Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə42/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   38   39   40   41   42   43   44   45   ...   78

 
238 
Dəmir qapını eylədi tarümar. 
Girib gördü gümbəz göyə yüksəlir
O anbar dolu saf qızıl sikkədir. 
Təhəmtən baxıb burdakı sarvətə, 
Dodağın gəmirdi düşüb heyrətə. 
Çağırdı gələ pəhləvanlar yaxın, 
Dedi: – Siz vara, sərvətə bir baxın! 
Yəqindir ki, mədəndə zər qalmamış, 
Dənizlər dibində göhər qalmamış. 
Yığıblar, vurublar bütün anbara, 
Bu sərvət müyəssər deyil şahlara. 
Oturdu, qələm aldı Rüstəm ələ. 
Zala yazdı bir namə təfsil ilə. 
Birinci ulu tanrıdan başladı 
Ki, hər namənin ziynətidi adı. 
Fələklər yaratmaqda ustad olan 
Yaratmış qarışqa, yaratmış ilan. 
Yaratmış Günəş, Ay, – budur sənəti, 
Ucaltmış fələk tağını qüdrəti. 
Böyük tanrıdan afərinlər ola 
O Zabil pələngi yenilməz Zala. 
Odur daim İrana arxa duran, 
Odur Kavə bayrağını qaldıran. 
Odur şahlara bəxş edən təxtü tac, 
Günəş, Ay kimi əmri tapmış rəvac, 
Alıb əmr, gəldim Sepənd dağına, 
Bu dağ qaldırıb baş fələk dağına. 
Dağa yüksəlib, keçmədim qülləni, 
Qala başçısı dəvət etdi məni. 
Necə söyləmişdin, elə eylədim
Asan yolla gəldi ələ məqsədim. 
Yanımda igidlər, qaranlıq geçə, 
Qala üstə basqın edib gizlicə, 
Qırıb,qatladıq biz Sepənd əhlini, 
 
239 
Çıxartdıq ürəkdən közərmiş kini. 
Səlamət qalan görmədik biz hələ, 
Ağır bir xəzinə keçirdik ələ. 
Ərinmiş gümüş, saf qızıl tağ vurur, 
Sanarsan, önündə uca dağ durur. 
Əgər vursalar xarvara vəznini, 
Keçər, məncə, bu vəzn beş yüz mini. 
Libas, fərş var,-hər qədər istəsən, 
Nə lazım siyahı, özün istəsən. 
Əgər aylar ilə mühasib saya, 
Bu sərvət, bu dövlət alınmaz saya. 
Mənə indi bildir: nədir fərmanın? 
Çağ olsun damağın, səlamət canın! 
Küləkdən iti elçi düşdü yola, 
Çatıb naməni etdi təqdim Zala. 
Ata baxdı, gördü nə yazmış oğul, 
Sevincək dedi: – Afərin, çox sağ ol! 
Ürəkdən elə şad idi pəhləvan
Sanardın ki, olmuş dübarə cavan. 
Yazıb Rüstəmin naməsinə cavab, 
Ona mehribanlıqla etdi xitab: 
Birinci: böyük tanrıya afərin! 
İkinci: – dedi, – çatdı namən sənin. 
Zəfər müjdəsindən elə şad idim, 
Mənə xoşdu ki, canı qurban edim. 
Ləyaqətli oğlum, belə bir zəfər 
Sənin kimi mərdin əlindən gələr. 
Yaxıb düşmənin canını odda sən, 
Nərimanı qəbr içrə şad etmisən. 
Bu məktubu alçaq yığış, düş yola, 
Fərağında qoyma könül qan ola! 
Qənimətləri yükləməkçin yenə 
Neçə min dəvə yolladım mən sənə. 
Yükü yüklə, düşsün qatarlar yola. 


 
240 
Bir od vur ki, yansın, kül olsun qala 
Zalın naməsi Rüstəmə yetcəym. 
Sevindi, alovlandı qəlbində kin. 
Yığışdırdı qiymətli şey hər nə var: 
Möhür, tac, qılınc, şal, ipək parçalar, 
Neçə-neçə şahanə gövhər kəmər, 
Hesaba, saya sığmayan simü zər. 
Seçib yüklədi, düşdü karvan yola, 
Qızıldan, gümüşdən boşaldı qala. 
Bir od vurdu Rüstəm Sepənd dağına 
Ki, yüksəldi tüstü fələk tağına. 
Qayıtdı o yerdən geri şadiman, 
Başı yüksək, alnıaçıq qəhrəman
Zala müjdə çatdı ki, Rüstəm gəlir, 
Zəfərlə, qənimətlə bahəm gəlir. 
Dedi: – Pişvaza hazır olsun şəhər, 
Gəlintək bəzəndi küçə, məhlələr. 
Yürüş başladı, gurladı kərrənay,  
Təbil, sinc, şeypur saldı haray. 
Əziz oğlunu görməyə Zali-zər  
Gedirdi, yanında neçə namivər. 
Təhəmtən çatıb gördü Zali-zəri, 
Enib, torpağa düşdü, öpdü yeri. 
Ata oğlunun boynuna saldı qol, 
Qızılla,cəvahirlə örtüldü yol. 
Gəlib çatdılar Samın eyvanına. 
Gözü yolda Rudabənin yanına. 
Ana açdı qol oğlunu qucmağa, 
Ədəblə oğul qoydu üz torpağa. 
Üzündən, gözündən öpdü Rüstəmin, 
Dedi: – Qəddinə can da qurban sənin, 
Sama müjdə çatsın deyə durmadan
Alıb namə yazdı cahanipəhləvan. 
Ağıl sahibi Zal haman namədə 
 
241 
Çalışdı olub keçmişi şərh edə. 
Hədiyyə seçib Sam üçün bir qatar, 
Dedi qasidə: – Namə ilə apar! 
Alıb naməni Sami-Neyrəm haman, 
Çiçəktək açıldı üzü şadiman. 
Qonaqlıq düzəltdi yığıb dostları, 
O məclis xatırlatdı şən gülzarı, 
Neçə dəfə Rüstəm adı çəkdi Sam, 
Dolub, hey boşaldı o məclisdə cam. 
Ona yaxşı müjdə gətirmiş deyə, 
 Xələt verdi, at verdi Sam elçiyə. 
Zalın bir cavab yazdı məktubuna, 
Əyilməz, yenilməz, əziz oğluna. 
Dedi: –Bu təəccüblü olmaz əgər, 
Hünər göstərə bir cavan şiri-nər 
Əgər bir ağıl sahibi şir tutan 
Ala körpə bir şiri göz açmadan. 
Adamlar içində edə tərbiyə, 
Ana şir döşündən o süd əmməyə. 
Həmən körpə aslan çıxanda dişi, 
Çıxar üzə onda ata vərdişi. 
Uşaq yaşda Rüstəmdəki bu hünər 
Ata irsidir, bəxş edib Zali-zər
O gəzdikdə əldə qılınc meydanı 
Cılız tülküyə döndərər aslanı. 
Möhür basdı-o naməyə pəhləvan, 
Alıb elçi Sistana oldu rəvan, 
O məktubu elçi yetirdi Zala, 
Sevincdən durub oynadı az qala. 
Üzü güldü Zalın, açıldı bahar, 
Cavan oğlu ilə edib iftixar, 
Ümid bağladı xalq o şiri-nərə, 
Onun şöhrəti sığmadı göylərə 
Yaşı yüz iyirmi olunca haman, 


 
242 
Mənuçehr bildi köçür dünyadan. 
Çağırdı münəccimləri hökmdar, 
Ona göylərin sirrini açdılar. 
Xəbər verdilər: – Başına qıl çara! 
Gərək şah təxti geyinsin qara. 
Səfər vaxtı çatmış, hazırlaş yola, 
Çalış həqq yanında məqamın ola! 
Buraxma əlindən bu gün fürsəti, 
Ölüm heç kəsə verməyir möhləti. 
Çün alimləri dinlədi padşah, 
– Bəzənsin, – dedi, – başqa cür barigah. 
Çağırdı dəbirlərlə möbidləri, 
Açıldı ürəkdə olan sirləri. 
Tələb eylədi Nuzəri yanına, 
Verib yaxşı-yaxşı nəsihət ona: 
– Bu şahlıq, – dedi, – puç bir əfsanədir
Bu gün sən, sabah şah biganədir. 
Gəlib çatmışam yüz iyirmi yaşa, 
Ağır günləri vurmuşam mən başa, 
Muradımca keçmiş mənim günlərim, 
Əlimlə olub xar düşmənlərim. 
Fəridun yolu getmişəm hər zaman, 
Dönüb xeyrimə mütləqa hər ziyan. 
Rəzil Səlmi, Turu yerə çalmışam, 
Babam İyrəcin qanını almışam. 
Əlimlə yox oldu mənim fitnə, şər, 
Qala qaldırıb çoxlu, tikdim şəhər, 
Bu gün sanki mən yoxmuşam dünyada, 
Olub keçmişi kimsə salmaz yada 
Həyat bir ağacdır, ölümsə bəhər 
Gülü, yarpağı, bil, zəhərdir, zəhər, 
O zəhmət, o zillət ki, çəkdim bütün
Bu şahlıq, bu dövlət sənindir bu gün 
Tutaq bir ömür eyşü işrətdəsən, 
 
243 
Yenə bir qonaqsan bu dünyada sən. 
Gedərsən, qalar bircə ad yadigar, 
Yaşar yaxşı ad ötsə də ruzigar. 
Çalış, yaxşılıqla çəkilsin adın 
Təmiz dinin olsun, təmiz övladın. 
Nə həqq söyləmişsə, əməl eylə sən, 
Nəcata çatar həqq yoluyla gedən. 
Yeni hakimi gözlər indi cahan, 
O Musadır, olmuş rəsuli-zəman. 
Yaxınlarda baş qaldırar Şərqdən, 
Ona pis göz ilə, çalış, baxma sən. 
Onun dini həqq dinidir, et qəbul
Nə peymanı varsa, ona tabe ol! 
Tək allah yolundan çəkilmə, aman, 
Bu həqq yoldadır yaxşılıq həm yaman. 
Hücum eylər İrana türk ordusu, 
Olar tacü təxtin böyük qorxusu, 
Çətin bir yolu getməyə hazır ol, 
Çalış, gah quzu, gah da qurd ol, oğul! 
Sənə qorxu Turan tərəfdən gələr, 
Pəşəng oğlu axır səni öldürər. 
Sam ilə Zalı tut əziz dunyada, 
Çətin gündə onlar yetər imdada. 
O körpə ki, Zalın belindən gəlib, 
Bir aslan kimi boy atıb, yüksəlib, 
Sənin düşmənindən yəqin öc alar
Əlində onun düşmən aciz qalar. 
Dedi bunları, gözlərin bağladı, 
Başı üstə Nuzər durub ağladı. 
Nə ömründə dərd bildi o, nə azar, 
Nə xəstə yatıb eylədi ahu zar. 
Yumub közlərini Mənuçehr şah, 
Solub rəngi, çəkdi ürəkdən bir ah 
O şanlı, şərəfli, böyük hökmdar 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə