91
Əllə topu örtmə.
Atmaya qarşı istifadə olunan üsuldur.
Topu atacaq idman-
çıya mümkün qədər yaxınlaşmaq və cəld hərəkətlə əli topun üzərinə qoymaq və
beləliklə, top atmanın icrasını dayandırmaq.
Topaparmanın və yerdəyişmə texnikasının təkmilləşdirilməsi.
Şagirdlər üçlüklərə bölünürlər. Hər bir üçlükdə müdafiəçi, hücumçu və oyun
quruyucu müəyyənləşdirilir. Hücumçu orta məsafədə və ya lövhənin altına
keçdikdən sonra topu səbətə atmalıdır. Oyun qurucu hücumçuya kömək edir, ancaq
topu səbətə atmaq hüququna malik deyildir. Müdafiəçi
hücumçunun sərbəst yerə
çıxmasına, topu qəbul etməsinə, topaparmasına və səbətə atmağa mane olmağa
çalışır. Müdafiəçi topu ələ keçirdikdə hücumçuya çevrilir.
Şagirdlər beşliklərə bölünürlər. Hər bir beşlikdə bir oyun qurucu,
iki mü-
dafiəçi və iki hücumçu müəyyənləşdirir. Hücumçular sərbəst sahəyə çıxmağa və
topu səbətə atmağa çalışırlar. Topu ələ keçirən müdafiəçi hücumçuya çevrilir.
Bir atma səbəti qarşısında 3x3 oyunu. Hücumçular meydançada üçbucaq
şəklində yerləşirlər. topla olan oyunçu üçbucağın zirvəsində yerləşir və özünün iki
tərəf müqabilinə nisbətən şitdən xeyli aralıdadır. Oyunçular üçbucaqda topu bir-
birinə ötürürlər, sərbəst sahəyə çıxmağa, topu qəbul etməyə və onu
səbətə atmağa
çalışırlar. Uğursuz atışdan sonra top digər komandaya verilir.
Hərəki qabiliyyətlərin inkişaf etdirilməsi.
Sürət-gücün inkişafı üçün hərəkətlər:
Dayaqlı oturuşdan yuxarıya tullanmaq, qıçlar irəliyə-yanlara.
Hündürdən asılmış əşyalara başla, əllə toxunmaq.
2-3 kq-lıq doldurulmuş toplarla hərəkətlər: zonaya və hədəfə atmalar.
Doldurulmuş topların baş üzərindən arxaya uzağa atılması.
Müxtəlif çıxış vəziyyətlərindən 10-15 m məsafəyə kəskin qaçışlar.
Gimnastika ipi ilə tək, iki ayaqla, ikili fırlanma ilə, maksimal tezliklərlə
tullanma hərəkətləri.
Koordinasiyanın inkişafı üçün hərəkətlər
(Şəkil 52):
Topun gövdə ətrafında sağa-sola fırladılması.
Topun yerində və hərəkətdə
ayaqlar arasında səkkizvari fırladılması.
Iki topun eyni vaxtda atıb-tutulması.
Yerində və hərəkətdə iki topun çilənməsi.
Topu baş üzərindən yuxarı atmaq, uzanaraq dayaq vəziyyəti almaq,
qalxaraq topu tutmaq.
Iki topun ardıcıl divara ötürülməsi, divardan qayıdan topun tutulması,
döşəməyə dəyib qalxan topun tutulması.
Çap üçün deyil
93
V O L E Y B O L
Təhlükəsizlik texnikası qaydaları
Məşğələlər quru, təmiz, gigiyeniki tələblərinə cavab verən meydançada
aparılmalıdır.
Müdafiə fəaliyyətinin öyrənilməsindən əvvəl yıxılma və yerəenmənin
bütün mümkün üsullarına yiyələnmək zəruridir.
Hücum fəaliyyətinin mənimsənilməsi zamanı xüsusi qızışdırıcı hərəkət-
ləri yerinə yetirmək və hücum elementlərinin işlənilməsi zamanı meydançada kə-
nar topun və ya texniki fəaliyyətə mane olacaq digər əşyaların olmamasına çalış-
maq lazımdır.
Texniki üsulların öyrənilməsi zamanı onların çətinlik dərəcəsində asılı
olmayaraq bütün əzələ qruplarının və oynaqların yaxşı qızışdırılması üçün xüsusi
fiziki hərəkətlər yerinə yetirmək lazımdır.
Oyun və texniki üsulların işlənilməsi zamanı müdafiə təyinatlı əşyalardan
istifadə etmək zəruridir.
Bütün hallarda qeyri-standart ölçülü və kütləyə malik
toplardan istifadə
olunması yolverilməzdir.
Topun qəbulu və ötürülməsi texnikasının təkmilləşdirilməsi.
Topun iki əllə yuxarıdan kürək üzərinə aşaraq-yuvarlanaraq qəbulu.
Orta və aşağı duruş vəziyyətində dayanaraq, topu qəbul etməyə hazırlaşan
idmançı (şagird) topun enəcəyi təxmin olunan yerə bitişik və ya adi addımla ya-
xınlaşıb, topun uçuş istiqamətinə aşır və eyni zamanda gövdəni dayaq ayaq üzərinə
endirir. Daha sonra bədənin ağırlığını dayaq sahəsinin arxasına keçirir, topu
qaytarır, arxa ayağın təkanı ilə bud və çanaq üzərinə enir, kürək üstə yuvarlanır.
Şəkil 53
Çap üçün deyil
94
Topu bir əllə qəbul edərək yana aşmaq, bud və kürək üzərində yuvar-
lanma.
Şəkil 54
Bu üsuldan daha çox qızlar istifadə edirlər. İdmançı (şagird) yerdəyişmədən
sonra top gələn istiqamətə hücum addımı ilə, dayaq qıçını açaraq, əlini topun enən
nöqtəsinə tərəf uzadır,
topa zərbə endirir, kürək üzərində yuvarlanır (Şəkil 54).
Irəliyə yıxılaraq qarın-sinə üzərində sürüşməklə topun bir əllə qəbul
edilməsi.
Şəkil 55
Topun qəbulunu bu üsulundan daha çox oğlanlar istifadə edirlər. Oyunçu
(şagird) sanki suya baş vurduğu tərzdə topun enmə sahəsinə, topun altına baş vurur,
topu qaytardıqdan sonra qolları dayaqda bükməklə sinə ilə döşəməyə toxunmanı
amortizasiya edir, qıçları dizdən azacıq bükür, gövdə arxaya qatlanır, qarın-sinə
n
Çap üçün deyil