99
Tək blokla 4-cü, 3-cü zonalardan ötürmələrə gövdəni sağa (sola) dön-
dərməklə hücum zərbələrinin icrası.
Eyni hərəkətlər gövdəni döndərmədən düz
hücum zərbəsi ilə yerinə
yetirilir.
Müdafiə texnikasının təkmilləşdirilməsi.
Blokqoyma.
Voleybol oyununda blokqoyma əsas müdafiə fəaliyyətlərindən hesab olunur.
Bu texniki fəaliyyət rəqibin hücum zərbələrini neytrallaşdırmaq üçün ən əhəmiy-
yətli vasitə sayılır. Uğurlu blokqoyma əksər hallarda komandanın xal qazanmasına
imkan yaradır. Əgər blok bir oyunçu tərəfindən qurulursa bu fərdi, əgər iki və üç
oyunçu tərəfindən qurulursa bu qruppalı blokqoyma adlanır. Fərdi və qruppalı
blokqoymalar iki yerə bölünür: zonalı (meydançanın hər hansı bir zonasını bağla-
maq məqsədi ilə) və tutucu (hücum zərbəsindən sonra
topun təxmin olunan uçuş
istiqamətini bağlamaq üçün istifadə olunur).
Fərdi blokqoyma.
Şəkil 59
Ayaqlar çiyin enində, qıçlar diz oynağından bir qədər bükülmüş, qollar
yarımbükülü, dirsəklər aşağıda, əllər
tora paralel, baxışlar tordan rəqibin fəaliy-
yətini izləməyə istiqamətlənir. Hücum zərbəsinin təxmin olunan yerini müəyyən-
ləşdirərək, oyunçu cəld yerdəyişmə edir və dayandırıcı addımla hərəkəti dayandırır,
blokqoymanı yerinə yetirmək üçün əlverişli vəziyyət alır. Qıçların güclü təkanı,
gövdənin düzəlməsi və qolların holaylandırma hərəkəti ilə blokqoyan oyunçu
yuxarı tullanır və dirsəkdən bükülmüş qollarını sinə önündən yuxarı qaldıraraq
tullanmanın sonunda onları tam açır. Yuxarı qaldırılmış əllərdə barmaqlar biri-
Çap üçün deyil
100
birindən aralı şəkildə saxlanılır. Ovuclar tor üzərində, onların arasından hücum
zərbəsindən sonra topun keçməməsi üçün biri-birinə yaxın məsafədə saxlayır.
Blokqoyan idmançı tullanma vəziyyətində rəqib hücumçunun fəaliyyətini izləyir və
eyni zamanda topa nəzarət edir. Blokqoyma anında o, gövdəsini çanaq-bud oyna-
ğından azacıq bükür və qıçları düz saxlayır. Blokqoymadan sonra oyunçu qollarını
tora dəyməmək şərti ilə aşağıya endirir və yarımbükülü qıçlar üzərinə dayağa enir.
Blokqoymanı təkmilləşməsi üçün hərəkətlər:
Cütlükdə: Məşğul olan cütlük torun əks tərəfində yerləşirlər. Digər
oyunçu döşəmədə dayanaraq, topu torun yuxarı hissəsinə atır,
blokqoyan isə
skameyka üstündə dayanaraq ovucları ilə topu əks tərəfə itələyir.
Eyni hərəkət icra olunur, lakin blokqoyan idmançı (şagird) meydançada
çıxış vəziyyətində dayanır və tullanaraq blokqoyma icra edir.
Eyni hərəkət yerinə yetirilir, ancaq top blok qoyacaq idmançıdan
sağa və
ya sola torun yuxarısına atılır. Blok qoyan idmançı yerdəyişmədən sonra
blokqoyma yerinə yetirir.
Iki-üç nəfər idmançı torun bir tərəfində biri-birindən 1,5 m məsafədə
topla dayanırlar. Yerdə qalanları torun əks tərəfində 4-cü zonada bir sırada
düzülürlər. Birincilər topu tordan yuxarıya atırlar, ikincilər isə tor boyu sağ tərəfdə
yerdəyişmə edərək, hər bir atılmış topa blokqoyma icra edirlər.
Eyni hərəkət, ancaq yerdəyişmə ilə blokqoyma 2-ci zonadan həyata
keçirilir.
Üçlükdə: Idmançılar tor önündə,
iki nəfər bir tərəfdə, bir nəfər isə əks
tərəfdə yerləşirlər. Birinci topu tordan 1 metr hündürlüyə atır, ikinci – yerindən
tullanaraq hücum zərbəsi icra edir, üçüncü – blokqurma yerinə yetirir. Hərəkət 5-6
dəfə təkrar edildikdən sonra idmançılar (şagirdlər) yerlərini dəyişirlər.
Qruppalı blokqoymalar.
Şəkil 60
Çap üçün deyil
101
Qruppalı blokqoymanın əsas məqsədi bir neçə oyunçunun birgə fəaliyyəti
əsasında öz oyun meydançasının müəyyən
hissəsini hücum zərbəsindən
qorumaqdır. Rəqib oyunçunun hücum zərbəsi üçün topötürmənin istiqaməti və
hündürlüyü müəyyən edildikdən sonra 2 və ya 3 voleybolçu yerdəyişmə edərək,
hücum zonasına yaxınlaşırlar və blokqoyma üçün çıxış vəziyyəti alırlar. Çıxış
vəziyyətində olan oyunçular qıçları dizdən xeyli bükürlər, əllər bel səviyyəsində
yerləşir, qıçlar çiyin enində, bədənin ağırlığı hər iki ayaq üzərində bölünür. Blok
qoyacaq idmançıların diqqəti uçuşda olan topa yönəlir. Blokqoymanın təkan
fazasını blokqoyan idmançı hücum edənin fəaliyyəti ilə uzlaşdırmalıdır. Vaxtından
tez və ya gecikmiş təkan səmərəli blokqoymaya imkan vermir (Şəkil 60).
Hücum zərbələrinə vaxtında blokqoyma üçün blokqoyan idmançı hücum-
çunun dayaqsız (uçuş) vəziyyətində olduğu halda təkan verməlidir. Bu
onunla izah
olunur ki, blokqoyan idmançının hərəkət yolu hücumçuya nisbətən xeyli qısadır.
Dördüncü zonadan hücum zərbəsi zamanı müdafiə olunan komandanın blok
qoyan idmançıları belə halda ən təhlükəli hesab olunan beşinci zonanı bağlamalı
olurlar. Ikinci zonadan hücum zamanı bir qayda olaraq qruppalı blok qoymada 3-4-
cü zonanın oyunçuları iştirak edir və hücumun daha çox ehtimal olunan 1-ci zonanı
bağlayırlar. Qruppalı blokqoymada mərkəzi və kənar oyunçular iştirak edirlər. Mə-
sələn, 3-cü zonanı bağlamaq üçün qruppalı blokqoymada 3-cü zonanın oyunçusu
mərkəzi, 2-ci və 4-cü zonanın oyunçuları isə yan oyunçular hesab olunur.
Qruppalı blokqoymanın təkmilləşdirilməsi üçün hərəkətlər:
Torun bir tərəfində 2 idmançı (şagird) biri-birindən 2 metr məsafədə da-
yanırlar. Əks tərəfdə bir oyunçu topla dayanır. O, topu torun yuxarı hissəsinə atır.
Əks tərəfdə yerləşən hər iki idmançı blokqoyma yerinə qaçırlar və eyni zamanda
tullanaraq, topu geriyə qaytarırlar.
Eyni hərəkət yerinə yetirilir, lakin əks tərəfdəki oyunçu topu blokqoy-
mada iştirak edəcək idmançılardan birinə tərəf atır, digəri həmin idmançıya tərəf
qaçaraq eyni zamanda tullanır blokqoyma yerinə yetirirlər.
Dördüncü zonadan «hərəkətdən» hücum zərbəsinə ikili blokqoyma.
İkinci zonadan «hərəkətdən» hücum zərbəsinə ikili blokqoyma.
Blokqoyan oyunçular 4, 3 və 2-ci zonalarda yerləşirlər. Hücum zərbəsi 4-
cü və ya 2-ci zonadan icra olunur. Mərkəz və yan oyunçular
hücum yerinə yer-
dəyişmə edirlər və birlikdə blok qoyurlar.
Oyun taktikasının təkmilləşdirilməsi.
Hücumda fərdi texniki fəaliyyət.
Hücumda fərdi fəaliyyətin əsas məqsədi topu rəqib meydançada nisbətən
zəif müdafiə olunan zonaya və ya zəif idmançıya ötürməkdir. Hücum zərbəsi üçün
topötürmə zamanı topu 3-cü zonadan 4-cü və 2-ci zonadakı hücumçuya göndərmək
Çap üçün deyil