət, bu çoxsaylı yazıların içində romanı onun öz 
«müəllif konsepsiyası» baxımından qiymətləndirən yazılar 
da görünməyə başladı. Romanın dünya dillərinə  tərcümə 
(fransız, türk, rus) olunması ilə müzakirənin sərhədləri 
Azərbaycan sərhədlərini aşıb, belə demək mümkünsə, 
dünya arenasına çıxdı. «Yarımçıq  Əlyazma» Azərbaycan 
ədəbi mühitini özünə yenidən baxmağa məcbur etdi. Əs-
lində, bu romanla uzun illər boyu bədii yaradıcılıq və 
ədəbi tənqidin meyar kimi əsaslandığı  dəyərlərin yenidən 
dəyərləndirilməsi zərurəti də ortaya çıxdı. Bütün bunları 
təqdir və  tənqid olunan, ədəbi tənqidin, ümumən  ədəbi 
mühitin bütün hirs və hikkəsinə, qaynağı çox vaxt qeyri-
ədəbi amillərlə motivlənən təzyiqlərinə  səbrlə dözən 
«Yarımçıq Əlyazma» romanı yaratdı. Roman Azərbaycan 
ədəbi düşüncəsinə  nəinki öz bədii «yükünü» verdi, eyni 
zamanda  əlavə olaraq ədəbi mühitə  də öz yükünü verdi: 
ona «canlanmaq, dirçəlmək» potensiyası bəxş etdi. 
«Kitabi-Dədə Qorqud» ümumən K.Abdullanın bədii 
və elmi yaradıcığında mərkəzi yeri tutur. Əslində, 
K.Abdullanın «Dədə Qorqud» motivləri  əsasında bədii 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə