Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə25/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   21   22   23   24   25   26   27   28   ...   55

 
73 
 
Yadro itələmə 
 
Ümumtəhsil məktəblərində yadro itələmə atletika idmanın bir növü kimi 
şagirdlərdə sürət-güc qabiliyyətinin inkişaf etdirilməsi üçün ən səmərəli vasitə 
hesab olunur. 
Rəsmi yarışlarda yadro, diametri çox da böyük olmayan (213.5 sm.) dəmir 
haşiyə ilə hüdudlanmış dairədən itələnir. Bu hərəkətin icra texnikası onun bütün ta-
rixi ərzində inişaf etmiş, dəyişmiş və təkmilləşmişdir. Yerindən, addımdan, tullan-
madan, sıçrayışdan və nəhayət dairə daxilində dönmələrdən yadronun itələnmə tex-
nikası formalaşmışdır. Hazırda müasir idmançılar kürəyi atma istiqamətinə  sıçra-
yışdan (şək.26), eyni zamanda dönmələrdən yadronun itələnməsi üsullarından isti-
fadə edirlər. 
 
Hərəkətin icrası zamanı aşağıdakı fazalara diqqət yetirmək lazımdır: 
-
 
alətin tutulması; 
-
 
qaçışa (sıçrayış, dönmə) hazırlıq; 
-
 
sıçrayış (dönmə); 
-
 
final səyi (alətin itələnməsi); 
-
 
hərəkətin dayandırılması, müvazinətin saxlanılması. 
 
 
Şəkil 26. Yadronun sıçrayışdan itələnməsi 
 
Alətin tutulması. 
Yadro ovucun içində barmaq (daha çox) falanqalarının 
əsası üzərində dayanır və yandan baş barmaqla tutulur. Barmaqlar bir yerdə tutulur 
(şək 27). Əgər yadronu itələyən zaman barmaqlar arxaya əyilirsə, o zaman barmaq 
əzələlərinin kifayət qədər güclənməsinə  qədər yadronu ovuca daha yaxında sax-
lamaq tövsiyə olunur. 
 
Alətin tutulması: 
1.
 
Yadro bütün barmaqların əsası üzərində, baş barmaqla yandan tutulur. 
2.
 
Bu  şəkildə yadro boyunun yan hissəsində körpücük sümüyünün çökək-
liyinə qoyulur (şək. 28). 
HAZIRLIQ
SIÇRAYIŞ
ALƏTİN
BURAXILMASI
DAYANMA
Çap üçün deyil


74  
 
 
 
           
 
 
Şəkil 27. Yadronun əllə tutulması 
 
3.
 
Baş barmaq körpücük sümüyünə dirənir. 
4.
 
Dirsək yana (bədənə nisbətən təxminən 45 dərəcəlik bucaq altında) 
aparılır. 
 
Çıxış vəziyyətində aşağıdakılara diqqət yetirilməlidir: 
1.
 
Kürəyi atma istiqamətinə olmaqla dayanın, bədənin ağırlığı sağ ayaq 
üzərinə keçirin. 
2.
 
Gövdəni azacıq irəliyə əyin, müvazinəti saxlamaq üçün sol ayağı arxaya-
yuxarıya aparın (Şəkil 28, vəz. 1). 
3.
 
Dayaq qıçını dizdən bükün və  sərbəst qıçı (arxadakı ayağı) holaylandı-
raraq arxaya aparın. 
 
Qaçış (sıçrayışvari qaçış) 
Sıçrayış fazası sol ayağın holaylandıraraq ilə arxaya-aşağıya dayağa qoyul-
ması ilə başlayır. Eyni zamanda sağ qıç diz oynağından düzəldilir. 
 
Sıçrayış zamanı aşağıdakılara diqqət yetirmək lazımdır: 
1.
 
Sərbəst qıç arxaya aparılmaqla eyni zamanda dayaq qıçı dizdən düzəl-
dilərək dairənin mərkəzinə tərəf çəkilir. 
2.
 
Bu zaman sağ ayaq bütün pəncə ilə  təkan verir, dayaq səthi ilə sürüş-
dürülərək dairənin mərkəzində gövdənin altına çəkilir. 
3.
 
Pəncə və diz (sağ qıç) atma istiqamətinə döndərilir. Lakin gövdə kürəyi 
atma istiqamətinə olmaqla qalır. 
4.
 
Arxaya aparılan sol qıç tam açılaraq fəal olaraq pəncə xaricə olmaqla 
sementə söykənir. 
5.
 
Bunun da nəticəsində irəliyə  hərəkət tormozlanır və (bədənin hərəkəti) 
yuxarıya-irəliyə yönəlir. 
Çap üçün deyil


 
75 
 
 
Şəkil 28. 
 
Final səyi. Yadronun itələnməsi. 
Bu fazada aşağıdakılara diqqət yetirilməlidir: 
1.
 
Yadronun itələnməsi sıçrayışdan dərhal sonra, hər iki qıçın düzəldilməsi, 
gövdənin açılaraq atma istiqamətinə çevrilməsi ilə həyata keçirilir. 
2.
 
Sağ diz və bud düzəlməzdən əvvəl atma istiqamətinə döndərilir. 
3.
 
Gövdənin yuxarı hissəsi  əvvəlcə yuxarıya qalxır, sonra isə atma istiqa-
mətinə mümkün olan maksimal sürətlə dönür (Şəkil 28, vəz. 2). 
4.
 
Atma istiqamətinə dönmə zamanı aləti tutan əl boyundan bir az aralanır 
və böyük qüvvə ilə irəliyə- yuxarıya yadronu itələyir (şəkil 29, vəz. 3). 
 
 
1  
 
2  
 
      3 
 
Şəkil 29. Final səyi 
 
 
Yadro itələmədə köməkçi hərəkətlər:
 
1.
 
Doldurulmuş topların iki əllə sinə önündən bir-birinə itələnməsi   10-12 
dəfə .  Getdikcə məsafə uzaqlaşdırılır. 
(
)
Çap üçün deyil


76  
 
 
 
2.
 
Yarımoturuşdan alətin (doldurulmuş top, yadro, kərpic və s.) iki əlin tə-
kanı ilə maneə üzərindən atılması, itələnməsi. Bu zaman qapı dirəyindən iki dayaq 
arasından çəkiliş rezin bintdən və s. istifadə etmək olar. 
Təkan zamanı  bədəni tam düzəldin ki, sonda bir tullanış alınsın.Aləti nə 
qədər yuxarıya atsanız nəticə bir o qədər yaxşı alınacaqdır. 
3.
 
Sol ayaq irəlidə, sağ arxada olmaqla alətin itələnməsi. 
4.
 
Oturmuş  vəziyyətdən yadronun itələnməsi   
 
. Çıxış  vəziy-
yətində gövdəni arxaya əyin və  dərhal yadronu (doldurulmuş topu və s.) irəliyə-
yuxarıya itələyin. 
 
 
 
Şəkil 30. Yadro itələmədə xüsusi hərəkətlər 
 
 
Alətin baş üzərindən arxaya atılması  (Şəkil 31). Bu hərəkət uzun kürək 
əzələlərinin qüvvə  və sürət-güc qabiliyyətinin inkişafı üçün xüsusi əhəmiyyət 
daşıyır. Kürəyin uzun əzələləri gövdəni yuxarı hissəsinin düzəldilməsində, eyni 
zamanda təkan hərəkətinin sürətli icrasında fəal iştirak edir. 
Texniki cəhətdən alətin baş üzərindən arxaya atılması çox sadədir. Holay-
landırma hərəkəti mümkün qədər geniş amplituda ilə icra olunacaq alət qıçlar ara-
sından arxaya aparılır. Təkan alətin qövsvari traektoriya ilə uçuşunu təmin et-
məlidir. Hərəkətdə kürək, qol, bel, qıç əzələləri iştirak edirlər. 
  10-12  dəfə
(
)
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə