Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə24/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   20   21   22   23   24   25   26   27   ...   55

70  
 
 
 
2.
 
Qaçışdan tullanaraq ağac budaqlarına toxunmaq. Bunun üçün əvvəlcə 
aşağıda, sonra daha yuxarıda yerləşən budaqları seçin   10-12  dəfə . 
3.
 
Qaçaraq tullanmada başla hər hansı hündürlükdəki topa toxunmaq   10-
12 dəfə . 
4.
 
Qaçaraq ağacın gövdəsinə tullanmaq. Bunun üçün azacıq mailliyi olan 
ağac seçmək olar. Çox da uzaq olmayan qaçışdan ağacın gövdəsinə tullanın sərbəst 
ayaqla mümkün qədər daha hündürə toxunmağa çalışın   6-8 dəfə 
 
Maneələr üzərindən tullanmalar. 
 
Belə tullanmalar idmançılarda (şagirdlərdə) tullanma çevikliyinin inkişafına 
şərait yaradır. 
1.
 
Təkan zonasından enmə zonasına tullanma. Hər iki zona maneədən 80-
90sm. məsafədə yerləşir   10-12  dəfə . 
 
Şəkil 23. Sürətli tullanma üçün hərəkətlər 
 
2.
 
«Pəncərəyə tullanmaq» 
İki gimnastika ipini bir-birinə paralel olaraq çəkin. Birinci üzərindən tulla-
naraq iki ip arasındakı boş yerə «pəncərəyə» enin, iplərə toxunmadan təkanla ikinci 
ip üzərindən tullanın və hərəkəti əks istiqamətə yerinə yetirin. Getdikcə pəncərənin 
enini azaldın. 
3.
 
Bir neçə maneə üzərindən tullanma. 
Bir-birinin ardınca bir neçə,  ən azı üç maneə qurun. Hündürlük və maneə-
lərin arası elə seçilir ki, siz yalnız güclü təkanla onu dəf edə bilərsiniz   10-12  dəfə  
4.
 
Əvvəlki hərəkət olduğu kimi, lakin maneələrin hündürlüyü getdikcə artır 
 10-12 dəfə 
 
(
)
(
) .
(
)
(
).
(
).
(
)
Çap üçün deyil


 
71 
 
Körpüdən istifadə etməklə tullanmalar. 
 
1.
 
Yayvari körpüdən (tranplindən) hündürlüyə tullanma  10-12 dəfə . 
 
 
 
Şəkil 24. Körpüdən istifadə etməklə tullanmalar. 
 
2.
 
Nişanlanmış sahəyə enməklə tranplindən tullanma. 
Nişanlanmış sahə kimi döşəmədə adi dairə  çəkin və ya gimnastika həlqəsi 
qoyun   
 
 
3.
 
Qruplarda qaçaraq dairələrə tullanmaq. 
Hər kəs «öz» dairəsinə düşməyə çalışır 
 
Tullanmalar üzrə bir neçə yarış. 
 
1.
 
Ağac, plasmas və ya bir neçə kardon kağız üzərində  xətkeşlə ölçü 
düzəldin və onu lövhənin kənarına bərkidin. Lövhə elə hündürlükdə asılır ki, 
qaçışdan tullanaraq bir əllə onun aşağı hissəsinə toxunmaq mümkün olsun. Əlinizi 
təbaşirlə ağardın və qaçaraq lövhəyə vurun. Yerdə dayanaraq yuxarıya qaldırılmış 
əlinin lövhədəki izdən, tullanaraq vurduğu iz arasında daha çox fərqi olan şagird 
yarışın qalibi olacaqdır. Bu yarışı komanda formasında keçirə bilərsiniz. Belə halda 
bir komandaya aid olan şagirdlərin nəticələri toplancaqdır. 
2.
 
Hündürlüyə tullanma üzrə komandalı yarış. 
Siz bir neçə komandaya bölünürsünüz. Hər bir iştirakçının müxtəlif hündür-
lüyə uğurlu cəhdi 1 balla qiymətləndirilir. Sonda ballar toplanılır. Qalib komanda 
müəyyən olunur. 
3.
 
Hər biriniz dayanmış vəziyyətdən iki ayağın təkanı ilə tullanaraq yuxarda 
çəkilmiş rezin bəndə başınızla toxunun. Toxunmadan sonra rezin binti yuxarı qal-
dırın. Beləliklə, hər biriniz yerindən maksimum tullanma hündürlüyünü müəyyən 
(
)
 10-12 dəfə . 
(
)
 10-12 dəfə . 
(
)
Çap üçün deyil


72  
 
 
 
edin. Sonra isə  hər bir şagirdin boyu ölçülür. Boy göstəricisi ilə tullanma 
hündürlüyü arasında daha çox fərqi olan qalib hesab olunur. 
 
Hündürlüyə tullanmanın təkmilləşdirilməsi üçün aşağıdakı hərəkətlərdən 
istifadə tövsiyə olunur: 
-
 
yerində qıçın holaylandırma hərəkəti
-
 
yerində sərbəst qıçın holaylandırılması ilə sıçrayış; 
-
 
sərbəst qıçın və qolların holaylandırılması ilə sıçrayış; 
-
 
bir addımdan yuxarı tullanmaq; 
-
 
3,5,7 qaçış addımından tullanmalar; 
-
 
kürək üzərində uzanaraq tazı yuxarıya qaldırmaq; 
-
 
radiusu 8-10m. olan dairə üzrə qaçış; 
-
 
dairə üzrə qaçaraq hər 3-5 addımda yuxarı tullanmaq; 
-
 
dairə üzrə qaçaraq tədricən dairənin radiusunu kiçiltmək; 
-
 
düz xətdən qaçaraq qövsvari dairə üzrə qaçış; 
-
 
düz xətdən qaçaraq qövsvari dairə üzrə qaçış və yuxarı tullanmaq (yamsı-
lama). 
 
Qaçaraq hündürlüyə tullanmanın uğurlu icrası üçün zəruri olan qabi-
liyyətlərin inkişaf etdirilməsi. 
Qaçaraq hündürlüyə tullanma və o cümlədən bütün tullanmalarda əsas hərəki 
qabiliyyət sürət-güc və sürət-güc dözümlülüyüdür. Qeyd olunan qabiliyyətlərin 
inkişafı üçün aşağıdakı hərəkətlərdən istifadə oluna bilər: 
-
 
cüt ayaq üzərində yerindən uzunluğa tullanma; 
-
 
cüt ayağın təkanı ilə 6-8 m. məsafəni qət etmək. Tullanmaların sayına 
nəzarət etmək (kim məsafəni daha az tullanma ilə qət edə bilər?); 
-
 
cüt ayağın təkanı ilə bir və bir neçə maneə üzərindən tullanmaqla keçmək 
(maneələrin hündürlüyü və aralarındakı  məsafə  şagirdlərin hazırlıq səviyyəsindən 
asılı olaraq müəyyən olunur); 
-
 
tək (sağ və sol) ayağın təkanı ilə 8-10 m. məsafəni qət etmək; 
-
 
eyni hərəkəti cütlükdə və ya qrupla icra edərək yarışmaq (kim məsafəni 
daha tez başa vurur?); 
-
 
eyni hərəkəti cütlükdə və qrupda icra edərək yarışmaq (kim məsafəni da-
ha az saylı tullanma ilə başa vurur); 
-
 
müəyyən hündürlükdən məsələn, 40-50 sm-lik tumba üzərindən sıçra-
yaraq döşəməyə enib dərhal uzunluğa tullanma; 
-
 
müəyyən hündürlükdən döşəməyə  sıçrayıb hər hansı maneə üzərindən 
uzunluğa tullanma. 
 
 
 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə