Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə40/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   36   37   38   39   40   41   42   43   ...   78

 
226 
Verildi Sama, Sam həmin surəti. 
Alıb baxdı, biz-biz olub tükləri
Dedi: – Doğrudur, var mənə bənzəri. 
Əkər nisficə olsa körpə bunun, 
Buludlar başından öpər oğlumun. 
Tələb etdi, qasid də gəldi o dəm, 
Ona muştuluq verdi saysız dirəm. 
Buyurdu, sarayda təbil vurdular, 
Günəş misli parlaq büsat qurdular, 
Şərab istədi, başladı çal-çağır. 
Dirəm səpdi, varlandı hər bir fağır, 
Verildi belə bir qonaqlıq elə, 
Tamaşaya durdu günəş, ay belə. 
Zalın naməsinə cavab yazdı Sam, 
Sətirlər bəzəkli behiştdi tamam. 
Birinci, böyük tanrını etdi yad 
Ki, lütfüylə etmiş onu könlüşad. 
Belə yazdı vəsfində Zali-zərin. 
Bar olsun qılınc, gürz vuran əllərin, 
İpək olsa da gördüyüm bu bala, 
Onun oxşarı var mənə, həm Zala, 
Onu hifz edin, necə, gözdə bəbək, 
Yanından belə ötməsin bəd külək. 
Gecə-gündüz əl açmışam göylərə, 
Rica etmişəm tanrıdan min kərə, 
Görə gözlərim hər qədər ki, sağam, 
Belindən gələ dünyaya bir çağam 
Bu gün çatmışıq məqsədə sən və mən, 
Onu görməsin çox bizə xəlq edən. 
Zalın yanına gəldi qasid çapar, 
Verib naməni şad, üzündə vüqar. 
Samın sözlərin dinlədi Zali-zər, 
Dedi: – Yaxşı söz pak ürəkdən gələr. 
Sevindi, salıb meylini körpəyə, 
 
227 
Başı iftixarla ucaldı göyə. 
Dolandı bu minval ilə ruzigar
Keçincə zaman oldu sirr aşikar, 
Verib Rüstəmə gündə on dayə süd, 
Gücə, hümmətə oldu sərmayə süd, 
O raxt çatdı ki, əyləşə süfrəyə, 
Çörək, ət çatışmazdı Rüstəm yeyə 
Yavanlığı gündə beş heyvan idi, 
Belə iştahaya el heyran idi. 
Onun səkkizə çatdı bir gün yaşı, 
Uca sərv ilə tən dayandı başı. 
Camalı bir ulduz kimi parladı, 
Bütün aləmi gəzdi Rüstəm adı. 
O qamət, o görkəm, o hümmət, şüur. 
Deyərdin ki, Sam pəhləvandır, durur. 
Gəlib qəhrəman Sama atdı xəbər 
Ki, Zal oğlu Rüstəm olub şiri-nər. 
Belə şir kimi pəhləvan bir uşaq 
Cahanda ola–verməmişlər soraq. 
Gedib körpəni görmək eşqiylə Sam 
Nə yerdə, nə göydə tapırdı aram, 
O, salarına tapşırıb ordunu, 
Alıb yanına bir neçə dostunu, 
Məhəbbət onu çəkdi Dəstan sarı, 
Yeritdi qoşun Zabilistan sarı. 
Xəbər tutdu Zal, əmr edib ləşkərə, 
Qoşundan qaraldı bütün dağ, dərə. 
Özü, bir də Mehrab, iki pəhləvan
Samı pişvaza oldu dərhal rəvan. 
Vuruldu tasa mehrə, qopdu səda, 
İki ordu birləşdi o səhrada. 
Qoşun tutdu dağdan-dağa bir düzü, 
Göründü fəza göy, qara yer üzü. 
Filin nərəsi, atların şeyhəsi, 


 
228 
Neçə mil yola çatdı heyvan səsi. 
Vuruldu böyük bir filə min bəzək, 
Çatıldı ona bir qızıl təxt tək. 
Oturtdu qızıl təxtə Zal oğlunu, 
O fil gövdəli, o pələng qollunu. 
Başında qızıl tac, belində kəmər, 
Əlində ağır gürz, döşündə sipər, 
Uzaqdan Samın gəldiyin sezdilər, 
Qoşun əhlini cərgəyə düzdülar. 
Piyada olub rəsmü adab ilə
Qabaq çərgədə Zal Mehrab ilə, 
Samın qarşısında əyib baş həmən, 
Dedi bir ağızdan ki: «Xoş gəlmisən!» 
Körüncə fil üstə bala aslanı 
Üzü güldü Samın, duruldu qanı. 
Fil üstə gətirtdi yaxın Rüstəmi, 
Görüb təxtü tacı, o yal-yöndəmi, 
Ona söylədi: – Afərin, pəhləvan, 
Yaşa, aslanım, qal həmişə cavan. 
Öpüb təxtini Rüstəm o sərvərin,  
Dedi: – Ey baba, şəninə afərin! 
Cahanpəhləvan, daima şən yaşa, 
Mənəm şaxə, bil, rişə sənsən, yaşa! 
Babam Sam önündə kiçik bir qulam, 
Yeyib yatmaram, mən rahatlanmaram
Yəhərdir, dəbilqə, zireh istəyim, 
Ox atmaq, nişan almaq əyləncəyim. 
Üzünə necə oxşayır da üzüm, 
Sənindir bu canım, sənindir gözüm. 
Deyib bunları, endi fildən yerə, 
Əlindən tutub Sam onun bir kərə, 
Üzündən, gözündən öpüb mehriban, 
Fil üstə təbil susdu xeyli zaman. 
Saray səmtinə qoydular üz hamı, 
 
229 
Davam etdirib yol boyu bayramı, 
Sarayda qızıl təxtə əyləşdilər, 
Yeyib içdilər, dil şirin, üz gülər, 
Bir ay etdilər eyşü nuşu peşə, 
Həvəs göstərən olmadı bir işə 
Şərab içdilər, çaldılar cəng, rud, 
Oxurdu hərə növbə ilə sürud.
48 
Zalın təxti mərkəzdə tutmuş qərar, 
Yanında əmud əldə Rüstəm durar. 
Önündə qoca Sam, üzündə vüqar, 
Başında hüma cıqqalı tacı var. 
Xüda namını dildə qılmış rəvan, 
Olub Rüstəmə valeh o pəhləvan. 
Bilək, arxa, yal, yöndəm aslan kimi
Beli ney qələm, sinə meydan kimi 
O, baldır cəhətdəndi at gövdəli, 
O aslan ürəkli, pələng qüvvəli, 
Belə hüsnü, ağlı, kamalı olan, 
Belə pəhləvan görməmişdi cahan. 
Dedi: – Camları qaldırın, mey içək, 
Silinsin kədər, qəlblər açsın çiçək! 
Zala söylədi: – Yüz nəsildən bəri 
Nişan kimsə verməz dolan elləri, 
Görən yox doğulsun böyürdən uşaq, 
Bü tədbirin ustadıdır çox qoçaq. 
Bizə tanrı Simurğu verdi kömək, 
Ona min kərə afərin söyləyək. 
Bu dünyaya hər kəs ki, gəlmiş, gedər, 
Biri pöhrələnər, biri köhnələr. 
İçib badəni, oldular məst, şad, 
Qoyub Rüstəmi, etdilər Zalı yad. 
Mey içməkdə Mehrab ifrat edib, 
Olub məst, keçmişləri yad edib, 
Deyərdi: – Yanımda nədir Zal, Sam? 


 
230 
Mənuçehrdən mən belə qorxmuram. 
Mənəm, Rüstəm ilə qılınc, bir də at 
Adım gəlsə quşlar salarlar qanad. 
Verib Zöhhakın dininə rövnağı, 
Ayğımla müşk eylərəm torpağı. 
Olub məst Mehrab – haman bildilər, 
Doyunca ona Samla Zal güldülər.  
Yeni ay başında gəlib mehr mah, 
Oturdu zaman taxtına, oldu şah. 
O gün Sam hazırlaşdı, çıxdı yola 
Yola salmağa verdi rüsxət Zala. 
Fil üstündə Rüstəm, üzündə təlaş, 
Babası yanınca gedirdi yavaş. 
Zala üz tutub Sam dedi: – Ey oğul, 
Həyatın boyunca ədalətli ol! 
Havadar olarkən də sən şahlara, 
Yenə öz kamalınla haqqı ara, 
Bütün il boyu pisliyə açma əl
Xuda əmrinə eylə hər gün əməl! 
Hələ bir kəsə qalmamışdır cahan, 
İkiüzlülükdən saqın hər zaman! 
Atandan, oğul, bir nəsihət eşit, 
Götür addımı doğru, düz yolla get! 
Nədəndirsə, könlüm pərişan olub, 
Əcəl şərbətiylə piyaləm dolub. 
İki oğluna seylədi: – Əlvida! 
Mənim sözlərimi unutmazsız, ha! 
Qopardı təbil barigahda haray. 
Çalındı fil üstündə də kərrənay. 
Könüldə böyük arzular, dildə söz, 
Sipəhbod qoşunla tutub qərbə üz, 
Gedirdi onunla iki övladı, 
Gözü yaşlı, dildə, könüldə adı. 
İki gün onunla gedib döndülər, 
 
231 
Samın qarşısında uzaqdı səfər. 
O yollandı bir yana, bu bir yana. 
Başında qoşun gəldi Zal-Sistana. 
Oturtdu önündə igid Rüstəmi. 
Kecə-gündüz oldu onun həmdəmi. 
Deyirlər ki, dostlarla bir gün səhər 
Çəməndə doyunca şərab içdilər. 
Zilə qalxdı, düşdü bəmə saz-avaz, 
Dilavərlərin könlü şən keyfi saz, 
Süzüb ləl kimi mey büllur camlara, 
İçib sağlığa, vermədilər ara. 
Tutub Rüstəmə üz, dedi Zali-zər: 
– Oğul, səndə vardır günəştək hünər 
İgid dostların könlünü al ələ
Xələtlər verib, onları şad elə! 
Ata əmrini tutdu Rüstəm əziz, 
Xələt verdi, at verdi, həm qul, kəniz. 
Hamı aldı Rüstəm əlindən ənam, 
Alan getdi, məclis boşaldı tamam. 
Cahan pəhləvan Zal yatsın deyə 
Qururla yol aldı hərəmxanaya 
Təhəmtən onun ardınca qalxaraq,
49 
Qaçıb getdi, xidmətçi açdı yataq. 
Uzandı, yatıb doymamışdı hələ 
Ki, düşdü bütün ətrafa vəlvələ. 
Qırıb bəndi sərkərdənin Ağ fili, 
Cumub hey qovurdu bütün bir eli. 
Qızıb, hər kəsə yetdi xortum atar, 
Bütün məhləni eyləmiş tarümar. 
Təhəmtən yerindən səsə sıçradı, 
Dedi: – Kim qoparmış bu ah-fəryadı? 
Nə olmuş? Onu xalq saldı başa, 
İgidlik vücudunda gəldi cuşa. 
Qaçıb Zal vuran gürzü aldı ələ, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə