128
Brass üsulu ilə üzmə.
Brass üsulu ilə üzmə müxtəlif məsafələrə üzmə yarışların proqramına daxil
edilir. Lakin bu üzmə üsulu tətbiqi üzgüçülükdə xüsusi əhəmiyyət daşıyır. Suda
müşahidə və səmti
dəqiq görmək, müxtəlif əşyaların suda daşınması, suda yardım
göstərmək, su üzərində insanın uzun müddət qalması və s. bu kimi hallarda brass
üzmə üsulundan istifadə olunur. Bu üsulla üzmədə qollar və qıçlar çoxda böyük
olmayan fasilələrlə eynivaxtlı simmetrik üzmə hərəkəti yerinə yetirirlər (Şəkil 87).
Bədənin suda vəziyyəti. Üzgüçü suda üfüqi vəziyyətdə yerləşir. Baş suya
endirilir, gözlər açıq və baxışlar aşağıya-irəliyə istiqamətlənmişdir. Əllər avar üçün
suyu «tutduqda» gövdə daha axıcıdır, başı qaldırıb nəfəs aldıqda
isə gövdənin suda
axıcılığı azalır (Şəkil 87, Vəz. 1, 2).
Qıçların hərəkəti. Qıçların hərəkəti iki fazaya bölünür. Hazırlıq fazada
pəncələr yanlara çevrilməklə böyük sağrı əzələlərinə tərəf çəkilir və işçi fazada
qıçlar arxaya-daxilə oynaqlardan açılmaqla təkan yerinə yetirirlər. Təkandan sonra
qıç əzələlərinin boşalması üçün kiçik fasilə lazımdır (Şəkil 87, Vəz. 3, 6).
Şəkil 87
Çap üçün deyil
129
Əllərlə avar. Əllərlə avar hərəkəti bir neçə fazaya bölünür. Birinci fazada –
ovuclar irəlidə sanki suyu «tuturlar»; ikinci faza- avarçəkmənin əsas hissəsidir.
Qollar dirsəkdən bükülərək və ovuclar arxaya-aşağıya-daxilə hərəkət etdirilir;
hərəkətin növbəti fazası əllərin yenidən irəliyə aparılmasıdır. Bu ovuclar və dirsək
bir-birinə yaxınlaşdıqdan sonra yerinə yetirilir, qollar düzəldilir və bədənə axıcılıq
vermək üçün irəliyə aparılır (Şəkil 87, Vəz. 7).
Tənəffüs. Qolların hərəkəti ilə ciddi sinxronlaşdırılır. Suyu «tutma» və
avarçəkmənin əsas hissəsində ağız və burunla eyni vaxtda nəfəsvermə yerinə
yetirilir, qolların irəliyə aparılması anında başı və çiyinləri sudan qaldıraraq ağızla
nəfəsalma yerinə yetirilir. Bu sürətli brass variantına aiddir. Əllərlə avarçəkmənin
başlanğıc anında nisbətən tez nəfəsalma klassik brass üsuluna aid edilir.
Hərəkətin koordinasiyası. Brass üsulunda qollarla
yerinə yetirilən bir
avarçəkməyə qıçlarla icra olunan bir təkan hərəkəti düşür. Bu zaman baş sudan
mütləq çıxarılmalıdır.
Startlar və dönmələr. Başqa üzmə üsullarına nisbətən brass üsulunda start
zamanı bir hərəkət silsiləsini tam icra etmək məqsədi ilə idmançı daha çox suyun
altına enir. Hovuzun divarına toxunma hər iki əllə eyni
vaxtda çiyin xəttinə paralel
olaraq icra olunur. Bu halda baş suda ola bilər. Bu zaman «kəfkirvari» dönmədən
istifadə daha əlverişli hesab edilir. Hovuzun kənarından təkandan sonra suyun
altında qollarla və qıçlarla bir hərəkət silsiləsini icra etməyə icazə verilir sonra isə
baş suyun səthinə qaldırılmalıdır.
Kürək üzərində krol üsulu.
Kürək üzərində krol üzmə üsulu qıçların aşağıdan yuxarı və yuxarıdan
aşağıya növbələşdirilmiş qarşılıqlı hərəkəti və baş arxasından buda qədər köndələn
avarçəkmənin icrası ilə fərqlənir. Tətbiqi üzgüçülükdə bu üsul zərərçəkmişlərin və
müxtəlif yüklərin daşınması, suda yedəkdə dartılması məqsədi ilə istifadə edilir.
Gövdənin vəziyyəti. Üzgüçü
daim kürək üzərində üfüqi, qıçlar düz və qol baş
arxasına aparılmış vəziyyətdə olmalıdır. Baş boyunla suda olur, boyun əzələləri
gərginləşdirilmir (Şəkil 88, Vəz. 1).
Qıçlarla hərəkətlər. Qıçlar yuxarıdan aşağıya və aşağıdan yuxarıya bud,
baldır, pəncənin hərəkəti ilə gövdənin suda üfüqi vəziyyətini saxlamaq və itələmə
qüvvəsi yaratmaq üçün hərəkət edir. Kənardan bu hərəkətlər qayçının bağlanıb
açılmasını xatırladır (Şəkil 88, Vəz. 2).
Əllərlə avar.
Avar növbəli, «suyu tutaraq» gövdəni suda dartmaq-itələmək
üçün icra edilir. Avardan sonra əl sudan çıxarılır, hava ilə irəliyə aparılır, yenidən
avarçəkmə üçün suya salınır. Bununla da qolun bir silsiləli üzmə hərəkəti
tamamlanır (Şəkil 88, Vəz. 3-5).
Tənəffüs. Bu üzmə üsulunda dönmələr istisna olmaqla sifət daim suyun
üzərində olduğundan tənəffüs xeyli asanlaşır. Nəfəsalma
bir qolu arxaya aparma
anında ağızla, nəfəsvermə isə əllə avarçəkmə zamanı burun və ağızla yerinə
yetirilir və qol sudan çıxarıldıqda tamamlanır.
Çap üçün deyil
130
Hərəkətin koordinasiyası. Üzgüçülər arasında ayaqlarla altı hərəkət, əllərlə
iki avarçəkmə – kürək üzərində altızərbəli kroll hesab olunan üzmə üsulu daha
geniş yayılmışdır. Bu üsula nisbətən dörd zərbəli və iki zərbəli variantlar gövdənin
üfüqi vəziyyətdə saxlanılmasında yaratdığı çətinliyə görə o qədər də geniş yayıl-
mamışdır.
Şəkil 88
Start. Üzmənin digər üsullarından fərqli olaraq
kürək üstə üzmədə start
sudan yerinə yetirilir. Müvafiq siqnaldan və ya «öz yerinizi tutun» komandasından
sonra üzgüçü suya daxil olur, start tumbasının yuxarı tutacağından əllərlə çiyin
enində tutur, qıçları bükərək suyun səthindən aşağıda hovuzun divarına ayaqlarla
dayaqda durur. «Starta» komandasından sonra üzgüçü qolları dirsəkdən bükərək
tutacağa tərəfə dartılır və hərəkətsiz vəziyyət alır. Atəş və ya «Marş» komandası ilə
hər iki ayağın hovuzun divarından təkanı və qolların holaylandırma hərəkəti ilə su
üzərində uçaraq suya daxil olur və suda çoxda
böyük olmayan məsafədən
sürüşmədən sonra suyun altında kürək üzərində krol hərəkətlərini yerinə yetirir.
Dönmələr. Dönmələr açıq və bağlı olur. Dönmə zamanı əsas şərt dönmə
lövhəsinə toxunmadan kürək üzərindəki vəziyyətin dəyişdirilməsinə icazə
verilməməsidir. Həmçinin fırlanmadan başqa hər hansı hərəkətlərin də yerinə
yetirilməsinə icazə verilmir. Bundan başqa dönmə lövhəsinə yalnız əllə deyil
gövdənin istənilən hissəsi ilə toxunmağa icazə verilir.
Çap üçün deyil