77
Şəkil 31. Alətin baş üzərindən arxaya atılması
Bu hərəkət bir neçə variantda icra oluna bilər.
1.
Nişanlanmış zonaya baş üzərindən alətin atılması
6-8dəfə .
Atma xət-
tindən aləti daha uzaqda yerləşən zonaya atmağa çalışın.
2.
Maneə üzərindən alətin zonaya atılması
6-8
dəfə . Burada əsas məqsəd
aləti hər hansı maneə, məsələn, futbol qapısı, üfüqi çəkilmiş rezin bint və s. üzərin-
dən mümkün qədər uzağa atmaqdır. Hər bir uğurlu cəhddən sonra yeni nişanlanmış
zonaya keçərək maneədən uzaqlaşın.
Şəkil 32. Alətin baş və maneələr üzərindən arxaya atılması.
(
)
(
)
Çap üçün deyil
78
Atmalar
Alətin iki əllə irəliyə atılması və ya itələnməsi.
Bu məqsədlə istifadə olunan alətlər kifayət qədər ağır olmalıdır. Əgər Sizdə
yadro
aləti yoxdursa, o zaman Siz doldurulmuş topları, qumla doldurulmuş kisəni,
kegel kürələrini və s. bu kimi vəsaitlərdən istifadə edə bilərsiniz.
1.
Doldurulmuş topu biri-birinə atılması (8-12 dəfə).
Bu zaman əvvəlcə iki şagird arasında məsafə mümkün qədər sərbəst seçilir
və tədricən bu məsafə artırılır. Nəzarət üçün şəkildə göstərildiyi kimi ara məsafəsi
xəttlərlə nişanlana bilər.
2.
Yarım oturuşdan alətin hündür maneə (qapı, ağacın yana əyilmiş budağı
və s.)
üzərindən uzağa itələnməsi, atılması. Təkan zamanı gövdə tam açılmaqla
yüngül tullanma alınmalıdır.
3.
Bir ayağın irəlidə digərinin arxada olduğu vəziyyətdən alətin irəliyə itə-
lənməsi (8-12 dəfə).
Çıxış vəziyyətində arxa qıç dizdən azacıq bükülür və gövdənin ağırlığı onun
üzərinə keçirilir. Hərəkət belə çıxış vəziyyətindən icra olunur.
4.
Oturmuş vəziyyətdən alətin irəliyə atılması və ya itələnməsi (8-12 dəfə).
Çıxış vəziyyətində gövdəni bir xeyli arxaya aparın və sonra hərəkəti irəli-
yuxarı istiqamətinə icra edin.
Alətin baş üzərindən arxaya atılması.
Bu hərəkət təkcə yuxarı ətrafların deyil, eyni zamanda gövdənin kürək
əzələlərinin surət-güc qabiliyyətini artırmağa imkan verir.
1.
Doldurulmuş topu baş üzərindən arxaya, nişanlanmış sahəyə atılması (8-
10 dəfə).
2.
Doldurulmuş topu hündür maneə üzərindən arxaya atılması (8-10 dəfə).
Holaylandırılma hərəkətinin effektli alınması üçün əvvəlcə irəliyə əyilib,
aləti qıçlar arasından arxaya aparmaq lazımdır. Bu zaman
gövdənin bütün arxa əzə-
lələri kifayət qədər əvvəlcədən dartılır ki, bu da atma effektliliyini xeyli yüksəldir.
3.
Doldurulmuş topu baş üzərindən qövsvari trayektoriya ilə arxaya atılması
(6-8 dəfə).
4.
Doldurulmuş topu əvvəlcədən nişanlanmış zonaya atılması (6-8 dəfə).
5.
Doldurulmuş topu hündür maneə üzərindən zonaya atılması (6-8 dəfə).
6.
Müxtəlif atma hərəkətləri üzrə cütlüklərin və ya komandaların yarışları.
Bu yarışda Siz bir neçə atma hərəkəti. Məsələn, doldurulmuş topu irəliyə,
baş üzərindən arxaya, mini-futbol qapısının üzərindən uzağa atma kimi hərəkətlər
üzrə öz aranızda kiçik komandalarla yarışa bilərsiniz. Belə halda hər bir hərəkətdə
atma məsafəsi nişanlanır və müvafiq balla qiymətləndirilir.
Çap üçün deyil
79
B A S K E T B O L
Ümumtəhsil məktəblərinin aşağı siniflərində idman oyun növləri, o cüm-
lədən basketbol çeviklik qabiliyyətinin inkişafı üçün istifadə olunmuşdur. Siz
basketbol oyununun yaranma tarixi və oyun qaydaları haqqında kifayət qədər
məlumata maliksiniz. Eyni zamanda, müxtəlif texniki bacarıqlara yiyələnmişsiniz.
9-cu sinifdə basketbol oyununda malik olduğunuz texniki
fəaliyyəti təkmilləş-
dirmək, hərəkət birləşmələrini daha axıcılıqla yerinə yetirmək və bütün bunların
əsasında istənilən oyunda nəticəyə malik olmaq əsas məqsəd kimi qarşıya qoyul-
muşdur.
Icra texnikasının təkmilləşdirilməsi topla fəaliyyət zamanı bütün element-
lərin: topla davranış, yerdəyişmələr, topun qəbulu və ötürülməsi, topun çilənməsi,
müxtəlif məsafələrdən topun səbətə atılması,
həmçinin, müdafiə fəaliyyətinin
təkmilləşdirilməsini nəzərdə tutur.
Topla davranış üsullarının yaxşılaşdırılması oyun zamanı daha effektli
fəaliyyət göstərməyə imkan verir. Bu qrupa topun tək barmaq üzərində, boyun,
gövdə ətrafında fırladılması, qıçlar arasında keçirilməklə fırlatması, qıçlar arasında
səkkizvari fırlatma və s. bu kimi hərəkətlər daxildir.
Yerdəyişmə üsullarının təkmilləşdirilməsi.
Buraya aşağıdakılar daxildir:
-
müdafiəçi və hücumçunun hərəkət istiqamətinin
dəyişməsi ilə yerdəyiş-
mələr;
-
fintlər və sürətlənmələr ilə yerdəyişmələr;
-
hücum və müdafiədə cütlüklərlə yerdəyişmələr.
Yerdəyişmələrin təkmilləşdirilməsi üçün aşağıdakı hərəkətlərdən istifadə
etmək tövsiyə olunur:
-
sırada qaçan idmançıların axırıncıdan başlayaraq ilanvari keçilməsi;
-
qarşıdan qaçaraq gələn sırada oyunçuların ilanvari, bir idmançının
sağdan, digər idmançının
soldan keçilməsi;
-
məsafə 1,5-2 m olmaqla sırada düzülüş. Oyunçuların 1, 2 nömrələrinə bö-
lünməsi. Yüngül tempdə qaçış:
a)
siqnala müvafiq olaraq ikinci nömrələr sürətli qaçış edərək tərəf müqa-
bilini ötürlər və onlardan öndə sıraya keçirlər, qaçış davam edir; eyni hərəkəti
birinci nömrələr də təkrar edir.
Çap üçün deyil