Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə27/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   23   24   25   26   27   28   29   30   ...   55

80  
 
 
 
Topun qəbulu və ötürülməsi texnikasının təkmilləşdirilməsi. 
 
Topun bir əllə aşağıdan ötürülməsi. 
Topun bu üsulla ötürülməsi yaxın və orta məsafələrə müdafiəçinin yüksək 
ötürmələri qəbul etmək üçün hazır olduğu vəziyyətlərdə istifadə edilir. Topun 
ötürülməsi üçün o, iki əllə tutulur, qıçlar azacıq bükülür, bir ayaq irəliyə qoyulur, 
gövdə hərəkət istiqamətinə tərəf meyillənir. Əgər müdafiəçi sol tərəfdə yerləşirsə, 
oyunçu topu sağ  əllə ötürür, sol ayaq bu zaman irəlidə yerləşmiş olur və topu 
müdafiəçidən qoruyur. Oyunçu topu sağ buduna axınlaşdırır, sol əli ilə topu öndən 
tutur, sağ  əllə isə top arxadan saxlanılır. Gövdənin ağırlığını sol ayaq üzərinə 
keçirilməklə eyni vaxtda topu irəliyə istiqamətləndirilir və bu zaman sağ  əl topu 
müşayiət edir (Şəkil 33). 
 
 
Şəkil 33 
 
Topun bir əllə yandan ötürülməsi. 
Ötürmənin bu üsulu o zaman istifadə 
olunur ki, oyunçunun qarşısında rəqib 
müdafiəçi dayanmış olur və onun arxasın-
da isə oyunçunun komanda yoldaşı daya-
nır. Bu ötürmənin icrası üçün oyunçu topu 
ovucunda tutaraq, qolunu yana aparmaqla 
ovucunu ötürmə istiqamətinə çevirir. Cəld 
yana-irəliyə addım ataraq, topu rəqibin 
yanından öz yoldaşına ötürür (Şəkil 34). 
Bu ötürmənin dəqiq alınması üçün atma 
anında ovuc sürətlə dönür və meydançaya 
perpendikulyar vəziyyət alır. Bunun müqa-
bilində isə top fırlanmağa başlayır və dəqiq 
trayektoriya ilə uçuş edir.                                                        
Şəkil 34 
Çap üçün deyil


 
81 
 
Topun iki əllə sinədən ötürülməsi. 
Ötürmənin bu üsulu digərlərinə nis-
bətən daha tez-tez istifadə edilir. Bu zaman 
top sinənin yuxarı hissəsindən sadəcə 
olaraq, qol və gövdənin zərbə  hərəkəti ilə 
irəliyə itələnir. Bu ötürmədə top sinə 
səviyyəsində yerləşir, ovuclar topun mərkə-
zindən bir qədər arxada olmaqla, barmaqlar 
onu əhatə edir. Ötürmənin yumşaq alınması 
üçün  əlin aşağıya, arxaya və  çıxış  vəziy-
yətinə olmaqla ilgəgvari hərəkəti ilə top 
tərəf müqabilinə istiqamətlənir (Şəkil 35). 
 
 
 
 
 
                       
                                                                            Şəkil 35 
 
Topun iki əllə aşağıdan ötürülməsi. 
Bu ötürmə üsulu daha çox 
dayandıqdan və ya döndükdən 
sonra topu qısa və orta məsafələrə 
ötürmək üçün istifadə edilir. Bu 
ötürmə üsulu həm sağ, həm də sol 
tərəfə icra oluna bilər. Bu zaman 
top  əvvəlcə arxaya, buda yaxın-
laşdırılır, sonra hər iki əlin hərə-
kəti ilə irəliyə göndərilir (Şəkil 
36). Hər iki əl eyni hərəkəti ye-
rinə yetirir, və topdan eyni vaxtda 
aralanır. Ötürülmə zamanı ayaq-
lar eyni vaxtda hərəkət edir, top 
buda yaxınlaşdırılır,  əgər ötürmə 
sağ buddan icra olunursa, o za-
man dizdən bükülmüş sol qıçla irəliyə addım atılır, və ya əksinə. Topun holay-
landırılması zamanı sağ  əl sola nisbətən dirsəkdən bükülərək daha çox arxaya 
aparılır. Bu vəziyyətdən hər iki əl topu yüngülcə  fırlatmaqla irəliyə istiqamətlən-
dirir. 
 
Topun iki əllə yuxarıdan ötürülməsi. 
Bu  ən geniş ötürmə üsulu hesab olunur, çünki bu üsuldan istifadə zamanı 
rəqib komandanın oyunçusunu əks fəaliyyət imkanları məhdudlaşır. Eyni zamanda, 
oyunçu çox da böyük olmayan qüvvə sərfi ilə topun dəqiq və sürətli ötürülməsini 
təmin edir. Ötürmədən  əvvəl top hər iki əllə tutularaq, baş üzərinə qaldırılır, 
ovuclar bir qədər arxaya aparılmış olur və topu yanlardan tutur, qıçlar, demək olar 
ki, düz vəziyyətdədir, bir ayaq azacıq irəlidə yerləşir. Top əlin və ovucların kəskin 
Şəkil 36
Çap üçün deyil


82  
 
 
 
hərəkəti ilə irəliyə istiqamətləndirilir 
(Şəkil 37). Əllərin hərəkəti təxminən 
baş səviyyəsində yekunlaşır. Bu ötürmə 
zəruri hallarda tullanma ilə də icra edilə 
bilər. Bu zaman ötürmənin  əvvəlində 
top qarın səviyyəsində yerləşir, qıçlar 
azacıq bükülüdür və yuxarıya tullanma 
zamanı top yuxarıya aparılır və ötürmə 
tullanmanın  ən yüksək nöqtəsində icra 
olunur. 
 
Topu döşəməyə vurmaqla  
ötürmə. 
Ötürmənin bu üsulundan adətən 
rəqib komandanın müdafiəçilərinin digər ötürmə istiqamətlərini kəsdikləri halda 
istifadə olunur. Bu zaman, sadəcə, olaraq topu döşəməyə vurmaqla öz komanda 
yoldaşına istiqamətləndirmək lazımdır. Çıxış  vəziyyətində çalışıb topu döşəməyə 
mümkün qədər yaxın tutmaq lazımdır, çünki top yuxarıda yerləşdikdə onun uçuş 
məsafəsi artır və bu da rəqib müdafiəçinin onu ələ keçirməsinə imkan yaradır. Bu 
ötürmə üsulu düz ötürmələrlə müqayisədə barmaqlarla topa daha çox nəzarət 
olunmasını tələb edir. 
 
Ötürmələrin təkmilləşdirilməsi üçün hərəkətlər: 

 
Hər birində 3-4 şagird olan və aralarında 5-6 m məsafə olan qarşılıqlı 
cərgələrdə düzülüş. Top bir əllə aşağıdan tərəf müqabilinə ötürülür. 

 
Eyni hərəkət bir addım atmaqla tərəf müqabilinin sinəsi səviyyəsində 
ötürülür. 

 
Eyni hərəkət tərəf müqabilinin bir addım irəliyə çıxdığı halda icra edilir. 

 
Sol tərəfi divara olmaqla, sağ əllə topu divara vurmaq, qayıdan topu tutub 
arxadan fırlatmaqla sol ələ ötürmək və hərəkəti əks tərəfə icra etmək (Şəkil 38). 
 
 
Şəkil 38 
Şəkil 37
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə