Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə31/307
tarix03.08.2023
ölçüsü2,04 Mb.
#120298
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   307
333 felsefe muhazireler toplusu eyani

Konfutsilik.
Daosizmdən sonra qədim Çində geniş yayılmış təlimlərdən biri 
də konfutsi təlimidir. Təlimin banisi Kun– Fu– tszı (e.ə. 551– 479– cu illər, ona 
çox vaxt Konfutsi deyirlər)– görkəmli mütəfəkkir, siyasi xadim olmuşdur. O, qə-
dim kitabları qaydaya salmış və «Dəyişikliklər kitabı»na («Li tszin») şərhləri tərtib 
etmişdir. O, müşavir olduğu Lu dövlətinin salnaməsini tərtib etmişdir. Konfutsinin 
baxışları başlıca olaraq «Söhbətlər və mühakimələr» («Lun Yuy») kitabında top-
lanmışdır. Bu kitab onun ardıcılları və şagirdləri tərəfindən tərtib olunmuşdur.
Yeni eranın ərəfəsində konfutsilik xüsusi dinə çevrilsə də, onda mistik ele-
mentlər, kahinlik xidməti və s. yox idi, başlıca tələb ayinlərə, ənənələrə əməl etmək 


35
idi. Konfutsiliyin əsas ehkamı əcdad kultu, əcdadlara ehtiram idi. Hər ailənin ob-
razlı əcdad məbədi vardı. Həmin məbəd qarşısında qurban kəsilir, ibadət edilir
ayinlər icra olunurdu. 
Konfutsi təlimində biz başqa bir ənənəni müşahidə edirik. Konfutsiliyin məq-
sədi mövcud üsul - idarəni, quldarlıq münasibətlərini qoruyub saxlamağa xidmət 
olmuşdur. 
Burada əyanlara hörmət, cəmiyyət içərisində subordinasiyanın ciddi şəkildə 
qorunması və digər etik normalara riayət edilməsi tələblərinə rast gəlmək mümkün-
dür. «Syao»– «valideynlərə hörmət», «di»– «böyük qardaşa hörmət», «çjun»– «öz 
ağasına, hökmdara sədaqət» kimi kateqoriyalar konfutsi təlimində mühüm yer tu-
tur. 
Bu cərəyana görə cəmiyyətdə «Jen» adlanan, Allah tərəfindən göndərilmiş qa-
nun fəaliyyət göstərir. Həmin qanunu yerinə yetirmək üçün hamı cəmiyyətdəki 
davranış normalarına, rəsmi qaydalara, adət-ənənələrə əməl etməlidir. Konfutsi 
qeyd edirdi ki, cəmiyyətə ağıllı adamlar rəhbərlik etməli, möhkəm intizam olmalı, 
«hakim-hakim, tabe-tabe, ata-ata, oğul-ogul olrmalıdır».
Konfutsi təhsilə və tərbiyəyə böyük yer verirdi. Bununla yanaşı o, belə hesab 
edirdi ki, əyanların nümayəndələri anadangəlmə hikmətə əsaslanan, ali bilik hesab 
olunan müdrikliyə nail olmalıdırlar. «Səma hökmdarı» nı və ruhların mövcudluğu-
nu qəbul edən konfutsi taleyə inanır, daoistlərdən fərqli olaraq ənənəvi dini baxışla-
rı müdafiə edirdi. Bizim eradan əvvəl II əsrdə imperator U-dinin zamanında konfut-
siçilik qanuni qüvvəyə mindirilib, rəsmi Çin ideologiyası elan edilmişdir. Konfutsi 
özü isə ilahiləşdirilmişdi. «Lunyuy»kitabında aşağıdakı anlayışlar verilir:

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə