Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə35/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   31   32   33   34   35   36   37   38   ...   55

108  
 
 
 
olduqda topun orta, hətta yuxarı hissəsinə vurulmalıdır. Alnın  orta hissəsi ilə eyni 
zamanda topu yan istiqamətə də göndərmək mümkündür. Bu zaman zərbə anında 
baş və gövdə topun göndərilməsi təxmin olunan istiqamətə çevrilir (Şəkil 66). 
 
 
Şəkil 66 
 
Topa  alnın  yan hissəsi ilə zərbə. 
Bu zərbə topun oyunçuya yan 
tərəfdən (sağ  və ya sol) yaxınlaşdığı 
hallarda istifadə edilir. Onu icra etmək 
üçün baş  və gövdə topun əks istiqa-
mətinə aparılır. Zərbəni icra etmək 
üçün gövdə topa tərəf düzəldilir, baş 
kəskin hərəkətlə topa yaxınlaşdırılır və 
alının yan hissəsi ilə topa vurulur. Zər-
bədən sonra gövdə topun göndərdiyi 
istiqamətdə  hərəkəti davam etdirir 
(Şəkil 67). 
 
 
Şəkil 67 
 
Tullanaraq alnın  orta hissəsi ilə 
topa zərbə
Bu zərbə oyunçunun tullanaraq 
fəzada dayaqsız vəziyyətində icra olunur. 
Bunun üçün tullanmanın  ən yüksək 
nöqtəsində öz hərəkətini düzgün koordi-
nasiya etmək lazımdır. Tullanma hər iki 
qıçın eyni vaxtda təkanı ilə icra olunur. 
Təkanın qaçışdan bir ayaqla, yerindən isə 
iki ayaqla icra edilməsi daha məqsə-
dəuyğundur. Zərbədən öncə gövdə və baş 
arxaya aparılır. Tullanmanın  ən yüksək 
nöqtəsində gövdənin qısa və başın kəskin 
Şəkil 68
Çap üçün deyil


 
109 
 
hərəkəti ilə topa zərbə icra edilir. Bundan sonra baxışlar topu müşayiət  edir     
(Şəkil 68). 
 
Qaçışdan tullanaraq topa başla zərbə.
 
Qaçışdan tullanaraq topa zərbənin icrası üçün ilk növbədə təkan effektli icra 
olunmalı  və tullanmanın  ən yüksək nöqtəsində futbolçu öz hərəkətlərini 
koordinasiya etməlidir. Qaçaraq başla topa zərbənin icrası zamanı qaçış bir neçə 
addımdan, təkan tək qıçla yerinə yetirilir. Bu zaman hərəkətin icrasında çox 
mühüm element qarşıdan gələn topu gözləmək deyil, başla topa tərəf qarşılayıcı 
hərəkət etməkdir. Zərbədən  əvvəl gövdə  və baş arxaya aparılır, tullanmanın  ən 
yüksək nöqtəsində gövdənin qısa, başın kəskin hərəkəti ilə topa zərbə vurulur 
(Şəkil 69). 
 
Şəkil 69 
 
İcra texnikasının təkmilləşdirilməsi üçün hərəkətlər: 
1.
 
Topu qapı dirəyindən (basketbol səbətindən, ağacdan) elə asın ki, o 
başınızdan 15-20sm. hündürlükdə yerləşsin. Qaçaraq tullanıb asılmış topa alının 
ortası ilə  zərbələr yerinə yetirin. Hər 10 zərbədən sonra icraçılar (şagirdlər) 
dəyişirlər. 
2.
 
Topu başınız üzərinə yuxarıya atın, qıçları dizdən bükərək gövdəni və 
başı arxaya aparın, kürək və boyun əzələlərini gərginləşdirin. Top zərbə üçün 
əlverişli hündürlüyə çatdıqda gövdənin və başın irəliyə, yuxarıya kəskin hərəkəti 
ilə topa zərbə endirin. Qıçlar başla zərbə anı eyni vaxtda düzəldilir. 
3.
 
Topu başınız üzərinə yuxarıya atın və yerindən başın topa zərbəsi ilə onu 
1-2metrlik məsafədən divara vurun. Hərəkəti 15-20 dəfə təkrar edin. 
4.
 
Yoldaşlarınızla 3-4m. məsafədə dairə qurun və topu başın zərbəsi ilə bir-
birinizə ötürün. Topu yerə düşməməyə  və ona daha çox başla zərbə endirməyə 
çalışın. Tədricən ara məsafəsini artırın. 
5.
 
Başla topa zərbələri təkmilləşdirmək məqsədi ilə  aşağıdakı  şəkildə 
göstərilən müxtəlif variantlarından istifadə etmək olar (Şəkil 70, 71). 
 
Çap üçün deyil


110  
 
 
 
  
 
 
 
 
 
Şəkil 7

 
 
Şəkil 70 
Çap üçün deyil


 
111 
 
Top dayandırmalar 
 
Oyun prosesində müxtəlif texniki fəndlərin icrası üçün ilk növbədə topa 
yiyələnmək və ya onu dayandırmaq zərurəti meydana çıxır. Bu texniki fəaliyyət 
müxtəlif üsullarla yerinə yetirilir. Siz artıq aşağı siniflərdə bu üsulların icra 
bacarıqlarına yiyələnmişsiniz. 9-cu sinifdə top dayandırmanın icra texnikasının 
təkmilləşdirilməsi nəzərdə tutulur. Çünki topun hərəkət istiqamətindən, uçuş 
sürətindən, rəqibin fəal müdafiə  fəaliyyətindən asılı olaraq topdayandırmanın 
düzgün və vaxtında icrası oyunun gedişində mühüm əhəmiyyət kəsb edir. 
 
Qarşıdan diyirlənərək gələn topun ayağın altı ilə dayandırılması. 
Top qarşıdan oyunçuya tərəf gəldiyi hallarda onun ayağın altı ilə 
dayandırılmasından istifadə olunur. Bu üsulla topun dayandırılması o qədər də 
çətin deyildir. Lakin diqqət tələb edir. Topu dayandıracaq ayağın qıçı dizdən azacıq 
bükülü vəziyyətdə qarşıdan yaxınlaşan topa tərəf aparılır. Ayağın azacıq yuxarı 
qaldırılmış pəncəsi və aşağıya endirilmiş dabanı top üzərində çəpəki «dam» təşkil 
edir. Dayaq ayağının pəncəsi isə topun hərəkət istiqamətində yerləşir. Top ayaq 
altına toxunduğu anda qıç dizdən bükülərək arxaya çəkilir, top yerə yumşaq sıxılır, 
gövdə irəliyə topun üstünə tərəf əyilir. 
 
Şəkil 72 
 
 
İcra texnikasının təkmilləşdirilməsi üçün hərəkətlər: 
1.
 
Cütlükdə icra olunur: Bir oyunçu topu qarşıda 4-5 m. məsafədə yerləşən 
tərəf müqabilinə istiqamətləndirir. O isə topu pəncənin daxili hissəsi və ya ayağın 
altı ilə saxlayır. Hər bir oyunçu hərəkəti ayrı-ayrı üsullarla 10-15 dəfə təkrar edir. 
Sonra şagirdlər yerlərini dəyişirlər. 
2.
 
Top baş üzərinə yuxarıya, elə atın ki, onu dayandıracaq ayaq tərəfdən 
aşağıya ensin və yerə dəyib qalxdıqda pəncənin daxili hissəsi ilə onu dayandırın. 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə