131
Geyimdə üzmə
Çoxda böyük olmayan su hövzələrini üst geyimdə üzüb keçmək olar. Suya
daxil olmazdan əvvəl ayyaqqabıları çıxartmaq və onu
kəmərlə gövdəyə bərkitmək,
eyni zamanda pencəyin, köynəyin bütün düymələrini açmaq, köynəyi kəmərin
altından çıxartmaq, bütün cibləri tərsinə çevirmək lazımdır. Geyimdə üzmək üçün
ən əlverişli üzmə üsulu brass və yanıüstə üzmə hesab edilir. Krol ancaq çoxda uzaq
olmayan məsafələrə üzmə zamanı istifadə edilir. Geyimdə üzmə texnikası idman
geyimində üzmə texnikasından əhəmiyyətli dərəcədə fərqlənir. Yuxarıda qeyd
olunan üsullardan başqa geyimdə üzmə zamanı qolları irəliyə aparmadan krolda
tətbiq edilə bilər. Bu halda bütün hazırlayıcı hərəkətlər su altında
yerinə yetirilir,
əllər bütün vaxtlarda ovuclar aşağı olmaqla irəliyə aparılır. Avarçəkmə idman
üsulu ilə üzmədə olduğu kimi yerinə yetirilir, lakin avarçəkmənin sonunda əl su
səthinə çıxarılmır, dirsəkdən və çiyindən bükülərək gövdənin yanı ilə irəliyə
aparılır.
Güclü axına düşdükdə dərhal sahilə çıxmağa çalışmayın. Daha yaxşı olar ki,
bu axını siz köndələn keçəsiniz. Əgər bu axın sizi fırladırsa, axınla üzün və onun
mərkəzindən axın daha zəif olan yerlərə çıxın.
Əgər siz su burulğanının mərkəzinə düşmüşsünüzsə, dərindən nəfəs alın,
suya baş vuraraq yan tərəfə çıxmağa çalışın. Suyun altında yuxarıya,
suyun səthinə
istiqamətlənmiş axını tapmağa çalışın. Bu axından istifadə edərək yuxarıya üzün.
Bu sizə su burulğanından kənara çıxmağa imkan verəcəkdir.
Suda geyimdən azad olma
Suda fövqəladə, təhlükəli vəziyyətlərə düşdükdə artıq geyimi suda çox tez
çıxartmaq bacarığı olduqca zəruridir. Bu fəaliyyət aşağıdakı ardıcıllıqla yerinə
yetirilməlidir:
Üst geyimi çıxatmaq.
Bunun üçün kürək üzərində suda uzanaraq qıçların hərəkəti ilə gövdənin
üfüqi vəziyyətini saxlamaq və düymələri açmaq. Dərindən
nəfəs alaraq sinə
üzərinə çevrilmək, bir qədər su altına enmək, geyimin ətəyindən tutaraq onu növbə
ilə sağ və sol çiyindən çıxartmaq. Sonra kürək arxasında əvvəlcə geyimin qol
hissəsinin bir, sonra isə digər hissəsini qoldan çıxartmaq.
Ayaqqabını çıxartmaq.
Nəfəs alıb sinəsi üstə çevrilmək, suyun altına enib ayaqqabının bağlarını
açmaq və onu çıxartmaq. Bundan sonra suyun üzərinə qalxıb arxası üstə uzanaraq
tənəffüsü bərpa etmək olar.
Köynəyin çıxarılması.
Kürəyi üstə uzanaraq yaxada və bilək hissədə düymələri açmaq, suda
şaquli vəziyətdə duraraq köynəyi mümkün qədər yuxarıya dartmaq, çənə ilə onu
sinəyə sıxıb dərindən nəfəs alaraq suyun altına enmək və hər iki əllə köynəyin
Çap üçün deyil
132
çiyin hissəsindən tutaraq baş üzərindən irəliyə dartıb onu çıxartmaq. Su üzərinə
qalxıb kürəyi üstə uzanmaq və tənəffüsü bərpa etmək.
Üzgüçülük üçün zəruri hərəki qabiliyyətlərin inkişaf etdirilməsi
Qüvvənin inkişafı üçün hərəkətlər:
Ştanqı baş arxasından çiyinlər üzərinə endirmək və qaldırmaq.
Uzanaraq ştanq sinə üzərində: alətin sürətlə yuxarıya itələnməsi və çıxış
vəziyyətinə qayıtmaq.
Duruş, ştanq baş arxasında çiyinlərdə tutulur:
-
gövdəni üfüqi vəziyyətə qədər əymək və çıxış vəziyyətinə qayıtmaq;
-
gövdənin yanlara dönmə
hərəkətləri;
-
bütün pəncə üzərinə oturmaq və cəld qalxma;
-
hər iki ayaq üzərində sıçrayışlar.
Girlərlə hərəkətlər:
duruş, qolların yanlardan və sinə önündən yuxarıya-aşağıya holaylan-
dırma hərəkətləri;
əyilmiş vəziyyətdə qolları holaylandırma hərəkətləri;
ayrı-ayrı üzmə üsullarında əlin hərəkətinin imitasiyası;
ayaqların geniş duruşunda əyilmə, qantellərlə arxaya holaylandırma
hərəkətləri;
start tullanmasının imitasiyası.
Doldurulmuş toplarla hərəkətlər:
Təklikdə hərəkətlər:
Top əldə baş arxasında. Üfüqi vəziyyətə qədər yayvari əyilmə hərəkətləri;
Top əllərdə yuxarıda:
-
irəliyə əyilmələr;
-
yanlara əyilmələr;
-
oturub-qalxma
kürək üzərində uzanma, top əllərdə: topla düz qıçlara toxunmaq;
oturuş, ayaqlar çiyin enində aralı, top əllərdə yuxarıda;
qıçlara tərəf növbəli əyilmələr;
skamya üzərində oturuş, irəliyə və arxaya əyilmələr;
Topun yuxarıya atılmaları.
Cütlükdə hərəkətlər:
Baş arxasından cüt qollarda atmalar;
Sinədən atmalar;
Yan-yana duraraq baş arxasından
tək əllə atmalar;
Kürəyi bir-birinə olmaqla dönərək iki əllə atmalar;
Oturaraq ayaqlar aralı, müxtəlif atmalar;
Qarşı-qarşıya duraraq müxtəlif məsafələrdən topu bir-birinə atmaq
Çap üçün deyil
133
Sinə üzərində krolun təkmilləşdirilməsi üçün quruda hərəkətlər:
Ç.V. əllər beldə gövdəni sağa və sola döndərmək;
Uzanaraq dayaqda qolların sürətlə bükülüb-açılması;
Oturaraq dayaqda qıçların növbəli olaraq yuxarı-aşağı hərəkəti;
Qarın üzərində uzanmış vəziyyətdə, əllər baş arxasında,
geriyə əyilmək
və ç.v. qayıtmaq;
Duruş. İrəliyə əyilmək sağ qol irəlidə, sol dizdə krol üsulunda olduğu
kimi üzmə hərəkətlərinin imitasiyası.
Kürək üzərində krolla üzmənin təkmilləşdirilməsi üçün quruda hərəkətlər:
Skamya üzərində oturuş, qollarla dayaq, qolları bükərək döşəmədə
oturuş, qolları düzəltmək;
Dayanmış vəziyyətdə dəsmalı qolun burulması ilə arxaya-irəliyə hərə-
kətlər;
Duruşda əllər baş arxasında, dəsmalla baş arxasında düyün bağlamaq və
açmaq;
Eyni hərəkət kürək arxasında;
Duruş. Sağ əl yuxarıda, sol aşağıda qolların irəliyə, arxaya, dairəvi, əks
istiqamətli hərəkətləri.
Brass üsulu ilə üzmənin təkmilləşdirilməsi üçün quruda hərəkətlər:
Hücum addımında yayvari oturmalar;
Düz qıçlarla
irəliyə-arxaya, sağa, sola holaylandırma hərəkətləri;
Diz üstə oturaraq pəncələri aralamaq, dabanlar üzərinə oturmaq, arxaya
əyilmək;
əsas duruşdan dizləri növbəli olaraq mümkün olan maksimum həddə
qaldırmaq;
Əsas duruşdan ayaqla havada dairələr «cızmaq».
Çap üçün deyil