102
lazımdır. Hücum zərbəsi zamanı çalışmaq lazımdır ki,
topu çox güclü yox, daha
çox dəqiq və ya «aldadıcı» hərəkətlə tullanmada ötürmək lazımdır.
Hücumda qruppalı taktiki fəaliyyət.
Voleybolda bu fəaliyyət fərdi hazırlığa əsaslanır və komandalı taktiki
fəaliyyətə daxildir. Burada əsas məsələ hücum üçün ötürmələri yerinə yetirən
oyunçuların qarşılıqlı, birgə fəaliyyəti durur. Eyni zamanda mühüm məsələlərdən
biri də topu qəbul edən (oyuna daxil edilən top, servis və ya hücum zərbəsi)
idmançı ilə birgə qruppalı fəaliyyətə diqqət yetirməsidir.
Taktiki fəaliyyətin təkmilləşdirilməsi üçün hərəkətlər:
4, 2, 6-cı zonaların hər birində 2-3 şagird yerləşir. 3-cü
zonada oyun-
qurucu, əks tərəfdə isə blokqoyan oyunçu dayanır. Blokqoyan idmançı tor önündə
yerini dəyişir və buna görə də oyunqurucu hücum zərbəsi üçün topötürməni blok-
qoyan idmançıdan uzaqda yerləşən sahəyə icra edir. Hərəkət 6-cı zonada
yerləşən
oyunçunun hündürdən 3-cü zonaya topötürməsi ilə başlayır.
Eyni hərəkət oyun quran idmançının 2, 4, 3-cü zonalarda yerləşməsi ilə
həyata keçirilir.
Hücumda komandalı texniki fəaliyyət.
Bu fəaliyyət müəyyən ardıcıllıqla: əvvəlcə ön xəttin oyunçularını, sonra isə
arxa xətt oyunçularının fəaliyyətini təhlil etməklə öyrənilir.
Komandalı texniki fəaliyyətin təkmilləşdirilməsi üçün hərəkətlər:
Komanda (6 oyunçu) meydançada zonalar üzrə bölüşdürülür. Əks tərəf-
dəki meydançanın 1-ci zonasından yuxarı ötürmə 6-cı zonaya istiqamətləndirilir,
oradan top 3-cü zonaya göndərilməlidir, 3-cü zonadan 4-cü (2) zonaya və sonra tor
üzərindən 6-cı zonaya göndərilir.
Eyni
hərəkət yerinə yetirilir, ancaq hücum zərbəsi üçün ötürmə 4-cü (2-
ci) zonanın oyunçuları tərəfindən yerinə yetirilir.
Eyni hərəkət, lakin əks tərəfdən bir idmançı blokqoyma yerinə yetirir.
Müdafiədə fərdi taktiki fəaliyyət.
Bu texniki fəaliyyət blokqoymada, hücum zərbələrini qəbul edərkən və ko-
manda yoldaşının mühafizəsi zamanı düzgün yer seçmə bacarığına aid edilir. Blok-
qoymada əsas amil zərbənin
istiqamətini müəyyən etməkdə, topun qəbulu zamanı
isə topun qəbulu üsulunun seçilməsidir.
Müdafiədə qruppalı taktiki fəaliyyət.
Oyunçularının qruppalı texniki fəaliyyətinin prinsipləri komandanın müdafiə
sistemini müəyyənləşdirir. Müdafiədə komandanın fəaliyyətinin şərti olaraq blok-
Çap üçün deyil
103
qoymaya, müdafiəyə və komanda yoldaşının mühafizəsinə (sığortalamağa) bölü-
nür. Bu cür texniki fəaliyyətlər aşağıdakı ardıcıllıqla mənimsənilir: ön xətt oyun-
çularının qarşılıqlı fəaliyyəti; arxa xətt oyunçularının topun qəbulu və hücum zər-
bələri zamanı qarşılıqlı fəaliyyəti; ön və arxa xətt oyunçularının qarşılıqlı fəaliy-
yəti.
İcranın təkmilləşdirilməsi üçün hərəkətlər:
Hücumçular 4 və 2-ci
zonalarda, blok qoyan oyunçular isə əks tərəfdə 4,
3, 2-ci zonalarında yerləşirlər. Verilən siqnala müvafiq olaraq, bir hücumçu bu
zonaların birindən özü topu yuxarıya ataraq, hücum zərbəsi yerinə yetirir. 4 və 3 və
ya 3 və 2 zonalarda yerləşən oyunçular blokqoyma yerinə yetirməlidirlər. Blok-
qoymada iştirak etməyən oyunçu yoldaşını sığortalamağa çalışır
və ya hücum zər-
bəsini qəbul etmək üçün sərbəst hücum zonasına çıxır.
Eyni hərəkət yerinə yetirilir, lakin hücum zərbəsi 2-ci zonadan qarşıdan
ötürülən topa icra edilir.
Eyni hərəkət yerinə yetirilir, lakin hücum zərbəsi 3-cü zonadan qarşıdan
ötürülən topa icra olunur.
Müdafiədə komandalı taktiki fəaliyyət.
Bu fəaliyyətin daha geniş yayılmış 2 oyun sistemini qeyd etmək olar:
arxaya
çəkilməklə (ön xətt oyunçularını istifadə etdiyi müdafiə sistemi) və irəli çəkilməklə
(arxa xətt oyunçularının sığortalamağının yerinə yetirdiyi müdafiə sistemi). Qeyd
olunan sistemlərin hər birinin adı blokqoymanı sığortalayan idmançı ilə müəyyən
olunur.
Voleybolçularda zəruri hərəki qabiliyyətlərin inkişaf etdirilməsi.
Reaksiya tezliyinin yaxşılaşdırılması üçün hərəkətlər:
Müxtəlif çıxış vəziyyətlərindən verilən komanda ilə 10-15 m sürətli
qaçış.
Məkik qaçışı (3x10 m). Bir tərəfə üzü qaçış istiqamətinə olmaqla, digər
tərəfə kürəyi hərəkət istiqamətinə olmaqla qaçış.
Müxtəlif start vəziyyətlərindən müxtəlif intervallı start siqnalı ilə qaçışlar.
Sürət-güc qabiliyyəti üçün hərəkətlər:
Müxtəlif hündürlüklü maneələr üzərindən iki ayağın təkanı ilə seriyalarla
tullanmalar.
Müxtəlif hündürlüklü maneələr üzərindən sağ (sol) ayağın təkanı ilə
tullanmalar.
Müəyyən məsafəni (20-25 m) tək (sağ-sol) ayağın təkanı ilə qət etmək.
Hər dəfə tullanmaların sayını azaltmağa cəhd göstərmək.
Çap üçün deyil