Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə48/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   44   45   46   47   48   49   50   51   ...   78

 
274 
Həmin anda Kəşvad qoyub əl döşə
Dedi: – hazıram mən bu müşkül işə. 
Dedi Zal ona: – Afərin, afərin! 
Sevinc ilə keçsin sənin günlərin 
Qoyub Amülə üz igid pəhləvan, 
Qoşun Zabilistandan oldu rəvan, 
Xəbər tutdu İğrirəs, o xeyirxah 
Ki, Zal Amülə göndəribdir süpah. 
Təbil vurdu, ordu çəkildi geri, 
Əsirlərsə Saridə qaldı diri. 
Gəlib Sariyə çatdı Kəşvad çün 
O məzlumları azad etdi o gün. 
Birər at verib onlara pəhləvan, 
Hamı Zabilistana oldu rəvan. 
Samın oğluna gəldi, çatdı xəbər 
Ki, Kəşvad səfərdən zəfərlə dönər. 
Verib qasidə geydiyi paltarı, 
Barındırdı ehsanla yoxsulları. 
Qədəm basdı Kəşvad çün Zabilə, 
Qucaqlaşdı o, qəhrəman Zal ilə. 
Görüncə əsirlər gəlib, Zali-zər 
Salıb onların halına bir nəzər
Pələng pəncəsində qalanlardılar, 
Gəlib riqqətə ağladı namidar. 
Yenə yadına düşdü Nuzər, o şah 
Başa kül töküb ağladı, çəkdi ah. 
Şəhərdə çox hörmət edib onlara, 
Köçürtdü gözəl qəsrə, eyvanlara... 
Necə Nuzərin sağlığında yenə 
Hərə çatdı öz tacına, təxtinə. 
Elə bir büsat qurdu Dəstan o gün 
El, ordu ənamdan barındı bütün. 
Reyə çatdı İğrirəs–o xeyrxah, 
Onun işlərindən xəbər tutdu şah 
 
275 
Dedi: -– Bu nə işdir ki, əl atmısan, 
Mənim şəhdimə sən zəhər qatmısan, 
Dedim: onları öldür, ey qardaşım, 
Demək, sən qədər işləmirdi başım? 
Öz ağlınlamı bu işi etmisən? 
Mənim əmrimin ziddinə getmisən? 
Nə lazım ağıl, elm cəngavərə? 
Gərək atsın heysiyyəti bir kərə. 
Ağılsız gərək beyni cəngavərin, 
Ağıllı olan başda axtarma kin! 
Cavab verdi Əfrasiyaba belə: 
Otur indi bir anlığa fikr elə! 
Əlindən yamanlıq gəlirsə əgər, 
Burax pisliyi, tanrıdan et həzər. 
Görüb çoxları sən kimi tacü təxt, 
Kimə yar olub daim iqbal, bəxt? 
Dayanmışdı odla zəka üz-üzə, 
Çətindi dözə o ağıllı sözə. 
Dəli fil kimi coşdu Əfrasiyab, 
Qılınca əl atmaqla verdi cavab. 
Belindən onun vurdu, böldü yarı, 
Qanında boyandı çölün daşları. 
Bu işdən xəbər tutdu Zal pəhləvan 
Ki, İğrirəsə div tutubdur divan. 
Dedi: – Bəxti dönmüşdür indi onun, 
Gərək təxtü tacı ola sərniqun. 
Səfər təbli döydürdü çün Zali-zər, 
Qoşun toplayıb, gəldi sərkərdələr, 
Yola düşdü Parsa tərəf durmadan 
Ürəkdə qəzəb atəşi qəhrəman. 
Yayıldı qoşun dəryadan-dəryaya,  
Tozu pərdə çəkdi Günəşlə Aya. 
Tez Əfrasiyaba yetişdi xəbər: 
Sam oğlu alıb ordu, Parsa gələr. 


 
276 
Çıxardı qoşun Reydə, Xarə tərəf
İnadla vuruşma üçün çəkdi səf. 
Vuruşmaqda idi qabaq dəstələr, 
Deyərdin: ona yer üzü dar gələr. 
Çox idi ölən hər iki ordudan, 
Neçə pəhləvan şir kimi verdi can. 
 
ZƏV TƏHMASİBİN PADŞAHLIĞI 
 
Yığıb Zal əyanları bir gecə, 
Danışdı ki, Əfrasiyabla necə 
Vuruşmuş onun pəhləvan dostları, 
Döyüş dostları, qəhrəman dostları 
Deyirdi ki, bu, doğrudur, pəhləvan 
Olar bəxt ilə, güclə xalqa həyan. 
Bizə bir nəfər şahnəsəb şah gərək, 
Ötən sözlərə yaxşı məna verək. 
Deyərlər: gəmiysə əgər ordular, 
Onun yelkəni şah təxti olar. 
Şah övladı Göstəhm ilə Tus əgər 
Qoçaqdırsalar da, yox onlarda fər. 
Yaraşmaz heyf onlara tacü təxt, 
Gərək padşahda ola nurlu bəxt. 
Gərək tanrı fərri ona yar ola
Bütün aləmə təxti də nur sala. 
Fəridun soyundan çox axtardılar 
Uca təxtə layiq olan hökmdar, 
O, Təhmasibin oğlu Zəvdi fəqət, 
Başında ağıl vardı, həm mərifət. 
Qoşunla Qaren, möbid, həm mərzban, 
Bamin, Gərzbandan keçib, durmadan
57 
Apardı Zəvə bir belə müjdəni  
Ki, gözlər İran tacü təxti səni. 
Bütün ordu, başda sipəhdar Zal  
 
277 
Sənə təxtü tacı biliblər həlal. 
Qaren söylədi, Zəv onu dinlədi, 
Nə lazımdı, möbidlər açdı, dedi. 
Qarenlə Zalın yanına gəldi Zəv, 
Kəyan tacını qoydu, yüksəldi Zəv 
Yeni şahı təbrikə Zal açdı dil, 
Çıxıb təxtə Zəv, şahlıq etdi beş il
Qocaydı, çatırdı yaşı həştada, 
Ədalətlə dövran sürüb dünyada, 
– Haramdır, – dedi, – orduya pis əməl, 
Ulu tanrıdan üzmədi bir an əl. 
Basıb-kəsməyə, həbsə yol vermədi, 
Beş il bir kəsi bir kəs öldürmədi. 
Qəhətlik fəqət aləmə vurdu od, 
Nə sünbül göyərdi, nə də bitdi ot. 
Yağış yağmadı, döndü torpaq daşa, 
Satıldı qızılla çörək baş-başa. 
Qoşunlar durub üz-üzə səkkiz ay, 
Nə hay gəldi bundan, nə ondan haray. 
Nə baş verdi meydanda bir gün savaş, 
Nə sərkərdə etdi, nə ordu təlaş. 
Elə işləri saldı aclıq dara, 
Pozuldu qoşunlar, kəsildi çara. 
Düşündü, daşındı hamı bir kərə, 
Günahkar bizik, qətrə düşməz yerə 
Yayıldı bu sözlər geniş ölçüdə, 
Zəvin yanına gəldi bir elçi də 
Dedi: – İndi ki, ömrümüz dünyada  
Gedir yüz məşəqqətlə hər gün bada, 
Gəlin torpaq üstündə az qan tökək, 
Bu düşmənçilikdən tamam əl çəkək. 
Usanmışdı sərkərdələr hərbdən, 
Çörəksiz necə çarpışar hərb edən? 
İki ordu gəldi belə sazişə:  


 
278 
Ki, qan tökməyi etməsinlər peşə. 
Hərə öz yerini tutub dünyada, 
Olub keçmişi salmasınlar yada. 
Dedilər: – Pikənd dəryasından tutaq 
Turan mülkünə həm yaxın, ham uzaq, 
Xütəndən belə Çinədək hər yerə, 
Sunurlar çəkib verdilər türklərə
58 
Turan paytaxtı elə bir şəhər 
Seçildi ki, əl atmasın Zali zər. 
Elə qurdu sərhəddi iranlılar, 
Hücum etməsin  bir də turanlılar 
Qoşun aldı, Parsa tərəf ketdi Zəv
Qocaydı, cahanı cavan etdi Zəv. 
Qoyub Zabilistana üz Zali-zər, 
Götürdü hərə qismətindən bəhər. 
Bulud kişnədi, dağda yağdı yağış, 
Vuruldu yerə gül-çiçəkdən naxış, 
Gəlintək bəzəndi dübarə cahan, 
Bulaqdan su axdı, bağ oldu cahan. 
Adamlar pələngə dönərsə əgər, 
Cinayət üzündən zəmanə dönər. 
Çağırdı Zal əyanları, getdilər, 
Ulu tanrıya min dua etdilər, 
Qəhətlik itib, gəldi bolluq ili, 
Demək, tanrı qurtardı dardan eli, 
Qurub el-oba məclis, əyləndi şən, 
Silindi ədavətlə kin qəlbdən, 
Bu minvalla keçdi beş il ruzigar, 
Bilən olmadı qəm, kədər, ahü zar, 
Yenə döndü iranlının bəxti, ah! 
Vəfat etdi Zəv–rəhmdil padişah, 
 
GƏRŞASBIN PADİŞAHLIĞI 
 
 
279 
Zəvin vardı bir oğlu adabə yad, 
Ona şah vermişdi Gərşasb ad. 
Oturdu Kəyan təxtinə o cavan
Başa tac qoyub, oldu bir hökmran. 
Ata barigahında tutdu qərar, 
Cahan tapdı rövnəq, yetişdi bahar 
Belə keçdi bir müddət axşam-səhər, 
Bəla şaxəsi verdi kinli bəhər. 
Xəbər çatdı Turana ki, Zəv ölüb, 
İran təxtini boş, sahibsiz bilib, 
Reyin Xarına gəldi Əfrasiyab, 
Quru ya su olsun, keçib çaphaçap, 
Pəşəngin yanında bir insan belə 
Nəvaziş görən olmamışdı hələ... 
Pəşənk tutmuş İğrirəsin yasını, 
Unutmuşdu tac-təxt dünyasını. 
Məhəl qoymadı oğluna bir ara, 
O parlaq qılınc pasdan oldu qara. 
Gedib aylar, illər boyu elçilər, 
Rica etdilər, vermədi bir səmər. 
Deyirdi: – Əgər işləsəydi başın, 
Dayağındı, İğrirəs, öz qardaşın. 
Yaxıb qardaşın qanını sən ələ 
O quş bəslyəndən qaçırsan belə. 
Səninlə mənim tutmaz əsla sözüm, 
Səni görməyə yoxdur, anla, gözüm! 
Yayıldı bütün aləmə bu səda: 
İran şahının təxti getmiş bada. 
Pəşəngin adından gəlib verdilər 
Şahın oğlu Əfrasiyaba xəbər: 
Keçib Ceyhunu ordun ilə tələs, 
Macal vermə, təxtə çıxa başqa kəs! 
Qoşun yığdı Əfrasiyab durmadan 
Səpəncabdan həm də Rudabdan, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə