Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə31/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   27   28   29   30   31   32   33   34   ...   55

 
95 
 
üzərində sürüşmə yerinə yetirilir. Döşəmədən təkandan sonra qollar gövdənin 
yanına çəkilir (Şəkil 55). 
 
Topun yuxarıdan iki əllə ötürülməsi. 
Voleybolda bu texniki üsul topun uçuş istiqamətindən asılı olaraq irəliyə, baş 
üzərinə və arxaya icra edilir.  
 
 
Şəkil 56 
 
Bu üsulla ötürmə  həm dayaqdan, həm də tullanaraq icra oluna bilər. Eyni 
zamanda topun ötürülmə  məsafəsindən asılı olaraq, belə ötürmələr qısa, orta və 
uzaq məsafələrə yerinə yetirilir. Top ötürmənin hündürlüyünə görə yerinə yetirilən 
ötürmələr aşağı, orta və hündür ola bilər. 
Topötürmə zamanı top hücum zərbəsi üçün istuqamətləndirilir. Ötürmənin 
keyfiyyəti vaxtında zəruri duruş  vəziyyətini qəbul etməkdən asılıdır.  Əllər topu 
sifətdən yuxarıda qarşılayır.  Əllərin, gövdənin və  qıçların biri-biri ilə qarşılıqlı 
hərəkətin hesabına top oyunda zəruri olan istiqamətə yönəldilir. Ötürmə nə qədər 
uzağa və hündürə icra olunursa, qıçlar bir o qədər çox fəal olaraq açılır (Şəkil 56). 
Arxaya topun iki əllə ötürülməsi zamanı  əlin arxa tərəfi baş üzərində 
yerləşir. Qollar dirsəkdən bükülür, gövdə yuxarı-arxaya  əyilir. Tullanaraq yerinə 
yetirilən ötürmələr zərbə üçün topötürmə vaxtını  qısaltmaq məqsədi ilə meydan-
çanın özünə aid hissəsində icra olunur. Ötürmə tullanmanın ən yüksək nöqtəsində 
əllərin fəal hərəkəti ilə yerinə yetirilir. 
 
Topun oyuna daxil edilməsinin təkmilləşdirilməsi 
 
Topun oyuna daxil edilməsi yalnız onu oyuna daxil etməkdən ibarət deyildir, 
o, həmçinin rəqib komandanın oyun fəaliyyətini çətinləşdirən səmərəli vasitədir. 
Voleybolda bütün oyun epizodlarının başlanğıcı topun oyuna daxil edilməsi 
olduğundan bütün oyunun gedişi bu texniki fəndin yaxşı  və taktiki cəhətdən 
Çap üçün deyil


96  
 
 
 
düzgün icrasından asılıdır. Topun oyuna daxil edilməsinin aşağıdakı variantları 
vardır: 
 
Topun yuxarıdan düzünə oyuna daxil edilməsi. 
Bu texniki fəaliyyət iki variantda yerinə yetirilə bilər: topu fırlatmaqla və 
topu süzdürməklə. 
 
Topun yuxarıdan fırladaraq oyuna daxil edilməsi. 
 
 
 
 
Şəkil 57 
 
Oyunçu (şagird) üzü tora tərəf, ayaqlar çiyin enində olmaqla durur, sol ayaq 
bir az irəlidə, top bir qədər bükülmüş əldə sinə səviyyəsində yerləşir, baxışlar rəqib 
komandanın sahəsinə yönəlir. Holaylandırmaq üçün sağ  əl arxaya aparılır, dirsək 
yana-yuxarı istiqamətlənir. Bədənin ağırlığı sağ ayaq üzərinə keçirilir, gövdə 
azacıq arxaya əyilir. Sol əlin hərəkəti ilə top baş  səviyyəsindən yuxarı aparılır, 
dayaq ayağı açılaraq gövdənin ağırlığı irəlidəki ayaq üzərinə keçirilir. Gövdə bir az 
irəliyə  əyilir, qol düzəldilərək, barmaqlar biri-birinə  sıxılmış  əlin ovucu ilə topa 
zərbə icra olunur. Zərbədən sonra əl topu müşayiət edir, qol bükülür, əl aşağı 
endirilir. 
 
Topun oyuna daxil edilməsinin təkmilləşdirilməsi üçün hərəkətlər: 

 
Bir əllə topun yuxarıya atılması və zərbə əlinin holaylandırılması. 

 
Topun yuxarıya atılması və zərbə anında tutulması. 

 
Divara 7-9 m məsafədən torun yuxarı  səviyyəsi hündürlüyündə düz 
ötürmə. 
Çap üçün deyil


 
97 
 

 
Tordan 7-9 m məsafədən tor üzərindən ötürmələr. 

 
Yuxarıdan meydançanın sağ (sol) hissəsinə göndərməklə. Tordan 7-9 m 
məsafədən topun oyuna daxil edilməsi. 
 
Hücum zərbəsi texnikasının təkmilləşdirilməsi. 
 
Voleybolda hücum zərbəsinin əsas və daha geniş yayılmış üsulu düz hücum 
zərbəsi hesab olunur. Düz hücum zamanı topun zərbədən sonra uçuş istiqaməti 
voleybolçunun sıçrayışdan  əvvəlki qaçış istiqaməti ilə eyni olur. Voleybolda 
bundan başqa müxtəlif hücum zərbələri vardır – yandan hücum zərbəsi, aldatmaqla 
və keçirməklə  zərbələr mövcuddur. Bu üsulların hər biri müəyyən taktiki məna 
daşıyır. Oyun şəraitindən asılı olaraq, yəni ötürmənin istiqaməti, hündürlüyü, rəqib 
komandanın blok qoyması və s. asılı olaraq, hücum edən oyunçu bu oyun şəraitinə 
müvafiq olaraq topu daha az müdafiə olunan zonaya ötürmək üçün zərbə üsulu 
seçir və onu reallaşdırır.  Əgər voleybolçu hücum zərbəsinin ancaq bir üsuldan 
istifadə edirsə, onu neytrallaşdırmaq rəqib komanda üçün o qədər çətin deyildir, 
çünki oyunun gedişində rəqib komanda hücumçunun oyun tərzini dərhal müəyyən 
edir və ona müvafiq də əks fəaliyyət qurur. 
 
Düz hücum zərbəsi.
 
 
 
Şəkil 58 
 
Düz hücum zərbəsi qaçışdan, tullanmadan, topa zərbədən və yerə enmədən 
ibarətdir. 
Qaçış hissə 2-3 addımdan icra edilir. Axırıncı addımda ayaq dayağa qoyu-
larkən qollar arxaya aparılır, ikinci ayağı dayağa qoyarkən qollar kəskin  şəkildə 
aşağıya-irəliyə hərəkət etdirilir, sonra isə hər iki qıçın təkanı ilə eyni vaxtda yuxarı-
ya qaldırılır. Qolların holaylandırılması zamanı sağ qol yuxarıya-arxaya gedir, sol 
qol isə çiyin səviyyəsində saxlanılır. Zərbə  sıçrayışın  ən yuxarı nöqtəsində icra 
edilir. Bu zaman sağ qol dirsəkdən açılır, yuxarıya-irəliyə aparılır. Ovuc topa 
Çap üçün deyil


98  
 
 
 
arxadan-yuxarıdan toxunur. Zərbədən sonra oyunçu dizdən bükülmüş  qıçlar 
üzərinə enir (Şəkil 58). 
Keçirilmə ilə hücum zərbəsi. 
Bu zərbə üsulunun fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, zərbədən 
sonra topun uçuş istiqaməti idmançının qaçış istiqaməti ilə eyni olmur. Bu cür 
hücum zərbələri həm gövdəni döndərməklə, həm də gövdəni döndərmədən (əl ilə 
topu ötürmək) yerinə yetirilə bilər. Hər iki halda top meydançanın həm sağ, həm 
sol tərəfində istiqamətləndirilə bilər. 
Gövdəni döndərməklə hücum zərbəsinin texnikası. 
Bu zərbənin icra texnikasında 3 faza mövcuddur: 
1)
 
Hazırlıq fəaliyyəti (qaçış, tullanma, holaylandırma). Hərəkətin bu hissəsi 
adi hücum zərbəsində olduğu kimidir. Topu sağ  tərəfə istiqamətləndirən zərbə 
zamanı hücumçu zərbə zonasının sağ tərəfində topu saxlayır (top oyunçuya qədər 
oyunçuya çatmır); topu sol tərəfə istiqamətləndirəcək zərbənin icrası zamanı isə top 
zərbə zonasının sol tərəfində yerləşir. 
2)
 
Gövdənin dayaqsız (uçuş) vəziyyətində sağa və sola döndərilməsi. 
3)
 
Qaçış hissədə  hərəkətin istiqaməti ilə eyni olmayan hücum zərbəsinin 
icrası. 
Gövdəni döndərmədən icra olunan hücum zərbəsində hazırlıq fazası 
hərəkətdən yerinə yetirilən zərbə ilə eynidir. Topu sağ  tərəfə keçirərkən,  əl sola-
irəliyə qövsvari elə hərəkət edir ki, ovuc topa sol tərəfdən toxunur. Bu zaman sağ 
çiyin azacıq qalxır, sol aşağı enir. Topu sol tərəfə keçirdikdə isə,  əl sağa-irəliyə 
qövs üzrə hərəkət edir. Bu zaman ovuc topa yuxarıdan-sağdan toxunur. 
 
Icra texnikanın təkmilləşdirilməsi üçün hərəkətlər: 

 
Tor önündə dayanan oyunçunun yuxarı atdığı topa 4-cü zonadan hücum 
zərbəsi. 

 
2-3 addımlıq qaçışdan şaquli yuxarı atılmış topa hücum zərbəsi. 

 
3-cü zonadan yüksək ötürməyə, 4-cü zonadan «hərəkətdən» hücum 
zərbəsi. 

 
Eyni hərəkət. Lakin hücum zərbəsi 2-ci zonadan yerinə yetirilir. 

 
3-cü zonadan ötürməyə topu 4-cü zonaya istiqamətləndirən hücum 
zərbəsi. 

 
Eyni hərəkət topu meydançanın sağ  və sol tərəflərinə göndərən hücum 
zərbəsi ilə icra edilir. 

 
3-cü zonadan meydançanın sağ  və sol hissəsinə ötürməyə 2-ci zonadan 
hücum zərbəsi. 

 
Tək blok qoymaqla gövdəni sağa (sola) döndərməklə hücum zərbəsinin 
imitasiyası. 

 
Oyunçu özü topu yuxarıya atmaqla və  tək blok şəraitində gövdəni sağa 
(sola) döndərməklə hücum zərbəsini icra edir. 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə