Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə23/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   19   20   21   22   23   24   25   26   ...   55

66  
 
 
 
18, Vəz. 3, 4, 5). Gövdə şaquli və yüksək vəziyyətini saxlayır. Təkan ayağı dizdən 
düzələrək tam pəncə üzərinə, hündürlük plankasına paralel olmaqla dayağa qoyulur 
(Şəkil 18, Vəz. 5). Əzələlər gərginləşdirilir, hər iki qol dirsəkdən azacıq bükülərək 
arxaya aparılır, çiyin və gövdə bir qədər arxaya və qaçış qövsünün mərkəzinə tərəf 
meyllənir (Şəkil 18, Vəz. 5). Bu vəziyyətdən qolların yuxarıya kəskin hərəkəti
dayaq qıçının sürətlə tam düzəldilməsi ilə təkan icra olunur. 
Təkandan sonra sərbəst qıç təkan ayağına yaxınlaşdırılır, hər iki qıç dizdən 
bir qədər bükülür və idmançı  (şagird) kürəyi hündürlük plankasına tərəf çevrilir 
(Şəkil 18, Vəz. 8). Çiyinlər qollarla birlikdə hündürlük plankasının arxasına 
istiqamətləndirilir (Şəkil 18, Vəz. 6, 7, 8). İdmançı  (şagird) bel hissədən gövdəni 
əyməklə planka üzərində «yarımkörpü» vəziyyəti alır, çənə sinəyə sıxılır (Şəkil 18, 
Vəz. 9). Çanaq hündürlük plankası üzərində yerləşdikdə çiyinlər aşağı endirilir, 
qıçlar isə çanaq-bud oynağından azacıq bükülərək və diz oynağından tam açılaraq 
yuxarıya qaldırılır (Şəkil 18, Vəz. 10, 11, 12). Qaçaraq hündürlüyə tullanma 
hərəkəti yumşaq səth üzərinə yerə enməklə tamamlanır (Şəkil 18, Vəz. 13). 
 
 
Şəkil 18. Qaçaraq «Fosbyuri-flop» üsulu ilə hündürlüyə tullanmanın icra üsulu 
 
«Fosbyuri-flop» üsulu ilə tullanmanın təkmilləşdirilməsi. 
Aşağı siniflərdə (6, 7, 8-ci siniflərdə) Siz qaçaraq hündürlüyə tullanmanın 
«addımlama», «aşma» üsullarına yiyələnmişsiniz. Bu üsulların  əsas fazaları, 
onların rolu haqqında məlumata maliksiniz. Siz bu məlumatlara və icra 
bacarıqlarına əsaslanaraq «fosbyuri-flop» üsulu ilə hündürlüyə tullanmanın hərəkət 
texnikasını  təkmilləşdirə bilərsiniz. Bunun üçün ilk növbədə  hər biriniz bu 
hərəkətin icrası üçün zəruri  şəraiti, yəni, hərəkət trayektoriyasını qurmağı 
bacarmalısınız.  Bu  da  hərəkətin qövsvari qaçış hissəsinə aiddir. Bu hissənin 
qurulması nümunəsi şəkil 19-da verilmişdir. 
Çap üçün deyil


 
67 
 
 
 
Şəkil 19. «Fosbyuri-flop» üsulu ilə hündürlüyə tullanma zamanı  
qaçışın qövsvari xəttinin sxemi. 
 
 
«Fosbyuri-flop»la hündürlüyə tullanmanın fazaları. 
 
Qaçış və təkan. 
Sərbəst qıçla başlanır və qövsvari xətt üzrə sürətli tempdə icra olunur. 
Qövsvari hissə sonuncu 3 qaçış addımında daha çox əyridir. 
Təkan: 
1. Hündürlük plankasından uzaq ayaqla icra olunur. 
2. Təkan qıçı sürətlə, maksimal dərəcədə şaquli-yuxarıya olmaqla düzəldilir. 
3. Sərbəst (holaylandırma) qıç dizdən bükülərək daxildə (hündürlük plankası 
i ə  təkan  ayağı arasında) kəskin holaylandırma hərəkəti icra edir. Sərbəst qıçın 
hərəkəti və qaçış istiqaməti arasında təxmini olaraq 15-20%-lik bucaq yaranır ki, 
bu da idmançıya kürəyini hündürlük plankasına tərəf döndərməyə imkan verir 
(Şəkil 19). 
4. Baxışlar hündürlük plankasına istiqamətlənir. Bu səbəbdən də baş sərbəst 
qıç tərəfdə çiyin üzərindən enmə sahəsinə tərəf döndərilir. 
 
Hündürlük plankasının keçilməsi 
1.
 
Təkandan sonra boşaldılmış  sərbəst qıç təkan qıçına yaxınlaşdırılır. 
Bədən düzəldilir və bunun da hesabına kürək tez hündürlük plankasına  tərəf  çe -
v
rilir və sürətlə yuxarıya qalxır (Şəkil 20, Vəz. 1, 2). 
l
Çap üçün deyil


68  
 
 
 
 
Şəkil 20. «Fosbyuri-flop»la tullanmada qaçış və təkan fazaları 
 
2.
 
Çiyinlər hündürlük plankası üzərindən keçdikdə  aşağıya endirilir və 
idmançı  (şagird) hündürlük plankası üzərində «körpü» vəziyyəti alır (Şəkil 21, 
Vəz. 1). 
3.
 
Çanaq hündürlük plankasını keçdikdə çanaq-bud oynağı bükülür, qıçlar 
düzəldilir. Bədən «L» hərfinə bənzər vəziyyət alır (Şəkil 21, Vəz. 3). 
 
 
Şəkil 21. Hündürlük plankasının keçirilməsi 
 
Yerəenmə 
1.
 
Əvvəlcə yerəenmə sahəsinə yanlara açılmış qollar toxunur. Sonra id-
mançı (şagird) «L» vəziyyətini saxlamaqla kürəyi üstə yerə enir. Bu zaman gövdə 
əzələlərinin müəyyən gərginliyi saxlanılır. 
2.
 
Belə yerəenmə ancaq xüsusi avadanlığı olan sektorlarda mümkündür. 
Qumdan olan enmə sahəsinə heç vaxt «Fosbyuri-flop» üsulu ilə tullanmaq olmaz. 
Çap üçün deyil


 
69 
 
Hündürlüyə tullanmalara hazırlıq. 
Siz həyətdə, parkda oynayarakən yuxarıya və ümumiyyətlə tullanma 
hərəkətlərini dəfələrlə bir əyləncə  kimi  icra  etmişsinis. Hazırda isə düzgün təkan 
texnikasını bilərək Siz daha yaxşı nəticələr göstərə bilərsiniz. Nəzərə almalısınız ki, 
qaçaraq hündürlüyə tullanmada nəticəni yaxşılaşdırmaq üçün aşağıdakıları yadda 
saxlamalısınız: 
1.
 
Qaçış hissə çox sürətli olmamalıdır. Bu zaman 4-7 qaçış addımından 
istifadə edin. «Fosbyuri-flop» üsulu ilə tullanmağa hazırlaşmaq məqsədi ilə qaçış 
hissəni qövsvari xətt üzrə yerinə yetirin. 
2.
 
Sürətli və  cəld təkan üçün təkandan  əvvəl qaçışda ayağınızı çox da 
hündürə qaldırmayın. 
3.
 
Təkan ayağını təkan yerinə cəld, sürətlə və bədənin, düzəlmiş vəziyyətdə 
qoyun ki, o bədəni yuxarıya-irəliyə istiqamətləndirmək üçün qol, dayaq kimi 
istifadə oluna bilsin. 
4.
 
Eyni zamanda çanağı irəliyə-yuxarıya istiqamətləndirin. Bütün bunlar 
Sizə effektli təkan üçün şərait yaradacaqdır. 
 
Təkanın icrasını yaxşılaşdırmaq üçün hərəkətlər: 
a, b – xüsusi, hazırlayıcı dartma hərəkətləri 
1.
 
İki dirək arasından rezin binti elə çəkin ki, onun aşağı hissəsinə tullanaraq 
başla toxuna biləsiniz. Qaçış zolaqları  çəkin və çalışın ki, qaçışdan tullanaraq 
bintin ən hündür yerinə başla toxunasınız   10-12  dəfə .  
 
 
 
Şəkil 22. Təkanın icrası üçün hərəkətlər 
 
(
)
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə