Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə26/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   22   23   24   25   26   27   28   29   ...   55

 
77 
 
  
Şəkil 31. Alətin baş üzərindən arxaya atılması 
 
Bu hərəkət bir neçə variantda icra oluna bilər. 
1.
 
Nişanlanmış zonaya baş üzərindən alətin atılması   
6-8dəfə . Atma xət-
tindən aləti daha uzaqda yerləşən zonaya atmağa çalışın. 
2.
 
Maneə üzərindən alətin zonaya atılması   
6-8  
dəfə . Burada əsas məqsəd 
aləti hər hansı maneə, məsələn, futbol qapısı, üfüqi çəkilmiş rezin bint və s. üzərin-
dən mümkün qədər uzağa atmaqdır. Hər bir uğurlu cəhddən sonra yeni nişanlanmış 
zonaya keçərək maneədən uzaqlaşın. 
 
Şəkil 32. Alətin baş və maneələr üzərindən arxaya atılması. 
 
 
 
(
)
 
(
)
Çap üçün deyil


78  
 
 
 
Atmalar 
 
Alətin iki əllə irəliyə atılması və ya itələnməsi. 
Bu məqsədlə istifadə olunan alətlər kifayət qədər ağır olmalıdır. Əgər Sizdə 
yadro aləti yoxdursa, o zaman Siz doldurulmuş topları, qumla doldurulmuş kisəni, 
kegel kürələrini və s. bu kimi vəsaitlərdən istifadə edə bilərsiniz. 
1.
 
Doldurulmuş topu biri-birinə atılması (8-12 dəfə). 
Bu zaman əvvəlcə iki şagird arasında məsafə mümkün qədər sərbəst seçilir 
və tədricən bu məsafə artırılır. Nəzarət üçün şəkildə göstərildiyi kimi ara məsafəsi 
xəttlərlə nişanlana bilər. 
2.
 
Yarım oturuşdan alətin hündür maneə (qapı, ağacın yana əyilmiş budağı 
və s.) üzərindən uzağa itələnməsi, atılması. Təkan zamanı gövdə tam açılmaqla 
yüngül tullanma alınmalıdır. 
3.
 
Bir ayağın irəlidə digərinin arxada olduğu vəziyyətdən alətin irəliyə itə-
lənməsi (8-12 dəfə). 
Çıxış vəziyyətində arxa qıç dizdən azacıq bükülür və gövdənin ağırlığı onun 
üzərinə keçirilir. Hərəkət belə çıxış vəziyyətindən icra olunur. 
4.
 
Oturmuş vəziyyətdən alətin irəliyə atılması və ya itələnməsi (8-12 dəfə). 
Çıxış  vəziyyətində gövdəni bir xeyli arxaya aparın və sonra hərəkəti irəli-
yuxarı istiqamətinə icra edin. 
 
Alətin baş üzərindən arxaya atılması. 
Bu hərəkət təkcə yuxarı  ətrafların deyil, eyni zamanda gövdənin kürək 
əzələlərinin surət-güc qabiliyyətini artırmağa imkan verir. 
1.
 
Doldurulmuş topu baş üzərindən arxaya, nişanlanmış sahəyə atılması (8-
10 dəfə). 
2.
 
Doldurulmuş topu hündür maneə üzərindən arxaya atılması (8-10 dəfə). 
Holaylandırılma hərəkətinin effektli alınması üçün əvvəlcə irəliyə  əyilib, 
aləti qıçlar arasından arxaya aparmaq lazımdır. Bu zaman gövdənin bütün arxa əzə-
lələri kifayət qədər əvvəlcədən dartılır ki, bu da atma effektliliyini xeyli yüksəldir. 
3.
 
Doldurulmuş topu baş üzərindən qövsvari trayektoriya ilə arxaya atılması 
(6-8 dəfə). 
4.
 
Doldurulmuş topu əvvəlcədən nişanlanmış zonaya atılması (6-8 dəfə). 
5.
 
Doldurulmuş topu hündür maneə üzərindən zonaya atılması (6-8 dəfə). 
6.
 
Müxtəlif atma hərəkətləri üzrə cütlüklərin və ya komandaların yarışları. 
Bu yarışda Siz bir neçə atma hərəkəti. Məsələn, doldurulmuş topu irəliyə, 
baş üzərindən arxaya, mini-futbol qapısının üzərindən uzağa atma kimi hərəkətlər 
üzrə öz aranızda kiçik komandalarla yarışa bilərsiniz. Belə halda hər bir hərəkətdə 
atma məsafəsi nişanlanır və müvafiq balla qiymətləndirilir. 
 
 
 
Çap üçün deyil


 
79 
 
 
B A S K E T B O L  
 
Ümumtəhsil məktəblərinin aşağı siniflərində idman oyun növləri, o cüm-
lədən basketbol çeviklik qabiliyyətinin inkişafı üçün istifadə olunmuşdur. Siz 
basketbol oyununun yaranma tarixi və oyun qaydaları haqqında kifayət qədər 
məlumata maliksiniz. Eyni zamanda, müxtəlif texniki bacarıqlara yiyələnmişsiniz. 
9-cu sinifdə basketbol oyununda malik olduğunuz texniki fəaliyyəti təkmilləş-
dirmək, hərəkət birləşmələrini daha axıcılıqla yerinə yetirmək və bütün bunların 
əsasında istənilən oyunda nəticəyə malik olmaq əsas məqsəd kimi qarşıya qoyul-
muşdur. 
Icra texnikasının təkmilləşdirilməsi topla fəaliyyət zamanı bütün element-
lərin: topla davranış, yerdəyişmələr, topun qəbulu və ötürülməsi, topun çilənməsi, 
müxtəlif məsafələrdən topun səbətə atılması, həmçinin, müdafiə  fəaliyyətinin 
təkmilləşdirilməsini nəzərdə tutur. 
Topla davranış üsullarının yaxşılaşdırılması oyun zamanı daha effektli 
fəaliyyət göstərməyə imkan verir. Bu qrupa topun tək barmaq üzərində, boyun, 
gövdə ətrafında fırladılması, qıçlar arasında keçirilməklə fırlatması, qıçlar arasında 
səkkizvari fırlatma və s. bu kimi hərəkətlər daxildir. 
 
Yerdəyişmə üsullarının təkmilləşdirilməsi. 
 
Buraya aşağıdakılar daxildir: 
-
 
müdafiəçi və hücumçunun hərəkət istiqamətinin dəyişməsi ilə yerdəyiş-
mələr; 
-
 
fintlər və sürətlənmələr ilə yerdəyişmələr; 
-
 
hücum və müdafiədə cütlüklərlə yerdəyişmələr. 
Yerdəyişmələrin təkmilləşdirilməsi üçün aşağıdakı  hərəkətlərdən istifadə 
etmək tövsiyə olunur: 
-
 
sırada qaçan idmançıların axırıncıdan başlayaraq ilanvari keçilməsi; 
-
 
qarşıdan qaçaraq gələn sırada oyunçuların ilanvari, bir idmançının 
sağdan, digər idmançının soldan keçilməsi
-
 
məsafə 1,5-2 m olmaqla sırada düzülüş. Oyunçuların 1, 2 nömrələrinə bö-
lünməsi. Yüngül tempdə qaçış: 
a)
 
siqnala müvafiq olaraq ikinci nömrələr sürətli qaçış edərək tərəf müqa-
bilini ötürlər və onlardan öndə  sıraya keçirlər, qaçış davam edir; eyni hərəkəti 
birinci nömrələr də təkrar edir. 
 
 
 
 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə