Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə37/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   33   34   35   36   37   38   39   40   ...   78

 
208 
Ürək ağrısıyla qoca Sam yazıb. 
Bu iş gəlməyirsə, deyim xoş mənə
Fəqət, istərəm yardım etmək sənə, 
Budursa əgər, ey cavan, istəyin, 
Qəm etmə, murada çatarsan, yəqin. 
Bir az əylənib, ver rahatlıq cana. 
Salım işləri yaxşıca sahmana. 
Qızıl süfrəni açdı xidmətçilər, 
Oturdu Mənuçehrlə Zali-zər, 
Buyurdu: böyüklər yığılsın tamam, 
Şahın süfrəsində yeyilsin təam. 
Qonaqlar yığıldı, yeyib durdular. 
Gedib, mey-məzə məclisi qurdular, 
Şərabı içib Zal, olub keyfi çağ, 
Qızıldan cilovlu ata qalxaraq, 
Gedib gəzdi, etdi gecə gündüzü, - 
Düşündü, danışdı özüylə özü. 
Gecə mənzilə döndü sakit, yavaş, 
Cahan fatehi şahə endirdi baş. 
Mənuçehr ona «afərin» söylədi, 
Gedib xəlvəti Zalı vəsf eylədi. 
Xəbər verdi möbidlərə şəhriyar, 
Münəccim, həkim, xacə toplandılar. 
Dedi: – Ziyc alın, öyrənin bir zaman
41

Nə yol göstərir bu işə asiman. 
Nədir ulduzun hökmü, sirri deyə 
Hamı getdi əmrə əməl etməyə, 
Ələ aldılar ziyci-rumi tamam, 
Edildi: bütün işlər üç gün davam, 
Munəccimlər ulduzdan aldı hesab, 
Belə verdilər padişaha cavab: 
– Bizi ulduzun sirri etdi əmin, 
Suyu saf çıxar bu yeni çeşmənin, 
Sam oğluyla Mehrab qızından, inan, 
 
209 
Gələr ərsəyə bir qoçaq pəhləvan. 
Həyatı, kamalı, kücü, qüdrəti 
Olar şahlığın, ölkənin şöhrəti, 
Uca boylu, enli kürək, şiri-nər, 
O həm rəzmə, həm bəzmə zinət verər.
42 
Deyüşdə atı tərləsə bircə an, 
Rəqibin olar qorxudan bağrı qan. 
Uçuşda atı qartala güc gələr, 
O çox şahların başına kül ələr. 
Uca qəddi, ağlı, polad qolları, 
Kəməndlə şikar eylər aslanları. 
Qılıncı fəzanı yarar, qan edər, 
Suya od vurub, guru büryan edər. 
Olar şəhriyarın kəmərbəstəsi, 
İgidlərin İranda sərkərdəsi. 
Dedi onlara şah:–Olun huşyar, 
Bu söhbətləri açmağın vaxtı var, 
Bu gün Zal dərbarda olsun–dedi, 
Söz ilə onu yoxlamaq istədi. 
Buyurdu. – Müəmmalı söz söyləyin, 
Suallar verin, imtahan eyləyin! 
Gəlib Zalla möbidlər əyləşdilər 
Ki, onlarda vardı ağıl, həm hünər, 
Birinci: Zala verdi möbid sual 
Ki, hazırcavab idi, sahibkamal, 
– Çəməndə–dedi–on iki sərv var, 
Gözəl, tərtəzə, görkəmində vüqar. 
Otuz qol verib, hər biri bu rəqəm 
Ki, farsidə olmaz nə artıq, nə kəm. 
Dedi başqa möbid ki: – Ey qəhrəman, 
İki köhlən at var küləktək qaçan. 
Biri onların qır kimi qapqara, 
Biri saf büllur, nurlu bir aypara. 
Qovar bu onu, o bunu durmadan, 


 
210 
Fəqət haqlamaz bir-birin heç zaman, 
Üçüncü dedi: –Yol gedir şəhriyar, 
Onun arxasında otuz atlı var. 
Sayanda görərsən, biri kəm gələr, 
Otuzdur, görərsən yetirsən nəzər. 
Dedi digəri:–Var belə bir çəmən, 
Yaşıldır, gözəldir deyər hər görən 
Görərsən, əlində oraq bir nəfər, 
Çəməndə üzündən həyanı silər, 
Biçər otları, həm quru, həm yaşı, 
Ayılmaz bu işdən bir an da başı. 
Beşinci soruşdu:–İki sərv var, 
Qamıştək dənizdən göyə boylanar. 
O quş hansı quşdur ki, məskən edər, 
Birində gecə, dgərində səhər? 
Uçanda bunun yarpağı qovrular, 
Ona qoncağın mişk ətri saçar. 
İki sərvdən tazətərdir biri
Həmişə saralıb, solar digəri. 
Dedi başqası:–Görmüşəm dağda mən, 
Gözəl qəsr var, dövrəsi bağ, çəmən. 
Haman qəsrdən hey adamlar gedər. 
Şoranlıq biyabanı abad edər. 
Binalar tikərlər, qurub dəstgah, 
Kimisi olar qul, kimi padşah. 
Yaşarlar o qəsri yada salmadan, 
Söz açmazlar ondan uzun bir zaman, 
Qopar nagahan güclü bir zəlzələ, 
Verər onların dudmanın yelə. 
Bu dəmdə o qəsri hamı arzular, 
Tükənməz və sonsuz olar arzular. 
Bu alimlərə, gəl, açıq söylə, Zal, 
Nə məna verir söylənən hər sual? 
Müəmmaları şərh qılsan əgər, 
 
211 
Qara torpaq ağlınla mişkə dönər, 
Bir anlıq xəyala dalıb Zali-zər, 
Fikirləşdi söz tapmağa müxtəsər
Verilmiş sualları saldı yada, 
Dil açdı, cavab versin hər ustada: 
– On iki ağacdan–dedi–başlayaq 
Ki, var hər biri üstə otuz budaq. 
Bir ildə on iki yeni ay olar, 
Neçə təxtə çıxmış yeni hökmdar, 
Otuz gün olar hər ayın müddəti, 
Zamanın əzəldən budur adəti, 
Deyim iki at barədə fikrimi, 
Mənimçin bu aydındı şimşək kimi. 
Zamanda iki vaxt var: ağ, qara, 
Biri digərini qovar aşkara, 
Ağ at gündüz olmuş, qara at gecə, 
Görün bir fələk vaxt hesablar necə? 
Üçüncü sualdır otuz atlıdan 
Ki, şahın yanından ötər, hər zaman, 
Sayarsan otuzdan biri əskilər, 
Dubarə sayanda otuz düz gələr. 
Deyil mətləbin məğzi bundan savay, 
Ki, naqis olar bir gecə bəzən ay 
Sizə şərh edim indi bu nüktəni, 
İki sərvdə var quşun məskəni. 
Quzu bürcunü al Tərazuyacan, 
Qaranlıqlara gizlənər bu cahan. 
Balıq bürcünə doğru çün dövr edər
Qaranlıq cahanı tutar sərbəsər. 
Bu çərxin iki sərvdir qolları, 
Biri yamyaşıldır, biri sapsarı, 
Uçan quş Günəşdir, fəzada uçar, 
O qorxu, ümid mənbəyi nur saçar. 
Deyim dağ başında olan qəsrdən, 


 
212 
O baqi cahandır, sona yetməyən, 
Şoranlıq–bu beş günlük evdir əziz 
Ki, nemətdəyik, həm də zəhmətdə biz. 
Nəfəs ki, çəkirsən, hesaba alar, 
O həm bəsləyər, həm də gücdən salar. 
Nəhayət, qopar bir külək, zəlzələ, 
Düşər nagahan aləmə vəlvələ. 
Şoranlıqda biz qoyduğumuz əmək 
Qalar, dağdakı qəsrə dönmək gərək. 
Biz əkdiksə, bir başqası bar yeyər, 
O da biz gedən yolla, axır, gedər. 
Əzəldən budur məğzi söz-söhbətin, 
Dəyişməzdir adətləri xilqətin. 
Qoyarsaq əgər yaxşı ad yadigar, 
Onunla edər nəslimiz iftixar. 
Tamahkar, xəsis ömr sürsək əgər, 
Ölərkən bizə xalq lənət edər. 
Sayılsaq da sahib neçə qəsrə biz, 
Sonu bir çadırdır fəqət bəhrəmiz. 
Bizi basdıranda qara torpağa 
Əzab, qorxu, zillət dönər bir dağa, 
O çöldə əlində oraq bir kişi 
Quru-yaş otu biçmək olmuş işi, 
Biçər qarşısına çıxan hər nə var, 
O söz dinləməz, min də yalvarsalar. 
Otuq biz, biçinçi o, dövri-zaman, 
Nəvə ya baba – anlamaz otçalan. 
O baxmaz, qoca ya cavandır şikar, 
Əlinə keçən hər ovu parçalar. 
Bu qanunu dünyada qoymuş fələk
Doğulmuş olan bir gün ölsün gərək. 
Gələnlər gedər, qaydadır hər zaman, 
Əcəl heç kəsə verməmişdir aman. 
Zalı təsdiq etdi bütün barigah, 
 
213 
Ürəkdən sevindi Mənuçehr şah. 
Onun ağlına məclis heyran idi, 
Mənuçehr uca səslə «əhsən» dedi. 
Verildi o gün məclisə bir bəzək, 
İşıqlandı bədr ilə sanki fələk. 
Qaranlıq çöküncə içildi şərab, 
İçənlər başı oldu meydən xarab. 
Gecə olduğun carçı verdi xəbər, 
Qonaqlar durub təkbətək getdilər. 
Böyük pəhləvanlar verib qol-qola, 
Külər üzlə, sərxoş düzəldi yola. 
Günəş dağ dalından çıxınca yavaş, 
Yataqdan saray əhli qaldırdı baş. 
Kəmər bağladı sanki bir şiri-nər, 
Qədəm qoydu şah qəsrinə Zali-zər. 
O gəldi Mənuçehrdan izn ala 
Ata xidmətinə düşə tez yola. 
Dedi: – Ey nəcabətdə tək hökmdar. 
Atam Samı könlüm yaman arzular. 
Öpüb təxtinin torpağından, budur, 
Üzündən, tacından gözüm tapdı nur, 
Dedi şah: – Ey novcavan pəhləvan, 
Tələsmə, nolub? Bircə gün da dayan! 
Səni tərpədir eşqi Rudabənin 
Yadında deyil Samü Zabil sənin, 
Buyurdu, yeni bir büsat qurdular
Saray meydanında təbil vurdular, 
Gedib pəhləvanlar hamı şadman, 
Tutub əldə nizə, əmud, ox, kaman, 
Kaman çilləsinə oxu çatdılar,  
Döyüşdə olantək nişan atdılar, 
Qılınc, nizə, gürz, oxla hər pəhləvan 
Sınaqçın müəyyən şey aldı nişan. 
Böyük bir ağac vardı meydanda tək, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə