Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx


«Qayçıvari» üsulla tullanmanın icra texnikası



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə21/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   17   18   19   20   21   22   23   24   ...   55

 
59 
 
«Qayçıvari» üsulla tullanmanın icra texnikası. 
Uzunluğa tullanmanın digər icra üsulları kimi bu üsulda da hərəkət, qaçış, 
təkan, uçuş və yerəenmə fazalarından ibarətdir. Fərq, sadəcə olaraq, uçuş fazasında 
idmançının qaçış  hərəkətini icra etməsindədir.  Əslində qaçaraq uzunluğa tullan-
manın icra üsulları bir-birindən uçuş fazasında idmançının müvazinəti saxlamaq, 
uçuş  məsafəsini artırmaq məqsədi ilə icra etdiyi hərəkətlərlə  fərqlənir və tullan-
manın üsulu da bu hərəkətlərin xüsusiyyəti ilə müəyyən olunur. 
 
 
 
Şəkil 11. Qaçaraq «qayçıvari» üsulla uzunluğa tullanmanın icra texnikası 
 
«Qayçıvari üsulla uzunluğa tullanmanın icra texnikası». 
Qaçış hissə 
– 25-35m. məsafədə icra olunur. Bu məsafə sizə malik oldu-
ğunuz qaçış sürətini əldə etməyə imkan verməlidir. Digər tərəfdən hərəkətin qaçış 
hissəsində  əldə etdiyiniz hərəkət sürəti təkan yerinə  qədər getdikcə artmalıdır. 
Qaçış hissəyə olan tələblərdən biri də bu məsafədə maksimal sürət  əldə etməklə 
təkan yerinə mümkün qədər yaxın «düşməkdir». 
Siz aşağı siniflərdə fiziki tərbiyə  dərslərində qaçaraq uzunluğa tullanma 
hərəkətini dəfələrlə icra etmişsiniz və bu prosesdə müəyyən bacarıqlara yiyə-
lənmişsiniz. Bu hərəkətin təkmilləşdirilməsi, onun ayrı-ayrı fazalarında mühüm 
elementlərin icrasının yaxşılaşdırılması və bu zaman fiziki hazırlığınızdan tam isti-
fadə ilə  həyata keçirilməlidir. Hərəkətin qaçış hissəsini icra texnikasının təkmil-
ləşdirilməsi üçün aşağıdakılara diqqət yetirilməlidir: 
1.
 
Təkan yerindən  əks istiqamətə qaçmaqla maksimal sürət  əldə etdiyiniz 
məsafəni müəyyən edin. 
2.
 
Bu məsafədən təkan yerinə  tərəf qaçarkən həmişə eyni ayaqla qaçışa 
başlayın. 
3.
 
Qaçış hissədə mümkün qədər tez maksimal sürət  əldə etməyə çalışın. 
Təkan anı sizin hərəkət sürətiniz maksimal olmalıdır. 
4.
 
Təkandan əvvəl gövdənizi şaquli vəziyyətdə saxlayın. Bu təkanın icrasını 
asanlaşdıracaqdır. 
5.
 
Qaçış zamanı  bədəni gərginləşdirməyin.  İlkin olaraq yalnız maksimal 
qaçış sürəti əldə etmək haqqında düşünün. 
Təkan fazası 
– bu fazanın  əsas məqsədi maksimal sürətlə hərəkət edən id-
mançının (şagirdin) bədənini müəyyən bucaq altında yuxarıya-irəliyə istiqamət-
ləndirməkdir (Şəkil 12). Təkan fazasında təkan ayağı  bədəndən xeyli irəliyə qo-
yulduğundan hərəkət sürətindən müəyyən azalmalar baş verir. Bu səbəbdən də 
QAÇIŞ
TƏKAN
UÇUŞ
YERƏENMƏ
Çap üçün deyil


60  
 
 
 
təkan ani, təkan ayağının pəncəsini təkan yerinə fəal «aşağıya-geriyə» (dımrıqvari) 
hərəkəti ilə qoymaq lazımdır. Təkanın icrası zamanı qolların və  sərbəst qıçın 
hərəkəti kifayət qədər sürətli və  kəskin olmalıdır. Hərəkətin təkan fazasının icra 
texnikasının təkmilləşdirilməsi üçün aşağıdakılara diqqət yetirilməlidir: 
1. Axırıncı addım başqalarından daha tez və sürətli icra olunur. Ayaq təkan 
yerinə çox fəal «dırmaqvari» hərəkətlə qoyulur. 
 
 
Şəkil 12. Qaçaraq uzunluğa tullanmada təkan fazası 
 
2. Daban yalnız ani olaraq qaçış  səthinə toxunur, gövdənin ağırlığı sürətlə 
pəncənin ucuna yuvarlanır. 
Sizdə belə hiss olmalıdır ki, ani toxunaraq təkan yerini ayağınızla arxaya 
itələyirsiniz və bunun ardınca bütün bədən sürətlə düzəldilir. 
3. Gövdənin yuxarı hissəsi  şaquli vəziyyətdə olmalı, baxışlar irəliyə 
istiqamətlənməlidir. 
4. Sərbəst qıçın budu üfüqi xəttə kimi fəal və sürətlə qaldırılır. 
5. Qolları yuxarıya cəld və sürətli holaylandırma hərəkəti ilə siz təkanın 
icrasına kömək etməlisiniz. 
Yadda saxlamaq lazımdır ki, yol verilən ən ciddi qüsur təkan qıçının sürətlə 
oynaqlardan düzəldilməməsidir. Təkanın sürətlə icra olunmaması sizin qaçış 
hissədə  əldə etdiyiniz sürətin xeyli itirilməsinə  gətirib çıxarır. Sonuncu addımın 
həddindən artıq uzun olması da hərəkət sürətinin itirilməsinə  və  təkanın cəld, 
sürətli icrasına mane olur. 
Uçuş fazası 
– gövdənin təkan zamanı yuxarıya-irəliyə istiqamətlənmiş 
traektoriya üzrə  hərəkətini təmin etmək üçün mühüm əhəmiyyət kəsb edir (Şəkil 
13). Bu zaman idmançının (şagirdin) müvazinəti saxlamaq üçün yerinə yetirdiyi 
hərəkətlər təbii və  hərəkətin qaçış hissəsində icra olunanların davamı olmalıdır. 
Ətrafların xüsusən də  qıçın uçuş fazasında vaxtından tez irəliyə aparılması uçuş 
trayektoriyasını  dəyişir və uçuşda qalma vaxtını azaldır. Bu da öz növbəsində 
nəticəyə  mənfi təsir göstərir. Bu səbəbdən də  təkandan dərhal sonra idmançı 
(şagird) «addım» vəziyyətində, yəni təkan qıçı arxada olmaqla xeyli uçuşda qalır, 
Çap üçün deyil


 
61 
 
tədricən uçuş fazasında addım (qayçıvari) hərəkətini yerinə yetirir, təkan ayağını 
irəlidəki sərbəst qıça yaxınlaşdırılır və idmançı  (şagird) yerə enməyə hazırlaşır. 
Uçuş fazasında hərəkətlərin təkmilləşdirilməsi üçün aşağıdakılara diqqət yetirmək 
zəruridir: 
1.
 
Uçuşun  əvvəlində  təkanın icrası zamanı yaranmış  bədənin «addımda» 
uçuşu vəziyyətini, mümkün qədər çox saxlamaq. Özünüzə komanda verin: «Daha 
uzağa uçmaq»! (Şəkil 13, vəz. 1, 2, 3, 4) 
 
 
 
Şəkil 13. Qaçaraq uzunluğa tullanmda uçuş fazası 
 
2.
 
Uçuşda bədənin yuxarı hissəsini  şaquli vəziyyətdə saxlamağa, müm-
künsə, hətta azacıq arxaya əyilməyə çalışın. 
3.
 
Təkandan sonra təkanı icra edən əzələləri tam boşalmaq, sərbəst şəkildə 
arxada saxlamaq. Onu irəliyə aparmağa tələsmək lazım deyil (Şəkil 13, vəz. 1-4). 
4.
 
Yerəenmədən  əvvəl hər iki qıç irəliyə aparılır, bədənin  şaquli vəziyyəti 
saxlanılır (Şəkil 13, vəz. 4, 5). 
5.
 
Hər iki qıç eyni səviyyədə, xəndəyə paralel vəziyyətdə yerləşir, sinə 
dizlərə toxunur (Şəkil 13, vəz. 6). 
6.
 
Qollar irəlidən arxaya hərəkət etdirilir. Bu vəziyyət uçuş traektoriya-
sından səmərəli istifadəyə imkan verir. 
 
Yerəenmə fazası 
– üfüqi tullanmalarda yerəenmənin hərəkət trayektoriyasına 
yaxın icrası üçün xüsusi əhəmiyyət daşıyır (Şəkil 14). Yerəenmə uçuşun hərəkət 
trayektoriyasının enmə nöqtəsindən başlayır. Bu zaman idmançı  (şagird) gövdəni 
düz saxlamağa və qıçları mümkün qədər diz oynağından düzəldərək irəliyə atmağa 
çalışmalıdır. Yerəenmənin təkmilləşdirilməsi üçün aşağıdakılara diqqət yetiril-
məlidir: 
1.
 
Hər iki qıç dizdən düzəldilib və irəliyə aparılır. Lakin gərginləşdirilmir
sərbəst saxlanılır (Şəkil 14, Vəz. 1). 
2.
 
Dabanlar enmə  səthinə toxunan anda qıçlar dizlərdən yumşaq bükülür 
(Şəkil 14, Vəz. 2). 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə