Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə45/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   41   42   43   44   45   46   47   48   ...   78

 
256 
Doyunca yuxu yatmayan padşah 
Görüb Qareni, ağlayıb, çəkdi ah. 
Dedi: – Sam öləndən bəri mən hələ 
Ürək ağrısı çəkməmişdim belə. 
Qubadın əziz ruhu saçsın ziya, 
Yaşa, nail ol daima arzuya! 
Döyüşdə ölüm çatdımı, biz heçik, 
Qəbirdir cahanda bizə son beşik. 
Cavab verdi Qaren: – Doğuldum ki, mən 
Ölüncə geri dönməyim cəbhədən. 
Fəridun qoyubdur başıma papaq, 
Gərək İyrəcin intiqamın alaq. 
O gündən ki, aldım qılıncı ələ, 
Belimdən kəmər açmadım mən hələ. 
Ölübsə ağıllı, igid qardaşım, 
Çəkər bu bəlanı mənim də başım, 
Yaşa, şəhriyarım, döyüşdə bu gün 
Peşəng oğlunu darda qoyduq bütün. 
Ağır itkilər verdi, batdı qana, 
Gətirdi yeni dəstələr meydana. 
Öküzbaşlı gürz ilə görçək məni 
Yaxın gəldi Turanın Əhriməni. 
Salınca onun çöhrəsinə nəzər, 
Nə gördüm, gözüm gözlərində gəzər, 
Məni etdi cadu ilə biqərar, 
İşıqlı gözümdə cahan oldu tar. 
Gün axşam olunca qaraldı cahan, 
Qolum qalxmadı vurmağa, sən inan! 
Deyərdin: bu anda qiyamət qopur
Qara torpağın altına qan hopur. 
Qoşun toz qopardı, qaraldı gecə, 
Qayıtdım döyüşdən, budur, indicə. 
Gecə ordular yaxşı dincəldilər, 
Açılcaq səhər, meydana gəldilər. 
 
257 
Kəyan rəsmi ilə vuruşsun deyə, 
Düzülmüşdu iranlılar cərgəyə. 
Baxıb gördü amadədir bir tərəf, 
Təbil vurdu Əfrasiyab, çəkdi səf, 
Elə toz qoparmışdı ki, atlılar, 
Sanardın, günəş zülmətə qərq olar. 
Ucaldı iki ordudan vurhavur, 
Tarazlaşdı səhradakı dağ, çuxur. 
Sarındı qoşun bir-birinə elə 
Ki, qan sel kimi axdı, getdi çölə. 
Hücum eyləyəndə Qaren hər yana, 
Boyardı tozu, torpağı al qana.  
Hara at səyirdərdi Əfrasiyab, 
Axardı çölə qan seli bihesab. 
İki səmtdən nizə qalxdı göyə, 
Elə vurdular nizəni nizəyə, 
Sarınmış, deyən, bir-birinə ilan
Vuruşmaz belə, rəsmdir, şah olan. 
Günəş batdı, çökdü qaranlıq yerə, 
Pəşəng oğlu göstərdi zor Nuzərə, 
Yorulmuş, əzilmişdi iranlılar, 
Döyüşdən çəkilməzdi turanlılar, 
Əlacsız o meydanı tərk etdilər, 
O səhrada dincəlməyə getdilər. 
Daha Nuzərin gülməyirdi üzü, 
Bilirdi sönüb bəxtinin ulduzu. 
Təbil səsləri susdu, Nuzər bu dəm 
Dedi: – Gəlməli Tus ilə Güstəhəm. 
Dodaqlarda ah, qəlblərdə fəqan, 
Hüzura yetişdi iki pəhləvan, 
Töküb göz yaşı, sinədən çəkd ah, 
Ürək dərdini söylədi padişah. 
Cigər qan dolu, qüssədən çəkdi dad
Ata sözlərini birər etdi yad. 


 
258 
Demişdi Mənuçehr ona, bil yəqin, 
Hücum eylər İrana Turanla Çin. 
Olarsan o dəm qüssədən bağrı qan, 
Döyüşdə yetər orduna çox ziyan. 
Şahın sözləri doğrulur birbəbir, 
Mənə düşmən hər yerdə üstün gəlir. 
Görən olmamışdı keçəndə hələ 
Ki, türklər çıxartsın qoşun bir belə. 
Siz indi olun Parsa doğru rəvan. 
Çıxardın hərəmxanəni ortadan. 
Alın, yollanın Zavəkuhə sarı, 
Siz Əlborzdə gizlədin onları! 
Qoşundan xəbərsiz çıxın tez yola 
Bizə üz veribdir təzə bir bəla. 
Qoşun əhli tutsa bu işdən xəbər, 
Döyüşdə tamamilə ruhdan düşər, 
Fəridun çırağı sönür aşikar, 
Gedin, saxlayın bir-iki yadigar, 
Sizi bir daha görməyimdir çətin, 
Bilin qədrini bir neçə fürsətin, 
Gecə-günduz, hər anda hüşyar olun! 
Cahan işlərindən xəbərdar olun! 
Qoşundan əgər pis xəbər alsalar, 
Şahənşahlığın qüdrəti sarsılar, 
Siz həddindən artıq kədərlənməyin, 
Fələkdən nəsibi budur taleyin. 
Birini salar qiylü qalə zaman
Biri əyləşər başda tac şadiman. 
Ölüb öldürüldün, deyil bir məgər?, 
Döyüşdə ölənlər asan can verər. 
Sona çatdı şahın nəsihətləri 
Hüzurda duranlar öpəndə yeri. 
İki pəhləvanı basıb bağrına, 
Gözündən yaş axdı yanaqlarına. 
 
259 
İki gün qoşun əhli dincəldilər, 
Günəş boylananda üçüncü səhər 
Şahın meyli yoxdu döyüş başlana, 
Əlacsız qalıb çıxdı o, meydana. 
Qiyas eyləyəndə iki ordunu, 
Onu bir dəniz bil, axar çay bunu. 
Çalındı təbil, gurladı kərrənay, 
Ucaldı sərapərdədən hay-haray, 
Şahın dərgahından çıxan atlılar 
Dəbilqə qoyub, qol-qola çatdılar. 
O yandan da Əfrasiyab ordusu 
Yada salmadan istirahət, yuxu, 
Qoşun səflərin sahmana saldılar, 
Qılınc, nizə, zubin ələ aldılar. 
Ağır gürzlər əldə bənzər dağa, 
Zirehli qoşun başladı coşmağa, 
İki çay arasında səf çəkdilər, 
Görünməzdi dağ, axtaraydın əgər, 
Qaren mərkəzində durub ordunun, 
Bütün cəbhəyə şahla oldu sütun. 
Sağa başçı Nəstuh, Şapur idi, 
Təlimansa sol səmtə məmur idi. 
Səhərdən ikində çağına qədər 
Dəniz, dağ, dərə görmədi bir nəfər. 
Sanardın qılınclar qürurla enir, 
Ağır atlar altında sızlardı yer. 
Salınca yerə nizələr kölgə düz, 
Şahın ordusuna xətər verdi üz. 
Qarabəxt idi çünki iranlılar, 
Döyüşdə zəfər çaldı turanlılar. 
Qoşun sağ cinahdan pozuldu həmən, 
Dönüb qaçdı bir çoxları cəbhədən. 
O dəmdə ki, Şapuru öldürdülər, 
Deyərdin ki iranlılar öldülər. 


 
260 
Vuruşqan o turanlılar nagahan 
Dehistana üz qoydular ordudan. 
Gecə-gündüz orda gedirdi savaş
Neçə vaxt iki ordu etdi təlaş. 
Hasar oldu çün məskəni Nuzərin, 
Alındı hasara yolu türklərin 
Durub gözləməkdən çəkirdi əzab, 
Suvariləri düzdü Əfrasiyab, 
Kəruxanə verdi ki, ey namidar, 
Qalıbsan igid Viysədən yadigar. 
Götür ordunu, vaxtı etmə hədər, 
Kəsə yolla Parsa yetiş birtəhər. 
Bil, iranlılar orda saxlar köçü, 
Yəqin atlılar yolda haqlar köçü. 
Gəlib Qarenə çatdı bundan xəbər 
Ki, Əfrasiyab Parsa şəbxun edər. 
Qəzəbdən onun düşdü od canına, 
Pələngtək gəlib Nuzərin yanına, 
Dedi: – Bu Turanşah nə namərd imiş, 
İran şahına gör o nə eyləmiş? 
Böyük bir qoşun göndərib gizlicə, 
Divan tutmaq istər köməksiz köçə. 
Hərəm əhlini qılsa türklər əsir
Bizim ordu məğlub olar, ey əmir! 
Necə gəzdirək onda başda papaq? 
Kəruxan dalınca gərək at çapaq. 
Uanında yemək var, axar çeşməz var, 
Sənin varlığınla qoşun ruhlanar. 
Sıxılma, dayan bir zaman, çəkmə ah, 
Yenilməz, mətin olmalı padişah. 
Gedim onları haqlayım mən gərək. 
Əzilsin yarı yolda düşmən gərək. 
Dedi şah: – Bu fikrin əbəsdir, əbəs, 
Səni orduda bəs kim etsin əvəz? 
 
261 
Təbil səslənib, banlayanda xoruz 
Köçün ardınca getdi Küstəhm, Tus. 
Köçə tez çatarlar, buna ol əmin, 
Nə lazımsa, onlar edərlər yəqin. 
Bir anlıq qəmü qüssədən keçdilər, 
Açıb süfrə, birlikdə mey içdilər. 
Gedib Qarenin mənzilinə o dəm, 
Bulud kimi toplandı gözlərdə nəm, 
Deyib, dinləyib hər sözü aşikar, 
Nəhayət, verildi belə bir qərar: 
Bu gün Parsa doğru gərək yollanaq, 
Bu yerdə dayanmaq nahaqdır, nahaq. 
İranlı qadınlar ki, o yerdədir, 
Olarlarsa düşmən əlində əsir, 
Qalarmı daha bizdə səbrü qərar? 
Qılınc kim vurar, nizə kim qaldırar? 
Qaren pəhləvanları tutdu dilə, 
Qərarlaşdı Şiduşla, Kəşvad ilə. 
Kecə çün yarı oldu, iranlılar 
Səfər əzmi ilə hazırlandılar. 
Qala daxilində igid Kəjdəhəm 
İgidlər yanında dayanmış o dəm. 
Təbil, fil, qoşunla yol üstə haman, 
Qala xaricində durub Bariman. 
O idi yaxan Qarenin canını, 
O idi Qubadın tökən qanını, 
Görüncə onu, döndü bir aslana, 
Macal vermədi əl aça Barimana. 
Onu nizə ilə elə vurdu ki, 
Qırıldı beli ortadan tən iki. 
Qoşun matəmə batdı başdan-başa, 
Qoyub qaçdılar bir çoxu dağ-daşa. 
Gecə vaxtı Qaren çıxıb ortadan, 
Dalınca qoşun Parsa oldu rəvan. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə