Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə18/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   14   15   16   17   18   19   20   21   ...   55

50  
 
 
 
məsələn, basketbol və ya futbol kimi idman növlərində sürət-güc, sürətlənmə, sürət 
dözümlülüyü, eyni zamanda, ümumi dözümlük xüsusi hazırlıq növləri kimi 
əhəmiyyət daşıyır. Bu səbəbdən də 9-cu sinifdə ayrı-ayrı idman növlərinin tədrisi 
bölməsinə  həmin idman növü üçün zəruri olan hərəki qabiliyyətlərin inkişaf 
etdirilməsi üçün təmrinlər kompleksini (hərəkətlər) daxil etməyə çalışmışıq. 
Bu hərəkətlər komplekslərindən istifadə üçün onların icra sayının göstəril-
məsinə cəhd etmişik. Lakin bütün hallarda bu nümunəvi, şərti xarakter daşıyır. Hər 
bir  şagird özünün fiziki hazırlıq səviyyəsini nəzərə almaqla bu hərəkətlərdən 
istifadə edə bilər. 
 
Qısa məsafəyə qaçış texnikasının təkmilləşdirilməsi  
və zəruri hərəki qabiliyyətlərin inkişaf etdirilməsi 
 
Qısa məsafəyə qaçış ümumtəhsil məktəblərinin  şagirdlərində sürət və sürət 
dözümlülüyünün inkişafı üçün ən səmərəli vəsait hesab olunur. Buraya klassik 
qaçış  məsafələri (30m, 60m, 100m) ilə yanaşı sürət qabiliyyətinin inkişafı üçün 
istifadə olunan məşq məsafələri (30-150 metrə qədər) də daxildir. 
Qısa məsafəyə qaçışın texnikası, hərəkətin fazaları haqqında məlumat 8-ci 
sinfin dərsliyində geniş şəkildə verilmişdir. 9-cu sinifdə biz qısa məsafəyə qaçışın 
ayrı-ayrı fazalarının icra texnikasını  təkmilləşdirmək üçün təmrinlər, onların 
qrupları, icra ardıcıllığını verməyə çalışmışıq. Eyni zamanda bu sinifdə  qısa 
məsafəyə qaçışda zəruri olan hazırlıq komponentlərinin inkişafı üçün hərəkət 
nümunələri də verilmişdir. 
Beləliklə, qısa məsafəyə qaçışda uğurun əldə edilməsi aşağıdakı amillərdən 
asılıdır: 
 
1. Qaçışa başlamaq üçün verilən «marş» komandasına idmançının hərəkət 
reaksiyasının tezliyi və start. 
Başqa sözlə «marş» komandasından sonra müxtəlif idmançıların 
(şagirdlərin) bu siqnalı  eşitdikdən və birinci addımın icrasına başlanan ana qədər 
keçən vaxtdır. Bu müddət ayrı-ayrı idmançılarda (şagirdlərdə) müxtəlifdir. 
Hərəkətin reaksiya tezliyi nə  qədər qısa olarsa, hərəkətin icrasına bir o qədər tez 
başlamaq mümkündür. İlk baxışda bu o qədər də böyük olmayan vaxt kəsiyi 
əhəmiyyətsiz görünə bilər. Lakin sprint qaçışında 0,1 və  hətta 0,01 saniyənin də 
əhəmiyyəti vardır. Sprint qaçışında start hərəkətlərinin təkmilləşdirilməsi müxtəlif 
variantlarda qurulmuş start qəliblərindən qaçışla başlanılır. Hər bir şagird start 
qəliblərinin qurulmasının müxtəlif variantlarından istifadə etməklə özü üçün 
startdan daha tez və asan qaçmağa  şərait yarada bilər. Bunun üçün əvvəlcə start 
qəliblərindən sərbəst, müstəqil olaraq qaçış vərdişi təkmilləşdirilir, daha sonra isə 
startlar müəllimin və ya sinif yoldaşının müxtəlif intervallarda verilən komandasına 
müvafiq yerinə yetirilir. Bu zaman qaçış startdan sonra 30-35m. məsafədə 
sürətlənmə ilə yerinə yetirilməlidir. Start zamanı hərəkət reaksiyasının vaxtını yax-
Çap üçün deyil


 
51 
 
şılaşdırmaq üçün aşağıdakı təmrinlərdən istifadə olunur: 
-
 
start qəliblərinin müstəqil qurulması; 
-
 
qəliblərdən sərbəst, komandasız qaçış; 
-
 
qəliblərdən komanda ilə qaçış; 
-
 
müxtəlif çıxış vəziyyətlərindən startlar; 
-
 
müxtəlif siqnallar üzrə yerinə yetirilən startlar
-
 
yerindən müxtəlif startlar; 
-
 
asanlaşdırılmış şəraitdə (maili qaçış yolunda) startlar. 
 
2. Sürətlənmə qabiliyyəti (maksimal qaçış sürəti əldə etmək üçün). 
Qısa məsafəyə qaçışda sürətlənmə məsafəsi təxmini olaraq 25-30 metr hesab 
olunur. Lakin yüksək dərəcəli sprintlərdə bu məsafə bir qədər artıq da ola bilər. 
Lakin istənilən halda qeyd olunan məsafədə (şagird) idmançı özünün malik olduğu 
maksimal hərəkət sürətini əldə etməlidir. Bunun üçün sürətlənmə məsafəsi şagirdin 
bədəninin irəliyə müəyyən bucaq altında mailliyi, əyilməsi  şəraitində yerinə 
yetirilir. Qeyd olunan vəziyyət hər addımda icra olunan təkanın gücünü qaçış 
istiqamətinə yönəltməklə maksimal sürət  əldə etməyi asanlaşdırır. Sürətlənmə, 
maksimal qaçış sürətinin mümkün qədər tez əldə edilməsi (şagirdin) idmançının, 
ilk növbədə, qaçış addımının tezliyindən (1 saniyə ərzində neçə qaçış addımı yerinə 
yetirə bilməsindən) və addım uzunluğunun tədricən artırılmasından asılıdır. Bu 
məsafənin sonunda şagird maksimal sürət  əldə etdikcə gövdənin irəliyə mailliyi 
azalır və  şaquli vəziyyətə yaxın bir vəziyyət alınır.  İdmançının (şagirdin) 
sürətlənmə qabiliyyəti onun ətraflarının, xüsusən də  qıç  əzələlərinin sürət-güc 
göstəricisindən və  hərəkət tezliyindən bilavasitə asılıdır. Sürətlənmə bacarığının 
inkişaf etdirilməsi üçün aşağıdakı qrup hərəkətlərindən istifadə tövsiyə olunur: 
-
 
maili qaçış yolunda hərəkətdən sürətlənmələr; 
-
 
maili qaçış yolunda tək ayaqla (sağ və sol) sıçrayışlarla sürətlənmələr; 
-
 
start xəttindən cüt ayağın təkanı ilə sıçrayışlarla sürətlənmələr; 
-
 
baş üzərindən və ya irəliyə müəyyən ağırlıqları atmaqla sıçrayışlar. 
-
 
nişanlanmış qaçış yolunda tezlik hərəkətləri; 
-
 
əllərlə dayaqda qıçların tezlik hərəkətləri. 
 
3. Maksimal qaçış sürəti. Məsafəboyu qaçış. 
Müxtəlif məsafələrə sprint qaçışında müstəsna  əhəmiyyət kəsb edən amil 
maksimal qaçış sürəti və onun mümkün qədər daha çox məsafə kəsiyində saxlamaq 
qabiliyyətidir. Maksimal qaçış sürətinin həddi nə qədər yüksək olarsa, idmançının 
(şagirdin) qısa məsafəyə qaçışda qalib gəlmə şansı bir o qədər yüksəkdir. Maksimal 
sürəti artırmaq üçün aşağıdakı təmrinlərdən istifadə tövsiyə olunur: 
-
 
qısa məsafə kəsiklərində sürətli estafetlər; 
-
 
hərəkətdən komandalı sürətlənmələr; 
-
 
hərəkətdən müəyyən məsafə kəsiyində yarışlar; 
-
 
maili qaçış yolunda qaçışlar, yarışlar; 
-
 
maili və düz qaçış yolunda məsafə güzəştləri ilə yarışlar, estafetlər. 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə