Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə41/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   37   38   39   40   41   42   43   44   ...   78

 
232 
Filə sarı addımladı əzm ilə. 
Sarayda olan yaşlı xidmətçilər 
Yolu kəsdi, bundan tutunca xəbər. 
Dedilər: – Sənə yol verək biz neçə? 
Atan sağ buraxmaz yataq bu gecə. 
Qaranlıq gecə, bəndsiz vəhşi fil
Buraxmaq səni, bil, ağıldan deyil. 
Saray xadimi söylədi: –Sən hələ 
Uşaqsan, sataşma o qızmış filə 
Bu sözdən acıqlandı Rüstam yaman, 
Vurub yumruğu peysərinə haman, 
Atıldı başı top kimi meydana, 
Qəzəblə Təhəmtən dönüncə yana. 
Önündən onun qaçdı xidmətçilər 
Qapı səmtinə cumdu o şiri-nər. 
Vurub gürzü, zənciri tökdü yerə, 
Elə zərbə layiqdi o əllərə. 
Ağır gürz əlində çıxınca çölə, 
Başı kin dolu döndü sanki yelə. 
O qızmış filin səmtinə qoydu üz, 
Sanardın, coşub dalğalı bir dəniz. 
Nə gördü ki: bir canlı dağdır, qoşur, 
Basanda ayaq torpağa yer coşur. 
Qaçır pəhləvanlar önündən onun, 
Necə ki, qaçar qurd görəndə qoyun. 
Çəkib şir kimi nərə gənc pəhləvan, 
Hücum eylədi Ağ filə qorxmadan. 
Coşan fil, önündə görüb Rüstəmi 
Onun üstünə cumdu bir dağ kimi. 
Yetirsin deyə pəhləvana ziyan, 
Uzatmışdı xortumunu fil bu an
Təhəmtən elə gürz ilə vurdu ki, 
O dağ boyda heyvan büküldü iki. 
İşi bitdi bir zərbə ilə onun, 
 
233 
Yıxıldı, sanardın, uçur Bisütun. 
Qara torpaq üstündə fil verdi can, 
Qayıtdı geri- yatmağa pəhləvan. 
Yatırdı, günəş nazlı qızlar kimi 
Çıxıb nura qərq eylədi aləmi 
Zala çatdı Rüstəm işindən xəbər 
Filin üstünə getmiş o şiri-nər. 
Elə gürz vurmuş o canlı dağa, 
Çıxıb canı, düşmüş o dağ torpağa. 
Dedilər bu qovğa nədən başlamış, 
Olub Zali-zər mətləb ilə tanış, 
Dedi:-Çox heyf! Fil gözəl fil idi, 
Gözümdə mənim dalğalı Nil idi. 
O bir həmlə ilə əzib düşməni, 
Döyüşlərdə qalib çıxartmış məni. 
Mənə fil qazandırsa da min zəfər, 
Təhəmtən yanında deyil tük qədər. 
O gənci hüzura tələb etdi Zal
Üzündən, gözündən öpüb dalbadal, 
Dedi:-Körpə aslansan, ey şiri-nər! 
Cəsarətlisən, var qolunda hünər. 
Uşaqsan hələ, yox sənə tay duran, 
İgidlik, zəka boy-buxunda, inan! 
Belə bir işə var sənin qüdrətin, 
Tutar bil, cahanı adın, şöhrətin, 
Səfər qıl Səpənd adlanan bir dağa, 
Nəriman babanın qanın almağa. 
Buludda dağın zirvəsi gizlənər, 
Qanad sındırar şahin uçsa əgər. 
Dağın başına dörd ağac yol olar, 
Çəmənlik sulu yerdir, eldən kənar. 
Eni zirvənin dörd ağacdır tamam, 
Hesabsızdır heyvanı, saysız adam. 
Bağı, bağçası var, geniş tarlalar


 
234 
Görən, bir belə yer daha harda var? 
Əlindən gəlir xalqının hər peşə, 
Özü həqq yaratmış belə bir guşə. 
Dağa bir cığır var, haman bu yola 
Gözətçi tikilmiş uca bir qala. 
Nəriman kimi yoxdu bir qəhrəman,  
Fərudunun əmriylə o bir zaman 
Qoşunla qala üstə qıldı səfər, 
Qazansın deyə bu səfərdə zəfər 
Döyüşdə gecə-gündüz o pəhləvan, 
Nə tədbir tökdü, pozuldu haman 
Nəhayət, dığırlatdılar bir qaya, 
Nərimanın ömrünü verdi zaya
Qoşun qaldı başsız, qayıtdı geri, 
Fərudun şahın tökdü qan gözləri. 
Gəlib Sama çatdı uğursuz xəbər 
Ki, ölmüş Nəriman, pozulmuş səfər. 
Ata matəmində qopardı fəğan, 
Gözündə üzə sel kimi axdı qan. 
Bütün həftəni yas tutub, ağladı, 
Qoşun topladı, sel kimi çağladı. 
Çölü çulğadı atlı başdan-başa, 
Qala üstünə çapdılar birbaşa. 
Neçə ay, neçə il gəzib yatmadı,  
Qala bürcünə sarı yol tapmadı. 
Nə dərvazədən çıxdı kimsə çölə, 
Nə bir kəs bayırdan qovuşdu elə. 
Qapı aylar, illərlə bağlansa da. 
Kəsir hiss olunmazdı heç bir zada. 
Nəhayət, ümidsiz geri döndü Sam, 
Nəriman üçün almadan intiqam. 
Oğul indi fürsət düşübdür ələ,  
Mənim qurduğum hiylə, tədbir ilə,  
Tanışlıq belə vermədən sarvana, 
 
235 
Qoşul o dağa yol alan karvana 
Səpənd dağına qoy qədəm gizlicə, 
O yolsuzları qır, tükət bir gecə. 
Adın el içində tanınmır hələ, 
Bu getməklə dillərdə dastan elə! 
Təhəmtən dedi:-Tabeyəm əmrinə, 
Zəfər müjdəsi tez yetirrəm sənə 
Dedi Zal:- Dinlə məni, ey gözüm! 
Qulağında qalsın gərək hər sözüm. 
Geyin sariban paltarı əynüvə, 
De gəlsin örüşdən qatarla dəvə. 
Yükü karvanın, bil duz olsun gərək, 
Tanınmada sarbantək ovsarı çək! 
O yerlərdə vardır duza ehtiyac, 
Duz orda əzizdir, nə ki təxtü tac. 
Dağa tək yolu bağlamışdır qala, 
Gərək xalq illərlə duzsuz qala. 
Yükün duzdur, onlar eşitsə əgər, 
Böyüklər əl üstə səni gəzdirər. 
Bu tədbiri Rüstəm dəxi xoşladı, 
Səfər əzmi ilə işə başladı. 
Edib gürzünü duz yükündə nəhan, 
Geyindi necə sadə bir sariban. 
Qohum –əqrabadan neçə namidar, 
Onunla bərabər hazırlaşdılar. 
Geyindi hamı sariban paltarı, 
Silah anbarı oldu duz tayları. 
Gülüb qurduğu hiyləyə pəhləvan. 
Yan aldı Səpənd dağına karvan. 
Keşikçi uzaqdan görüb onları, 
Qaçıb getdi el başçısına sarı. 
Dedi: – Lap yaxınlıqda karvan gəlir, 
O karvan ilə çoxlu sarban gəlir. 
Yükü karvanın da duz olsun gərək


 
236 
Özün elçi göndər, xəbər tut görək! 
Qala başçısı istədi bir nəfər, 
Dedi: – Qaç, gətir karvandan xəbər. 
Fikir ver, nədir yükləri, yaxşı bil, 
Yubanma, dayanmaq məqamı deyil! 
Enib elçi dağdan əsən yel kimi, 
Tapıb karvanın başçısı Rüstəmi, 
Dedi: – Qafilə başçısı sənmisən? 
Nədir yüklərin? Söylə gizlətmədən! 
Məni başçımız göndərib elçitək, 
Nədir yükləriz, öyrənim mən gərək. 
Təhəmtən cavab söylədi mehriban: 
Get, el başçısına de, ey novcəvan! 
Yükü karvanın sadə duzdur təmiz, 
Sizə biz qonağıq, qəbul etsəniz. 
Qala səmtinə elçi döndərdi üz, 
Böyük başçının yanına getdi düz. 
Dedi: – Xoş xəbərlə qayıtdım geri 
Ki, duzdur gələn karvanın yükləri. 
Xəbərdən qala başçısı oldu şad, 
-Xörəklər, – dedi, – çox şükür, tapdı dad. 
Duza həsrət idi qala neçə ay, 
Açılsın, - dedi, – darvaza taybatay! 
Cahanpəhləvan tutdu bundan xəbər, 
Dağı qalxaraq şadiman gəldilər. 
Yaxınlaşdı dərvazaya pəhləvan, 
Qəbul etdilər karvanı mehriban, 
Təhəmtən rəisin gəlib yanına, 
Baş əydi, dua eylədi canına. 
Hədiyyə gətirdi ona çoxlu duz, 
Duzu, vədə verdi ki, satsın ucuz. 
Qala başçısı söylədi: – Çox sağ ol! 
Həmişə günəş, ay kimi parlaq ol! 
Hanı sən kimi qəlbi saf bir adam? 
 
237 
Səni kördüyümçün ürəkdən şadam. 
Bazar səmtinə oldu Rüstəm rəvan, 
Onunla bərabər bütün karivan. 
Böyüklü-kiçikli bütün varlılar, 
Gəlib Rüstəmi dövrəyə aldılar. 
Kimi verdi paltar, kimi simü zər, 
Duz aldı hərə ehtiyacı qədər. 
Qaraldı hava, Rüstəmi-namidar 
İgidlərlə hərbə hazırlaşdılar, 
Təhəmtən qala bürcünə qoydu üz
Dalınca dilavərlər əllərdə gürz, 
Qala başçısı tutdu bundan xəbər, 
Hücum etdi, Rüstəmlə üzləşdilər. 
Təhəmtən elə vurdu ki, gürz ilə, 
Başı partladı, beyni getdi yelə. 
Qala əhli bundan xəbər tutdu çün 
Döyüş meydanına atıldı bütün, 
Qılınclar yarıb bağrını zülmətin, 
Axan qan qızartdı yeri ləl təkin. 
Vuruşma qızıb, axdı qan çöllərə, 
Sanardın şəfəq çökdü göydən yerə. 
Təhəmtən qılınc, gürz, kəmənd işlədir, 
Vurur, düşməni yerlə yeksan edir. 
Üfüqdən günəş boylananda səhər 
Yox idi silah qaldıran bir nəfər. 
Çoxu aldığı zarbədan verdi can, 
Qalanlar qaçıb çıxdılar ortadan. 
Gəzib hər yeri pəhləvanlar o gün
Tapıldı qaçanlar, qırıldı bütün. 
Gəzirdi qala içrə Rüstəm özü, 
Uca daş binaya sataşdı gözü. 
Mühəndis binanı necə qaldırıb, 
Dəmirdən ona bir qapı saldırıb, 
Vurub gürzlə Rüstəmi-namidar 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə