Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Platonun fəlsəfi baxışları



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə47/307
tarix03.08.2023
ölçüsü2,04 Mb.
#120298
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   307
333 felsefe muhazireler toplusu eyani

Platonun fəlsəfi baxışları.
Antik yunan fəlsəfəsinin klassik dövründə şöhrət 
tapmış filosoflardan biri də Platon olmuşdur. 
Platonun
(e.ə. 427-347) fəlsəfi yara-
dıcılığının formalaşmasına pifaqorçuların, Heraklitin və Sokratın güclü təsiri ol-
muşdur. O, Afinada özünün şəxsi fəlsəfi məktəbini yaradaraq onu Akademiya ad-
landırdı. Son nəticədə bu fəlsəfi məktəb antik idealizmin mərkəzinə çevrildi. Platon 
çox böyük fəlsəfi irs qoyub getmişdir. O, "Sokratın apologiyası", "Qanunlar" adlı 
traktatlarla yanaşı, dialoq formasında 34 əsər yazmışdır. Platon "Pir", "Fedon", 
"Parmenid", "Fedr", "Menon", "Alkiviad", "Meneksen", "Laxet", "Yevtifron" və s. 
bu kimi dialoqların müəllifidir. 
Platon fəlsəfədə obyektiv idealizm mövqələrindən çıxış etmişdir. Onun obyek-
tiv idealizm təlimində demək olar ki, keçmiş idealist təlimlərin bütün elementləri 
öz
 
əksini tapmışdı. Platon fəlsəfəsi idealizmin inkişafının yüksək pilləsi kimi qiy-
mətləndirilməlidir. O, fəlsəfənin əsas məsələsini bir mənalı-idealistcəsinə həll edir. 
Onun fikrincə, bizi əhatə edən və hiss üzvlərimiz vasitəsilə dərk etdiyimiz maddi 
aləm ancaq "kölgədir", o, ideyalar aləmindən yaranmışdır. İdeya birincidir, maddi 
aləm ikinci. Maddi aləmin bütün predmetləri, təzahürləri keçicidir, meydana gəlir, 
məhv olur və dəyişir. Buna görə də onlar əsl mə"nada varlıq adlana bilməzlər. Pla-
tonun fikrincə, ideya dəyişməzdir, hərəkətsizdir və əbədidir. Platon bu ideyaları 
gerçək varlıq hesab edir və onları həqiqi idrakın vahid predmeti səviyyəsinə qaldı-
rır. O belə hesab edirdi ki, maddi dünyada mövcud olan cisimlər, əşyalar kimi ide-
yalar aləmində də onların ideyası mövcuddur. 
Onun fikrincə, ideyalar əsl mahiyyətdir, onlar maddi dünyadan asılı deyillər, 
obyektiv xarakterə malikdirlər. Daha sonra o qeyd edirdi ki, hiss ilə qavranılan 
aləm, hisslərdən yüksəklikdə duran ideyaların solğun izləridir, kölgələridir. Plato-
nun əsərlərində zəngin dialektik fikirlərə rast gəlmək olar. 
Onun dialektikası predmetləri, şeyləri ikiyə bölmək və bir-birinə qarşı qoymaq 
metoduna əsaslanırdı. Bu metodun mahiyyəti belədir: hər hansı bir fəlsəfi problemi 
həll edirkən bir-
 
birinə zidd olan fikirləri qarşı-qarşıya qoymaq lazımdır. Məsələn
hərəkət var və hərəkət yoxdur. Beləliklə, Platonun fikrincə, həqiqəti o zaman dərk 
etmək olar ki, dialektikcəsinə düşünəsən yəni nəyinsə eyni zamanda həm mövcud-
luğunu, həm də mövcud olmadığını qəbul edəsən. 
Platonun əsərlərində gerçəkliyin dərk edilməsi məsələlərinə xüsusi diqqət yeti-
rilir. O, "Fedr" və "Menon" dialoqlarında bu məsələni ardıcıl idealizm mövqelərin-
dən həll edir, hissi idrakı rasional idrakdan ayırır, hissinin əzəli, rasionalın isə ikin-
ci, ondan törəmə olduğunu sübut etməyə çalışır. Platonun fikrincə, hissi idrakın 
predmeti onun qeyri-varlıq adlandırdığı maddi aləmdir. Əsl varlıq olan ruh haqqın-
da məlumatı isə rasional idrak vasitəsi ilə əldə etmək mümkündür. 
Platonun fəlsəfəsində onun kosmoloji düşüncələri özünəməxsus yer tutur. O 
deyirdi ki, kosmos "birdir". O, əbədi deyil, ona görə də, yaradılmışdır. Kosmos 
sonludur və şarabənzər formadadır, onun mərkəzi planetlər və hərəkətsiz ulduzlarla 
əhatə olunmuş yerdir. Göy cisimlərini Platon, canlı varlıqlar, allahlar adlandırırdı. 


51
O yazırdı ki, "kosmos ruhu və əqli olan canlı varlıqdır, o, Allah tərəfindən yaradıl-
mışdır". 
Platonun sosioloji baxışları, dövlətin meydana gəlməsi haqqındakı fikirləri də 
xüsusi maraq doğurur. Onun fikrincə, insanlar öz ehtiyaclarını ödəyə bilmədikləri 
üçün dövləti yaradırlar. O belə hesab edirdi ki, "ideal dövlət" 3 sosial qrupun birli-
yindən meydana gəlir: 
1. İdarə edənlər - filosoflar; 
2. Ölkəni qoruyanlar, onun təhlükəsizliyini təmin edənlər - əsgərlər; 
3. İstehsalçılar - əkinçilər və sənətkarlar
Platon "ideal dövlətin" idarə formalarını 2 yerə bölür: 
1.
Münasib dövlət forması. Burada Platon aristokratik respublikanı nəzərdə 
tutur. O, monarxiyanın əleyhinə olmuşdur. 
2.
Reqressiv – tənəzzülə uğrayan dövlət forması. Bu hərbi qüvvəyə əsaslanan 
bir neçə şəxsin hakimiyyətidir. Belə hakimiyyət forması demokratiya adlanır. Qə-
dim Yunanıstanda demokratiya idarə forması eramızdan əvvəl V və VI əsrlərdə 
Sparta dövlətində olmuşdur. 
Demokratiyadan bir qədər aşağı olan dövlət formasını Platon oliqarxiya adlan-
dırır. Bu ticarətçilərə arxalanan bir neçə şəxsin hakimiyyətidir. O, demokratik döv-
lət formasının əleyhinə olmuş, onu qara camaatın, qədirbilməz xalqın, qaniçən za-
lımların hakimiyyəti hesab edirdi. 
Platon fəlsəfəsi idealist əsaslar üzərində qurulsa da bəşər fikrinin inkişafı tari-
xində az rol oynamamışdır. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə