Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə34/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   30   31   32   33   34   35   36   37   ...   78

 
190 
Bizimkindən artıq hünər, cürəti, 
Deyirlər ki, onlardır «qurdbaşlılar», 
Döyüşdə pələngdən belə başdılar. 
Mənim gəlməyimdən tutunca xəbər
Qızışdı elə bil o boş kəllələr. 
Şəhərdə bağırtı salıb coşdulr, 
Hamı çıxdı sonra şəhərdən kənar. 
Vuruşmaq üçün gəldilər meydana, 
Qoşun əhli dönmüşdü bir aslana. 
Qara gündü, düşdü qoşun təşvişə, 
Çəkildik kaha qarşısında döşə. 
Qoşun başçısı oxşayırdı divə; 
Deyirlər odur şah Səlmə nəvə. 
Qoşunsa, qarışqa, çəyirtkə qədər, 
Nə səhra, nə dağ, nə dərə görsənər. 
O vəhşi qoşun başlayanda hücum 
Saraldı igidlər üzü–sanki mum. 
Haman yerdə mən ordunu tərk edib, 
Ağır gürz ilə tək qabaqda gedib, 
Çəkib nərə at üstə aslan kimi, 
Yer hərləndi səsdən dəyirman kimi. 
Bizim atlılar nərədən coşdular, 
Vuruşmaq üçün meydana qoşdular, 
Elə etdi Kakuya nərəm əsər, 
Tutub gürzümün zərbəsindən xəbər 
Bu dəm fil kimi gəldi meydanıma, 
Əlində kəmənd qəsd edib canıma, 
Kəmənd atdı ki, bəlkə tutsun məni, 
Əyildim çevik, rədd edib həmləni, 
Kəyani kamanı ona tuşladım, 
Polad ox qoyub, atmağa başladım. 
Gətirdim atı quş kimi cövlana, 
Qəzəblə neçə gürz vurdum ona, 
Düşündüm başı zindan olsa belə 
 
191 
Əzilmiş, bütün beyni getmiş yelə. 
Nə gördüm ki, tozdan çıxıb fil kimi, 
Qılıncla cumur üstümə yel kimi. 
Düşündüm görərkən onu, şəhriyar 
Ki, bir zərbəsiylə onun dağ uçar. 
O çapdı atı, mən durub gözlədim, 
Nə yolla görək, mən onu xar edim? 
Qürurla yan aldıqda qalxdı əli, 
Mən isa yəhərdən atıb çəngəli, 
Tutub bel bağından onun şir kimi, 
Qopardım yəhərdən onu tir kimi, 
Yerə tulladım bu dəmir qolla mən, 
Naxış bağladı yerdə cansız bədən, 
Görüncə, o meydanda şah oldu xar
Qoşun əhli üz döndərib qaçdılar. 
Qoşun dəstə-dəstə düşüb çöllərə, 
Qaçırdı hara gəldi: dağ, çöl, dərə, 
Mənuçehr eşitdikdə bu sözləri, 
Ucaldı başı, parladı gözləri. 
Gecə gündüzü yormuş idi deyə 
Çəkildi günəş dağda dincəlməyə. 
Samın söhbətin dinləyib hökmran, 
Qurub çal-çağır məclisi-şadman, 
Samın sağlığına içib sübhədək, 
Bu söhbət gecə ömrün etdi gödək. 
Açıldı səhər, dolçağın barigah, 
Qəbula hazırlaşdı təxt üstə şah, 
Qoşun başçısı Sam–igid pəhləvan 
Mənuçehr hüzuruna oldu rəvan. 
Sama söylədi padşah: – İndi sən 
Götür başçılardan kimi istəsən, 
Get Hindistana, Kabilə od qala
Gərək Mehrabın qəsri viran qala! 
Aman vermək olmaz ona heç zaman, 


 
192 
Dönər əjdəhaya qalarsa ilan. 
O gec-tez bizə qarşı üsyan edər, 
Pozar sülhü aləmdə, min qan edər. 
Gəz, axtar, tanı kim ona arxadır 
Böyükmü, kiçikmi, aman vermə, qır! 
Bədəndən ayır başların, at yerə, 
Kəsək Zöhhakın nəslini bir kərə. 
Mənuçehrə aydın cavab verdi Sam 
Ki, şah əmrini mən yerə salmaram, 
Öpüb təxtini, möhrünə qoydu üz 
Ki, yəni mənimçün əzizdir bu söz, 
Çapıb atları yel kimi dördnala, 
Haman gün qoşunla düzəldi yola. 
Şah ilə Samın verdiyi bu qərar 
Zala, Mehraba oldu çün aşikar. 
Kədərlə Kabildən ola çıxdı Zal, 
Qanad açdı quştək ürəkdə məlal. 
Deyirdi: – Atam sanki bir əjdəha, 
Nəfəs salsa dünyanı yandırmağa, 
Əgər Kabilistana qəsd eyləsə
Gərək başımı öz əliylə kəsə. 
Yetişdi Samın yanına bağrı qan, 
Ürəkdə kədər, qəm, başında duman. 
Yetişdi Sama gəldi, çatdı xəbər 
Ki, oylağına körpə aslan gələr. 
Qoşun əhli pişvaza at saldılar, 
Ələ padişah bayrağın aldılar. 
Hamı yol boyunca durub çəkdi səf, 
Baxırdın: qoşundur tamam hər tərəf. 
Asıb fillərə rəngli bayraqları: 
Yaşıl, qırmızı, lacivərdi, sarı, 
Olarkən oğulla ata üzbəüz, 
Atından düşüb Zali-zər, çökdü diz, 
Ata qarşısında yeri öpdü Zal, 
 
193 
Hal-əhval tutub Sam, verdi sual, 
Ərəb atları üstünə qalxaraq, 
Deyən, parladı bir dağ üstündə dağ. 
Yan aldı ona şanlı sərkərdələr, 
Belə söhbətə başladı bir nəfər 
Ki, atan-incimişdir yaman, 
Get, üzr istə ondan, bağışlar, inan. 
Cavab verdi: – Qoy incisin, mən şadam, 
Əli varsa, öldürsə xoşdur, atam, 
Atam ağlını yığsa bir an başa, 
Mənim qəlbimi vurmaz əsla daşa, 
Acıqla, qəzəblə danışsa əgər, 
Cavabım onu ağladar, tərlədər. 
Deyib güldülər yol boyu atlılar, 
Gəlib Sam dərgahına çatdılar. 
Atından enərkən 3ala baxdı Sam, 
Dedi:-Xeyir ola, gəlməyindən şadam. 
Atası önündə cavan pəhləvan 
 Ədəblə öpüb torpağı, durmadan 
Samın vəsfini ilkin aldı dilə, 
Qoşa nərgizindən su səpdi gülə 
Ki, ey namidar pəhləvan, şən yaşa, 
Ədalətlə, izzətlə ol tən, yaşa. 
Qılıncın ki, üstün gələr almasa, 
Döyüşdə cahanı batırsın yasa, 
Döyüş vaxtı at salcağın cövlana, 
Cəsarətlə ordu girər meydana. 
Çatarsa yeli gürzünün göylərə
Səpər pultək ulduzları göy yerə. 
Ədalətdə dünyada var şöhrətin, 
Ağıldır, zəkadır sənin xilqətin. 
Ədalətlə etdin bütün xalqı şad 
Cahan oldu insafın ilə abad. 
Mən isə sənin oğlun olsam belə, 


 
194 
O insafdan almadım pay hələ. 
Quru yerdə quş bəsləmişdir məni, 
Ola bilmərəm bir kəsin düşməni. 
Özüm bilmirəm ki, günahım nədir? 
Bu dünya mənimçin ələmxanədir. 
Atamdır mənim Sami-Neyrəm əgər, 
Gərək ki, mənimçin sayılsın hünər 
Doğulcaq, məni sən özün tulladın, 
Saraydan alıb, dağ-daşa yolladın, 
Müsibətlərə saldın öz körpəni, 
Yanar odlara atdın onda məni. 
Sən allaha qarşı çıxıb aşkara, 
Dedin: – Bu nədən ağ olub, o qara? 
Mənə yer-göyün tanrısı oldu yar, 
Pərəstarım oldu o pərvərdigar 
Bu gün gürz ilə, tac ilə, təxt ilə, 
Xəzinə, qoşunla işıq bəxt ilə, 
Sənin əhdi peymanını qırmadan, 
Gedib Kabilistanda saldım məkan. 
Demişdin ki, incitmərəm mən səni
Bara çatdırıb əkdiyim tingəni, 
De, Mazəndarandan hədiyyən bumu? 
Alıb Qorqsarandakı ordunu, 
Gəlibsən bu yurdu viran etməyə, 
Mənə verdiyin əhdi dandın, niyə? 
Budur, mən önündə sənin durmuşam, 
Nə fərmanın olsa, boyun burmuşam. 
Mişar al, məni kəs əgər istəsən, 
Fəqət Kabil haqqında söz açma sən! 
Zala diqqət ilə qulaq asdı Sam, 
Yəqin etdi ki, doğru söylər tamam. 
Dedi: – Doğrudur bu, düşünsən əgər, 
Sözün, düzlüyünə dəlalət edər. 
Həmişə mən haqsızlıq etdim sənə, 
 
195 
Nə etdim sənə, gəldi xoş düşmənə 
Sənin istəyin təkcə məndən budur? 
Darıxma, yerində mətanətlə dur! 
Qızışma belə, qoy əlac axtarım, 
Suyu bəlkə məcrasına qaytarım. 
Yazım şaha bir namə, həqqə pənah, 
Apar öz əlinlə şaha ver sabah. 
Nə lazım gəlirsə, salım yadına 
Ki, çatsın ədalətlə imdadına. 
Ümidim budur, həqq özü yar ola, 
Bütün arzu, istəklərin var ola. 
Gəlib qarşısında oturdu dəbir,  
Açıb mətləbi, söylədi birbəbir, 
Birinci xuda vəsfini yazdılar 
Ki, ölməz, həmişə qalar bərqərar. 
Varıq, ya ki, yox, yaxşıyıq, ya yaman 
O tək xaliqə bəndəyik hər zaman, 
Yaranmış cahan qüdrətiylə onun, 
Fələk dövr edir hikmətiylə onun, 
Günəş, ulduz, Ay tanrısı, padşah 
Mənuçehrə olsun həmişə pənah. 
Döyüşdə yağar heybətindən zəhər,  
Ziyafətdəsə Ay kimi nur səpər. 
Onun gürzüdür ölkələr fəth edən, 
Onun sayəsində yaşar xəlq şən. 
Fəridun şahın bayrağın qaldıran, 
Pələng kimi meydanda məğrur duran, 
Toxunsa əmudun yeli bir dağa, 
Atın dırnağından dönər torpağa
O insaf, o pak qəlb ki, səndə var, 
Qoyun qurd ilə bir yeyib, bir yatar, 
Verib ömrümü xidmətində başa, 
İgidliklə sinnim çatıb altmışa. 
Boyanmaqda kafur tozuyla saçım, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə