56
Estafetin başqa bir ötürmə üsulu «estafetin xarici ötürülməsi»dir. Bu zaman
estafeti ötürən idmançı estafeti qəbul edən idmançıya yandan yaxınlaşır
və vizual
olaraq estafeti yandan ötürür (Şəkil 9). Bu üsul digərlərinə görə daha təhlükəsiz
hesab olunur və 400 m. və daha artıq məsafələrə estafet qaçışları zamanı istifadə
olunur.
Şəkil 9. Estafetin vizual ötürülməsi
Şəkil 8. Estafetin «yuxarıdan ötürülməsi»
Çap üçün deyil
57
Şəkil. 10. Bir əllə start vəziyyətində «estafetin gözlənməsi»
Estafet qaçışı üzrə yarışlar çox ciddi qaydalar əsasında aparılır.
Ona görə də
bu yarışlarda iştirak edən hər bir şagirdin bu qaydaları bilməsi vacib məsələdir.
Bunlar aşağıdakılardır:
-
estafet komandalı yarışdır və burada iştirakçılar müəyyən olunmuş
ardıcıllıqla yarışa qoşulurlar;
-
estafet ağacı əldən-ələ
ötürülür;
-
hər bir estafet komandasının üzvü yalnız bir mərhələdə qaça bilər;
-
estafet ağacı yalnız 20 metrlik ötürmə zonasında ötürülür;
-
estafet ağacı yerə düşdükdə estafeti ötürən idmançı digər yarış iştirak-
çılarına mane olmadan onu qaldırmalı və zona daxilində komanda yoldaşına
ötürməlidir;
-
ötürmə zamanı estafet yerə düşdükdə, onu estafeti ötürən idmançı qal-
dırır.
Estafet qaçışında uğurlu iştirak üçün zəruri olan amillər.
Estafet qaçışı komandalı fəaliyyət növü olduğundan burada hər bir idman-
çının yarış qaydaları daxilində uğurlu iştirakı üçün zəruri olan amillər mövcuddur.
Qısa məsafəyə qaçışda olduğu kimi estafet qaçışında da uğurlu start,
start sürətlən-
məsi, maksimal qaçış sürəti kimi qabiliyyətlərlə yanaşı tərəf müqabilinin sürətinə
uyğunlaşmaq, koordinasiya bacarığı, çeviklik zəruri amillər hesab olunur. Estafet
qaçışının təkmilləşdirilməsi üçün aşağıdakı qrup hərəkətləri tövsiyə oluna bilər.
1.
Estafeti qəbul edən idmançının start hərəkətlərinin təkmilləşdirilməsi.
Klassik estafetlərdə estafeti qəbul edən idmançı qaçış yolunda 1 əllə dayaqda
start vəziyyətində gözləyir (Şəkil 10
). Start hərəkətlərinin təkmilləşməsi üçün
aşağıdakı təmrinlərdən istifadə etmək olar:
-
düz qaçış yolunda
tək əllə dayaqdan startlar;
-
döngədə düz qaçış yoluna çıxışda tək əllə dayaqdan startlar;
-
düz qaçış yolunda döngəyə girişdə tək əllə dayaqdan startlar;
2.
Estafetin ötürülməsinin təkmilləşdirilməsi üçün hərəkətlər:
Çap üçün deyil
58
-
estafetin yerində, sağ və sol əllə ötürülməsinin imitasiyası (yamsılan-
ması);
-
estafetin yerində, sağ və sol əllə qəbul edilməsi;
-
estafetin yerişdə ötürülməsi;
-
estafetin düz qaçış yolunda ötürülməsi;
-
estafetin qaçış yolundan döngəyə giriş hissədə ötürülməsi;
-
estafetin döngədən düz qaçış yoluna çıxışda ötürülməsi.
3.
Tam estafet qaçışında icra üsulunun təkmilləşdirilməsi hərəkətləri:
-
15-20m. düz qaçış yolunda estafetin
cütlüklərlə ötürülməsi;
-
düz qaçış yolunda 4X25m. məsafədə estafetlər;
-
döngələrdə 4X25m. estafetlər;
-
4X50m. məsafədə estafetlər.
Tullanmalar
Atletikanın tullanmalar qrupuna daxil olan növləri qaçaraq uzunluğa tul-
lanma,
qaçaraq hündürlüyə tullanma, üç təkanla tullanma və şüvüllə tullanmalardır.
Bunlar klassik növlər hesab olunur ki, onlardan da qaçaraq uzunluğa və qaçaraq
hündürlüyə tullanmalar ümumtəhsil məktəblərində şagirdlərin fiziki hazırlıq (sürət-
güc) vasitəsi kimi istifadə olunur. Tullanmalar və atmalar struktur cəhətdən mü-
rəkkəb
hərəkətlər olub, daha çox ətraf əzələlərinin aşağı və yuxarı sürət-güc qabi-
liyyətinin təzahür etdirilməsinə əsaslanır. 9-cu sinifdə qaçaraq uzunluğa tullan-
manın «qayçıvari» üsulu və hündürlüyə tullanmanın «fosbyuri-flop» üsullarının
mənimsənilməsi və təkmilləşdirilməsi nəzərdə tutulur.
Qaçaraq «qayçıvari» üsulla uzunluğa tullanma.
Qayçıvari üsulla qaçaraq uzunluğa tullanma üsulu digər icra üsulları kimi
təkan, uçuş və yerəenmə fazalarına bölünür. İdmançı (şagird) ümumi tullanma
hərəkətini təşkil edən bu fazaların hər birində konkret bir vəzifəni yerinə yetirir.
Qaçaraq uzunluğa tullanmada hərəkətin birinci fazası olan qaçış hissəsi üçün 40-45
metr məsafə tələb olunur. Ümumtəhsil məktəblərinin şagirdləri üçün 30-35 metr
qaçış məsafəsi tamamilə kifayətdir. Bu məsafədə idmançı (şagird) uzunluğa
tullanma üçün ən zəruri amil olan maksimal qaçış sürəti əldə etməyə çalışmalıdır.
Uzunluğa tullanmada icra üsulundan asılı olmayaraq idmançının
nəticəsi hərəkətin
qaçış hissəsində əldə olunan hərəkət sürətinin böyüklüyündən bilavasitə asılıdır.
Başqa sözlə qaçış sürəti nə qədər yüksəkdirsə, şagirdin uzunluğa tullanmada
özünün ən yaxşı nəticəsini göstərmək ehtimalı da bir o qədər böyükdür. Hərəkətin
qaçış hissəsi sərbəst, əlavə gərginliksiz icra edilməlidir. Qaçış hissədə sürət əldə
etmək qısa məsafəyə qaçışda hərəkətin sürətlənmə hissəsindən bir
o qədər də
fərqlənmir. Hazırda bu növ üzrə dünyanın tanınmış idmançıları təkan yerinə sprint
qaçışında olduğu tərzdə yerinə yetirilən sürətlənmə ilə yaxınlaşırlar.
Çap üçün deyil