134
G İ M N A S T İ K A
Akrobatika elementləri
Oğlanlar
Üç addımdan qaçaraq təkanla irəliyə mayallaq aşmaq.
Bu hərəkətin icra texnikasının fərqləndirici xüsusiyyəti qaçaraq təkandan
sonra uçuş fazasının olmasıdır. Uçuşda bədən çanaq-bud oynağından azacıq
bükülür, əllər döşəməyə toxunduqda baş sinəyə tərəf çəkilir, ilk olaraq boyunardı
və çiyinlər, sonra isə kürək-bel üzərində yuvarlanma icra edilir.
Öyrənmə ardıcıllığı:
1.
Dayaqlı oturuşdan irəliyə mayallaq aşmaq.
2.
Dayaqlı oturuşdan irəliyə uzun mayallaq aşaraq yenidən dayaqlı oturuş
vəziyyəti almaq.
3.
Yarımoturuşdan əllər arxada, tullanaraq irəli mayallaq aşaraq dayaqlı
oturuş.
4.
Üç addımdan qaçaraq tullanıb dayaqlı oturuş.
Maneə üzərindən tullanaraq irəliyə mayallaq aşmaq
İcra texnikası: Maneə üzərindən (H-90sm) tullanaraq irəliyə mayallaq
aşmaq tətbiqi xüsusiyyətli hərəkətdir.
Bu akrobatika elementi üç addımdan qaçaraq təkanla
irəliyə mayallaq aşma
hərəkətindən uçuş fazasının xeyli artıq olması ilə fərqlənir. Uçuş fazasının sonunda
əllər döşəməyə toxunduğu an baş sinəyə çəkilir və ağırlığın boyun ardı və çiyin
arxası üzərində düşməsinə çalışılır. Dərhal da «qruplaşma» – əllərlə dizlərdən tuta-
raq irəliyə yuvarlanma yerinə yetirilir. Ayaqlar yerə toxunduqda hərəkətin ətalət
qüvvəsindən istifadə edərək idmançı ayaq üstə qalxır (Şəkil 89).
Şəkil 89
Çap üçün deyil
135
Öyrətmə ardıcıllığı:
1.
Dayaqlı oturuşdan irəliyə uzun mayallaq aşmanı təkrar etmək.
2.
Yerindən tullanaraq irəliyə mayallaq
.
3.
İki-üç addımdan qaçaraq təkanla mayallaq aşmaq.
Tədricən tullanma
hündürlüyü 50-70 sm. çatdırılır.
4.
Qaçışdan təkanla hündürlüyü 90sm. qədər olan maneə üzərindən mayal-
laq aşmaq (maneə kimi dartılmış rezin amartizator, gimnastika ipi və ya bükülmüş
döşəkdən istifadə etmək olar).
Qızlar
Bir ayaqla müvazinət, irəliyə hücum və
irəliyə mayallaq aşmaq.
Bu hərəkət birləşməsində 9-cu sinif şagird-
ləri üçün yeni element bir ayaqda müvazinət
saxlamaqdır.
İcra texnikası: Müvazinət – şagirdin bir
ayaq üzərində dayanaraq digərini mümkün qədər
arxaya, maksimum aparması və qollarını yanlarda
saxlamaqla vəziyyətidir.
Əsas duruşdan
müvazinət vəziyyəti almaq
üçün bir ayaq maksimum arxaya aparılır, gövdə
açılır, belə vəziyyət saxlanılmaqla irəliyə əyilmə
icra edilir (Şəkil 90).
Şəkil 90
Öyrətmə ardıcıllığı:
1.
Üzü gimnastika divarına duraraq bir ayağı arxaya yelləndirmək.
2.
Gimnastika divarına yanakı duraraq müvazinət saxlamaq.
3.
Müstəqil olaraq müvazinət saxlamaq:
-
3-4 san. ərzində müvazinət;
-
təkmilləşdirmək üçün 10-20san. müvazinət;
-
gözləri bağlayaraq müvazinət.
4.
Bir ayaq üzərində müvazinət, hücum addımı və irəliyə mayallaq aşmaq.
Dayaqlı tullanmalar.
(Oğlanlar)
9-cu sinifdə oğlanlar uzununa qoyulmuş gimnastika
keçisi üzərindən ayaq-
ları bükməklə tullanma hərəkətini təkmilləşdirirlər. Gimnastika keçisinin hündür-
lüyü 115 sm-dir.
aşmaq
Çap üçün deyil
136
Şəkil 91
İcra texnikası: Qaçaraq körpü üzərindən irəli-yuxarı istiqamətə təkan
vurmaq, əlləri keçi üzərinə qoyaraq bədəni çanaq-bud, diz oynaqlarından bükmək,
dizləri sinəyə tərəf irəli çəkmək. Əllərlə təkan
verib çiyini, qolları yuxarıya, qıçları
aşağıya-arxaya aparmaqla bədəni fəal olaraq «açmaq». Yerəenmədən əvvəl onun
yumşaqlığını təmin etmək üçün çanaq-bud oynağı azacıq bükülür (Şəkil 91).
Öyrətmə ardıcıllığı:
1.
Döşəmədə uzanaraq dayaqdan ayaqların təkanı ilə dayaqlı oturuş və yeni-
dən uzanaraq dayağa keçmək.
2.
Döşəmədə uzanaraq dayaqdan dayaqlı oturuş və açılaraq irəliyə-yuxarıya
tullanmaq.
3.
Döşəklərlə örtülmüş gimnastika skamyası üzərində uzanaraq dayaqdan
ayaqların təkanı ilə dayaqlı oturuş və bədəni açaraq sıçrayış.
4.
Tullanaraq gimnastika keçisi üzərində dayaqlı oturuş və bədəni açaraq
sıçrayış.
5.
Eninə qoyulmuş gimnastika keçisi üzərindən (H-110-115sm.) qıçları
bükməklə tullanmaq.
Dayaqlı tullanma
(Qızlar)
Eninə qoyulmuş gimnastika atı üzərindən yanakı tullanma.
Hərəkətin icrası 90º dönməklə yanakı tullanmada olduğu kimidir. Lakin icra
üsulunda fərqlər mövcuddur.
Eninə qoyulmuş gimnastika atı üzərindən 90º dönməklə yanakı tullanma
zamanı atın yanına qoyulmuş körpü üzərindən iki ayağın
və at üzərinə düz dayağa
qoyulmuş əllərin təkanı ilə bədən yuxarıya qaldırılır, qıçlar yan tərəfə istiqamət-
ləndirilir. Əlin təkanı və çanaq-bud oynağından açılmaqla at üzərində dönmə
yerinə yetirilir. Bir əl yerəenməyə qədər at üzərində dayaqda qalır. Yanı alətə tərəf
olmaqla yerəenmə icra olunur. (Şəkil 92)
Çap üçün deyil