83
Üzü divara tərəf 2-3 m məsafədən paralel duruşda dayanmaq, sağ və sol
əllə topu kürək arxasından divara vurmaq və qayıdan topu tutmaq.
Eyni hərəkətlə top divara elə vurulur ki, qayıdan top döşəməyə dəyib
qalxır və tutulur (Şəkil 39).
Şəkil 39
Topaparma texnikasinin təkmilləşdirilməsi
Basketbolda oyunçu topu orta və uzaq məsafələrdən səbətə ata bilər. Eyni
zamanda o, topaparma ilə səbətə maksimum yaxınlaşmağa cəhd göstərə bilər.
Bunun üçün o, müdafiəçiləri keçmək üsullarına yiyələnməlidir. Bu üsullar addımla
yerdəyişmədən, çarpaz addımdan və dönmələrdən istifadə etməklə yerinə yetirilə
bilər. Qeyd olunanlar sxematik olaraq aşağıdakı şəkildə verilmişdir.
Addımatma
Hücumçu irəli addım etməklə müdafiəçini geri çəkməyə məcbur edir, sonra
özü arxaya hərəkət edir və bununla müdafiəçinin irəliyə hərəkət etməsinə imkan
yaradır. Bunun ardınca əvvəlki istiqamətə uzun addım etməklə topu çiləyərək
aparır və ya səbətə atiş yerinə yetirilir (Şəkil 40).
Şəkil 40
Çap üçün deyil
84
Çarpaz a dım
.
Hücumçu irəliyə-yana addım etməklə (keçib
getmək üçün fint) müdafiəçinin hərəkət istiqamətindən
çəkilməyə məcbur edir, sonra irəliyə qoyulmuş ayaqla
kəskin təkan verir, çarpaz addım icra edir və başqa bir
istiqamətə topaparmanı yerinə yetirir (Şəkil 41).
Dönmə.
Hücumçu irəliyə-yana addım atmaqla müda-
fiəçinin hərəkət istiqamətdə yerdəyişməyə məcbur
edir, dərhal arxaya dönür, topu döşəməyə buraxır və
müdafiəçidən uzaqda yerləşən əli ilə topaparma yerinə
yetirir (Şəkil 42).
Şəkil 42
Topaparma zamanı hərəkət istiqamətini dəyişmək
üçün daha çox topun öndən keçirilməsi üsulundan
istifadə olunur.
Topaparma zamanı aparma tərəfdəki ayaqla addım
edərək, digər ayaq tərəfə güclü təkan icra olunur, topu
çiləyən əl xaricdən top üzərinə qoyulur və top gövdəyə
köndələn istiqamətdə digər ayağa tərəf keçirilir. Sonra
yeni hərəkət istiqamətində addım icra olunur (Şəkil 43).
Kürək arxasından topun keçirilməsi.
Topaparmanın bu üsulu topun öndən keçiril-
məsindən nisbətən daha təhlükəsizdir və dönmə ilə
müqayisədə daha sürətlidir. Oyunçu sağ ayaqla addım
atan anda topu sağ əli ilə sol ayaq səviyyəsində
döşəməyə istiqamətləndirir. Sol ayaq irəli çıxdıqda
Şəkil 43
Şəkil 41
d
Çap üçün deyil
85
oyunçu topu kürək arxasından keçirir və sol əli ilə
çiləyərək hərəkət istiqamətində irəliləyir (Şəkil 44).
Topun kürək arxasından keçirilməsi hücum-
çuya, onu müdafiəçidən gizlətməyə, öz gövdəsin-
dən müdafiə üçün istifadə etməyə və meydançada
şəraitə nəzarət etməyə imkan verir.
Topaparmanın təkmilləşdirilməsi üçün hə-
rəkətlər:
-
topun maneələr arasından maneədən uzaq-
da yerləşən əllə aparılması;
-
topun maneə ətrafında mümkün qədər tez
aparılması;
-
eyni hərəkət maneəni sağdan, soldan keç-
məklə topun sağ və ya sol əl ilə aparılması;
-
meydança köndələn olaraq 4 hissəyə bölünür və oyunçular üz xətdə topla
dayanırlar. Start siqnalına müvafiq olaraq, topaparma məkikvari qaydada yerinə
yetirilir. Əks tərəfdəki üz xəttə çatan oyunçu xal qazanır.
Topaparmanın təkmilləşdirilməsi üçün aşağıdakı hərəkətlərdən istifadə töv-
siyyə olunur (Şəkil 45, 46, 47).
Şəkil 45
Şəkil 46
Şəkil 44
Çap üçün deyil
86
Topatma texnikasının təkmilləşdirilməsi.
Topatma texnikanın təkmilləşdirilməsi bu məqsədlə istifadə olunan ayrı-ayrı
icra üsullarının avtomatlaşdırılması yolu ilə həyata keçirilir. Basketbolçunun
meydançada bütün fəaliyyəti sonda topun səbətə dəqiq atılması ilə yekunlaşmalıdır.
Əgər atma hərəkəti düzgün və dəqiq icra edilmirsə, onda idmançının buna qədər
bütün fəaliyyəti qaçış, tullanma, ötürmələr, topun ələ keçirilməsi və s. hamısı hədər
getmiş olur. Eyni zamanda məlumdur ki, bərabər hazırlıq səviyyəsinə malik olan
iki komanda arasında keçirilən görüşdə yarışın taleyini yalnız bir dəqiq atışla həll
etmək mümkündür.
Şəkil 47
Topun səbətə atma dəqiqliyinə hansı yolla nail olunur? Bu əsasən atmanı
həyata keçirən oyunçunun bütün fəaliyyətinin koordinasiyası, əlaqələndirilməsi
hesabına mümkündür. Eyni zamanda, sonuncu atış xüsusi dəqiqlik və incəlik tələb
edir.
Ümumilikdə topun səbətə atılmasını dəqiqliyi aşağıdakı amillərdən asılıdır:
1.
Atma üsulu.
Topun səbətə atılması isə öz növbəsində meydançada
fəaliyyət göstərən rəqib komandanı müqavimətindən göstərmək bacarığından,
müdafiə taktikasından asılıdır. Məsələn, əgər müdafiəçi hücum edən oyunçuya çox
yaxında mövqe tutubsa, belə halda topun tullanaraq səbətə atılması sübutu daha
məqsədəuyğundur və yaxud əksinə, əgər qarşıda müqavimət yoxdursa, səbətə daha
çox yaxınlaşmalı və sonra atış həyata keçirmək lazımdır.
2.
Atış texnikası.
Məsələn, top səbətə atılarkən gövdəni yana əymək olmaz,
bədən atış istiqamətinə doğru meyillənməlidir və ya atma zamanı dirsəklər yanlara
çox açılmamalıdır.
3.
Topun uçuş trayektoriyası.
Çox hündür uçuş trayektoriyası səbətə qədər
olan yolu uzadır və beləliklə də, səbətə dəqiq düşmə imkanını azaldır, və ya əksinə,
çox aşağı trayektoriyalı atmalar zamanı top sürətlə uçur, bu da həmçinin, dəqiqliyə
mənfi təsir göstərir.
Çap üçün deyil
Dostları ilə paylaş: |