Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə64/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   60   61   62   63   64   65   66   67   ...   78

 
370 
Xatırlatdı ki, qonşuyuq, ol ayıq, 
Həmişə sevinc dostu, qəm dostuyuq. 
Mənimlə bir olsan, dinib-söyləməz, 
Mənə Rüstəmin hərbi kar eyləməz. 
Bu təklifimi rədd etsən əgər
Çatar növbə, siz də çəkərsiz zərər. 
Alıb naməni, bildi onlar nə var, 
Bu yerlərdədir Rüstəmi-namidar. 
O şahlarda namə yaratdı maraq, 
Bir ordu düzəldib, kötürdü yaraq. 
Çıxıb qoydu Hamavəran səmtə üz, 
Qoşun çoxluğundan dağa döndü düz. 
Qoşun tutdu ucsuz-bucaqsız düzü, 
Görünməzdi yerdə qarışqa izi. 
Bunu gördü Rüstəm, gəlib gizlicə 
Dedi qasidə: – Get, şahı gör gecə, 
Ona söylə, üç şah üç ölkədən 
Çıxarmış qoşun, indi onlarla mən 
Vuruşsam, gərək harda çatdım, qıram, 
Doğursun bu onlarda kin, qorxuram. 
Yetişsin sənin canına bir xətər, 
Pis insan əlindən yamanlıq gələr. 
Nə lazım mənə təxti bərbərlərin 
Əgər bir zərər görsə cismin sənin. 
Bu peyqamı elçi alıb durmadan 
Gəlib şah Kavusa etdi bəyan. 
Qulaq asdı peyqama diqqətlə şah, 
Düşündü, təəccüb edib, çəkdi ah, 
Dedi: – Rüstəmə söylə: ey pəhləvan, 
Mənimçün yaranmış məgər bu cahan? 
Fələk hər qədər dövr edir, ol əmin, 
Şəkərdə zəhər var, məhəbbətdə kin. 
Mənim qeydimə qalma, pərvərdigar 
Özü hər bəladan məni saxlayar. 
 
371 
Cəsarətlə sən Rəxşini sal düzə, 
Qulaqlarını nizən ilə bəzə. 
Qırıb onları, qoyma qalsın diri 
Nə gizlində, nə aşikarda biri. 
Geri döndü elçi, gəlib yel kimi, 
Cavabla tanış eylədi Rustəmi. 
Təhəmtən şahın fikrini bildi düz
Hazırlaşdı, çarpışmağa qoydu üz. 
 
Səhər, bayraq əldə, hər iki tərəf 
Durub üz-üzə, ordular çəkdi səf. 
Var idi Hamavərdə yüz cəngi fil, 
Qoşun sahə tutdu azı iki mil. 
İgidlər səsi titrədib yolları, 
Yeri lərzəyə saldı at nalları. 
Zirehdi cahan sanki başdan-başa, 
Geyinmişdi Əlborz covşən başa. 
Vurub fillərin üstə bayraqları, 
Gül açmış, deyən, qırmızı, köy, sarı. 
Təbil aslanın bağrını etdi qan, 
Qanad saldı qartal belə qorxudan. 
Fəzadan buludlar qaçıb getdilər, 
Döyüşsüz dayanmaq hədərdi, hədər, 
Təhəmtən qoşunla çölə çıxcağın, 
Görüb orduda üç şahın bayrağın, 
Dedi: – Dinləyin, ey igidlər, məni, 
Döyüşdə yerə qoymayın nizəni! 
Ata, atlıya verməyib də aman, 
Vurun düşməni öndən, həm arxadan! 
Əgər yüz min onlarsa, biz yüz nəfər, 
Qoşun çoxluq ilə qazanmaz zəfər... 
Döyüş başladı, qanla doldu çəmən, 
Neyistanə döndü fəza nizədən. 
Dəbilqəli başlar töküldü yerə, 


 
372 
Zirehli geyimlə dolub dağ-dərə. 
Təhəmtən özü Rəxşi məhmizlədi, 
Qoyub ordunu, şahları izlədi. 
O Şam şahının ardınca saldı at, 
Kəmənd atdı, şahintək açdı qanad. 
Belində kəmənd halqası oldu bənd, 
Şaha bir kəmər oldu sanki kəmənd, 
Yəhərdən onu top kimi qaldırıb, 
Sanardın ki, covqan ilə top vurub, 
Yerə tulladı, çatdı Fərhad haman  
Çəkib qolların bağladı arxadan. 
Dəniz şəklinə saldı qanlar çölü, 
Düşüb qaldı meydanda saysız ölü.  
Keçib Bərbəristan şahı da girə, 
Onu bağlamışdı Gəraz zəncirə.  
Yanında olan qırx nəfər pəhləvan 
Əsir oldu meydanda at çapmadan. 
O meydanda söykəndi çün leş-leşə
Düşüb şahi-Hamavəran təşvişə, 
Dedi Rüstəmə: – Şah Kavusu mən 
Azad eylərəm, çəksən əl hərbdən. 
Sənindir sərapərdə, tacü kəmər, 
Sənindir qızıl tac, dolu xəzinələr. 
Qəbul etdi Rüstəm həmin şərtləri, 
Üç ordu döyüşdən qayıtdı geri. 
Çıxıb həbsdən, gəldi şah Keykavus, 
Yanında onun Giv, Gudərz, Tus. 
Üç ölkə silahını, şah xəzinəsin.  
Qoşun, tacü təxtin, sərapərdəsin  
Yığışdırdı Rüstəm, nə gördü o gün, 
İran şahınındır – dedi – büsbütün. 
Yığışdıqda Kavus köçsün deyə 
Kəcavə hazırlatdı Sudabəyə, 
Verildi ona bir Günəştək bəzək
 
373 
Çəkildi qızıl təxtə Rumi ipək. 
Qoyulmuşdu yaqutdan səndəli,  
Cəvahirnişandı, qara pərdəli. 
Çatıldı gözəl, kükrəyən bir ata, 
Başında qızıldan yüyən bir ata. 
Yaşıl ud idi üstünün məhcəri, 
O məhcərlərə düzdürüb gövhəri, 
Dedi: – Gəl, otur, ey gözəl, yaxşı yol! 
Oturdu, dedi: – Padşahım, sağ ol! 
Şəhərdən gəlib ordugaha qoşun,   
Baş əydi, salam etdi şaha qoşun. 
Sayı ötdü üç yüz mini, saydılar,  
Geyimli-keçimliydi ordu, səvar.  
Misir, Bərbər, Hamavərandan daha  
Gəlib yüz min atlı qoşuldu şaha.  
Şahın ordusundakı hər bir nəfər 
Döyüş meydanında olub şiri-nər. 
Bir atlı seçib ordudan hökmdar
Dedi: – Qeysərə, durma, peyqam apar, 
De: seçsin elə bir igid pəhləvan  
Ki, ellər sayırlar onu qəhrəman! 
Ağıllı, şücaətli bir mərd kişi, 
Ola nizə vurmaq işi, vərdişi. 
Bir ordu ona ver, çata dadıma, 
Abad ölkəmə göndər imdadıma! 
Gəlib Dəşti-Nizəvərana xəbər 
Ki, Hamavəranda olubdur nələr. 
Təhəmtən neçə şaha qan uddurub, 
O həm Misrə, həm Bərbərə od vurub. 
Gəzib, bir qoçaq pəhləvan tapdılar, 
Yenilməz, at üstə uçan nizədar. 
Yazıb namə Kavusa mərdanə, düz, 
Səmimi, ləyaqətli, şahanə söz: 
Hamı hökmdara müti qullarıq, 


 
374 
Desə yox, yoxuq, var deyərsə, varıq. 
Qoşun Qorqsardan hücum eylədi, 
Şahın təxtü tacı bizimdir dedi. 
Bizim könlümüz dərdə düşdü yaman, 
Necə bir dağı udmaq istər saman. 
Bu yandan qoşun çəkdi Əfrasiyab, 
Dedi: – Tac mənimdir, – o beyni xarab. 
Biz onda uzun nizə aldıq ələ, 
Onun canına salmışıq vəlvələ. 
Qırıb, həm qırıldıq döyüşdə yaman, 
Yaman yaxşı döndü, dəyişdi zaman. 
O gün gəldi çatdı ki, tutduq xəbər: 
Zəfərlə şahənşah təxtə dönər. 
Hamı pəhləvanlar deyir mərdana: 
Bu gün hazırıq girməyə meydana. 
Atıb Bərbəristanı gəlsən əgər, 
Parıldar döyüşdə yenə nizələr. 
Töküb düşmənin qanını torpağa, 
Düzənlikləri leş çevirsin dağa. 
Alıb naməni elçi açdı qanad, 
Qoyub Bərbəristana üz, çapdı at. 
Gəlib çatdı Kavus dərgahına, 
O namə oxundu İran şahına. 
İşıqlandı Kavus şahın gözləri, 
Bəyəndi ərəblər yazan sözləri 
Yazıb namə Əfrasiyaba o dəm: 
Sən, ey iştəhası böyük, ağlı kəm! 
De: İran təxti hara, sən hara? 
Gətirdin bizi sən daha zinhara. 
Sənə mülki-Turan deyildirmi bəs? 
Niyə pisliyə əl atırsan əbəs? 
Düşünmə bu yolla adın yüksələ, 
Salar bu əməl başını əngələ! 
Kiçiksən, kiçik olmağa sən alış, 
 
375 
Nəyin varsa, qalsın əlində, çalış! 
Məgər bilməyirsən mənimdir İran? 
Nə İran, başdan-başa bu cahan? 
Pələng hər qədər güclü olsa belə, 
Səfehdir, vuruşsa əgər şir ilə. 
Alıb naməni, baxdı Əfrasiyab, 
Qəzəbdən daha qalmadı onda tab. 
Cavab verdi: – Kim olmasa sərsəri 
Dilinə gətirməz bu söhbətləri. 
Tutaq, sən İran şahısan, çox gözəl. 
De: Mazəndarana neçün atdın əl? 
İnad etmə, gəl, doğrusun söyləsəm, 
İkibaşlı mən İrana varisəm. 
Fəridunun oğlu babamdır mənim, 
İran doğma yurdum, obamdır mənim. 
Bu qalsın hələ, mən qılınc çalmışam, 
Ərəblər əlindən onu almışam. 
Toxunsa dağa gürzümün zərbəsi, 
Olar yerlə yeksan dağın zirvəsi. 
Bulud arxasında uçarsa üqab 
Ox atsam, fəzada olar, bil, kabab! 
Bu gün hazıram, qaldırıb bayrağı 
Sənə öyrədim mən qulaq burmağı. 
Eşitdi bunu, elçini tutdu söz, 
Dönüb, şaha peyğamı çatdırdı tez 
Qulaq asdı Kavus bu sözlərə, 
Hücum əmri verdi bütün ləşkərə, 
Qoyub Bərbəristandan üz Suryana, 
Yetirdi ağır ordunu meydana. 
Turan şahı da qaldırıb bayrağı, 
Dənizdən sovurdu göyə torpağı. 
Təbil, ney səsindən kar oldu qulaq, 
Zirehləndi yer, toz göyə qalxaraq. 
Təbərzin toqquşdu cərənghacərəng, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə