137
Şəkil 92
Eninə qoyulmuş at üzərindən yanakı tullanma da yuxarıda verilmiş 90º dön-
məklə yanakı tullanma kimi icra olunur. Lakin burada qıçların yana-yuxarı hə-
rəkətini davam etdirməklə bədənin ağırlığı dayaq əli üzərinə keçirilir, gövdə üfüqi,
baş düz, sərbəst qol yanda olmaqla, dayaq əlinin təkanı ilə alət üzərindən keçirilir
və kürəyi alətə tərəf olmaqla yerəenmə icra olunur. (Şəkil 93)
Şəkil 93
Öyrətmə ardıcıllığı:
1.
Döşəmədə uzanaraq dayaqda iki ayaqla sağa (sola) hoppanaraq yanakı
uzanaraq dayaq vəziyyətinə keçmək.
2.
Gimnastika atı qarşısında elastikli körpü üstündə duraraq ayaqlarla təkan
vurub yanakı hoppanmalar.
3.
Körpüdə duraraq sağ (sol) ayağı gimnastika atın (və ya keçi) üstünə yana
qoymaq, sol (sağ) ələ və ayağa dayaqlanaraq, sol (sağ) ayağı keçirməklə yanakı
sıçrayış etmək.
4.
Müstəqil yanakı tullanmaq.
Çap üçün deyil
138
Sallanmalar və dayaqlar
(Oğlanlar)
Qüvvə ilə dayağa qalxma.
Sallanmadan çanaq-bud oynağından azacıq bükülərək bükülü qollarda
sallanma vəziyyətinə kimi dartınmaq və dartınmanın sonunda dayanmadan bir qolu
irəliyə dirsəkdə dayaq vəziyyətinə keçirmək. Sonra dayanmadan (hərəkətin ətalə-
tindən istifadə etməklə) çiyini irəliyə verməklə ikinci qolu da dayaq vəziyyətinə
gətirmək. Qolları düzəldərək dayaq vəziyyəti almaq (Şəkil 94, 95).
Şəkil 94
Şəkil 95
Çap üçün deyil
139
Öyrətmə ardıcıllığı:
1.
Turnikdə dayaqdan bükülü qollarda dayağa enmək və qolları açaraq da-
yağa qayıtmaq 2-3 dəfə .
2.
Orta hündürlüklü turnikdə bükülü qollarda duruşdan tullanaraq bükülü
qollarda dayağa keçmək, dayaq vəziyyəti almaq.
3.
Köməklə və müstəqil qüvvə ilə dayağa qalxmaq.
Bir qıçla sallanmadan qıçlar aralı dayağa qalxma
(yəhərdə dayaq)
İcra texnikası:
Sallanmadan əllər arasından sağ (sol) qıçı dizdən bükərək
turnikdən sallanma. Sərbəst qıçla yellənmə edərək dayağa qalxmaq. Yellənmə
artan sürətlə, böyük qövsvari dairə üzrə yerinə yetirilir. Yellənmənin sonunda
bükülmüş qıçla turniki sıxaraq və çiyinləri irəliyə verməklə ayaqlar aralı dayaq
vəziyyəti almaq (Şəkil 96).
Öyrətmə ardıcıllığı:
1.
Orta hündürlüklü turnikdə bir ayaqla sallanmadan (kənarda) dayağa
qalxmanı təkrar etmək.
2.
Bir qıçla sallanmadan birində dayağa qalxaraq, qıçlar aralı.
3.
Eyni hərəkət hündür turnikdə icra olunur.
Şəkil 96
Paralel qollar.
Saidlər üzərində dayaqda yellənmədən irəliyə qalxaraq ayaqlar aralı
oturuş.
İcra texnikası:
Saidlər üzərində dayaqda yellənərək şaquli vəziyyəti keç-
dikdə irəliyə fəal yellənməklə; çanaq-bud oynağından azacıq bükülməklə və ayaq-
lar paralel qolların səviyyəsinə çatdıqda kəskin açılmaqla və eyni zamanda qolların
təkanı ilə ayaqlar aralı oturuşa keçmək (Şəkil 97).
(
)
Çap üçün deyil
140
Öyrətmə ardıcıllığı:
1.
Kürəklər gimnastika skamyasına qollar bükülərək əllər arxada dayaqlı
oturuşdan uzanaraq oturuşa keçmək 2-3 dəfə .
2.
Saidlər üzərində yellənmədə pəncələrin paralel qollar səviyyəsinə çatdığı
irəli yellənmədə ayaqların hərəkətini dayandırmaq və çanaq-bud oynağından bə-
dəni açmaq.
Şəkil 97
3.
Saidlərdə uzanaraq dayaqdan ayaqlarla gimnastika keçisinə istinad edərək
uzanaraq dayaq vəziyyətinə keçmək.
4.
Saidlərdə dayaqda yellənmədən qalxaraq ayaqlar aralı oturuşa keçmək.
Şəkil 98
Dayaqda yellənmədə qolların bükülüb-açılması.
İcra texnikası: Hərəkət həm irəliyə, həm də geriyə yellənmədə icra olunur.
Geriyə yellənmədə hərəkətin icrası xeyli çətin olduğundan onun icrasına irəli
yellənmədə qolların bükülüb-açılmasını mənimsədikdən sonra başlamaq daha
məqsədə uyğundur.
Geriyə yellənmənin sonundan irəliyə yellənmənin başlanması ilə eyni vaxtda
çiyinlər irəliyə verilir və qollar bükülür. Şaquli vəziyyəti keçdikdə çanaq-bud oyna-
(
)
Çap üçün deyil
141
ğından azacıq bükülmək lazımdır. Ayaqların irəliyə-yuxarıya hərəkəti ilə qollar
açılır. Qolları bükərkən çiyinlərin vəziyyətinə xüsusi diqqət yetirmək lazımdır.
Əgər şaquli vəziyyəti keçərkən çiyinlər xeyli «arxada qalmış» olarsa, o zaman
şagird dayaqda qala bilməyəcəkdir. Buna görə də hərəkət paralel qolların orta
hissəsində yerinə yetirilir (Şəkil 99).
Şəkil 99
Öyrətmə ardıcıllığı:
1.
Dayaqda ayaqların paralel qollardan yüksək vəziyyətinə qədər yellənmə.
2.
Dayaqda qolların bükülüb-açılması 4-6 dəfə .
3.
Dayaqda yellənmə, arxa yellənmədə ayaqları aralamaq və pəncənin daxili
hissəsi ilə onları yumşaq paralel qollar üzərinə qoymaq, paralel qollar üzərində
uzanaraq dayaq vəziyyəti almaq, qolları bükmək, ayaqları birləşdirmək, irəliyə yel-
lənmədə qolları düzəltmək.
4.
İrəli yellənmədə qolları büküb-açmaq.
Müxtəlif hündürlüklü paralel qollar.
(Qızlar)
Ayaqlarla yuxarı qola dayaqlanaraq aşağı qolda beli açıq sallama, aşağı
qolda dayaqda fırlanma.
İcra texnikası:
Aşağı qol üzərində üzü yuxarı qola tərəf sallanmadan bir
ayağın yellənməsi, digərinin təkanı ilə ayaqları növbə ilə yuxarı qola dayandırıb,
açılaraq budlarla aşağı qola sıxılmaq. Açılaraq sallanma vəziyyətini saxladıqdan
sonra, ayaqların yuxarı qoldan növbəli təkanı ilə aşağı qolda dayaq vəziyyətinə
fırlanmaq (Şəkil 100).
Öyrətmə ardıcıllığı:
1.
Kürəklər gimnastika divarına tərəf bükülü sallanmadan ayaqların təkanı
ilə beli açıq sallanma və ç.v. qayıtmaq.
(
)
Çap üçün deyil
Dostları ilə paylaş: |