Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə34/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   30   31   32   33   34   35   36   37   ...   55

 
105 
 
 
F U T B O L  
 
Topla hərəkət texnikasının təkmilləşdirilməsi 
 
Top dayandırma və ona zərbə texnikasının təkmilləşdirilməsi 
 
Havada olan topa pəncə üstünün orta hissəsi 
ilə zərbə. 
Topa zərbənin bu üsulundan top uçuşda, yəni 
havada olarkən istifadə edilir. Bu üsul topun yerdən 
çox da hündür olmayan uçuşları, hava ilə  gələrək 
oyunçu qarşısında yerə enməsi, yerə paralel uçuşu 
vəziyyətlərində icra olunur. Bunun üçün topun hərəkət 
istiqamətinə müvafiq düzgün yer seçmək və vaxtında 
zərbə vurmaq mühüm şərtdir. Top yerdən nə  qədər 
hündür olarsa, ona zərbə vurmaq da bir o qədər 
çətinləşir. Topun zərbə üçün daha əlverişli hündürlüyə 
enməsini müəyyən etmək məqsədi ilə arxaya və ya 
yana yerdəyişmə edilir və lazımi anda topa zərbə 
vurulur (Şəkil 61). 
 
 
 
 
Şəkil 61 
 
Əgər siz topun zərbədən sonra aşağıdan 
uçmasını istəyirsinizsə, bu zaman zərbə ayağının 
pəncəsini yerə  tərəf dartmaq lazımdır. Bu halda 
ayaq topa aşağı hissə ilə deyil pəncənin üst 
hissəsinin ortası ilə toxunur. Bu səbəbdən də top 
yuxarıya deyil, yerə paralel uçur (Şəkil 62).
 
 
Yan tərəfdən enən topa zərbələr. 
Yandan uçan topa zərbə vurmaq üçün top 
yaxınlaşdıqda üzünüzü ona tərəf çevirin və 
gövdəni dayaq ayağına tərəf  əyin, zərbə ayağını 
yuxarıya-arxaya aparın və  pəncə üstünün orta 
hissəsi ilə  zərbə yerinə yetirin. Zərbə anı dayaq 
ayağı yarım bükülü və  pəncə üzərinə qalxmış 
olmalıdır (Şəkil 63). 
Şəkil 62
Çap üçün deyil


106  
 
 
 
 
Şəkil 63 
 
Uçan toplara zərbənin təkmilləşdirilməsi üçün hərəkətlər: 
 
1.
 
Divardan 10-15m məsafədə dayanın. Topu qarşınıza atın. Top diz 
səviyyəsinə  qədər endikdə enən topa zərbə vurun. Əvvəlcə  zərbələri pəncənin 
daxili hissəsi, sonra isə pəncənin üst hissəsinin ortası ilə icra edin. 
2.
 
Sol tərəfi divara olmaqla ondan 8-10 addım məsafədə dayanın. Tərəf 
müqabilinizin (yoldaşınızın) yan tərəfdən sizə atdığı topu gövdənizi dayaq ayağına 
tərəf  əyməklə uçuşda vuraraq divara istiqamətləndirin. 10-15 zərbədən sonra 
yerlərinizi dəyişin. 
3.
 
Tərəf müqabilinizlə bir-birinizdən 15 addımlıq məsafədə dayanın. Növbə 
ilə hərəkətsiz topu zərbə ilə tərəf müqabilinizə hava ilə elə göndərin ki, top onun 
qarşısına ensin. Topu qəbul edən oyunçu top uçuşda olarkən zərbə ilə onu geriyə 
qaytarır. 10-15 zərbədən sonra oyunçular yerlərini dəyişirlər. 
4.
 
Üç oyunçu təmrinləri yerinə yetirir. Onlardan biri qapıda durur, digəri 
qapıdan 15 m. aralıda dayanır. 3-cü oyunçu qapı xətti üzərindən qapı dirəyinin 10-
15 metrliyindən topu hava ilə 2-ci oyunçuya göndərir. O isə top havada olarkən 
zərbə ilə topu qapıya istiqamətləndirir. 
 
Kəsici zərbələr. 
Kəsici zərbələr pəncənin daxili və xarici hissəsi ilə icra 
olunur. Bu zərbələri düz zərbələrdən fərqləndirən başlıca cəhət zərbə qüvvəsinin 
topun mərkəzindən deyil bir qədər yandan keçməsidir. Bu səbəbdən də top öz oxu 
ətrafında fırlanaraq,  əyri xətli trayektoriya üzrə uçur. Topun fırlanma istiqaməti 
topun uçuş istiqaməti ilə üst-üstə düşə və ya onun əksinə ola bilər. 
Kəsici zərbələrin pəncənin daxili hissəsi ilə yerinə yetirərkən, pəncə topun 
dayaq ayağından uzaqda yerləşən tərəfinə toxunur. Zərbə anında pəncə topun 
səthindən sürüşərək keçir və onu fırladır (Şəkil 64) 
Pəncənin xarici hissəsi ilə topa kəsici zərbə endirdikdə isə  pəncə topun 
dayaq ayağının yaxın tərəfinə, ilk olaraq pəncə üstünün barmaqlara yaxın olan 
hissəsi ilə toxunur. Bundan sonra zərbə ayağı dayaq ayağına tərəf hərəkəti davam 
Çap üçün deyil


 
107 
 
etdi rir.  
Pəncənin xarici hissəsi 
ilə fırladılan top ayaqdan aralanır 
və öz oxu ətrafında fırlanaraq 
uçur (Şəkil 65). 
 
İcra  texnikasının  təkmi -
l
ləşdirilməsi üçün hərəkətlər: 
1.
 
Tərəf müqabilinizlə 
(sinif yoldaşınızla) 8-10 addım 
məsafədə dayanaraq topu pən-
cənin daxili və xarici hissəsinin 
kəsici zərbələri ilə bir-birinizə 
ötürməyə çalışın. 
2.
 
Dirəklərdən eni 2 ad-
dım olan qapı düzəldin. Tərəf 
müqabilinizlə  hər biriniz bu qa-
pıların bir tərəfində üz-üzə 
dayanın. Növbə ilə topu kəsici 
zərbələrlə bu qapıdan keçməklə 
bir-birinizə ötürün. 
3.
 
Yuxarıdakı (2) hərəkət 
təkrar olunur lakin, dayanmış 
topa kəsici zərbələr 8-10metrdən 
növbəli olaraq icra olunur. 
4.
 
Hərəkət üçlükdə icra 
olunur. Bir şagird qapıda durur, 
ikinci topu qapıya paralel olaraq zərbə mövqeyində duran üçüncü yoldaşına ötürür. 
O, isə kəsici zərbə ilə topu qapıya istiqamətləndirir. Sonra yerlər dəyişdirilir. 
5.
 
Meydançada zərbələri yerinə yetirmək üçün xətt çəkilir. Xətdən 10-15 m. 
məsafədə diametri 2-2,5 m. olan dairə çəkilir. Dairə və zərbə xəttinin ortasında hər 
hansı hündürlüyü olan maneə, məsələn, dirək qoyulur. Növbə ilə  zərbə  xəttindən 
top kəsici zərbələrlə dirəyi yandan keçməklə dairəyə göndərilir. 
 
Topa başla zərbələr 
 
Alnın  ortası ilə topa zərbə.
 
Oyunçu addım vəziyyətində, ayaqları çiyin enində mövqe tutur. Top 
yaxınlaşdıqda qıçlar, diz və pəncə-daban oynağından azacıq bükülür, gövdə arxaya 
aparılır, kürək əzələləri gərginləşdirilir. Sonra gövdənin buddan yuxarı hissəsi cəld 
hərəkətlə irəli verilir və başın irəliyə kəskin hərəkəti ilə topa zərbə endirilir. Zərbə 
anında gövdə meydançanın səthinə perpendikulyar yerləşməlidir. Zərbədən sonra 
top baxışlarla müşayiət olunur. Əgər topu yuxarı istiqamətdə göndərmək 
lazımdırsa, o zaman zərbə topun aşağı hissəsinə, nisbətən aşağı trayektoriya lazım 
Şəkil 65 
Şəkil 64 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə