Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə36/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   32   33   34   35   36   37   38   39   ...   78

 
202 
O qədər qatır da yola saldılar. 
O, şahanə bir tac aldı ələ, 
Həmayilə, güşvarə qolbaq ilə. 
Uca bir qızıl təxtə sanki fələk 
Verib hər cürə gövhər ilə bəzək. 
 Çatıldı zərif xalçalar dörd filə, 
Hazırlaşdı düşsün yola qafilə. 
Bitincə bu işlər oturdu haman. 
Səfər əzmi qıldı qadın pəhləvan, 
İgidlər kimi qoydu rumi papaq, 
 Qaçışda külək bir ata qalxaraq, 
Qürurla çatıb Sam dərgahına, 
Nə ad vermiş idi, nə peyğəm ona. 
Yetişcək dedi: – İş bilən bir nəfər 
Cahan pəhləvana yetirsin xəbər 
Ki, zabilli sərkərdənin yanına 
Gəlib elçi Kabildən, istər ona 
İgid Mehrabın peyğamın bildirə, 
Cahan fatehi Sama baş endirə. 
Gedib, Sama verdi xabər pərdədar. 
Dedi Sam: – Gəlsin, ona izn var. 
Atından yerə endi Sindoxt o dəm, 
Sipəhbod hüzuruna qoydu qədəm. 
Öpüb torpağı, göstərib ehtiram
Yetirdi böyük pəhləvana salam. 
Kəniz, qul, qatır, at, hədiyyə nə var, 
İki mil boyunca dayanmışdılar. 
Dedi: – Töhfədir bunlar, ey pəhləvan. 
Görüb onları Sam, çaşdı haman. 
Əli sinədə, baş aşağı salıb, 
Deyərdin ki, sərxoş xəyala dalıb. 
Düşündü: bu var-dövləti göndərən 
Nədəndir, qadın elçi seçmiş, görən? 
Qəbul eyləsəm bunları mən əgər, 
 
203 
Mənuçehr məndən yəqin inciyər. 
Qəbul etməsəm, Zal məndən qaçar, 
O, Simurğtək inzivayə uçar. 
– Qəbul eyləyin, – söylədi, – bunları! 
Hədiyyə gələn filləri, qulları, 
Zalın xəznədarına təhvil verib, 
Deyin: Kabilistan şahı göndərib. 
Pəri üzlü Sindoxt olub şadkam, 
Bu işdən yəqin etdi: yumşaldı Sam. 
Görüncə qəbul etdi var-dövləti, 
Əmin oldu: sönmüş onun hiddəti. 
Üç ayüzlü dilbər, onunla gedən, 
Uca, sərvqamətli siminbədən, 
Qızıl cam əldə tutub hər biri
Buyurdu: gələ məclisə üç pəri. 
Sipəhbod qabağında diz çökdülər, 
O üç cam meyi bir yerə tökdülar. 
Şərabı içib pəhləvan oldu şən, 
Evi etdilər xali biganədən. 
Dedi Sama Sindoxt: – Ey pəhləvan, 
Qoca söhbətinlə olar növcavan 
Hamı səndən öyrəndi elm, hikməti, 
Nura çulğayıb qüdrətin zülməti. 
İradənlə bağlandı pislik qolu, 
Açıldı o gürzünlə haqqın yolu. 
Günah işləmiş, səncə, Mehrabı əgər 
Ciyər qanını gözlərindən tökər 
Məgər Kabil əhlində vardır günah 
Ki, fərman verib məhvinə padşah? 
Gözü xalqımın daima səndədir, 
Ayaq torpağındır, sənə bəndədir  
Təlaş etmə qan tökməyə sən bir az 
Ki, xaliq belə işləri xoşlamaz 
Dedi Sam ona: – Var sualım sənə 


 
204 
Bəhanə gətirmə, cavab ver mənə. 
Kənizsənmi Mehraba sən, ya əyal? 
Necə oldu, söylə, qızı gördü Zal? 
Qızın görkəmi qamətindən danış 
Kamal, mərifət, ismətindən danış! 
Çavab verdi Sindoxt: – Ey pəhləvan 
İgidlər içində yeganə olan... 
Varımdır mənim də evim, eyvanım, 
Xəzinəm, elim, şöhrətim, həm şanım. 
Əmin et məni əhdü peyman ilə, 
Deyim doğru söz pak vicdan ilə. 
Nə çox Kabilistanda sərvət desən. 
Köçürdüm bütün Zabilistana mən, 
Nə istərsə könlün, buna ol əmin, 
Muradınca saz eylərəm mətləbin. 
Onun tez əlini ələ aldı Sam, 
Qılıb əhd, göstərdi çox ehtiram. 
Eşitdikdə Sindoxt ondan qəsəm, 
Düşündü, nolar, hər şeyi düz desəm. 
Öpüb torpağı, durdu təmkin ilə, 
Ürəkdə nə vardı gətirdi dilə: 
– Mənəm, – söylədi, – Zöhhakın övladı 
Ürəkcə təmiz Mehrabın arvadı.  
Zalın can fəda etdiyi şux sənəm 
Ki, Rudabədir, bil, anası mənəm. 
Qaranlıq kecə tez çəkilsin deyə, 
Bütün nəslimiz əl açıbdır göyə, 
Dua eylərik, yalvarıb allaha, 
Sənə, həm yerin tanrısı padşaha. 
Nədir Kabil haqqında fikrin sənin, 
De, kimdir sənə dost, kim düşmənin? 
Tutaq, biz günahkarıq, həm bəd–əsil 
Bu şahlıq bizə bəlkə layiq deyil. 
Önünda, budur, durmuşam indi mən, 
 
205 
Vur, öldür məni, et əsir, istəsən. 
Günahsızların qəlbinə vurma dağ. 
Yaman gündə kabilliyə ol dayaq. 
Eşitdikdə bu sözləri pəhləvan, 
Gözündə qadın oldu bir qəhrəman, 
Boyu sərv, üzü gül, beli ney qələm, 
Ağıllıydı kəklik yerişli sənəm. 
Cavab verdi ki: – Andıma sən inan, 
Pozulmaz bu peyman versəm də can. 
O Kabil, o sən, o sənin ailən, 
Səlamət qalın, ömr edin qəlbi şən, 
Əqidəmcə, Zal gəzsə bir qız, o da 
Ləyaqətcə Rudabədir dünyada. 
Bizimçin yad olsa belə əsliniz, 
Olub təxtü tac sahibi nəsliniz. 
Nə etmək? Bu dünya qurulmuş belə, 
Vuruşmaq deyil mümkün allah ilə
Biri yüksələrsə, biri alçalar, 
Biri varlıdır, digəri ac qalar. 
Biri nemət içrə yaşar hər zaman, 
Biri ehtiyacdan yaşar bağrı qan. 
Ürək ağrısıyla yazıb namə mən, 
Şəhənşaha göndərdim, axır, dünən, 
Mənuçehr dərbarına Zali-zər 
Gedərkən, deyərdin ki, qartal süzər. 
Yəhər üstə qalxıb, yəhər görmədi, 
Atının nalı sanki yer görmədi. 
Zala padşah versə müsbət cavab, 
Gülər, fəxr edər ki, edibdir savab
Könül verdi quş yavrusu bir gülə, 
Batıb göz yaşında ayağı gilə, 
Sevən bir igidlə sevən bnr gəlin 
Qabıqdan çıxırlarsa, ar etməyin! 
Qızı bircə yol, barı, göstər mənə, 


 
206 
Nədir xahişin, söylə, verrəm sənə! 
Dedi Sama Sindoxt: – Ey pəhləvan, 
Kənizinə lütf eyləsən har zaman, 
Mənim qəsrimə at sürərsən əgər, 
Sevincdən başım göylərə yüksələr, 
Gəlibdir deyə Kabilə şəhriyar, 
Edər xidmətində hamı can nisar. 
Gülüb söylədi Sam: – heç etmə qəm, 
Çağırsan qonaq, etiraz etmərəm. 
Gülər gördü Sindoxt Samı o gün, 
Silinmiş deyə kin-küdurət bütün, 
Dedi qasidə: – Kabilə get çapar, 
Nigarandır, Mehraba müjdə apar! 
De: pis fikr üçün könlünə vermə yol, 
Qonağı qəbul etməyə hazır ol! 
Özüm də bir az sonra bu namədən. 
Yəqin, ordayam, yolda dincəlmədən. 
İkinci gün oldu, açıldı səhər, 
Fəzada günəş olcağın cilvəgər, 
Oyandıqda izzətli Sindoxt, düz 
O salar dərgahına qoydu üz. 
Dolub şən səs ilə Samın dərgahı, 
Ona verdilər ad–xanımlar şahı. 
Sama, gəldi, baş əydi, verdi salam, 
O xeyli danışdı, qulaq asdı Sam, 
Dedi: – Ver icazə, dönüm Kabilə, 
Görüşmək üçün şah Mehrab ilə. 
Əziz bir qonaqçın tədarük görüm, 
Bu peymanı damadıma göstərim. 
Dedi Sam: – Sənə yaxşı yol, get, çalış, 
Nə gördünsə, Mehraba bir- bir danış! 
Dəyərli xələtlər alıb biçdilər, 
Cavahirlərin yaxşısın seçdilər. 
Samın vardı Kabildə qəsri, bağı, 
 
207 
Əkin yerləri, ovlağı,otlağı. 
Bağışlandı Sindoxta onlar belə, 
Verib dost kimi əhd ilə əl-ələ, 
– Qızın oğlumundur, – dedi pəhləvan
Qoy ağgünlü olsun o bir cüt cavan. 
İki yüz igid atlı qoşdu ona, 
Dedi: – İndi get, ey dilavər ana! 
Gedib Kabilistanda rahat yaşa, 
Bütün ömrunü qorxusuz vur başa. 
Solan ay üzü oldu bir laləzar, 
Sevinclə yola düşdü o gülüzar. 
Gedib verdilər şəhriyara xəbər 
Ki, Samın yanından gəlib Zali-zər. 
O sərkərdələr pişvaza çıxdılar 
Ki, onlarla şahlıq edər iftixar. 
Yaxınlaşdı Zal şah dərbarına, 
Ona verdilər yol şahın yanına. 
Gəlib şah önündə düşüb torpağa, 
Öpüb torpağı, şaha qıldı dua. 
Üzü qaldı torpaqda xeyli zaman, 
Onu şah dindirdi çox mehriban, 
Dedi: – Torpağı gül üzündən silin, 
Yuyun mişk ilə surətin, kakilin! 
Gəlib tutdu təxtin önündə qərar, 
Sual etdi ondan böyük hökmdar, 
Dedi şah: – Söylə, qoçaq pəhləvan 
Səni yordumu yolda bu toz, duman? 
Dedi: – Şah sağ olsun, çətinlik nədir? 
Yolunda bizə zəhmət əyləncədir. 
Samın yazdığı naməni aldı şah. 
Sevindi ürəkdən, gülüb qah-qah, 
Bilib mətləbi, verdi xoş bir cavab: 
– Veribsən yəqin könlünə çox əzab. 
Bu məktubda hər mətləbi tam yazıb, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə