Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə19/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   15   16   17   18   19   20   21   22   ...   55

52  
 
 
 
4. Finişetmə. 
Qısa məsafələrə qaçışda finişetmə məsafənin sonuncu 4-5 metrlik hissəsində 
icra olunur. Bu zaman idmançı  (şagird) finiş  xəttini rəqibindən daha tez keçmək 
üçün müxtəlif üsullardan istifadə edir. Bu məqsədlə sonuncu addımda sinəni irəliyə 
vermək, sonuncudan əvvəlki qaçış addımını bilərəkdən qısaldmaqla sonuncu qaçış 
addımını daha tez və qaçış  səthinə yaxından icra etmək və s. bu kimi üsullardan 
istifadə edilə bilər. Finişetmə bacarığını təkmilləşdirmək üçün aşağıdakı hərəkətlər 
tövsiyə olunur: 
-
 
hərəkətdən finiş  xəttinə 10-15 m. məsafədən qrup və ya komandalı 
finişetmə hərəkətləri; 
-
 
şagirdlərin hərəkətdən, 25-30 m. məsafədə maksimal qaçış sürəti  əldə 
etdikdən sonra cütlükdə, qrup və komandalı finişetmələri. 
Qısa məsafəyə qaçışda zəruri olan və ya yuxarıda qeyd olunan hərəkətlərin 
köməyi ilə inkişaf etdirilən reaksiya tezliyi, sürətlənmə, maksimal sürət 
qabiliyyətləri yalnız qısa məsafələrə qaçışda deyil, eyni zamanda idman oyun 
növlərində: futbolda, basketbolda, həndbolda uğurlu fəaliyyət üçün mühüm hazırlıq 
hesab olunur. Bu səbəbdəndir ki, digər idman növləri ilə ixtisaslaşan idmançılar 
baza hazırlığı kimi atletika növlərindən istifadə edirlər. 
 
Estafet qaçışı 
 
Estafet qaçışının müxtəlif variantları  aşağı siniflərdə kifayət qədər geniş 
şəkildə  tətbiq olunmuşdur. Çünki estafetlərin müxtəlif təyinatlarla, yəni ayrı-ayrı 
hərəki qabiliyyətlərin inkişafı üzrə təşkil edilməsi fiziki tərbiyə dərslərinin maraqlı, 
şən keçirilməsi üçün ən gözəl vasitə hesab olunur. Qısa məsafələrə keçirilən estafet 
yarışları sürət, o cümlədən maksimal qaçış sürətinin artırılması üçün ən effektiv 
vasitə sayılır. Estafetin qaçış texnikası  qısa məsafəyə qaçış texnikasından 
əhəmiyyətli dərəcədə  fərqlənmir. Bura da estafet komandasının birinci iştirakçısı 
qaçışa aşağı start vəziyyətindən başlayır. O estafet ağacını sağ  əlində 3 barmaqla 
tutur, baş və göstərici barmaqla start xəttinin arxasında yerə istinad edir (şəkil 2). 
 
 
Şəkil 2. Estafetlə start vəziyyəti 
 
Çap üçün deyil


 
53 
 
Marş komandası ilə hərəkətə başlayan birinci iştirakçı qaçış yolunun daxili 
hissəsi ilə qaçaraq ikinci mərhələdə duran komanda yoldaşına yaxınlaşır. 
İkinci mərhələdəki iştirakçı qaçış yolunun xarici tərəfində dayanır, estafeti 
sol  əli ilə  qəbul edir və qaçış yolunun xarici tərəfi ilə qaçaraq üçüncü mərhələdə 
dayanan komanda yoldaşına yaxınlaşır. 
Üçüncü mərhələdəki idmançı qaçış yolunun daxili hissəsinə yaxın dayanır, 
estafeti sağ əli ilə qəbul edib və qaçış yolunun daxili hissəsi ilə qaçaraq dördüncü, 
sonuncu mərhələdə dayanan komanda yoldaşına yaxınlaşır. Dördüncü mərhələdəki 
estafet iştirakçısı qaçış yolunun xarici tərəfi ilə qaçır və estafeti sol əli ilə qəbul edir 
(şəkil 3). 
 
 
 
Şəkil 3. Estafet komandası üzvlərinin qaçış yolunda hərəkət trayektoriyası  
və yerləşmələri 
 
Estafet qaçışında  əsas məqsəd estafet ağacına mümkün qədər tez, vaxt 
itirmədən, mərhələlər üzrə ötürmələri daha effektli həyata keçirməklə finiş xəttinə 
çatdırmaqdır. Göründüyü kimi, estafet qaçışında çox mühüm məsələlərdən biri 
estafetin mərhələlər üzrə səmərəli ötürülməsinin təşkilidir. 
Estafetin ötürülməsi üsulları.
 Estafet ağacının ötürülməsi özü müəyyən 
fazalara bölünür. Bu fazalar aşağıdakılardan ibarətdir: 
-
 
hazırlıq fazası; 
-
 
sürətlənmə fazası; 
-
 
ötürmə fazası. 
-
 
hazırlıq sür – ötür 
 
Şəkil 4. Estafetin ötürülməsi 
 
SÜRƏTLƏNMƏ
ÖTÜRMƏ
HAZIRLIQ
Çap üçün deyil


54  
 
 
 
Klassik estafetlərdə estafet ağacının ötürülməsi üçün uzunluğu 20m. olan 
məsafələr nişanlanır. Hər bir komanda estafetin ötürülməsini 20metrlik zona 
daxilində  həyata keçirməlidir. Lakin bu zonanın  əvvəlində  iştirakçıların sürətlən-
məsi, başqa sözlə estafeti ötürən və estafeti qəbul edən iştirakçıların qaçış sürət-
lərinin bir-birinə uyğunlaşdırılması üçün əlavə 10 metrlik zona müəyyənləşdirilir 
(Şəkil 4, 5). Bu zonada estafeti ötürən və estafeti qəbul edən idmançılar müəyyən 
nişanlar qoymaqla öz sürətlərini bir-birinə uyğunlaşdırırlar. Beləliklə də estafet hər 
iki idmançının (şagirdin) sürətli qaçışı anında ötürülür ki, bu da komandanın daha 
yaxşı nəticə göstərməsinə imkan yaradır. 
 
 
Şəkil 5. Estafet qaçışında sürətlənmə və ötürmə zonaları 
 
Ötürmə texnikası.
 Estafetin ötürülməsi ötürmə zonası daxilində qaçış 
sürətlərinin bir-birinə uyğunlaşdırılması, estafeti ötürən (şagirdlərin) idmançının 
estafeti qəbul edənə qaçaraq yaxınlaşıb «hop» komandası verməsi ilə icra olunur. 
Bu zaman estafeti ötürən (şagird) idmançı estafeti qəbul edən (şagird) idmançı ilə 
aralarındakı  məsafənin ötürmənin həyata keçirməsi üçün əlverişli, kifayət qədər 
yararlı olduğuna əmin olduqda «hop» komandasını verir. Bu komanda ilə estafeti 
qəbul edən (şagird) idmançı əlini arxaya aparır və estafeti qaçış prosesində qəbul 
edir. (şəkil 6) 
 
 
 
Şəkil 6. Effektli ötürmə sahəsi 
Çap üçün deyil


 
55 
 
Estafet ağacının ötürülməsinin bir neçə üsulları mövcuddur. Bunlardan 
birincisi estafetin «aşağıdan ötürülmə»sidir (şəkil 7). Bu ötürmə üsulundan istifadə 
zamanı «hop» komandası ilə irəlidə qaçan və estafeti qəbul edəcək (şagird) 
idmançı əlinin 4 barmağı bir, baş barmaq onlardan aralı olmaqla arxaya aparır və 
estafeti qəbul edir. Bu, yeni başlayanlar arasında  ən geniş yayılmış estafetin 
ötürülmə üsuludur. 
         
Estafetin ötürülməsi zamanı məsafə intervalı  
 
 
 
Estafetin «aşağıdan ötürülməsi» 
 
Şəkil 7. 
 
Estafetin digər ötürmə üsulu estafetin «yuxarıdan ötürülmə»sidir (Şəkil 8). 
Bu üsuldan istifadə zamanı «hop» komandası ilə estafeti qəbul edən idmançı əlini 
daxildən xaricə çevirməklə arxaya aparır və estafeti qəbul edir. Bu üsul əvvəlkinə 
nisbətən daha etibarlı sayılır. Çünki estafetin yuxarıdan aşağıya açılmış  əl aynası 
üzərinə qoyulması estafeti ötürən idmançı üçün daha asandır. 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə