118
Bu hərəkətin təkmilləşməsinə öz sinif və ya komanda yoldaşınızla
birlikdə
nail ola bilərsiniz. Öz yoldaşınızdan 8-10m. aralıdan ona doğru topaparma yerinə
yetirin, ona 1,5-2 addım qalmış kəskin olaraq topu ayağınızla yuxarıdan yerə
sıxaraq dayandırın və tez ayağınızı topdan götürərək onu irəliyə itələyin və sürətlə
yoldaşınızın yanından keçməklə hərəkəti davam etdirin. Tərəf müqabiliniz əvvəlcə
bu fintə reaksiya verməməlidir. Lakin bu fintin sürətli icrasına nail olduqdan sonra
o sizin hərəkətinizə reaksiya verməli, müdafiəçi funksiyasını yerinə yetirməlidir.
Sonra yerinizi dəyişirsiniz.
«Topatma»
– rəqibə yaxınlaşdıqda topu onun sağ (sol)
tərəfindən zəif zərbə
ilə yana istiqamətləndirir, özünüz isə onun sol (sağ) tərəfindən keçərək sürətlə irəli
istiqamətlənmiş topa yaxınlaşılır və topaparma davam etdirirsiniz. Bu hərəkət
əvvəlcə müxtəlif əşyalardan və avadanlıqlardan istifadə etməklə avtomatlaşdırma
səviyyəsinə çatdırılır, sonra isə aldatma hərəkəti tərəf müqabilinin fəal müqaviməti
şəraitində təkmilləşdirilir.
«Topla uzaqlaşma».
Divardan bir neçə addım aralıda dayanın və pəncənin
daxili hissəsi ilə zərbə vuraraq topu divara göndərin. Top divardan qayıtdıqda topa
tərəf guya zərbə vurmaq üçün yalançı holaylandırma hərəkəti icra edin.
Bu zaman
irəliyə hərəkət edən zərbə ayağı topun üstündən keçərək irəlidə və dayaq ayağının
yanında yerə qoyulur. Sürətlə ağırlıq həmin ayaq üzərinə keçirilir və cəld arxaya
dönmə (arxaya topun hərəkət istiqamətinə) icra olunur və topun divara dəyib
qayıtdığı istiqamətdə topaparma yerinə yetirilir. Hərəkət avtomatlaşdıqdan sonra
onu komanda yoldaşları ilə yerinə yetirmək mümkündür.
«Topu komanda yoldaşına qoyub getmək». Bu aldatma hərəkətinin
öyrədilməsində bir neçə şagird iştirak edir. Oyunçulardan biri sürətlə topaparma
yerinə yetirir və rəqibə 2-3 addım qalmış topu kəskin
hərəkətlə arxadan gələn
komanda yoldaşı üçün saxlayır. Özü isə topun üstündən keçib sürətlə irəliyə
hərəkət edir və müdafiəçini arxasınca aparır. Topa yaxınlaşan komanda yoldaşı onu
zərbə ilə qapıya yönəldir və ya daha əlverişli vəziyyətdə dayanmış komanda
yoldaşına ötürür.
Müdafiə texnikasının təkmilləşdirilməsi.
Rəqibə çiyinlə təkan vurmaqla topun ələ keçirilməsi.
Bu sadə lakin topu ələ keçirməyin çox effektli üsuludur. Bir qayda olaraq bu
üsul topaparan rəqiblə yan-yana qaçdıqda tətbiq edilir. Çiyinlə təkan rəqibin
bədəninin ağırlığı müdafiəçidən uzaqdakı ayaq üzərinə keçirdikdə icra edilir.
Təkan rəqibin çiyninə vurulmalıdır. Bu zaman qol gövdəyə sıxılır. Çiyinə düzgün
yerinə yetirilmiş təkan hərəkətindən sonra bir qayda olaraq
rəqib müvazinətini və
topa nəzarətini itirir (Şəkil 80). Bu isə müdafiəçinin topu ələ keçirməsi üçün
kifayətdir. Bir mühüm şərti yadda saxlamaq lazımdır ki, çiyinlə təkan rəqibin
ağırlığının yaxın ayaq üzərində olduğu halda yerinə yetirildikdə müdafiəçi özü
müvazinətini itirə bilər. Çünki bədənin ağırlığının yaxın ayaq üzərində olduğu
halda rəqibin dayanıqlılığı daha yüksəkdir.
Çap üçün deyil
119
Şəkil 80
Çiyinlə təkanın icra texnikasının təkmilləşməsi üçün hərəkətlər:
1.
Tərəf
müqabil
lə
əvvəlcədən rolları müəyyənləşdirməklə hərəkət
cütlükdə biri şərti hücumcu, digəri müdafiəçi olmaqla yerinə yetirilir. Çiyin-çiyinə
meydançada addımla irəliləyin. Rəqib uzaq ayaq üstə dayaqda olduqda müdafiəçi
çiyni ilə onun çiyninə təkan edir.
2.
Eyni hərəkət (1) yerinə yetirilir. Lakin oyunçular meydançada aşağı
tempdə qaçışla hərəkət edirlər.
Sürüşərək topu ələ keçirmək.
Bu futbolda nisbətən çətin texniki üsul hesab olunur. Bu üsul rəqibdən topu
digər başqa yollarla almağın mümkün olmadığı və topaparan rəqibin artıq yandan
keçib getdiyi hallarda istifadə olunur. Sürüşərək topu ələ keçirmə topaparan
idmançıya nəzərən qarşıdan, yandan və arxadan icra oluna bilər.
Bu texniki üsulun
icrası aşağıdakı tərzdə yerinə yetirilə bilər. Topu oyunçunun ayaqları altından
vurub çıxartmağın mümkün olduğunu müəyyən etdikdən sonra rəqibdən aralıdakı
ayaqla geniş addım icra olunur və sürüşmə hərəkəti ilə ayaq rəqibin qarşısına
çıxarılır. Top pəncənin daxili hissəsi və ya pəncənin altı ilə itələnərək rəqibdən
uzaqlaşdırılır (Şəkil 81).
Çap üçün deyil
120
Şəkil 81
İcra texnikasının təkmilləşməsi üçün hərəkətlər:
Şagirdlər paralel sıralarda düzülürlər, müəllim sıraların qarşısında 10-
15m məsafədə durur və sıralara tərəf ötürmə edir. Sıranın önündə dayanan şagirdlər
(1-ci cütlük) biri-biri ilə yarışaraq, digərini qabaqlamağa
və topu müəllimə qay-
tarmağa çalışırlar.
Şagirdlər biri-birinə paralel olan sıralarda yerləşirlər, top sərbəst zonaya
atılır, hər iki sıranın istiqamətləndiriciləri ötürmə ilə eyni vaxtda top ardınca
qaçırlar. Daha sürətli oyunçu start xəttindən 20-25 m məsafədə çəkilmiş xətti
topaparma ilə keçir. Onunla yanaşı qaçan rəqib topu sürüşərək vurub çıxartmağa
çalışır. Start müxtəlif vəziyyətlərdən yerinə yetirilə bilər.
Oyun taktikasının təkmilləşdirilməsi
Futbol oyununda ayrı-ayrı komanda üzvlərinin yaxşı fiziki, texniki hazırlığa
malik olmaları heç də həmin komandanın qalib gələcəyinə tam zəmanət vermir.
Çünki kollektiv fəaliyyət növü olan futbolda hər bir oyunçunun malik olduğu
hazırlıq potensialı komanda yoldaşlarının hazırlığı ilə uzlaşmalı və rəqib koman-
danın oyununun imkan verdiyi anlarda reallaşdırılmalıdır.
Beləliklə,
taktika bir
komanda üzvlərinin hazırlq potensialının oyun prosesində qalib gəlməklə
reallaşmasına imkan verən birgə fəaliyyətin təşkili üsuludur. Taktika hücum və
müdafiədə fərdi, qruppalı və komandalı fəaliyyətləri özündə birləşdirir.
Müdafiədə taktiki fəaliyyət.
Futbol oyununda zona, fərdi və qarışıq müdafiə
sistemləri mövcuddur. Zona müdafiə sistemində hər bir futbolçu meydançanın
onun üçün müəyyən edilmiş zonasında müdafiə fəaliyyətini yerinə yetirir. Fərdi
müdafiə sistemində isə topun itirildiyi hallarda müdafiə olunan komandanın
hər bir
oyunçusu rəqib komandanın ayrı-ayrı oyunçularının fəaliyyətini məhdudlaşdırmaq
üçün fərdi məsuliyyət daşıyırlar.
Çap üçün deyil