87
Ümumiyyətlə, topun səbətə atılmasının aşağıdakı üsullardan
istifadə etmək
mümkündür:
Sinə səviyyəsində olan topun bir əllə atılması.
Bu üsulla topun atılması zamanı atan əl topun üstündə yerləşir, digər əl isə
topu yandan, aşağıdan saxlayır. Atma qolu tərəfində yerləşən ayaq biraz irəli
qoyulur, hər iki qıç dizlərdən azacıq bükülür.
Əvvəlcə top yuxarı çiyinə qaldırılır, atma qolunun dirsəyi bir qədər irəli-
yana hərəkət edir və top baş səviyyəsinə çatdıqda yuxarı və irəliyə hərəkət edən tək
əl üzərində qalır. Qol dirsəkdən tam açılıb şaquli vəziyyət aldıqda, barmaqların
yumşaq hərəkəti ilə müşayiət olunan top əldən ayrılır. Bu an ovuclar aşağıya
istiqamətlənir. Qıçlar bütün oynaqlardan düzəldilir.
Tullanaraq topun bir və ya iki əllə atılması.
Şəkil 48
Topatmanın bu üsuluna xüsusi diqqət yetirmək lazımdır. Atmadan əvvəl
aldadıcı hərəkətlərdən istifadə etməyə çalışın.
Atma topaparmadan, dayanmadan və
ya fint komplekslərindən sonra icra edilir.
Çap üçün deyil
88
İki addımdan qısa və orta məsafədən tullanaraq topun atılması.
Şəkil 49
Basketbolda bu atma üsulu daha çox digər texniki fəndlərlə əlaqədə tək-
milləşdirilir. Məsələn, 1. keçid üçün fənd – lövhənin altına keçid – atma; 2. atma
üçün fənd – keçid tullanaraq atma; 3. sürətli keçid – hərəkətdə topu qəbul etmək –
atmaq.
Atmanın təkmilləşdirilməsi üçün hərəkətlər:
-
Oyuncu cütlükləri şitdən 5-6 metr məsafədə topla dayanırlar. Növbə ilə
hər bir idmançı hərəkətdən və ya iki addım ritmində topaparmadan topu səbətə atır,
atmadan sonra topu özü götürür və yoldaşına ötürür;
-
Eyni hərəkət icra edilir, atma
tullanmada yerinə yetirilir;
-
Atmadan sonra oyunçu topu yoldaşına qaytarır, özü isə müdafiəçi rolunu
yerinə yetirir. Topla olan oyunçu müdafiəçini keçmək üçün fint icra edir və ya
keçid yerinə yetirir, atma icra edir;
-
Sərbəst oyunçu əvvəlcə
sürətlənmə ilə lövhəyə yaxınlaşır
tərəf müqabilindən topu qəbul
edir, müdafiəçidən ayrılmaq üçün
fint icra edir və atmanı yerinə
yetirir;
-
Oyunçu
topaparma isti-
qamətinin əksinə ötürməni imi-
tasiya edir, sonra sürətlə ötürmə-
nin
-
istiqamətini dəyişir və
müdafiəçini keçərək, səbətə atma
icra edir (Şəkil 50).
Şəkil 50
Çap üçün deyil
89
-
Oyunçu düz istiqamətdə geniş addımla topaparmanı imitasiya edir, sonra
cəld əvvəlki vəziyyətə qayıdır və atmanı yerinə yetirir (Şəkil 51).
Orta və uzaq məsafələrdən topun səbətə atılması.
Belə atmalar daha çox baş səviyyəsindən bir və ya iki əllə icra olunur.
Atmanın bu üsulundan rəqibin yaxında fəal müqaviməti zamanı istifadə olunması
daha məqsədəuyğundur. Bu zaman atmadan əvvəl top mümkün qədər hündürdə
saxlanılır və bu müdafiəçiləri hücumçuya daha yaxına
gəlməyə məcbur edir və,
beləliklə də, atış və ya keçid üçün əlverişli şərait yaranır.
Atmanın təkmilləşdirilməsi üçün hərəkətlər:
-
Iki oyunçu lövhədən 5-6 metr məsafədə aralarında 3-4 addım məsafə
olmaqla dayanırlar. Onların qarşı tərəfində müdafiəçilər dururlar. Hücumçular topu
bir-birinə ötürməklə, onun səbətə atılması üçün əlverişli an seçməyə çalışırlar.
-
Lövhə qarşısında 3-5 nəfərdən ibarət sıra düzlənir, istiqamətləndirici topu
səbətə atır, qaçır, zəruri halda atmanı tamamlayır və topu götürərək sırada öndəki
oyunçuya ötürür, özü isə sıranın sonuna keçir. Hərəkət
digər oyunçular tərəfindən
təkrar edilir.
-
Cütlükdə müxtəlif nöqtələrdən atmalar. Şitdən 5-6 metr məsafədə 5 atma
sahəsi nişanlanır. Hər bir oyunçu bu nöqtələrin hər birindən baş səviyyəsindən bir
əllə topu səbətə atmağa çalışır.
-
Eyni hərəkət baş səviyyəsindən iki əllə yerinə yetirilir.
-
Eyni hərəkət iki əllə tullanaraq yerinə yetirilir.
Şəkil 51
Çap üçün deyil
90
Cərimə atmaları.
Bu atmalar daha çox baş səviyyəsindən bir və iki əllə icra olunur. Atmadan
əvvəl qolu aşağı salmaq, əzələləri boşaltmaq, nəfəs alıb-vermək, 1-3 dəfə topu
döşəməyə vurmaq, bütün diqqəti səbətin ön dairəsinə yönəltmək və atmanı icra
etmək lazımdır. Bu zaman gövdə və qollar sanki səbətə tərəf uzanır. Atma ovuc və
barmaqların hərəkəti ilə tamamlanır.
Atmanın təkmilləşdirilməsi üçün hərəkətlər:
-
Topun seriyalarla (hər birində 5-10 atma olmaqla) bir əllə baş
səviyyəsindən səbətə atılması;
-
Baş səviyyəsindən iki əllə topun səbətə atılması;
-
Uğursuz cəhdə qədər atmalar. Variantlar: a) müəyyən
sayda atmadan kim
daha çox səbətə düşür; b) kim daha tez müəyyən sayda atma ilə səbətə düşür; c) hər
bir oyunçu bir cərimə atışı yerinə yetirir, uğursuz cəhd edən idmançı oyundan çıxır;
-
Cütlükdə, üçlükdə, komandalı atışlar. Hər bir komandanın oyunçusu iki
atış yerinə yetirir, hansı komanda daha tez, məsələn, 10 ball yığdıqda qalib sayılır.
Müdafiə texnikasının təkmilləşdirilməsi.
Müdafiədə topun ələ keçirilməsinin 2 əsas üsulu mövcuddur: dartaraq topu
ələ keçirmək və topu vuraraq ələ keçirmək.
Topu dartaraq ələ keçirilməyin özü iki üsulla icra edilir: topu özünə tərəf
dartaraq ələ keçirmək və topu rəqibə tərəf irəli-aşağı itələməklə ələ keçirmək.
Birinci üsul aşağıdakı kimi icra olunur: topu iki tərəfdən
tutaraq kəskin
hərəkətlə özünə tərəf dartmaq və eyni zamanda, kürəyi rəqibə tərəf çevirmək. Topu
dartma istiqaməti digər rəqibin onun ələ keçirilməsinə imkan verməməlidir.
Topun dartaraq ələ keçirməyin ikinci üsulunda oyunçu topu hər iki tərəfdən
tutur və sanki onun üzərinə yıxılaraq, topu rəqibdən boş sahəyə, irəli-aşağı
hərəkətlə itələyir və eyni vaxtda gövdəni döndərərək kürəyini rəqib tərəfə çevirir.
Oyunçunun yerində dayandığı, topu saxladığı, topaparma zamanı və bu kimi
bütün hallarda topu vuraraq ələ keçirmək üsulundan istifadə edilir. Topun əldən
vurulması əlin qısa kəskin hərəkəti ilə və barmaqların bir yerə sıxılmış
vəziyyətində icra olunur. Zərbə topa yuxarıdan və ya aşağıdan tutmadan boş olan
sahəyə endirilir. Topaparma zamanı topun vurulması aşağıdakı tərzdə həyata
keçirilir: topu aparan rəqibin qarşısında geri çəkilərək onu azacıq
yandan irəli
buraxır və əlin yana hərəkəti ilə topu vuraraq hərəkət istiqamətindən uzaqlaşdırılır.
Topu ələ keçirmə.
Bu üsulun köməyi ilə rəqibin ötürmələrini və topapar-
masını dayandırmaq mümkündür. Topun ötürülməsi zamanı onu ələ keçirməyi
üçün topun əldən ayrıldığı anda cəld irəli çıxmaq, ötürmənin qarşısını almaq və
topu tutaraq ələ keçirmək lazımdır. Topaparma zamanı topun ələ keçirməsi
aşağıdakı tərzdə yerinə yetirilir: topu aparan rəqiblə yan-yana qaçaraq, topun
fəzada olduğu anda cəld hərəkətlə topa çıxmaq, əli rəqibdən daha tez topu qarşı-
lamağa uzatmaq və topaparmanı ələ keçirmək.
Çap üçün deyil