Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə39/307
tarix03.08.2023
ölçüsü2,04 Mb.
#120298
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   307
333 felsefe muhazireler toplusu eyani

Dördüncü mərhələ 
fəlsəfə tarixinə Roma mərhələsi kimi daxil olmuşdur. Bu, 
Antik fəlsəfənin inkişafında sonuncu mərhələdir. O, eramızdan əvvəl I əsrdən baş-
layaraq eramızın V-VI əsrlərinə qədər davam etmişdir. 
İlkin Antik fəlsəfənin mərkəzində dünya binası, kainat necə qurulmuşdur? 
Kosmosu, insanı, varlığı «öz-özünün»-dən çıxış edib izah etmək mümkündürmü? 
İnsan dünyanı dərk edib firavan yaşaya bilərmi? və s. kimi suallara cavab vermək 
cəhdi əsas yer tutmuşdur. Antik fəlsəfənin nümayəndələri təbiətin, kosmosun, bü-
tövlükdə dünyanın mahiyyətini tam, vəhdət
 
halında, bütöv şəkildə dərk etməyə ça-
lışımışlar. 
Sokrata qədərki mərhələ. 
Fəlsəfənin təşəkkül dövrü olan bu mərhələdə fəlsə-
fi məktəblərin əsas diqqəti dünya binasının əsasının axtarılıb tapılmasına yönəldil-
mişdi. Buna görə də həmin dövrdə 
naturfəlsəfə
(təbiət fəlsəfəsi) üstünlük təşkil 
edirdi. Ümumiyyətlə qədim yunan fəlsəfəsi üçün səciyyəvi olan 
kosmosentrizm 
(təbiətin, kosmosun və insanın vəhdətdə götürülməsi)
bu mərhələ üçün daha əla-
mətdar olmuşdur.
Milet məktəbi. 
Yunan fəlsəfəsində ilk məktəb hesab olunan Milet məktəbinin 
nümayəndələri (e.ə. VI əsr) fiziklər, yəni təbiət elminin nümayəndələri idilər.onla-
rın mifologiyaya, ənənəvi etiqadlara arxalanan görüşlərində təbiət ilə bağlı məsələ-
lər mühüm yer tuturdu. Milet məktəbinin nümayəndələri olan
Fales, Anaksi-
mandr, Anaksimen 
hər şeyin, bütöv kainatın ilkin maddi əsasını suda və havada 


42
görürdülər. 
Milet məktəbinin əsasını 
Fales 
(e.ə. 640-562) qoymuşdur. O, fəlsəfədən başqa, 
astronomiya, həndəsə, riyaziyyatla da məşğul olmuş, öz müşahidələrinə əsaslana-
raq 28 may 585-ci ildə Günəşin tutulacağını əvvəlcədən xəbər vermişdi. 
Fales hər şeyin əsasını suda görürdü. O belə hesab edirdi ki, bütün mövcudat 
sudan yaranır, istər üzvi və istərsə də qeyri-üzvü aləmi sudan kənarda təsəvvür et-
mək mümkün deyil. Fales deyirdi ki, bütün heyvanların başlanğıcı spermadır, to-
xumdur, o da ki, mayedir; bitkilər rütubətdən qidalanır, su ilə meyvə verirlər, susuz 
məhv olurlar; Günəş də, ulduzlar da suyun buxarlandan qidalanırlar. Deməli, hər 
şey sudan yaranır. Fales belə hesab edirdi ki, suyun özündə inkişaf imkanları var-
dır. Dünyada hər şey suyun qatılaşması və parçalanması nəticəsində meydana gəlir.
Milet məktəbinin ikinci ən böyük nümayəndəsi 
Anaksimandr 
(e.ə. 611-546) 
idi. Anaksimandr Falesin tələbəsi olmuş, sadəlövh materializmə meyl etmiş, fəlsəfə 
ilə yanaşı təbiət elmləri, xüsusilə də astronomiya ilə məşğul olmuşdur. Anaksi-
mandrda heliosentrik baxışların rüşeyminə rast gəlirik. O deyirdi ki, Yer daimi, 
əbədi fırlanma hərəkətinə malikdir. İstinin, soyuğun mənbəyini bu hərəkətdə axtar-
maq lazımdır. 
Anaksimandr ilkin başlanğıcı, dünyanın əsasını təşkil konkret forması olmayan 
"Apeyron" adlandırılan substansiyada görür, onu əbədi, sonsuz varlıq hesab edirdi. 
O, Milet məktəbinin sadəlövh materialist ənənələrini davam etdirmiş və bəzi dia-
lektik fikirlər də söyləmişdir. 
Milet məktəbinin üçüncü görkəmli nümayəndəsi 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə