73
Yadro itələmə
Ümumtəhsil məktəblərində yadro itələmə atletika idmanın bir növü kimi
şagirdlərdə sürət-güc qabiliyyətinin inkişaf etdirilməsi üçün ən səmərəli vasitə
hesab olunur.
Rəsmi yarışlarda yadro, diametri çox da böyük olmayan (213.5 sm.) dəmir
haşiyə ilə hüdudlanmış dairədən itələnir. Bu hərəkətin icra texnikası onun bütün ta-
rixi ərzində inişaf etmiş, dəyişmiş və təkmilləşmişdir. Yerindən, addımdan, tullan-
madan, sıçrayışdan və nəhayət dairə daxilində dönmələrdən yadronun itələnmə tex-
nikası formalaşmışdır. Hazırda müasir idmançılar kürəyi atma istiqamətinə sıçra-
yışdan (şək.26), eyni zamanda dönmələrdən yadronun itələnməsi üsullarından isti-
fadə edirlər.
Hərəkətin icrası zamanı aşağıdakı fazalara diqqət yetirmək lazımdır:
-
alətin tutulması;
-
qaçışa (sıçrayış, dönmə) hazırlıq;
-
sıçrayış (dönmə);
-
final səyi (alətin itələnməsi);
-
hərəkətin dayandırılması, müvazinətin saxlanılması.
Şəkil 26. Yadronun sıçrayışdan itələnməsi
Alətin tutulması.
Yadro ovucun içində barmaq (daha çox) falanqalarının
əsası üzərində dayanır və yandan baş barmaqla tutulur. Barmaqlar bir yerdə tutulur
(şək 27). Əgər yadronu itələyən zaman barmaqlar arxaya əyilirsə, o zaman barmaq
əzələlərinin kifayət qədər güclənməsinə qədər yadronu ovuca daha yaxında sax-
lamaq tövsiyə olunur.
Alətin tutulması:
1.
Yadro bütün barmaqların əsası üzərində, baş barmaqla yandan tutulur.
2.
Bu şəkildə yadro boyunun yan hissəsində körpücük sümüyünün çökək-
liyinə qoyulur (şək. 28).
HAZIRLIQ
SIÇRAYIŞ
ALƏTİN
BURAXILMASI
DAYANMA
Çap üçün deyil
74
Şəkil 27. Yadronun əllə tutulması
3.
Baş barmaq körpücük sümüyünə dirənir.
4.
Dirsək yana (bədənə nisbətən təxminən 45 dərəcəlik bucaq altında)
aparılır.
Çıxış vəziyyətində aşağıdakılara diqqət yetirilməlidir:
1.
Kürəyi atma istiqamətinə olmaqla dayanın, bədənin ağırlığı sağ ayaq
üzərinə keçirin.
2.
Gövdəni azacıq irəliyə əyin, müvazinəti saxlamaq üçün sol ayağı arxaya-
yuxarıya aparın (Şəkil 28, vəz. 1).
3.
Dayaq qıçını dizdən bükün və sərbəst qıçı (arxadakı ayağı) holaylandı-
raraq arxaya aparın.
Qaçış (sıçrayışvari qaçış)
Sıçrayış fazası sol ayağın holaylandıraraq ilə arxaya-aşağıya dayağa qoyul-
ması ilə başlayır. Eyni zamanda sağ qıç diz oynağından düzəldilir.
Sıçrayış zamanı aşağıdakılara diqqət yetirmək lazımdır:
1.
Sərbəst qıç arxaya aparılmaqla eyni zamanda dayaq qıçı dizdən düzəl-
dilərək dairənin mərkəzinə tərəf çəkilir.
2.
Bu zaman sağ ayaq bütün pəncə ilə təkan verir, dayaq səthi ilə sürüş-
dürülərək dairənin mərkəzində gövdənin altına çəkilir.
3.
Pəncə və diz (sağ qıç) atma istiqamətinə döndərilir. Lakin gövdə kürəyi
atma istiqamətinə olmaqla qalır.
4.
Arxaya aparılan sol qıç tam açılaraq fəal olaraq pəncə xaricə olmaqla
sementə söykənir.
5.
Bunun da nəticəsində irəliyə hərəkət tormozlanır və (bədənin hərəkəti)
yuxarıya-irəliyə yönəlir.
Çap üçün deyil
75
Şəkil 28.
Final səyi. Yadronun itələnməsi.
Bu fazada aşağıdakılara diqqət yetirilməlidir:
1.
Yadronun itələnməsi sıçrayışdan dərhal sonra, hər iki qıçın düzəldilməsi,
gövdənin açılaraq atma istiqamətinə çevrilməsi ilə həyata keçirilir.
2.
Sağ diz və bud düzəlməzdən əvvəl atma istiqamətinə döndərilir.
3.
Gövdənin yuxarı hissəsi əvvəlcə yuxarıya qalxır, sonra isə atma istiqa-
mətinə mümkün olan maksimal sürətlə dönür (Şəkil 28, vəz. 2).
4.
Atma istiqamətinə dönmə zamanı aləti tutan əl boyundan bir az aralanır
və böyük qüvvə ilə irəliyə- yuxarıya yadronu itələyir (şəkil 29, vəz. 3).
1
2
3
Şəkil 29. Final səyi
Yadro itələmədə köməkçi hərəkətlər:
1.
Doldurulmuş topların iki əllə sinə önündən bir-birinə itələnməsi 10-12
dəfə . Getdikcə məsafə uzaqlaşdırılır.
(
)
Çap üçün deyil
76
2.
Yarımoturuşdan alətin (doldurulmuş top, yadro, kərpic və s.) iki əlin tə-
kanı ilə maneə üzərindən atılması, itələnməsi. Bu zaman qapı dirəyindən iki dayaq
arasından çəkiliş rezin bintdən və s. istifadə etmək olar.
Təkan zamanı bədəni tam düzəldin ki, sonda bir tullanış alınsın.Aləti nə
qədər yuxarıya atsanız nəticə bir o qədər yaxşı alınacaqdır.
3.
Sol ayaq irəlidə, sağ arxada olmaqla alətin itələnməsi.
4.
Oturmuş vəziyyətdən yadronun itələnməsi
. Çıxış vəziy-
yətində gövdəni arxaya əyin və dərhal yadronu (doldurulmuş topu və s.) irəliyə-
yuxarıya itələyin.
Şəkil 30. Yadro itələmədə xüsusi hərəkətlər
Alətin baş üzərindən arxaya atılması (Şəkil 31). Bu hərəkət uzun kürək
əzələlərinin qüvvə və sürət-güc qabiliyyətinin inkişafı üçün xüsusi əhəmiyyət
daşıyır. Kürəyin uzun əzələləri gövdəni yuxarı hissəsinin düzəldilməsində, eyni
zamanda təkan hərəkətinin sürətli icrasında fəal iştirak edir.
Texniki cəhətdən alətin baş üzərindən arxaya atılması çox sadədir. Holay-
landırma hərəkəti mümkün qədər geniş amplituda ilə icra olunacaq alət qıçlar ara-
sından arxaya aparılır. Təkan alətin qövsvari traektoriya ilə uçuşunu təmin et-
məlidir. Hərəkətdə kürək, qol, bel, qıç əzələləri iştirak edirlər.
10-12 dəfə
(
)
Çap üçün deyil
Dostları ilə paylaş: |