121
Qarışıq müdafiə sistemində isə yuxarıda qeyd olunan
fərdi müdafiə və zona
müdafiə sistemlərindən birlikdə istifadə edilir.
Hücumda taktiki fəaliyyət.
Hücumda fərdi taktiki fəaliyyət topla və topsuz
yerinə yetirilə bilər. Topsuz taktiki fəaliyyət sərbəst zonaya çıxış, top qəbulu üçün
«açılmaq» və müəyyən zonaların komanda yoldaşı üçün azad olunması məqsədi ilə
fəaliyyət göstərməkdən ibarətdir.
Topla taktiki fəaliyyətə bütün texniki üsulla zərbələr, topaparma, aldadıcı
hərəkətlər və s. daxildir. Qruppalı taktiki fəaliyyətə 2, 3 və daha artıq oyunçuların
qarşılıqlı əlaqəsi daxildir. Onlar topun komanda yoldaşlarına
ötürülməsini həyata
keçirirlər. Ötürmələr ötürmə istiqamətindən asılı olaraq – düz, düzünə, köndələn,
dioqanal üzrə və məsafəyə görə isə qısa, orta, uzun ola bilər. Ötürmələr aşağıdan və
hava ilə yerinə yetirilir.
Komandalı taktiki fəaliyyət hücumda, yarım müdafiədə və müdafiə xəttində
futbolçuların sayını müəyyənləşdirən taktiki sistem çərçivəsində həyata keçirilir.
Komandalı fəaliyyətə yiyələnmənin əsas vasitəsi iki tərəfli oyundur.
Taktiki kombinasiyalar.
Taktiki kombinasiya – meydançada iki və ya bir neçə futbolçunun hər hansı
oyun tapşırığının yerinə yetirilməsində birgə fəaliyyətidir. Taktiki kombinasiyalar
oyunun gedişindən asılı olaraq müxtəlif ola bilər. Belə kombinasiyaların reallaş-
dırılmasının bir neçə üsulu vardır. Bunlara aşağıdakıları misal göstərmək olar:
1.
«Divar»
– iki və ya bir neçə oyunçunun topa bir
toxunma ilə ötürmə-
sindən ibarət kombinasiyadır. Bu kombinasiyanın mahiyyəti ondan ibarətdir ki,
topla irəliləyən oyunçunun hərəkət istiqamətini müdafiəçi kəsdikdə o topu yan
tərəfdə yerləşən komanda yoldaşına ötürür, hərəkət istiqamətində meydançanın
müdafiəçidən boş olan yerinə çıxır, bir toxunuşla topu həmin yerə göndərən ko-
manda yoldaşının ötürülməsini qəbul edir və irəliləməni davam etdirir. İlk baxışda
sadə görünən bu taktiki kombinasiya oyunçudan dəqiqlik və düşüncə tələb edir. Bir
toxunuşla ötürmə elə hesabla yerinə yetirilməlidir ki, topu qəbul edəcək oyunçu
vaxtında, nəzərdə tutulmuş yerdə və ən əsası isə hərəkət
sürətini azaltmadan topa
yiyələnə bilsin.
«Divar» taktiki kombinasiyanın icrası əvvəlcə passiv sonra isə fəal mü-
qavimət şəraitində təkmilləşdirilə bilər. Birinci halda passiv müdafiəçi rolunu hər
hansı əşya – dirək, bayraq və s. oynaya bilər.
Şəkil 82-də «Divar» kombinasiyanın sadə icra variantı göstərilmişdir.
Çap üçün deyil
122
Şəkil 82
Bu variant yaxşı mənimsənildikdən sonra müdafiəçinin fəal müqaviməti
şəraitində kombinasiya «işlənilir».
2.
«Üçbucaq»
– üç oyunçu arasında ötürməyə əsaslanan
taktiki kombina-
siyadır. Bu kombinasiya oyunçuların dayanmış, yerdəyişmə vəziyyətlərində, həm-
çinin aldadıcı fəaliyyəti ilə icra oluna bilər. Bu taktiki kombinasiyanın sadə variantı
83-cü şəkildə verilir.
Şəkil 83
Burada rəqib əhatəsində olan oyunçular sadə və dəqiq ötürmə ilə komanda
yoldaşlarını əlverişli mövqeyə çıxarırlar.
3.
«Çarpazlaşma»
– bu taktiki kombinasiyanın mahiyyəti ondan ibarətdir ki,
topla olan oyunçu öz komanda yoldaşına tərəf irəliləyir və onların yolu kəsişdiyi
Çap üçün deyil
123
yerdə rəqib oyunçu topu, kimin aparacağını müəyyən edə bilmir. Bu səbəbdən də
hər iki oyunçu fəaliyyət sərbəstliyi əldə edirlər. Taktiki kombinasiyalar özünü
standart vəziyyətlərin, sərbəst və cərimə zərbələrinin icrası zamanı daha aydın
şəkildə biruzə verir. Nəzərə almaq lazımdır ki, məhz belə şəraitlərdə daha
çox top
qapıdan keçirilir. Belə kombinasiyalardan ikisində oyunçuların fəaliyyəti nümunə
kimi aşağıdakı 84, 85-də şəkildə verilir .
Qapıdan təxminən 18-20 metr məsafədən cərimə zərbəsi təyin olunmuşdur.
Müdafiə olunan komanda 4 oyunçudan ibarət «divar» qurmuşdur. «Divar» cərimə
yerinə yaxın küncü «örtmüşdür». 8 -li oyunçu topa zərbə vurmaq üçün qaçır,
onunla eyni vaxtda 10 -li komanda yoldaşı 11 -li hücumçu yoldaşına tərəf qaçır,
həmçinin həmin istiqamətə 9 -li oyunçu da hərəkət edir. Beləliklə rəqib
komandada qapıya hücumun məhz bu istiqamətdən icra olunacağı təsəvvür
yaradılır. Nəticədə cərimə meydançasının sağ tərəfi müdafiəçilərdən azad olur. 8
-li oyunçu həmin yerə ötürmə edir. Əvvəlcədən özünü bu kombinasiyada iştirak
etməyəcək kimi göstərən 7 -li oyunçu həmin ötürmə yerinə çıxır və qapıya zərbə
vurur.
Şəkil 84
Digər taktiki kombinasiyada cərimə meydançasının yanında təyin olunmuş
cərimə zərbəsinin icrası zamanı oyunçuların fəaliyyətini əks etdirilir.
Müdafiə
olunan komanda 5 oyunçu ilə divar quraraq yaxın küncü «bağlamışdır». 9 -li
oyunçu öz hərəkəti ilə topu qapıya vuracağı təsəvvürünü yaradır və gözlənilmədən
topu 10 -li oyunçuya ötürərək guya ötürmə almaq üçün divarın arxasına tərəf
qaçır. Onunla eyni vaxtda 11 -li oyunçu da həmin istiqamətə yerdəyişmə edir.
№
№
№
№
№
№
№
№
№
Çap üçün deyil